1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdə Bala Məzrə kəndi Göyçə gölünün şərq hissəsini əhatə edən və Cümhuriyyətin mübahisəsiz ərazisi sayılan Göyçə dairəsinin tərkibində idi.
Bala Məzrə kəndi Basarkeçər şəhərindən 6 kilometr şimalda, Göyçə gölünün cənub- şərq sahilində, Məzrə düzənliyində yerləşir. 1960-cı illərin ortalarında kəndin şimal hissəsində yeni məktəbin tikintisi zamanı və 1970-ci illərin əvvəlində bu ərazinin yaxınlığında təsərrüfat işləri zamanı tapılan küp qəbirlər, müxtəlif məişət və zinət əşyaları eramızın birinci minilliyinin əvvəllərində Bala Məzrə kəndində ilk türk tayfalarının məskunlaşmasından xəbər verir. 1938-ci illərdə Bala Məzrə kəndində arxeoloji qazıntılar aparan erməni arxeoloqları da buradakı Alban məbədinin VII-VIII əsrlərə, onun ətrafındakı qəbristanlıqdakı daş kitabələrin isə eramızın IV əsrlərinə və türk kultuna aid olduğunu etiraf ediblər.
Bu qəbirstanlıqdakı daş sənduqələrin əksəriyyəti 1938-ci ildə İrəvana aparılsa da, həmin illərdə çəkilmiş fotolardan onların üzərindəki şəkillər və yazılar bu kəndin köklü sakinlərinin islamaqədərki mədəniyyəti, məişəti, adət-ənənəsi haqqında əvəzsiz tarixi məlumatlar çatdırır. Xüsusən də bu sənduqələrdən bir neçəsinin üzərindəki saz çalan insan təsvirləri hələ erkən orta əsrlərdə bu yerlərdə aşıq-ozan sənətinin mövcudluğundan xəbər verir.
1970-ci illərin əvvəlində Bala Məzrə və Böyük Məzrə kəndlərinin arasında, Məzrə çayının sağ sahilindəki kurqanda Azərbaycan və Ermənistan Akademiyalarının Arxeologiya İnstitutlarının əməkdaşlarının birgə apardığı qazıntılar zamanı burada aşkar edilən məzarın Alban şahzadələrindən birinə məxsus olması təsdiqləndi. Bu tapıntı Göyçə ərazisinin, eləcə də Məzrə düzənliyinin Qafqaz Albaniyasının əhəmiyyətli bölgələrindən biri olması faktını təsdiqlədi.
Bala Məzrə kəndində 1988-ci ilə- sonuncu deportasiyaya qədər əhali arasında kökləri şamanizm inancına söykənən müqəddəs dağ kultunun, sehrli daşla yağış yağdırma adətinin, eləcə də bəzi ayinlərdə, and və dualarda onun islama transformasiya olunmuş izlərinin qorunub saxlanması kəndin minillərlə ölçülən qədim tarixindən xəbər verir.
Bala Məzrə kəndi haqqında məlumat verilən ilk tarixi sənəd 1555-ci ilə aiddir. Səfəvilər dövlətinə aid bu sənəddə kənd Məraq adı ilə Səfəvi Azərbaycan dövlətinin Qarabağ bəylərbəyliyinin inzibati vahidlərindən biri kimi göstərilir. 1723-cü ildə Göyçə mahalı Osmanlıların nəzarətinə keçdikdən sonra yaradılmış yeni inzibati bölgüyə görə Məraq İrəvan əyalətinin Məzrəə nahiyəsinin ərazisində olan kəndlərdən biri olub. 1728-ci il aprelin 12-də Əhməd şah Mehmet xan oğlu tərəfindən təsdiqlənərək tuğralanmış “İrəvan əyalətinin icmal dəftəri”nin 16-cı səhifəsində bu barədə müvafiq qeydlər aprılıb. Bu qeydlərdə kəndin sultan xəzinəsinə illik vergisinin 4127 ağça həcmində müəyyənləşdirildiyi göstərilib.
İrəvan xanlığının 1800-cü ilə aid vergi sənədlərində isə kənd “başqa bir adı Məraq olan Bala Məzrə kəndi” kimi göstərilib.
1826-1829-cu illərdə baş vermiş Rusiya-İran, Türkiyə-Rusiya müharibələri zamanı Bala Məzrə kəndi ciddi xətər almayıb və yeni yaradılan erməni vilayətinin idarəçiliyinə verilib. Sənədlərdə Göyçə mahalında o zaman yaşayış üçün yararlı sayılan 59 kəndin siyahısında 51-ci sırada Bala Məzrə kəndi qeyd olunub.
Rəsmi məlumatlara görə, 1831-ci ildə Bala Məzrənin sırf türklərdən ibarət əhalisinin sayı 272 nəfər olub. 1873-cü ildə isə kənddəki 83 evdə 675 nəfər yaşayıb. 1897-ci ildə bu göstərici 1200, 1908-ci ildə 1658, 1914-cü ildə 1731 nəfər olub. XIX əsrin sonu və XX əsrin əvvəllərində Bala Məzrədə əhalinin sürətlə çoxalması bir tərəfdən təbii artımla əlaqədar olsa da, digər tərəfdən əverişli coğrafi şəraitinə görə kəndə başqa bölgələrdən də köçənlərin olması ilə bağlı idi. Köçənlər əsasən ətraf mahalların ermənilərlə məskunlaşdırılması zamanı Göyçə gölünün qərb sahillərindən və Şəmşəddil ərazisindən gələnlər idi.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdə Bala Məzrə kəndi Göyçə gölünün şərq hissəsini əhatə edən və Cümhuriyyətin mübahisəsiz ərazisi sayılan Göyçə dairəsinin tərkibində idi. 1919-cu ilin aprelində erməni -daşnak qoşunlarının Göyçəyə hücumu zamanı Bala Məzrə əhalisinin demək olar ki, yarısı məhv edildi, kənd isə tamamilə yandırıldı. Əhalinin salamat qalan hissəsi Gədəbəy və Kəlbəcər ərazisinə qaçmağa məcbur oldu. Yalnız Azərbaycanda və indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra türk əhalinin sağ qalanları kəndə qayıda bildilər. 1922-ci il martın 12-də Azərbaycan, Gürcüstan və Ermənistanın Mərkəzi İcrayə Komitələrinin səlahiyyətli konfransının təsdiq etdiyi ittifaq müqaviləsinə əsasən Qərbi Zəngəzur və Dərələyəz mahalları kimi Göyçə dairəsi də Ermənistana verildi. Həmin dövrdə Bala Məzrə kəndində 359 nəfər yaşayırdı. Ancaq sonrakı illərdə də kənd əhalisinin doğma yurd-yuvasına qayıdışı davam etdi. Belə ki, 1926-cı ildə burada 653, 1931-ci ildə isə 912 nəfər yaşayırdı.
1926-cı ildə xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına köçürülməsi zamanı Türkiyədən köçürülənlərin bir qisminin Bala Məzrə və Böyük Məzrə kəndlərində yerləşdirilməsi planlaşdırılmışdı. Ermənistan hökuməti Böyük Məzrədə erməni əhalini kəndin yanından keçən Məzrə çayının sol sahilində yerləşdirməyə nail olsa da, Bala Məzrə kəndinin əhalisinin ciddi etirazından sonra kənddən 1 kilometr aralıda yeni kənd salındı və erməni əhali orada məskunlaşdırıldı. Beləliklə, əsasən Bala Məzrə, qismən isə Göysu və Şişqaya kəndlərinin tarixi əkin torpaqlarında yeni erməni kəndi- Norakert yaradıldı.
1930-cu il sentyabrın 9-da Ermənistan ərazisinin rayonlaşdırılması zamanı Basarkeçər rayonu yaradılarkən kəndin adı “sovet mədəniyyətinə uyğun qaydada” dəyişdirilərək rəsmi sənədlərdə Kiçik Məzrə kimi yazılmağa başlandı.
1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 №-li qərarı Bala Məzrə kəndinin də taleyinə təsirsiz ötüşmədi. 1948-53-cü illərdə kənd əhalisinin bir hissəsi “könüllülük prinsipinə əsasən” Azərbaycan SSR-ə köçürüldü. Deportasiyaya məruz qalanlar əsasən Gədəbəy, Göygöl və Bərdə rayonlarının müxtəlif kəndlərində pərakəndə şəkildə, yalnız Tərtər rayonunun Təzəkənd və Cəmilli kəndlərində nisbətən kompakt şəkildə məskunlaşdılar.
1978-ci il yanvar ayının 25-də Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Basarkeçər rayonunda bir çox kəndlərin tarixi adı dəyişdirildi. Bala (Kiçik) Məzrə kəndinin adı da erməni dilinə tərcümə edilərək Pokr Mazra oldu.
Azərbaycanlı əhalinin öz doğma yurdlarında yaşadığı dövrdə, 1979-cu ildə aparılmış son rəsmi siyahıyaalmanın nəticələrinə görə 290-a yaxın ev olan Bala Məzrə kəndində əhalinin sayı 1973 nəfər olub.
1988-ci il noyabrın 21-dən başlayaraq erməni millətçiləri tərəfindən mühasirədə saxlanan Bala Məzrə kəndinin əhalisi müqavimət göstərsə də dekabrın 7-də güclənən təzyiqlər altında öz doğma kəndlərini tərk edib Azərbaycana köçməyə məcbur oldular. Bala Məzrəlilər kompakt şəkildə əsasən Gəncə, Göygöl, Şəmkir, Tərtər, Daşkəsən və Bakıda məskunlaşıblar. Ermənistan parlamentinin 9 aprel 1991-ci il tarixli qərarı ilə Bala Məzrə toponimi “Pokr Masrik” ilə əvəzlənib.
Qarabağdakı tarixi Zəfərimizdən sonra, 2022-ci il avqustun 3-də Qərbi Azərbaycan İcmasının yaradılması, Azərbaycan Respublikasının prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu məsələni dövlət siyasəti səviyyəsinə qaldırması, eləcə də bu icmanın tərkibində Basarkeçər və Bala Məzrə icmalarının yaradılması dəfələrlə doğma kəndlərindən deportasiya olunmuş, ancaq yenə də öz ata-baba yurdlarına geri dönmüş kənd camaatının yenə də öz doğma ocaqlarına dönüşünə inamı artırıb.
Füzuli Sabiroğlu
Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü
BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024