DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

20:18 / 15.01.2024
Baxılıb: 4438

Möhtərəm Prezidentimiz İlham Əliyevin Dədə Ələsgərin 200 illik yubileyinin keçirilməsi ilə bağlı verdiyi sərəncam türklüyə, ozan sənətinə, ədəbiyyatımıza mühüm bir töhfə oldu. Sərancamın ardınca Xətai Ələsgərlinin sədrliyi ilə “Dədə Ələsgər Ocağı” İctimai Birliyi təsis olundu. İctimai birliyin təsisindən sonra Moskvadan Kəsəmənli professor Ələddin Allahverdiyevin, professorlar Sabirabadlı İbadulla Ağayevin, Naxçıvanlı Əhməd Qəşəmoğlunun ağsaqqallığı, Abbas Bağırov, Araz Yaquboğlu və Vüsal Sehranoğlunun inzibatçılığı ilə yaradılan Ədəbi Məclis özündə Azərbaycan ziyalılarını, ədəbiyyat insanlarını, ictimai-siyasi xadimləri, ələsgərsevərləri birləşdirdi. Məhz həmin məclisdə biz bir-birimizi yaxından tanıya bildik. Bu məclisin təşəkkülündə, formalaşmasında hər bir məclis üzvünün az və ya çox dərəcədə payı var. Rəşidin – Rəşid Süleymanovun payı deyərdim ki, bir az artıq düşüb. Yazımızda bu günün adamı, 60 yaşa qədəm qoyan, söz adamları ilə oturub-duran söz adamı, ruh adamı Rəşid bəydir! Rəşid Ardanışlı!

Dalın dənizə söykənib,
Kürdü ayağın Şahdağı.

Göyçə dənizinin ləpədöyənində, Şahdağın ətəyinə söykənən bir kənd var! Ardanış! – Olmamışam! – İnşallah olarıq! – Eşitdim ki, Ardanışa icma rəhbəri təyin edirlər. Səs-küy var. Nə xoş səs-küy! – Real deyil eləmi?! Həə... Xankəndi də real deyildi. Əsas olan odur ki, İDEYA var!
Sizdə hardandı bu qədər Dədə Ələsgər sevdası sualına Rəşid müəllimin təmkinli bir şəkildə özünəməxsus cavabı var: “Mən hələ 4-cü sinifdə oxuyanda rəhmətlik qağam Qoşnalı kişi Aşıq Ələsgərin kitabını gətirmişdi evə. Sonra da ədəbiyyat müəllimimiz Kazım Əliyevin ədəbiyyat dərsləri.... ziyalılarımızın Ələsgər söhbətləri, ən ümdəsi də aşıqların Dədənin qoşmalarını oxuması, Dədə Ələsgəri əzbər bilən şərqşünas alim Əbdüləli Kərimov və məktəb direktoru Abbasəli Kərimovun elmi yanaşmaları...”
Klassik ədəbiyyatımıza dərindən bələd olan Rəşid müəllim ədəbi məclisdə Seyid Nəbatidən, Qasım bəy Zakirdən seçmələr deməyi sevir: “Bu Nəbatinin də gözəl qəzəlləri var imiş! Özü də deyəsən o da sufi təriqətli şair olub. Elə bu misralar da bunu sübut etmirmi?!” sonra da:

Meydə nə lütf, ey pəri, nəşə odur ki, səndə var,
Eylə məstəm bilməzəm kim, mey nədir, mina nədir!

Nəbati mey içər, məhbub sevər derlərsə, gerçəkdir,
Kəmal əhli gözəl sevməkdə bir başqa həlavət var.

Rədifli qəzəlləri özünəməxsus təmkinlə səsləndirir. Başqa bir məqamda hələ orta məktəbdə Ardanışlı Kazım müəllimin tövsiyə etdiyi Qasım bəy Zakirdən aşağıdakı bəndi sevə-sevə deyir:

Ləli-ləbin kimi sağəri-səhba
Bulunmaz, sormuşam meyxanələrdən.

Və sonda: “Yox ey, Ələsgər ayrı bir övliyadır. Bilmirəm nə ad verim?! Elə övliya adı ona daha çox yaraşır. Elə deyilmi?! Fikrinin təsdiqi üçün Dədə Ələsgər Məclisinin üzvlərinə üz tutur, məsumluqla onlara baxır, “Dədə həqiqətən övliyadır” həqiqətini eşidəndən sonra dərindən nəfəs alıb, həə... deyir və rahatlıq tapır”.

Azərbaycan ədəbiyyatına, onun əsasında dayanan həmişəyaşar aşıq ədəbiyyatına olan sonsuz sevgi Rəşidi Almaniyadan Vətənə doğru köç etməyə vadar etdi. Avropa dəyərlərini tərifləyənlərin, öyənlərin əksinə olaraq Rəşid bəy saz-söz Vətəninə – Azərbaycanına üz tutdu: “Almaniyada hər şey var idi, hər şey yaxşı idi... bilirsinizmi... aşıq yox idi...”. Yuxarıdakı fikirlərin müəllifinə milli kökündən uzaq düşənlər gülə də bilər. Olsun!
Keçən əsrin axırlarında Rəşid bəyin şair dostları Əlsəmid Kür, Əhməd Oğuz, Akif Səməd, Murad Köhnəqala, Müzəffər Talıblı və başqaları idi. Bu gün Rəşid bəy adları bir sayta sığmayan Dədə Ələsgər ədəbi məclisinin şair üzvlərinin əhatəsindədir.
“Aşıq Ələsgər–200” yubiley medalını bir uşaq məsumluğu ilə, sevinclə sinəsində gəzdirdiyi günü məclis üzvləri yaxşı xatırlayır. Rəşid bəy bu medalı həyatda özünə ən böyük təltif, “Dədə Ələsgər Ocağı” İctimai Birliyin idarə heyətinin üzvü olmağı isə ən böyük vəzifə hesab edir.
Azərbaycan Yazıçılar Birliyində olan bir görüşdə xalq yazıçısı Anar üzünü Rəşid müəllimlə olan söhbətdə tutub deyir: Siz də AYB-yə üzv olmaq istəyirsinizmi sualına: “Anar müəllim mən sadəcə Dədə Ələsgərdən yazanlara, ədəbiyyatımıza gələn gənclərin işıq üzü görən əsərlərinə kömək edirəm”.
Rəşidin 40-a yaxın kitaba hamilik etdiyini bilən Anar müəllim: “Siz elə bizim fəxri üzvümüzsən ki...” deyir və rəsmi qaydada Rəşid müəllim Yazıçılar Birliyinin fəxri üzvü seçilir.
Bu nəcib ənənənin davam etdirilməsində Rəşid müəllim tək deyil. Göyçə mahalının müxtəlif bölgələrinin iş adamları Ağ Aşıqdan, Aşıq Alıdan üzü Dədə Ələsgərədək mahalın, eləcə də Azərbaycanımızın digər bölgələrinin saz-söz adamlarının təbliği yolunda iş adamından söz adamına çevrilirlər. Bu missiyanın yerinə yetirilməsində Zərkənddən mərhum Akif Nəbiyev, Haqqıxlıdan Ələsgər Mehdiyev, Qaraqoyunludan Bəhruz Lələyev, Ardanışlı Aqil Kərimov, Kərkibaşdan Vasif Dağlaroğlu, Daşkənddən Rüstəm Dastanoğlu, Aşağı Şorcadan Tofiq Göyçəli, Qursalıdan Vaqif Namazov, Məzrədən professor Çingiz Abdullayev, Nərimanlıdan Nail Qurbanov və neçə-neçə eloğulları öz imzalarını qoymuşlar.
Rəşid müəllim Dədə Ələsgərin heykəlinin ucaldılacağı günü səbrsizliklə gözləyir. İngilis dilinə tərcümə olunmuş və çapına kömək etdiyi “Dədə Ələsgərin estetik dünyası” kitabının təqdimatını da o gözəl gün ərəfəsi üçün saxlayıb.
Məclisdə Rəşid bəy arabir Dədə Ələsgərin sirli-sehrli dünyasında çaş-baş qalır. Hacı Həsən Hüseyninin Dədəyə həsr olunmuş kitabları ilə tanış olur, Dədə Ələsgər misralarının Qurani-Kərimlə aparılan izahlarına diqqət yetirir, necə deyərlər huşa gedir, özünəməxsus bariton səsiylə, təmkinli bir ahənglə: “Ayə, mən heç Ələsgəri belə başa düşməmişəm” deyir. Bir müddət Hacı Həsənin Ələsgər dünyasında qalır. Sonra Adilə Nəzərin “Aşıq Ələsgər yaradıcılığında sufizm”, Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” və bu sətirlərin müəllifinin “Dədə Ələsgərin fəlsəfi dünyası” monoqrafiyalarını oxuyur və sonda: “Bunlar Ələsgəri hara aparırlar?! Biri din xadimi edir, biri deyir sufidir, biri də deyir filosofdur, ictimai-siyasi xadimdir. Nə deyirlərsə desinlər qulağıma girmir. Dədə Ələsgər sadəcə DAHİdir!!”.
Dədənin “Qabaqda” rədifli şeirini isə arabir zümzümə etməkdən doymur:

Neçə sirri gördüm, sirr qaldım aşkar,
Səxavət əhlini yandırmadı nar.
Salavatla işlər hər dükan, bazar,
Zay oldu dünyanın malı qabaqda.

Yazı ərəfəsində məmləkətimiz başdan-başa saflıq, paklıq timsalı qarla örtüldü. Dədənin: “Muğan həsrət çəkər a yağa qar, qar” misralarına uyğun Vətən torpaqlarının qar həsrəti də sona çatdı.
Böyük çillədə ərsəyə gələn bu kiçik yazıda kimi gördük?! Dədə Ələsgər sevdalı, nar yandırmayacaq səxavətli bir adamı, şairlərin dostu, ədəbiyyatımıza kömək göstərən iş adamı Rəşid Süleymanovu! Allah özü onun köməyində olsun:

İyidlər olmasın məğrur, fəthi-nüsrət Xudadandı,
Bir Allah istəyən şəxsi sevər, külli-mahal istər.

Gəlin, Rəşid müəllimə Dədə Ələsgər ömrü diləyək (və bu ömrü sağlam diləyək) və onun növbəti ad günlərini Göyçə dənizinin sahilində qeyd edək! İnşallah!

Nağdəli Keştəkli
Azərbaycan Tibb Universitetinin dosenti,
tibb üzrə fəlsəfə doktoru


Etiket:
Xəbərlər

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025
Bütün xəbərlər