Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

10:00 / 12.02.2024
Baxılıb: 6322

Goyce.az xəbər verir ki, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərov iclası açıq elan edərək əvvəlcə 7 fevral növbədənkənar prezident seçkilərində qazandığı növbəti möhtəşəm qələbə münasibətilə ölkə başçısı cənab İlham Əliyevi Qərbi Azərbaycan İcmasının üzvləri, bütün dünyadakı Qərbi azərbaycanlılar adından səmimi qəlbdən təbrik etdi, daha qüdrətli Azərbaycan naminə atacağı hər bir addımda böyük uğurlar arzuladı. Sədr Qərbi Azərbaycana qayıdışın bu gün Azərbaycan xalqının ümummilli məsələlərindən olduğunu, ata-baba torpaqlarına qayıdışın soydaşlarımızın ən ümdə amalı olmasını, Basarkeçər rayon icmasının da bu müqəddəs niyyət uğrunda Qərbi Azərbaycan İcmasının ətrafında birləşdiyini vurğuladı.

Sonra Basarkeçər rayon icmasının sədri, alim, cərrah, transplantoloq, hepatoloq, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi Nuru Bayramov çıxış edərək alimlərin kəndlər üzrə statistik məlumatları təqdim etdi. O, Basarkeçər rayonu üzrə 232 dosent, 72 professor, 2 müxbir üzv və 1 akademik olmaqla ümumilikdə 307 alimin olduğunu bildirdi.

 

Daha sonra Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı və Səhiyyə komitəsinin sədri, akademik, alim, ictimai-siyasi xadim, cərrah–onkoloq, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının və Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin akademik–katibi, SSRİ Dövlət Mükafatı, Azərbaycan Respublikasının "Şöhrət" ordeni və Azərbaycan Respublikasının "Şərəf" ordeni, 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı, Azərbaycan Respublikasının əməkdar elm xadimi Əhliman Əmiraslanova söz verildi. O, çıxışında Göyçə mahalından olan elm adamlarına xüsusi diqqətin göstərilməsindən bəhs etdi. Əhliman Əmiraslanov bununla yanaşı vikipediyada Qərbi azərbaycanlı elm adamlarının geniş məlumatlarının yerləşdirilməsi, Basarkeçər rayonu ilə bağlı yaradılacaq sayt haqqında fikirlərini bölüşdü.

 

Daha sonra Qərbi Azərbaycan İcması Gənclər Şurasının üzvü, Milli Məclisin deputatı, tarix üzrə fəlsəfə doktoru Naqif Həmzəyev çıxış etdi. O, Basarkeçər rayonu ilə bağlı nəzərdə tutulan veb-saytında kəndlər üzrə fotolar, elmi məqalələr və rayonun tarixi, mədəniyyəti ilə bağlı məlumatların yer alacağını bildirdi. Naqif Həmzəyev sözügedən məlumatların Qərbi Azərbaycanın tarixi, folkloru, toponimləri və s barədə çox mühüm əhəmiyyətə malik olacağını vurğuladı.

 

Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov çıxışında Basarkeçərin tarixinin, toponimlərinin, folklorunun sistemli şəkildə araşdırılmasının önəmindən bəhs etdi. O vurğuladı ki, Qərbi Azərbaycanın bütün guşələri kimi Basarkeçər də özünün zəngin irsi ilə seçilir, təəsüf ki, ötən əsrdə dörd dəfə baş verən deportasiyalar irsimizə də öz ağır təsirini göstərmiş olub, mədəniyyətimiz də acı qaçqınlıq taleyi ilə üzləşib.

 

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aydın Mirzəzadə Basarkeçərlə bağlı araşdırmaların sayının artırılmasının önəmindən danışdı. Bu araşdırılmaların aparılmasında hər bir Qərbi Azərbaycanlının verə biləcəyi töhfələri vurğuladı.

 

Azərbaycan yazıçısı, filoloq alim, əməkdar jurnalist Akif Əli, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyatzadə, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Türk Dünyası Pediatriya Birliyinin prezidenti, tibb elmləri doktoru, professor Nəsib Quliyev, Berlin Azad Universitetinin müəllimi, siyasi elmlər doktoru Rizvan Nəbiyev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı, texnika üzrə fəlsəfə doktoru, dosent Fərid Ağayev də çıxış edərək təkliflər səsləndirdilər.

 

Berlin Azad Universitetinin müəllimi, siyasi elmlər dotktoru Rizvan Nəbiyev bildirdi ki, Qərbi Azərbaycana qayıdış istiqamətində siyasət, hüquq, tarix sahəsində çalışan alimlərin alman həmkarları ilə birlikdə tədqiqatlar aparması çox müsbət nəticələr verə bilər. Rizvan Nəbiyev alman alimlərin Qərbi Azərbaycan İcmasına dəvət olunması və onlarla birgə müzakirələrin aparılması kimi təkliflərini səsləndirdi. R.Nəbiyev alman alim Mixael Hessin Ermənistanın Azərbaycana təcavüzü, eyni zamanda deportasiyalar, sürgünlərlə bağlı əsərlərin müəllifi olduğunu vurğulayaraq, Şuşanın irsi ilə bağlı 1500-dən çox sitatın yer aldığı kitabı İcmanın kitabxanasına bağışladı.


Etiket:
Xəbərlər

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025
Bütün xəbərlər