Göyçə gölünün şimal-şərqində, Basarkeçər kəndindən (indiki Vardenis şəhəri) 24 km. şimal-qərbdə, Vardenis-Çanbarak şosesinin üstündə, sahildən 1,5-2 km. aralıda, dəniz səviyyəsindən 2027 metr yüksəklikdə qərarlaşmış bu kəndin indiki coğrafi mövqeyindən 300-350 metr qərbdəki VIII-IX əsrlərə aid məbədin və onun şimalındakı qədim məzarlıqdakı sənduqələrin qalıqları Pəmbəyin oğuz türkləri tərəfindən binələşdirilməsinin azı 1500 illik tarixinə şəhadət verən maddi sübutlardır.
1723-cü ildə osmanlılar Göyçə gölü hövzəsinə tam nəzarət imkanı əldə etdikdən sonra tərtib olunmuş və 12 aprel 1728-ci ildə Əhməd şah Mehmet xan oğlu tərəfindən təsdiqlənərək
tuğralanmış “İrəvan əyalətinin icmal dəftəri”nin 16-cı səhifəsində bu kənd öz əzəli adı ilə-Göldək kəndi kimi təqdim olunur və onun sultan xəzinəsinə illik vergisinin 4971 ağça həcmində müəyyənləşdirildiyi göstərilir.
1826-1829-cu illərdə baş vermiş müharibələr zamanı erməni-rus hərbi birləşmələri Göldəyi də yerlə-yeksan etmiş və bərpasına imkan verməmək üçün onu yeni yaradılmış erməni vilayətinin idarəçiliyində olacaq Göyçə kəndlərinin siyahısına daxil etməmişlər. Amma kəndin əzəli sahibləri doğma yurdlarını bərpa etməyə müvəffəq olmuşlar ki, bu fakt da rəsmi mənbələrdə öz əksini tapmışdır.
Rəsmi statistikaya görə Göldək kəndinin 1873-cü ildə 266 nəfər türk əhalisi olmuşdur. Elə həmin dövrlərdə erməni vəhşiliklərinə məruz qalmış Pəmbək ellərinin didərgin əhalisinin bir qismi Göldəyə pənah gətirmişdir və...Ermənilər həmişə olduğu kimi bu tarixi reallıqdan da maksimum bəhrələnərək, türk tarixinin təhrifi yönündə növbəti addım atmışlar.
1873-cü ildən sonrakı bütün rəsmi sənədlərdə Göydəyin adı Pəmbək kimi verilir ki, bu tarixi gerçəklik də elə erməni mənbələrində əks olunmuşdur. Erməni tarixçisi Z.Korkodyamn
rəsmi sənədlərə əsasən təqdim etdiyi məlumatlara görə Pəmbək kəndinin 1886-cı ildə 387, 1897-ci ildə 463, 1908-ci ildə 592, 1914-cü ildə 712 nəfər türk əhalisi olmuşdur.
Faktlara bir daha diqqət yetirək: 1873-cü ildə 266 nəfər əhalisi olan Göldək kəndi heç bir səbəb olmadan yoxa çıxır; 1873-cü ilə qədər mövcud olmamış Pəmbək kəndi isə birdən-birə peyda olur və əhalisinin sayına görə qonşu kəndlərin hamısını üstələyir. Mümkünmü belə bir möcüzə? Şərhə ehtiyac yoxdur...
XX əsrin əvvəllərində ermənilərin türklərə qarşı səlib müharibələrinin yeni dalğası başlayanda ən çox zərər çəkən kəndlərdən biri yenə də Pəmbək oldu. Kənd iki dəfə, 1918-ci ilin noyabrında və 1919-cu ilin yazında nizami daşnak ordusunun həmlələrinə məruz qaldı və müqavimət göstərə bilməyən silahsız əhali doğma ocağını tərk edərək, Gədəbəyə və Şəmkirə pənah aparmaq məcburiyyəti ilə üzləşdi. 1922-ci ildə kəndin əzəli sahiblərinin yarısı, 390 nəfər doğma yurda dönərək onu bərpa etdi. 1926-cı ildə Pəmbəyin türk əhalisinin sayı 377, 1931-ci ildə isə artıq 512 nəfər idi. 1979-cu il siyahıyaalınmasının nəticələrinə görə əhalinin sayı artaraq 1744 nəfərə çatmışdı. 1988-ci ildə Ermənistan hökumətinin həyata keçirdiyi deportasiya zamanı kəndin 2000 nəfərdən çox əhalisi zorla qovulmuş, camaatın və kolxozun əmlakı talan edilmişdir. Bu hadisələr zamanı 2 yaşlı İsayeva Sevinc Şahin qızı borana düşərək həlak olmuşdur. 1988-ci ildən sonra kəndin adının və inzibati statusunun dəyişdirilməsi ilə bağlı hər hansı bir rəsmi informasiya olmasa da, qeyri-rəsmi məlumatlara görə, Pəmbəyin izi yer üzündən və erməni xəritələrindən silinmişdir.
Tədqiqatçı-jurnalist: Salman VİLAYƏTOĞLU.
Təqdim etdi: İlqar İSMAYIL
Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.202460 YAŞIN MÜBARƏK!
15.01.2024AŞIQ İSLAM YUSİFOV
(1893-1968)