ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

10:25 / 26.03.2024
Baxılıb: 4018

Vətən təəssübü, yurd ağrısı çəkən, körpəlik, uşaqlıq, gənclik, qocalıq illərinin şirinliyini itirənlərin ahından asılmışdı Göyçə, Qaraqoyunlu!

Gəncə şəhərində Basarkeçər rayonu Qaraqoyunlu kənd sakinləri və Qaraqoyunlu kökənli gənclərlə “DAN ULDUZU” şadlıq sarayında Növruz bayramı düzənləndi.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev bu bayram haqqında demişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir.  Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

Qaraqoyunlularla görüşdə doğma yurd-yuvalarımızı vəsf etmək üçün
ən gözəl sözlər belə, aciz qalmışdı. Vətən bağlılığı və sevgisi sözlə ifadə edilməyəcək bir məfhumdur.
Vətən təəssübü, yurd ağrısı çəkən, körpəlik, uşaqlıq, gənclik, qocalıq illərinin şirinliyini itirənlərin ahından asılmışdı Göyçə, Qaraqoyunlu!
Gözü bir-birinin üzündə olan Qaraqoyunluların, hamının qəlbindən keçənləri nisgil dolu gözlərindən aydınca oxuyurdu. Bir-birimizdən qopmayaq, ayrılmayaq, yadlaşmayaq.

Göyçə torpağı sözünü-sovunu uca tutan, Ərlər və Ərənlər yurdudu!
Göyçə mahalı, Qaraqoyunlu kəndi ona şərəf və şöhrət gətirən neçə-neçə qüdrətli övladları ilə bərabər həm də Rübail Nəsibovun adında, ünvanında tanınır.

Basarkeçər rayon Qaraqoyunlu kənd icmasının İdarə Heyətinin üzvü, tanınmış iş adamı Rübail Nəsibov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Qaraqoyunlularla görüşün əlamətdar bir dövrə təsadüf etdiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz ölkəmizin ərazi bütövlüyünü tam təmin edib, Xocalıda, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xankəndidə üçrəngli, ay-ulduzlu bayrağımızı dalğalandırıb, xalqımıza böyük sevinc yaşadıb.

Bununla da tarixi ədalətin tam bərpa olunduğunu, bütün məcburi köçkünlərin doğma el-oba, yurd həsrətinə birdəfəlik son qoyulduğunu diqqətə çatdıran Rübail Nəsibov Göyçə, Zəngəzur, İrəvan, Dərələyəz həsrətli soydaşlarımızın da belə bir sevinc yaşamasını arzuladı. O, Qərbi Azərbaycan İcmasının yenidən təşkilatlanmasından, yeni inzibati bina ilə təmin olunmasından, Prezident İlham Əliyevin öz doğum günündə İcmanın binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşməsindən, orada səsləndirdiyi fikirlərdən, tarixi torpaqlarımıza qayıtmaq üçün qarşıya qoyulan hədəflərdən, həyata keçirilən siyasətdən də geniş söhbət açdı. Bildirdi ki, nəyi necə, nə zaman etməli olduğunu yaxşı bilən dövlət başçısı İlham Əliyev indiyə qədər xalqına verdiyi bütün vədləri yerinə yetirib və tarixi torpaqlarımıza dinc şəkildə qayıdışımızın təmin olunması ilə bağlı səsləndirilən fikirlər, verilən vədlər də mütləq həyatda öz təsdiqini tapacaq. Və bizlər də öz elimizə, obamıza doğma Qaraqoyunlumuza qayıdacağıq.

Basarkeçər rayonu Qaraqoyunlu kənd İcma sədri Tahir Kərimov Qaraqoyunlu kəndinin tarixindən, yetişdirdiyi şəxsiyyətlərdən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması üçün Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində iştirak edən, öz sahəsində fəaliyyəti ilə dövlətçiliyin daha da güclənməsinə töhfə verən, hər sahədə böyük uğurlar qazanan Qaraqoyunlulardan danışdı. Vurğuladı ki, Birinci və İkinci Qarabağ müharibəsində kəndimizdən 200-yaxın nəfər iştirak edib, onlardan 17-i nəfər şəhidlik zirvəsinə ucalıb. İcma sədrinin sözlərinə görə, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində iştirak edərək qəhrəmanlıq nümunəsi göstərənlər müxtəlif orden və medallarla təltif olunublar.

Tibb elmlər doktoru, professor Firuz Nəsibov Qaraqoyunlu kənd sakinlərinin elmə, təhsilə bağlı olduqlarını da diqqətə çatdırıb. Bildirib ki, hazırda yüzlərlə Qaraqoyunlu sakini müxtəlif elmi sahələrdə çalışır, peşəkar həkim kimi vətəndaşların sağlamlığının, peşəkar müəllim kimi təhsilimizin keşiyində dayanır. O, təhsilə, elmə, özünü inkişaf etdirməyə olan marağın bu gün Qaraqoyunlu kökənli gənclər tərəfindən davam etdirildiyini, yaxşı bir ənənənin qorunub saxlanıldığını vurğuladı.

Texnika üzrə fəlsəfə doktoru, dosent Aqşin Kərimov, hər il qəbul imtahanlarında iştirak edən və tələbə adını qazananlar arasında Qaraqoyunlu kökənli gənclərin sayının çox olmasını qeyd etdi. Həmin gənclərin sadəcə Qaraqoyunluların deyil, ümumən Azərbaycanın fəxri olduqlarını, gələcəkdə daha böyük uğurlara imza atmaqla və peşəkar fəaliyyətləri ilə xalqımıza, dövlətçiliyimizə, milli maraqlarımıza şərəflə, ləyaqətlə xidmət edəcəklərinə əminlik ifadə etdi.

Sonra QAİ Basarkeçər rayon icma sədrinin müavini İlqar İsmayıl çıxış edərək, İcmanın fəaliyyəti və qarşısında duran vəzifələr, Qaraqoyunlu kənd icmasında yeni yaradılan bölmələr və təyinatlar, həmçinin görüləcək işlər barədə də ətraflı məlumat verdi.

Görüşdə Qaraqoyunlu kənd icmasının digər üzvləri; Nəsibov Nəsir, Həsənov Həsən, Kərimov Cavanşir, Mahir Kərimov, Qəhrəmanov Məhərrəm, İlyas Məmmədov, Ceyhun Əliyev, Şəmsəddin Bayramov, Qəhrəmanov Nadir, Ağayev Möhsüm, Nəsibov Famil, Hacıyev Rəhman, Hüseynov Vüqar, Qurbanov Əmrah, Kərimov Rəşid, Qurbanov Müsahim, Kərimov Nəvai, Nəsibova Şəfiqə, Qəhrəmanova Aybəniz, Zeynalova Südabə, Salmanova Afaq, Şəlalə Vilayət qızı, Cahanova Solmaz, Ağayeva İfadə, Nəsibova Bəsti, Kərimov Yasib, Alməmmədov Elçin, Orucov Gürzalı, Hüseynov Ağəli, Nəsibov Abdulla, Bayramov İsgəndər, Hacıyev İsmayıl, Nəsibov Yaqub, Nəsibov Sənhan, İsmayılov İlham, Nağıyev Sövdar, Kərimov Aqil, Hüseynov Səməd, Hüseynov Mədəd, və digərləri
çıxış edərək öz fikirlərini bildirdilər.

Görüşdə iştirak edən gənclər də özlərini təqdim edərək, təhsil aldıqları istiqamət, ixtisasları, fəaliyyətləri, gələcəyə dair arzuları və planları barədə danışaraq, belə bir görüşün təşkilinə görə səmimi minnətdarlıqlarını ifadə etdilər.

İlqar İSMAYIL

Goyce.az


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər