Bakı şəhəri Binəqədi rayonunda şəhid Elşad Qoşqar oğlu Həmidov adına 267 nömrəli məktəb-liseydə, I Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Qaraqoyunlu kəndinin sakini Həmidov Elşad Qoşqar oğlunun anım günü ilə bağlı tədbir keçirildi.
Şəhidin adını daşıyan 267 nömrəli məktəb-liseydə keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevinc Süleymanova, 267 nömrəli məktəb-liseyin direktoru Rəna Ağazadə, məktəbin pedaqoji kollektivi, vətənpərvərlik, vətənə, dövlətə sədaqət ruhunda yetişmiş məktəb-liseyin şagirdləri, bizə ləyaqət örnəyi olan Şəhdimizlə çiyin-çiyinə vuruşan, Qazilər və Vətən müharibəsi iştirakçıları, Şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları və Şəhdimizin dünyaya göz açdığı Qərbi Azərbaycan Göyçə mahalı Basarkeçər rayon-Qaraqoyunlu kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək qeyd etdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik, inkişaf etmiş dövlətləri sırasına gətirib çıxarıb, dünya ölkələri arasında söz sahibi edib. Ölkəmizdə hər bir sahə üzrə aparılan genişmiqyaslı işlərdən söz açan Sevinc Süleymanova şanlı zəfərimizin əldə olunmasında canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa dilədi. Və qeyd etdi ki, Elşad Həmidov 1991-ci ildə Krım şəhərində hərbi məktəbə qəbul olunmuşdur. O , ikinci kursu başa vurduqdan sonra Bakıya qayıdaraq Hərbi Akademiyada təhsilini davam etdirmişdir. Ona müharibə şəraiti olduğu üçün vaxtından əvvəl diplom vermişdilər. Elşad Həmidov leytenant rütbəsi almış, 1994-cü ilin aprelin 19-da Ağdam bölgəsinə hərbi xidmətə göndərilmişdi. Xidməti borcunu layiqincə yerinə yetirən Elşad Həmidov 1994-cü ilin aprel ayının 21-də Ağdam istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərərək şəhid olmuşdur. Bundan əlavə ölkə rəhbərliyinin şəhid ailələrinə daimi diqqət və qayğısının olduğunu ziyarət iştirakçılarının diqqətinə çatdırdı.
Şəhdimizlə çiyin-çiyinə vuruşan, Qazilər və Vətən müharibəsi iştirakçıları öz çıxışlarında
Elşad Həmidovun döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirdilər.
267 nömrəli məktəb-liseyin direktoru Rəna Ağazadə çıxışında qeyd etdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti 2020-ci ildə öz torpaqlarını işğaldan azad etməklə tarixi ədaləti bərpa etdi. Ermənistan 30 il müddətində Azərbaycan torpaqlarını işğal altında saxladı. Amma heç vaxt o torpaqlarda rahatlıq tapmırdı. Çünki bilirdi ki, gec-tez o torpaqlardan qovulacaqlar. Yaşadığımız bu günlər xalqımızın tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edir. Şəhidlərimizin qisası alındı, qisasımz qiyamətə qalmadığını vurğuladı.
Şəhidimiz orta məktəbdə təhsil aldığı illərdə müəlliməsi olmuş Abdullayeva Südabə çıxış edərək Elşad Həmidovu çox vətənpərvər, istiqanlı, mehriban şagird kimi xatırladığını diqqətə çatdırdı. Onunla fəxr etdiyini və daim qürür duyduğunu bildirdi.
Şəhid Elşad Həmidovun doğmaları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Sonda 267 nömrəli məktəb-liseyin şagirdlərinin şəhidlər haqqında söylədikləri şeir parçaları və öz ifalarında vətənpərvər musiqiləri dinlənildi.
Belə yüksək səviyyəli tədbirə görə, Binəqədi rayon rəhbərliyinə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevinc Süleymanovaya, 267 nömrəli məktəb-liseyin direktoru Rəna Ağazadəyə və məktəbin pedaqoji kollektivinə, təşəkkür edirik!
İlqar İSMAYIL
Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024