“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

23:30 / 01.07.2024
Baxılıb: 3262

 

29 iyun 2024-cü il
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi üzrə, Dədə Ələsgər Ocağı İctimai Birliyinin “Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” adlı layihəsi çərçivəsində elmi konfrans keçirilib.
Elmi konfransı açılış sözü ilə Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri, Dədə Ələsgərin nəticəsi Xətai Ələsgərli açaraq bildirdi ki, layihənin həyata keçirilməsində əsas məqsəd Aşıq Ələsgər yaradıcılığına diqqəti artıramaq, Azərbaycan mədəniyyətini Aşıq Ələsgər koloriti ilə daha da zənginləşdirməkdir. Nəticə olaraq əhali arasında milli kimlik hissini, sülhpərvər vətənpərvərlik ruhunu daha da artırmaqdır. Aşıq Ələsgərin tədqiqatçılarının çoxalması, Aşıq Ələsgərin qəbrinin bərpası və ziyarət edilməsi üçün beynəlxalq aləmdən dəstək almağa kömək edəcək və Qərbi Azərbaycana dönüş hərakatını daha da gücləndirəcəkdir.

Daha sonra professor Ələddin Allahverdiyevin Moskva şəhərindən elmi konfrans iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. Məktubda vurğulanıb ki, "Aşıq Ələsgər şəxsiyyəti və yaradıcılığı Qurani Kərimin, Vətənin, poeziyanın, təbiətin, bəşər övladının, dilimizin, milli adət-ənənələrimizin gözəlliklərini dərindən anlamaq üçün müasir dövrümüzdə də hər birimizin, xüsusilə gənclərimizin zehni, ruhi, mənəvi, əxlaqi tərbiyəsində mühüm rol oynayan amillər kimi daim diqqət mərkəzində olmalıdır.

Dədə Ələsgərin müqəddəs ruhu, vergili şəxsiyyəti, dərin, müdrik, hikmətli poeziyası və xalqımızın onun bu dəyərlərinə dərin inamı, ölkə Prezidentinin uzaqgörən siyasəti, dəqiqliklə hesablanmış strategiyası zəminində öz itirilmiş dədə-baba yurdlarımızla qovuşmağa dərin inam, ümid və əminlik yaradır!"
Dədə Ələsgər Ocağı İctimai Birliyinin idarə heyətinin üzvü, şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər çıxış edərək bildirib ki, ölkəmizin siyasi, iqtisadi məsələ kimi qarşıya qoyduğu priorited məsələlərdən biri də Qərbi Azərbaycana qayıdış məsələsidir. Aşıq Ələsgər yaradıcılığı bizim milli ensklapediyamızdır, bütün elm sahələrinin birləşdiyi ədəbi məkandır. Aşıq Ələsgəri araşdırmaq bizə bir daha əsas verir ki, Qərbi Azərbaycan oğuz, türk torpaqlarıdır. Qeyd edib ki, Mədəniyyət nazirliyinin maliyyə dəstəyi ilə belə tədbirlərin keçirilməsi dünya ictimayyətinə çatdırmaq üçün çox önəmlidir.

AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tacir Səmimi çıxış edərək bildirdi ki, Aşıq Ələsgər yaradıcılığında vətənpərvərlik, yurdsevərlik motivi vətənə qayıdışdır, Qərbi Azərbaycana qayıdışdır. Çünkü Ələsgər yaradıcılığında elə bir kənd, yurd, oba, o cümlədən gözəllərimiz, qəhrəmanlarımız yoxdur ki, təsvir olunmasın.
Dədə Ələsgər Ocağı İctimai Birliyinin idarə heyətinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyeva çıxış edərək bildirdi ki, Dədə Ələsgər yaradıcılığı uzun illərdir alimlərimiz tərəfindən tədqiq olunur. Aşıq Ələsgərin tədqiqatçılarının bu gündə davam edərək çoxalması beynəlxalq aləmdə səsimizi çatdırmağa böyük töhvə verəcəkdir.

Dədə Ələsgər Ocağı İctimai Birliyinin idarə heyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanov çıxış edərək xüsusilə bildirib ki, Dədə Ələsgər poeziyasında məkan elementləri, Qərbi Azərbaycan toponomlərinin istifadəsi bu gün qayıdış prosesi üçün çox önəmlidir.
AYB-nin, AJB-nin üzvü, tədqiqatçı, publisist, yazar, "Qızıl qələm" mükafatı laureatı Məlahət İsmayılqızı çıxış edərək bildirdi ki, Göyçədə Kitabi-Dədə Qorqud, Ozan Heydər, Ozan Cəlil, Ozan İbrahim, Miskin Abdal, Ağ Aşıq, Aşıq Alı və Dədə Ələsgər kimi bizi gözləyən məbədlərimiz var. Qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin fəaliyyət dövründə Aşıq Ələsgər yaradacılığına böyük diqqət göstərmişdir. Ümummilli liderin göstərişi ilə Aşıq Ələsgərin 150 illiyində yaşadığı Göyçə mahalının Ağkilsə kəndində qəbrüstü abidəsi ucaldılmış, 175 illiyi təntənəli şəkildə qeyd olunmuşdur. Bu gün Aşıq Ələsgər yaradıcılığı dövlət başçımız, Ümummilli liderin layiqli davamçısı cənab İlham Əliyevin diqqət mərkəzindədir. 2021-ci ildə Aşıq Ələsgərin 200 illik yubileyi beynəlxalq səviyyədə qeyd olunmuşdur. Bütün bu görülən işlər bizi əbədi məbədimiz olan Göyçəyə aparacaqdır.
Azərbaycan Televiziyasının şöbə rəisi, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov çıxış edərək bildirdi ki, Aşıq Ələsgər işığı bütün Azərbaycanı nura qərq edir. Onun dühası, onun yaradıcılığı həm Azərbaycan tarixi, həm Azərbaycan ədəbiyyatı, həm də Azərbaycanın milli-mənəvi dəyərləridir. Təklif etdi ki, Aşıq Ələsgər haqqında bədii filim hazırlansın. Bu təbliğ üçün, qayıdış üçün böyük vasitə olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.
AYB-nin üzvü, AYB-nin Quba bölməsinin sədri, "Azərmətbuatyayımı" ASC-nin 5 saylı Regional "Mətbuatyayımı" İdarəsinin rəisi, şair, publisist Ramiz Qusarçaylı çıxış edərək bildirdi ki, Dədə Ələsgərin şeirləri, poeziyası bu gün Göyçəyə qayıdışda öndə mayak kimi gedir.
Şair, publisist Yusif Nəğməkar çıxış edərək bildirdi ki, Aşıq Ələsgərdə bütün bəşəriyyətin baş açmağa çalışdığı həyatın, varlığın intişarı fəlsəfəsi vardır.
Konfrans iştirakçılarına layihə çərçivəsində yeni işıq üzü görmüş “Dədə Ələsgər Ocağı” kitabı təqdim edilib.

Sonda Xətai Ələsgərli konfrans iştirakçılarına və konfransın baş tutmasına görə Mədəniyyət nazirliyinə maliyə dəstəyi ayırdığı üçün təşəkkürlərini bildirib. Məlumat üçün bildirib ki, layihə çərçivəsində Aşıq Ələsgər və onun şərəcəsinin ədəbi irsinin daha dərindən öyrənilməsi üçün “Dədə Ələsgər Ocağı” adlı kitabın nəşr edilməsi və Qərbi Azərbaycana qayıdış prosesinə də mühüm köməyi ola biləcək dahi Aşıq Ələsgərin həyat və yaradıcılığına daha dərindən, həm bədii, həm ictimai baxımdan qiymətləndirməyə kömək edən tədbirlər planının hazırlanması üçün elmi konfransın keçirilməsi nəzərdə tutulmuşdur.

Goyce.az


Etiket:
Xəbərlər

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025
Bütün xəbərlər