Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar

13:09 / 16.12.2024
Baxılıb: 420

Düşüncəli ruh tək olmağa meyillidir!
Ömər Xəyyam

Ruh… Ruh özü bir fəlsəfədir. Fəlsəfə isə həqiqətə baxış tərzidir. Fəlsəfə ikinci fitrətin açılışıdır.
Birinci fitrət agahliqdır. İkinci fitrət isə agahlıqdan agah olmaqdır.
Yox, mən sizə fəlsəfədən dərs vermək fikrində deyiləm.
Fitrəti ilə, fəlsəfəsi ilə minlərlə oxucunu ruhuna aşiq edən Şamil Ənvəroğlu haqqında ruhumdan keçənləri, könlümə hakim kəsilənləri sizinlə bölüşmək fikrindəyəm.
İnsanları özünə—zahirinə yox, ruhuna aşiq etməlisən!—Mənim fikrim deyil, hikməti ilə razılaşdığım Diogenin ifadəsidir.
Şamil Ənvəroğlu!
Güclü şair, iti qələmi olan yazar, həqiqət ünvanlı filosof, insan sərrafı olan psixoloq, öyrətməyi bacaran pedaqoq!
Sözümü əbəs yerə ruh və fəlsəfə ilə başlamadım.
İnsanın ruhu ilə həyata baxış fəlsəfəsindən yaranan notların sözdə inikasıdır insanın daxili aləmi.
Bəzən təlatümlü, bəzən sakit. Hər hali ilə düşünən və düşündürən söz adamı, qələm sahibi Şamil Ənvəroğlu!
Sokrat: ” Mən heç kimə heç nə öyrədə bilmərəm, yalnız onların düşünmələrini təmin edə bilərəm!”
Buna hər əsərində nail olan —düşündürməyi bacaran əsl sənət, əsl söz əhlidir Şamil müəllim.
Əsl insan üçün çox müqəddəs dəyərlər var. Dünyanın heç kimi və heç nəyi ilə əvəz edilməyən ANA məhəbbəti, ATA nəsihəti, övlad sevgisi. Məhz insanı müdrikliyə, kamilliyə aparan birinci növbədə ailə dəyərləridir.
Bu anda misralar danışsın. Elə misralar ki, anlayanı ağladar, dinləyəni düşündürər, ruhu olanın sol yanın göynədər, sarı simə hər mizrabı vuranda bir ah çəkər…

Gözlərimin önündə əriyib gedir anam,
Daşa dönsün ürəyim, buna necə dayansın?
Əyilib dinləyirəm ürəyinin səsini,
Yalvarıram Tanrıya, nolar anam oyansın…
Qurumuş əllərində zaman donub elə bil,
Ha edirəm nəfəsim bu əlləri isitmir…
Yanağında ağrının buz bağlamış heykəli,
Göz yaşları ha axır, bu buzları əritmir…
Çarəsizlik… ən böyük ağrı buymuş, sən demə,
Heç nə edə bilməmək, donub yerində qalmaq…
Bəzən atası kimi saçlarını oxşamaq,
Körpə balası kimi qucağında uyutmaq…
Sonra isə gecənin ansızında oyanıb,
Nəfəs alıb verirmi? Nəbzin sayıb gözləmək…
Sonra yenə başlayan ağrıların səsinə,
İçin-için ağlayıb, ölə-ölə dinləmək…
Daş asılır gecələr vaxtın ayaqlarından,
Nə sabahlar açılır, nə ağrılar səngiyir,
Göz yaşıyla etdiyim dualarım cavabsız,
Sanki Tanrıya çatmır, bəlkə yolda ləngiyir?
Sonra quyu dibindən gələn bir səsə bənzər,
yorğun bir səs duyuram: “Can bala, yat, ağlama…”
Çəkilirəm otağın bir qaranlıq küncünə,
Anam görməsin deyə bürünürəm yorğana…
Ümidsiz durumuma şahidlik edir yataq,
Anamın hər səsinə içimdən min tel qopur.
Göz yaşımla islanan yastığım daşa dönüb,
Səhərəcən ömrümdən ümid əzir, bəxt çapır.
Gecənin bir yarısı… Sükutun vahiməsi,
Anamın səssizliyi… Ürəyim düşür yerə…
“Yoxsa…” qara fikirlə tez qaçıram yanına,
Bir əlim tez nəbzinə, bir əlim tez alnına…
Bir möcüzə baş verə, elə bir sabah gələ,
Bir baxam anam durub gəzir həyətimizdə.
Ağrıları dəfn edib, əzabları öldürüb,
Yerinə ümid əkib, cücərdək qəlbimizdə…

Ay Şair, bu nə sözlər, bu nə misralar, bu nə şeir, bu nə sehr… ATA-ANA haqqında deyilən sözlər, yazılan əsərlər müqəddəsdir, qiymətlidir! Amma ANASI gözlərinin önündə qocalan , qurumuş əllərində zaman donan, gecələri səksəkə içində səhər edən bir oğulun–ANA müqəddəsliyini, əvəzedilməzliyini dərk edən oğulun vicdan isbatıdır bu şeir! Vaxtilə Sənin üçün “Daşa dönüm “, — deyən ANANIN ağrılarına dözməyən oğulun “Daşa dönsün ürəyim”- deməsi boşa getməyən illərin səsidir, ağaran saçların rəngidir, güclə yeriyən ayaqların ahəngidir. Gecəni sabaha qədər beşik başında min ümidlə deyilən ANA laylasının indi yorğan altında çevrilmiş iniltisidir, ahıdır bu şeir. ANAMIN hər səsinə içimdən min tel qopur…Qopan tellərin titrəyişi mi pozur gecənin səssizliyini?! Bir möcüzə baş verə, elə bir sabah gələ, Bir baxam ANAM durub gəzir həyətimizdə. Dünyanın ən gözəl arzusu, ən müqəddəs diləyi… Gələcək o sabah, Şair, gələcək , açılacaq o xoşbəxt səhər… ANAM gəzəcək, gəzəcək, mütləq gəzəcək… Əkəcək ümidləri, cücərdəcək qəlbimizdə …Etdiyim dualar da yetəcək SAHİBİNƏ, çatacaq TANRI DƏRGAHINA…Can bala, yat, ağlama…ağlama…ağlama… 

Şamil müəllimin yaradıcılığı qəlibə salınmış yaradıcılıq deyil. Çünki, söz böyük bir sənətdir. Sənətinsə nə ölçüsü olar, nə qəlibi .
Şamil Ənvəroğlu bir beyt də yazır, bir roman da, hecada da sözünü deyir, sərbəstdə də fəlsəfəsini çatdırır. Bax, yaradıcılıq budur.
Şamil Ənvəroğlunun hər əsərində bir hikmət var, bir fəlsəfə var. Maraqlıdır ki, eyni əsəri təkrar oxuduqca fərqli fəlsəfi notlar kəşf edirsən.
İdraki təfəkkür sahibləri özü ilə də , həyatla da , dünyayla da razılaşmaz.
Yaratdığı əsərləri oxuduqca fikirləşirəm ki, Şamil müəllimin elə bir ruhu var ki, cisminə sığmaz, elə bir təfəkkürü var ki, idraka sığmaz, elə bir dünyası var ki, dünyaya sığmaz.
L.Tolstoyun müdrik bir ifadəsi var: ” Sadəcə kitab oxumaq kifayət deyil. İnsan həm də meydan oxumağı bilməlidir: özünə, dünyaya, həyata!”
Şamil Ənvəroğlu da qalaq-qalaq kitabları ta kiçik yaşlarından üzü bu yana oxumaqla kifayətlənmədi, meydan oxudu, qalaq-qalaq əsərlər yazdı, hər əsərində bir imzaya qol çəkdi, möhür vurdu.
Sözün ölçülə bilməyəcək qədər dərinliyi var, fəlsəfəsi var. Çoxları getməz o dərinliyə, boğulmaqdan qorxar. Şamil Ənvəroğlu isə rahatlıqla sözün ən dərin qatına gedən və oradan hikmət, işıq, fəlsəfə, gövhər çıxaran şairdir, yazardır, ziyalıdır.
Möhtəşəm “Yaşanmışlar…
Düşüncələr…
Ümidlər…” adlı romanı var. Oxuduqca o aləmə düşüb günlərlə çıxa bilmədiyin bu romanında ATANIN bu fani dünyadan əbədi dünyasına köç etdiyi zaman övladına verdiyi son nəsihət: ” Dözümlü ol…
Anam: “ay bala, mən dədənin yanındayam, işindən olma sən” desə də, gözümə nə iş görünür, nə də özüm.Özümü tamam unutmuşam…
Qış fəsli olmasına baxmayaraq içinin alışıb yandığını deyir dədəm.
Ən çox istədiyi buz kimi su və dondurma olurdu.
” Mənə bir az qar gətir yeyim, Şamı balam, içim yanır, dayana bilmirəm” dedikcə bitirdim, ölürdüm rəsmən…
İnsan nə qədər çarəsiz məxluqdur, İlahi?!…
Çarəsizliyimi özümə bağışlaya bilmirdim….
Xərçəng, elə bil ki, əjdahaya dönüb hissə-hissə parçalayıb udurdu atamı.
…Sonra anamı və qardaşlarımı mənə tapşırıb gözlərini bir nöqtəyə zilləyib eləcə də donub qaldı.
O gecə atamın son gecəsi oldu…
ATA, ANA qədər kim bilər, kim tanıyar ki, ürək parçasını?!
ATA gözəl bilirdi ki, Ənvəroğlu dözə bilmir bu çarəsizliyə, dözə bilmir haqsızlığa, dözə bilmir, ədalətsizliyə, dözə bilmir riyakarlığa, saxtakarlığa, etibarsızlığa, sədaqətsizliyə.
Amma yenə bacardığın qədər döz deyirdi…
Ruhu olan insanı göz yaşına boğan o səhnədə də həyatın acı, real fəlsəfəsi var.

Şeirlərinin birində isə:
“…Bacara bilmirəm axı, bacara bilmirəm, ATA. Boğularam bu cəmiyyətdə , rəsmən boğuluram bu qədər haqsız, bu qədər ədalətsiz mühitdə…”
” Axı niyə bu cəmiyyətin adamlarından ola bilmirəm? Axı niyə dəyərlərimi ata, sata bilmirəm?
Axı niyə?!”
Bilirsiniz, dünyaya hərə öz prizmasından, öz pəncərəsindən baxar.
Bax, həmin baxışdır insanların həyat fəlsəfəsi.
Adilikdən uzaqdır əsl yaradıcı insanın dünyanı dərki. Eyni Şamil Ənvəroğlunun fərqliliyi kimi.
Bu insanlar üçün, əslində, həyat da, yaşamaq da, insanlarla münasibət də çox çətin olur.
Şamil müəllimin özünəməxsusluğu, dünyanı dərk fəziləti, dərrakə tutumu , səmimiliyi, göründüyü kimi olması, olduğu kimi görünməsi, fərqli ruh aləmidir minlərlə oxucu sevgisini, alqışını qazandıran.Fərqli tərz, fərqli yanaşmadır şedevr əsərlərin ərsəyə gəlməsinə səbəb:
Öncə düşüncələr yorular insanda,
“niyə?”lərin ölüm cəzası edama sürükləyər düşüncəni…
Sonra sözlər asar özünü udqunan boğazda.
Dili susqun olar ən çox sözü ölənlərin,
ən çox gözlər yetim qalar gözləməkdən.
Ən çox əllər qəribsəyər yad əllərə toxunduqca,
ən çox qollar bezər səndən bir boşluğa sarıldıqca.
Və insan nə vaxtsa itirməkdən yorular…
Hər gündəliyin göz yaşından saralmış bir neçə səhifəsi var əlbət,
Ya da, məktubların yaddaşında gizlədər göz yaşı öz şəklini…
Bütün uzaqlara dikilən gözlərin bir gedib dönməyəni var,
yanan arzular içində bir tam yanıb sönməyəni var…
Yorğun ürəklərin yuxusu olmaz,
qorxusu olar-ayıq qalmaq qorxusu…
Yatmaq dincəlmək üçün deyil bəzən,
unutmaq üçündür,
bütün ağrıları unutmaq üçün…
Hər keçmişin bir duz basılmış yarası var,
ağrıdar için-için.
Və insan nə vaxtsa ağrımaqdan yorular…
Hər qabarlı əlin bir yalnızlıq tərəfi var,
həm də heç kimə əyilməyən bir qürurlu tərəfi…
Əllər, bəlkə də, daha xoşbəxtdir ayaqlardan,
darıxanda o biri ələ sarılıb təsəlli tapır deyə…
Gözlərin xoşbəxtliyi ağlayıb boşala bildiyi qədərdir,
çıxıb gedə bildiyi qədərdir ayaqların xoşbəxtliyi,
Dodaqların xoşbəxtliyi sevgidən öpə bildiyi qədərdir.
Və heç kimə yük olmadan qəfil ölə bildiyi qədərdir bir insanın xoşbəxtliyi…
Bəzən aciz qalır söz də, sözün gücü yetmir sözü təhlil etməyə…
Öncə düşüncələr yorular insanda,
“Niyə?”lərin ölüm cəzası edama sürükləyər insanı …
Düşünməkdən yorulan, gözləməkdən gözləri yetim qalan, boşluğa sarılmaqdan qolları bezən, yuxusuz qalmaqdan qorxan insan tapar özünü bu şeirdə.Əslində, hər kəs tapar .
Hər misrasında, hər sətrində kəşf edirəm Ənvəroğlunu!
…məktubların yaddaşında gizlədər göz yaşı öz şəklini…
Oxuyub göz yaşı tökənlərin yaddaşının gizləndiyi məktublar yada düşər, vərəqlənər o illər…
Hər sətirdə bir fəlsəfə, ümümi nəticə isə insan…
İnsanı, düşüncəsini bu qədər fəlsəfi təhlil edən, hisslərinin dərinliyinə varan, psixologiyasını tamlığı ilə anlayan qələm sahibinin qələmindən Hüseyn Cavid fəlsəfəsinin ahəngini duyarsan. Şamil Ənvəroğlu şeirlərində bir kədər var, bu kədərin özü də sıradan kədər deyil.
Zamanında dəyəri lazımınca verilməyənləri dərk edəndə, tanıyanda gec olur. Ariflər, söz anlayanlar nə demək istədiyimi bilərlər.
Yorğun ürəklərin yuxusu olmaz,
Qorxusu olar— ayıq qalmaq qorxusu…
Hər sətri bir hikmətdir! Hər misrası bir fəlsəfə!
Dünyanı dərk etmək müxtəlif cürdür.İstədiyin kimi dərk edərsən, özünə lazım olan kimi qəbul edərsən, bir də
necə var, elə qavrayarsan.
Yükdür bu dünyanın bütün sifətlərinə bələd olmaq bir insan üçün.Çətindir insanların iç üzünü olduğu kimi oxumaq.
Şamil müəllim bax o yükləri çiyinlərində daşıya bilən söz ustadıdır! İnsanın da, dünyanın da simasını rəngindən tanıyır.
Şamil bəyin də xoşbəxtliyi sözünün çəkisindədir, hikmətindədir, fəzilətindədir!
Şamil Ənvəroğlunun yaradıcılığı janr rəngarəngliyi ilə yanaşı mövzu zənginliyi ilə də diqqəti cəlb edir. İctimai, Vətən, məhəbbət, təbiət, fəlsəfi mövzulu əsərlərində pak sevgi də var, xəbisliyə üsyan da. Mövzu seçimi təsadüfi deyil, qarmaqarışıq dünyanın hər üzünü öz rəngində çizir Şamil Ənvəroğlu!

Bu ki yaşamaq deyil, savaşmaqdır biz-bizə,
Bu savaşda önümdə olanlara əlvida!
Daha bəsdir bu zillət, ovunmaq da əbəsdir,
Doğruları məhv edən yalanlara əlvida!
Ömrümüzü zəlitək soranlara əlvida!
Mələk bilib qoynuna şeytan alanlar bilir,
“Lənət şeytana!”-deyib, baş bulayanlar bilir,
Mən nədən danışıram, insan olanlar bilir,
İnsanlıqdan sinifdə qalanlara əlvida!
Qəlbimizdə gor yeri qazanlara əlvida!
Əlindən tutduqların ayağından çəkirsə,
Səndən sevgini alıb ömrünə dərd əkirsə,
Peşman edib hər şeyə, gözlərindən tökürsə,
Yük olub ürəyini yoranlara əlvida!
Öz adını özgəyə qoyanlara əlvida!
Beşgünlük dünyamızı cəhənnəm edənlərə,
ürəksiz “sevənlərə”, saf bilib gülənlərə,
Abrından susanları qul, kölə bilənlərə,
Üzümüzdən gülüşü yuyanlara əlvida!
Şərəfini, “mən”ini satanlara əlvida!
Bu da “icad” olundu–ağlamağın saxtası,
Oskarlıq “oyun” qurur şəxsiyyətin axtası,
Minbir cildə girənin boynunda var xaltası,
Koronasız maskada olanlara əlvida!
Arı, şirə məsəli dalanlara əlvida!
Kişilikdən dəm vurur göy ekrandan mavilər,
Xanımlıqdan “dərs” keçir əxlaqsızlar, qəhbələr,
Baxırsan başa keçir pul gücünə gədələr,
Bizləri bu günlərə salanlara əlvida!
Layiq olmayan yerə dolanlara əlvida!
Sevinməli gün də yox, adam nəyə sevinsin?
Hansı günə sevinək? Kim nə ilə öyünsün?
Hamı deyir “ya qismət”, qismət var ki görünsün?
Dərdimizi dağ boyda edənlərə əlvida!
Onun, bunun cibini güdənlərə əlvida!
Pulun varsa, gücün var, pulun yoxsa, öl kasıb,
Çox danışma yerindən, yoxsa, gedər dil, kasıb,
Xoşbəxtliyi, huzuru yaddaşından sil, kasıb,
Hələ bundan betəri edənlərə əlvida!
Sürtülmüş sifətləri gülənlərə əlvida!
Döydüyün qapılardan səs gəlir–“kim göndərib?”
Mətbuat da dəyişib, təzə “xəbər” əndərib-
“Kim kimi harda tutub? Kim kimə harda “verib?”
Başımıza bu külü tökənlərə əlvida!
Ömrümüzə “paz” olub çökənlərə əlvida!
“Həci” davası gedir otellərin önündə,
“Patı” satanlar artır küçələrin tinində,
“TikTok”da canlı açır, paltarı yox əynində,
“Müasirlik” adıyla gələnlərə əlvida!
İçimizi bu adla yeyənlərə əlvida!
Sonra yediyi qabı söyənlərə əlvida!
Arvadını kişiylə tutub çəkənlər artıb,
Namus, şərəf, vicdanı çoxdan itənlər artıb,
Ümidi də, səbri də artıq ölənlər artıb,
Əlimizdən ümidi alanlara əlvida!
Bizləri bu günlərə salanlara əlvida!

Sözün dəyəri budur bax, bu! Həqiqətən,sözə belə möhür vururlar,belə imza atırlar.
” Əlvida” sözünün haqq qazandığı bəlkə barmaqsayı şeirlərdəndir. Hər halda məni başa düşdünüz. Əlvida sözü ayrılığın mənası kimi könül kövrəldər, amma burdakı “əlvida” insanı onu incidən, çirkindirən, bezdirən , utandıran, usandıran bütün əzablardan qurtarmağa verilən qərar kimi rahatlandırır, sakitləşdirir.
Yaşamağı savaş edən bir insanın hər kəlməsi bir güllədir hədəfə atılan. Hədəflər isə o qədər sərrast seçilib ki, təkcə sizin deyil, minlərlə nədən danışdığınızı bilənlərin yekun sözüdür, deyəcəyidir.
Mən nədən danışıram, insan olanlar bilir!
Xanımlıqdan dərs keçir əxlaqsızlar,…
“TikTok”da canlı açır, paltarı yox əynində…
Şeirin bütün misraları günümüzün sözlə mənzərəsidir!
Ümid , səbir, dözüm …Sizə bunları arzu edirəm. Çünki ümid tükənsə…Ümidiniz olsun, səbriniz sizi tərk etməsin, dözüm sizə güc versin! Yazın, haqq yazırsınız! Haqq hamımıza kömək olsun!
Bir də şeirləriniz bir xüsusi seçilir. İmzanız tanınır. Şamil Ənvəroğlu xətti var. Bu xəttin hədəfi gerçəklərdir, ədalətdir, düzlükdür. Bu yolda Sizə uğurlar, uğurlar diləyirəm!
Müdriklərdən biri belə demişdir:” Dürüst insan hər zaman düz söz danışar, ağıllı insan isə sadəcə vaxtında”
Belə qənaətə gəlmək olur ki, dürüst və ağıllı insan vaxtında düz danışar. Dedikləri isə təsirsiz ötüşməz, mahiyyət kəsb edər, düşündürər, örnək olar.
Günün aktuallığını da qələmə alar, dünyanın qlobal problemini də.
Dəyərlini isə alınan nəfəsə, başının tacına, gözünün nuruna bənzədər:

Biri üçün bir cansız mətbəx əşyası,
biri üçün alınan nəfəssən, QADIN.
Biri üçün hər şeydə “günahkar” olan,
biri üçün dopdolu ürəksən, QADIN.
Biri üçün dinməyən təhqir hədəfi,
biri üçün dünyanın özüsən, QADIN.
Biri üçün hisslərin öldüyü məkan,
biri üçün yaşamın dadısan, QADIN.
Biri üçün bədənin şəhvət ünvanı,
biri üçün xoşbəxtlik gözüsən, QADIN.
Biri üçün evinin acı boxçası,
biri üçün gözünün nurusan, QADIN.
Biri üçün bir kölə, bir işlək alət,
biri üçün başının tacısan, QADIN.
Biri üçün sadəcə bir ana, bacı,
biri üçün hər şeysən, hər kəssən, QADIN!!!

Bəzəksiz -düzəksiz çox gözəl şeirdir. Minlərlə qadının səsidir bu sətirlər!Reallıqdır! Qadına kölə kimi baxanın ibrət götürəcəyi misralardlr! Qadını ANA bilib baş tacı edənlərin üzağlığıdır !
Təzadlardan ibarət, alliterasiyanın yaratdığı çox maraqlı bir ahəngdir! Bütün əks cinsin QADINA baxışı, hərtərəfli, elə dürüst əks olunub ki…
Fərqli-ikilik şəklində yazılıb. Bütün beytlərdə təzad var. Qadın rədifdir. Ümumiyyətlə, mövzu və üslub şair qələminin gücündən xəbər verən məqamlardır.
Bütün ikinci misralar, sətirlərdəki ifadə məhz Qadına şairin baxışıdır. Deməli, Qadına haqqı olan dəyəri artıqlaması ilə verməyi bacaran yazar ANA üçün ONU dünyanın heç kəsi ilə əvəz etməyən oğuldur!Bacı üçün arxa, dayaq Qardaşdır!Ömür-gün yoldaşı üçün vəfalı, sədaqətli yardır!Bütün qadınlar üçünsə nəfəs kimi, ürək kimi, başının tacı kimi, hər şey kimi, hər kəs kimi baxan əsl kişi, əsl insandır!Qadını bax belə görən gözünüz, duyan ruhunuz, sevən qəlbiniz, hiss edən duyğunuz var olsun, var olsun!
Əli Şəriətidən də bir müdrik, dəyərli nümunə xatırladım: ” Cəmiyyət dəyişir, insanlar dəyişir, dünya dəyişir. Düşüncələr dəyişmir!”
Düşüncə kamil insanındırsa, müdrikliyə doğru, hikmətliliyə doğru, aqilliyə doğru, dərin dərrakəliliyə doğru dəyişə bilər.

Haqqında bəhs edəcəyim çox fəlsəfi , çox şedevr bir əsərində ibadətinə sadiq qaldığı ” İNSANLIQ DİNİ”ndən söz açır:
Hər an ibadətinə sadiq qaldığım din—-İNSANLIQ DİNİ
Bir-birini dəli kimi sevənə də insan deyirlər,
Bir-birini it kimi çəkib yeyənə də…
Dünyasını yenidən qurana da insan deyirlər,
o dünyanı yıxıb yerlə bir edənə də…
Ən böyük acını çəkənə də insan deyirlər,
o acını verib yaşadana da…
Sabahlara min ümidlə baxana da insan deyirlər,
o ümidi məhv edənə də…
Bir insanın əlindən tutana da insan deyirlər,
o insanın ayağından çəkənə də…
Bir sevgi uğruna yaşayana da insan deyirlər,
o sevgini ürəklərdə boğmağa cəhd edənə də…
“Bütün insanları sevirəm!” -deyə hayqırana,
əməliylə bunu sübut edənə də insan deyirlər,
çəkinmədən,
düşünmədən insanlığın qəlbinə min acını sıxana da…
Öz həyatını sevdiklərinə qurban verənə də insan deyirlər,
özünə min bir qurban seçənə də…
Xoşbəxtliyi insanlığa olan sevgidə,
diqqətdə,
dəyərdə,
nəvazişdə görənə də insan deyirlər,
soyuducuda ətin,
cibdə pulun çox olmağında görənə də…
Görəsən, indi kim nə qədər İNSANDIR?
Təzadlarla dolu insanlığın, bəlkə də, bəşərin, dünyanın həm o üzü, həm bu üzü…
Əsərin, şeirin adına diqqət edin: ” Hər an ibadətinə sadiq qaldığım din—İNSANLIQ DİNİ”
Şeirin hikməti də adından bəllidir, ideyası da.

Bütün müqəddəs dinlərin , kitabların, kəslərin insanlara təbliğ etmək istədikləri: Yaxşılıq, halallıq, xeyirxahlıq, tərbiyə, əxlaq, ədəb-ərkan, düz yol, düz niyyət, düz amal, düz məslək.
Bütün dinlərin ortaq hədəfi— İNSANLIQDIR! Bax budur fəlsəfə— Şamil Ənvəroğlu fəlsəfəsi!
Şair, yazıçı var bir evindir, Şair, yazar var bir elindir, Şair var, yazar var bütöv Azərbaycanındır! Şamil Ənvəroğlu kimi!
Şamil müəllim kimi haqq, ədalət şairlərimiz, dürüstlük, etibar, vəfa ünvanlı yazıçılarımız bütün mövzuları elə səmimi yaradırlar ki, sadəcə, düşünürsən, yaşayırsan, yaddaşa həkk edirsən o mənaları.
Jan Leronun fikridir məncə:
” Həqiqi namuslu insan ailəsini özündən, vətənini ailəsindən, insanlığı isə vətənindən uca tutmalıdır!”
Ailəsini, Vətənini, İnsanlığı uca tutan Şamil Ənvəroğlu yaradıcılığından daha bir çələng– bu çələngin hər
ləçəyi şərəfdir, ləyaqətdir, vicdandır, qürurdur!
Mən bütöv Azərbaycanam!
Bir vaxtlar dünyanın özünə də meydan oxuyan,
İrəvanı, Göyçəni, Təbrizi,
Kərkükü, Həmədanı, Dərbəndi
və neçə-neçə doğma yurd yerlərimizi özündə birləşdirən,
Qorqud Dədəmizdən ad alıb,
igidliyi və böyüklüyü ilə
düşmən gözünə ox kimi saplanan
Oğuz igidlərinin Vətəniyəm Mən!
Sonra…
Sonra yağıların min fitnə-feliylə
min yerə didilib-parçalanan,
insanı insanından,
doğması doğmasından,
parçası parçasından ayrı düşən bir Vətənin zirvəsiyəm mən!
Mən Azərbaycan övladıyam–
tarixin bu qədər acısını yaşadığıma rəğmən
ayaqda dimdik durmağı bacaran ,
hər faciəmizdən bir dərs alıb,
gec də olsa, dostunu – düşmənini tanıya bilən
və qisasını ala bilən Azərbaycan oğluyam!
Azərbaycan oğlu!
İllərlə içinə yığdığın qisasını ala bilən, Azərbaycan oğlu!
Bax, sənin qeyrətinə, namusuna, vıcdanına, qüruruna, mənliyinə bu yaraşır! Bu misralardır sənin qamətinə biçilən, bu ahəngdir qollarının qüvvəti!
Həm də bu şeir tariximizin yaddaşını yeniləyən, ulu Dədə Qorqud boylarından boylanan, sərhədlərimizin İrəvan, Göyçə, Təbriz, Kərkük, Həmədan, Dərbənd tarixi-siyasi yalnışlarını düzəltməyə gücü yetən Azərbaycan oğlunun nidasıdır!
Yağıların fitnə-feliylə insanı insanından, doğması doğmasından, parçası parçasından ayrı düşən alliterasiyası, qafiyəsi, faciəsidir qədim bir xalqın! Belə bir Vətənin zirvəsi olmaqsa, hər igidin hünəri deyil!
Haqsızlığa tab gətirib ayaqda dimdik durmaq, zaman-zaman sınaqlardan dərs alıb düşmənə tarix dərsi verməksə, sənin mükafatındır, Vətən oğlu!
Bax, bu şeirdə bir ədəbiyyatçının qələmi var, bir tarixçinin nəfəsi var, bir Vətən oğlunun sevgisi var, sevdası var!
Yazan əllərə əhsən, Vətən oğlu!!!
Marşal da dəyərli bir ifadə imzalayıb. İki şey həyatımızın keyfiyyətini müəyyənləşdirir: oxuduğumuz kitablar və bir yerdə olduğumuz insanlar.
Uşaqlıqdan kitabın dostu Şamil müəllim, Sizi tanıyanlar çoxdur, tanımayanlarsa, əsl söz, əsl sənət, əsl qələm sahibinin ikicə misralıq şeirini oxusalar belə, Şamil Ənvəroğlu dünyasını sevəcəklər. Bunu əminliklə deyirəm.
Lirikanızı, şeiriyyatınızı, romanlarınızı dəfələrlə oxumaqdan zövq alan oxucu kimi deyirəm!
Siz Azərbaycan ədəbiyyatında mövqeyi olan güclü qələm şairisiniz, orjinallığı və özünəməxsusluğu ilə çox-çox seçilən yazıçısınız!
Romanınızdan yalnız bir neçə cümləni icazənizlə redaktə edim:
Ümidlə sabahlara baxan, Qürurla ayaqda duran, Məğrurca yoluna davam edən, Sevgi ilə hər kəsə yanaşan, İnsanlığı ilə var olan həmişə var olacaq, Şamil Ənvəroğlu!
Sözümü müdrik Ömər Xəyyamın qiymətli kəlamı ilə başlamışdım.
Epiloqu isə Nazim Hikmət xəzinəsindən bir inci ilə tamamlayacam:
” Əsas olan sadəcə, yaşamaq deyil, layiqli və ləyaqətli yaşamaqdır: Təslim olmadan, boyun əymədən yaşamaqdır!”
Şamil müəllim, həyat və ədəbiyyatda mövqeyiniz də belədir!
Həyata inad gülümsəyin…
Ümid və sevgi həyatınızın baş qəhrəmanı olsun!
İNSANLIQ, zatən, ən müqəddəs dininizdir.
Sizi bu zəkada, dərrakədə, fəzilətdə YARADANA ŞÜKÜRLƏR OLSUN!

Nöbəti dəyərli əsərlər, kitablar ümidiylə sağlıqla qalın, dəyərlimiz Şamil Ənvəroğlu !

Sevil Azadqızı


Etiket:
Xəbərlər

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024

Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

18.12.2024

Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar

16.12.2024

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024
Bütün xəbərlər