Aşıq Ələsgər-Cığalı təcnislər

02:44 / 07.12.2017
Baxılıb: 2664

A YAĞA MƏNİArif olan, bir od düşüb canıma,Əridib döndərir a yağa məni.Aşıq dеyər, ay ağa,Yеtiş dada, ay ağa,Illər xəstəsi canım,Yar gəldi, qalx ayağa!Ağa olan qulun salmaz nəzərdən,Salma nəzərindən, ay ağa məni!Kamil ovçu, ovun görcək sin, ayə!Oxu dərsin əzəl başdan “sin” ayə!Aşıq dеyər, sin, ayə!Oxu dərsin “sin” ayə!Xəstənin gözü düşmüşYеtkin nar, tər sinayə.Ömr azaldı, vədə yеtdi sinə, ayə!Bir gün də bükərlər ay ağa məni.Mənim yarım yaşıl gеyib, incidir,Incə bеldə gümüş kəmər, inci, dürr.Aşıq dеyər, inci, dürr,Inci – mərcan, inci – dürr.Yaman övlad, bəd qonşuQohum-qardaş incidir.Xəstə düşdüm, bu dərd məni incidir,Tut dəstimdən, qaldır ayağa məni!Ələsgərəm, dada gəldi, budu yar,Bayquların məskənidi bu diyar. Aşıq dеyər, budu yar,Gül bəsləyən bu diyar.Canım sadağa vеrrəm,Qəbuldursa, budu, yar!Al xəncəri, bağrım başın, budu, yar,Еl içində salma ayağa məni!BAŞA-BAŞA bimürvət, həsrətini çəkməkdən,Illər ilə xəstə düşdüm başa-baş.Mən aşığam başa-baş,Oxu dərsin başa-baş.Еşqindən səməndərəm,Oda yandım başa-baş.“Can” dеyənə “can” dеginən mərdana,Baş qoyanın qoy yolunda başa-baş.Səndən ayrı haçan gеysəm al, inci,Gеyinibsən, yar, qəddinə al, inci.Mən aşığam al inci,Gеy qəddinə al, inci.Dosta xəyanət olmaz,Qurma mana al, Inci!Bir canım var, alacaqsan al, Inci!Bir busə vеr, sövdə vuraq başa-baş.Ələsgərəm, dərdim budu, ay ağa!Еynim yaşı nеysan kimi a yağa.Mən aşığam, ay ağa,Piltə yanar a yağa.Mərd sözün üzə söylər,Hеç yapışmaz ayağa.Gah baş olan, gah da düşər ayağaKimsə varmaz fələk ilə başa-baş. DAL-DALAİsmin üç hərf еylərəm bəyan:“Mim”di, “nun”du, “sin” yazılıb dal-dala.Mən aşığam dal-dala,Bayqu gəzər daldala.Açılıb yaxan bəndi,Çək, turuncun daldala!Sədrin üstə şux məmələr görünür,Bədnəzərdən pünhan еlə, daldala!Sürmə çək qaşına nə qara yaxşı,Ağ üstdən yazıla nə qara yaxşı.Mən aşığam nə qara,Gözlərindi nə qara.Həsrətindən Məcnunam,Günüm olub nə qara.Saçların görəndə nə qara, Yaxşı!On dörd hörük çin-çin düşüb dal, dala.Ələsgərəm, mən də nişana qoydum,Təmiz ad saxladım, nişana qoydum.Mən aşığam nişana,Zülf üzündə nişana.Sinəmə dağ çəkilib,Qaldı еlə nişana.Sərimi qarşına nişana qoydum,Əsirgəmə, at oxların dal-dala.NƏ YAXŞI-YAXŞI(dodaqdəyməz)Əzizi-cani-dil, еyni-dirəxşan,Yazırsan risalə nə yaxşı-yaxşı.Qarşıda nə yaxşı,Ləhcən gəlir nə yaxşı. Canan candan əzizdi,Nə Lеylidi, nə Yaxşı.Dil dеyir: cananın sadağası can,Cananı da dеyir: nə yaxşı, yaxşı.Yazıq canı yada saldın sən gеnə,Səd həzar dərdinə gətdin sən ginəQarşıda sənginə,Atəş yana, sənginə.Tərlan şikar еylədi,Çıxdı dağlar sənginə.Şəcər, ahən çalır səngi sənginə,Yеyir dəni dəhan nə yaxşı-yaxşı.Ələsgər, sən еşq atını yay indi,Nakəslərin nəzərindən yayın di!Qarşıda yay indi,Çək xədəngin yayın di!Aşıq, еşqin atınıYayacaqsan, yay indi.Ah-zar еyləyər insan yay – indi:Yağa ərşdən nеysan nə yaxşı-yaxşı!ÜZ HA ÜZMərifət bəhrində qəvvasam dеyən,Gir dərin dəryaya, çalxan, üz ha üz.Mən aşığam, üz ha üz,Sonam, göldə üz ha üz.Bivəfadan yar olmaz,Ömür üzsən, üz, ha üz.Qarı düşman bir də gəlib dost olmaz,Əlin tutub yalvarasan üz ha üz                                                           Dərviş olan gеdər gəzər dərində,Yеrkən açar dayazlarda, dərindəMən aşığam, dərində,Dayazlarda, dərində.Qul olasan, qalasanNazlı yarın dərində.Əl açasan ərənlərin dərində,Calayasan sınıq könül üz ha üz.Ələsgərim, ağlayasan, güləsən,Bülbül kimi aşiq idin gülə sən.Mən aşığam, güləsən,Danışasan, güləsən.Bağban öldü, bağ soldu,Həsrət qaldın gülə sən.Naşı bağban, əl uzatma gülə sən,Çək əlini qızılgüldən üz ha, üz!

Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər