İnsan keçmişə nəzər saldıqda hər şeyə bu günün prizmasından baxır. Fəlsəfi mahiyyətinə görə ictimai-tarixi proses ikili xarakterə malikdir. Bir tərəfdən, bu, köhnənin təkamülü, inkişafı və inkarıdır, keçmişlə əlaqənin qırılması və yeninin yaradılmasıdır, digər tərəfdən isə, həyat qabiliyyətli həm müsbət, həm də mənfi xarakterli hər şeyin qorunub saxlanılması, keçmişdən indiyə və gələcəyə ötürülməsidir. Odur ki, istənilən sistem bir etnosiyasi qurumun, onun həyat tərzinin digərlərindən fərqləndirilməsi və nəsildən-nəslə ötürülməsi baxımından varisliyi qoruyub saxlayır. Yalnız iki başlanğıcın - bir tərəfdən inkişaf və təkamül, yeninin yaradılması, digər tərəfdən keçmişlə varisliyin qorunub saxlanılması - qarşılıqlı əlaqəsi, qovuşması şəraitində sosial tarixdən, ictimai-tarixi prosesdən danışmaq olar. Müasir dünyada siyasi hakimiyyət, resurslar, geostrateji regionlar və statuslar uğrunda mübarizə əvvəlki dövrlərdən daha kəskin xarakter almışdır. Yeni dövr fərdi və qrup mənafelərini deyil, cəmiyyətin və bütövlükdə bəşəriyyətin mənafelərini ön planda qoyur.
Bu halda hər bir fərd təkcə milli və etnik mənsubiyyəti barədə düşünməməli, həm də dünya sivilizasiyasına mənsub olduğunu dərk etməlidir. Həyatımıza tarixin gedişində təbii surətdə daxil olmuş ailə, icma, etnos, dil kimi kateqoriyalardan fərqlənən daha yüksək, mücərrəd aspektli, millətin fövqündə duran, onun dünyagörüşünü formalaşdıran dəyərlər də vardır. Milli ideya, milli ideologiya məhz belə dəyərlərdəndir ki, onların təsiri altında bu və ya digər məkanda millətlər və dövlətlər yaranır, tarixi proseslərin istiqamətini müəyyənləşdirirlər. Odur ki, bəşər cəmiyyətinin, xalqların, etnik qrupların, millətlərin tarixi daim parlaq düha sahiblərinin diqqət mərkəzində dayanmışdır. Sovetlər Birliyinə daxil olan bir çox xalqların istiqlal, istiqbal, milli oyanış və intibah, milli özünüdərk və soykökə qayıdışla bağlı müqəddəs arzu və istəkləri XX əsrin sonlarında tarixi reallığa çevrildi.
Təəssüflər olsun ki, bu dövrdə bəzi müttəfiq respublikalarda Kremlin açıq və gizli dəstəyi ilə separatizm meylləri körüklənməyə başladı.
Çar Rusiyası dövründə türk xalqlarına qarşı yeridilən ayrıseçkilik siyasətinin davamı olaraq Orta Asiyada, Qafqazda ciddi milli münaqişə ocaqları yaradıldı. Milli təkəbbür, milli ədavət və milli nifrət hissi üzündən sağlam mühakimə qabiliyyətini itirmiş erməni millətçiləri qədim türk torpağı, Dağlıq Qarabağı qan çanağına döndərdilər. Rusiyanın himayəsi altında ermənilər Daşnaksutyun partiyasının soyqırımı, etnik təmizləmə, “Türksüz Ermənistan” proqramını misli görünməmiş bir amansızlıqla həyata keçirdilər, daha sonra Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun ərazisini işğal etdilər.
Bu gün Qərbi Azərbaycanda daha nə azərbaycanlı var, nə də türk mənşəli toponimlər...
Azərbaycanlılar yaşayan kəndlərin adlarının dəyişdirilməsi, türk izinin silinməsi siyasəti hələ ötən əsrin əvvəllərindən geniş miqyas almışdı. 1978-ci ilə qədər Ermənistanda türk mənşəli 465 kəndin adı dəyişdirilmişdi. Diqqətəlayiq faktdır ki, erməni müəllifi Zaven Konkordyanın 1932-ci ildə nəşr olunmuş “Sovet Ermənistanının əhalisi son yüz ildə. 1831-1931” adlı statistik məlumat kitabında adı çəkilən 2310 kənddən təqribən 2000-ə qədəri türk mənşəlidir. Türkdilli tayfalar olan kimmerlər, skiflər, saklar, quqarlar, şiraklar, pasianlar, hunlar, kəngərlər, bulqarlar, xəzərlər və başqaları hələ eramızdan əvvəl burada məskunlaşsalar da onların tarixi, folkloru, mədəniyyəti, etnoqrafiyası haqqında xüsusi tədqiqat əsərləri olduqca azdır.
Türk olmadıqlarına görə bilərəkdən erməni alimləri, indiki Azərbaycanın hüdudlarından kənarda yaşadıqlarına görə Azərbaycan alimləri onların barəsində susmağı üstün tutmuşlar. Nə qədər ki, Qərbi azərbaycanlılar öz ata-baba yurdlarında - İrəvan, Göyçə, Ağbaba, Lori - Pəmbək, Zəngibasar, Vedibasar, Gərnibasar, Gorus, Dərələyəz mahallarında yaşayırdılar, onlar həmin torpaqlarda türkün tarixini yaşadırdılar, bu tarixin informasiya daşıyıcısı olaraq qalırdılar. Bu gün artıq vəziyyət dəyişmişdir, soydaşlarımız son nəfərinə qədər o torpaqlardan deportasiya olunmuşlar. Türk izini Qərbi Azərbaycan torpaqlarından birdəfəlik yox etmək üçün ermənilər neçə-neçə nəsillərin yaratdığı möhtəşəm maddi mədəniyyət abidələrini belə barbarcasına yerlə-yeksan etmişlər. Bu proses bu gün də davam edir. Qərbi Azərbaycan torpaqlarının, oradakı şəhər və kəndlərimizin, yurdlarımızın tarixinin yazılması məsələsində əlahəzrət zaman bizi seytnota salmışdır. 1988-ci ildə Qərbi Azərbaycanı tərk edərkən az-çox o yerlərin həyatına bələd olan 25-30 yaşlı gənclərin indi 45-50 yaşı vardır. Deməli, o mühitə bələd olan, o mühitdə böyüyən insanların yurdlarımızın tarixini qələmə almaq üçün ən yaxşı halda 30-35 il vaxtı qalmışdır. Qərbi Azərbaycanda doğulmayan, o mühitə bələd olmayan gələcək nəsil üçün bu işi görmək çox çətin olacaqdır. Odur ki, Qərbi Azərbaycanın, oradakı şəhər və kəndlərimizin tarixi, iqtisadiyyatı, mədəniyyət və incəsənəti, ictimai-siyasi həyatı, elmi-ədəbi mühiti, məhz bu gün geniş tədqiqat obyektinə çevrilməli, gələcək nəsillərə çatdırılmalıdır.
Göyçə ədəbi mühiti zəngin və möhtəşəmdir. Göyçənin konservativ folklor mühitində regional xüsusiyyətlər qabarıq nəzərə çarpsa da, burada yaradılmış folklor nümunələrində əski ənənələrin yaxşı qorunub saxlanması tədqiqatçılara qədim dövr tariximizin, insanların düşüncə və yaşam tərzinin öyrənilməsi baxımından zəngin milli-epik informasiya verir, dəyərli arxaik elementlər təqdim edir. Göyçə kəndlərinin dərin ictimai məzmun kəsb edən ozan-aşıq yaradıcılığı nümunələrində işlədilən arxaik sözlər, ifadələr, əhalinin, təsərrüfat və məişət fəliyyəti ilə bağlı atributiv - etnoqrafik özəlliklər tarixi-ədəbi təkamül sistemimizin modelləşdirilməsi və daha dolğun öyrənilməsi üçün əvəzsiz tədqiqat materialıdır.
Uzaq keçmişdən bəri Göyçə mahalında yaşamış, tarixdə silinməz izlər qoymuş türk mənşəli tayfaların, qəbilələrin fəaliyyəti, yaradıcılıq ənənələri Azərbaycan milli ədəbi sistemi ilə daim sıx əlaqədə olmuşdur və bu insanlar milli inteqrasiya prosesində fəal iştirak etmişlər. Qərbi Azərbaycan tarixinin tədqiqi istiqamətində son illərdə müəyyən uğurlu addımlar atılmış, kitablar nəşr olunmuşdur. Hesab edirəm ki, didərgin salındığımız, sərhədin o tayında qalmış, səmasında doğmalarımızın narahat ruhları dolaşan, sinəsinə basılan namərd yağı qədəmlərindən od tutub yanan, işğal səbəbindən görüşə gecikən övladlarının yolunu gözləyən, ata süvar oldumu, qılıncı ilə tarix yazan, zəkası ilə tarix yaradan türkün möhtəşəm qayıdışına inamı hələ də sarsılmayan yurdlarımızın hər bir kəndinin tarixi qətrə-qətrə incələnməli, sətir-sətir qələmə alınaraq tarixin qan yaddaşına köçürülməlidir.
Bu mənada vətənpərvər ziyalılar, istedadlı tədqiqatçılar Əli Vəliyevin və Vaqif Kərimin yazdıqları “Göyçə mahalının Ardanış kəndi” adlı ensiklopedik məlumat kitabı yorulmaz axtarışların, gərgin səylərin uğurlu və çox dəyərli yekunu kimi qiymətləndirilməlidir. Kitabda qədim türk-oğuz yurdu olan Ardanış kəndinin tarixi, təbii-coğrafi şəraiti, iqtisadiyyatı, elmi-mədəni mühiti, folklor yaradıcılığı, etnoqrafik xüsusiyyətləri, insanların yaşam tərzi zərrə-zərrə toplanmış faktik material əsasında geniş şərh olunmuş, elmi, ədəbi, tarixi ümumiləşdirmələr aparılmışdır. Müəlliflər haqlı olaraq kəndin tarixini, Göyçə mahalının və bütövlükdə Azərbaycan tarixinin fonunda tədqiq etmiş, uğurlu paralellər aparmış, müxtəlif vaxtlarda Azərbaycan, rus, erməni dilində nəşr edilmiş kitablardan, dövri mətbuat materiallarından yaradıcılıqla istifadə etmişlər.
Ehtimallara əsaslanan subyektiv fikirlərə deyil, mötəbər tarixi mənbələrə, tanınmış alim və tədqiqatçıların əsərlərinə, etibarlı dəlil və faktlara üstünlük verilməsi kitabın elmi-praktik əhəmiyyətini daha da artırır. Tarix üçün yazılı qaynaqların əhəmiyyəti ölçüyəgəlməzdir. Məlumdur ki, bu tip qaynaqlar iki qrupa bölünür: sənədli və nəqli xarakter daşıyan mənbələr. Regionun tarixi üçün ən dəyərli və ən qədim qaynaqlar Şumer-Akkad mətnləridir. Eramızdan əvvəl III-II minillikləri əhatə edən Şumer — Akkad, e.ə. II minilliyə aid Elam və Aşşur qaynaqlarında Qərbi Azərbaycan torpaqları barədə məlumatlar yox dərəcəsindədir. Odur ki, həmin dövr tariximiz üçün ən etibarlı mənbə folklor-ədəbi nümunələr, etnik-dil mənzərəsi və onomastik materiallardır. Göyçə mahalının qədim etnotoponimika və antroponimikası hələ də öz tədqiqatçılarını gözləyir. Yazılı qaynaqların azlığı, arxeoloji tədqiqatların aparılmaması, yüzilliklərdən üzü bəri erməni kilsəsi və erməni tarixçiləri tərəfindən tarixin saxtalaşdırılması istiqamətində aparılan məqsədyönlü fəaliyyət kitabın müəlliflərini çətin vəziyyətdə qoysa da, onlar qarşıya qoyduqları müqəddəs vəzifəni yerinə yetirmək üçün böyük əmək sərf etmiş, Ardanış kəndi və onun zəhmətkeş, vətənpərvər, millətsevər insanları haqqında dolğun və sanballı bir əsər yazmağa nail olmuşlar.
Ardanış kənd məktəbinin, onun müəllimlərinin fəaliyyətinə, məzunların uğurlarına həsr olunmuş materiallar oxucunu bir anlığa ötüb-keçən günlərə qaytarır, acılı-şirinli xatirələrin kövrək ovqatına kökləyir.
Dünən nə qədər yaxın olarmış, dünən nə qədər uzaq, nə qədər əlçatmaz olarmış, İlahi!
Göyçə mahalının Ardanış kəndi üçün ayrılıq və həsrətin sonu görünməzmiş və bu sonsuzluq yurd həsrəti ilə qovrulan, için-için yanan, əriyən, öləziyən insanlara nə qədər əzab verərmiş, İlahi! Ardanışlı əsgər və zabitlərin Böyük Vətən müharibəsi cəbhələrində göstərdikləri qəhrəmanlıq və rəşadət kitabda xüsusi yer tutur.
Təəssüflər olsun ki, faşizmə qarşı müharibədə silaha sarılmış ardanışlıların döyüş rəşadəti vaxtında qeydə alınmadığından, bu gün o qanlı-qadalı illərin qəhrəmanlıq salnaməsini yaratmaq bəlkə də qeyri-mümkündür. Torpaq igidləri ağuşuna aldığı kimi, zaman da onların qəhrəmanlıq epopeyası üzərinə qalın bir pərdə çəkmişdir. Hesab edirəm ki, bu müharibədə iştirak edənlərin, həlak olanların, itkin düşənlərin siyahısının (müəyyən qədər natamam olsa da) kitaba daxil edilməsi tariximizə, haqq dünyasına qovuşmuş insanların xatirəsinə ən böyük ehtiramdır.
“Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif olunmuş Xəlil İsmayılovun, “Qırmızı ulduz” ordeni ilə təltif olunmuş Abdu Abduyevin, Fransa Müqavimət Hərəkatının “Partizan” medalı ilə təltif olunmuş Əli Alıyevin, Qanlı Yanvar hadisələrində şəhid olmuş və Azadlıq uğrunda mübariz fəxri adı almış Oqtay Kərimovun, Milli Ordunun ilk şəhid şəfqət bacısı Rəhilə Orucovanın, Qarabağ uğrunda döyüşlərin cəsur zabitlərindən rota komandiri, baş leytenant Hidayət Əliyevin və başqalarının qəhrəmanlıqlarını əks etdirən qısa bioqrafik məlumatlar xalqımızın şöhrət salnaməsinin parlaq tərkib hissəsidir. Kitabda erməni-türk, erməni-azərbaycanlı münaqişələrinin tarixi köklərindən, ermənilərin törətdikləri qanlı soyqırımı cinayətlərindən, “Türksüz Ermənistan” siyasətinin fəlakətli nəticələrindən konkret faktlar əsasında söhbət açılır, üç dəfə (1905-ci ildə, 1918-1920-ci illərdə və 1988-1989-cu illərdə) hücuma və deportasiyaya məruz qalmış Ardanış əhalisinin erməni daşnaklarına, Andronikin qaniçən qoşun hissələrinə qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan ətraflı bəhs olunur.
Yaşlı nəslin nümayəndələrinin xatirələri dövrün obyektiv mənzərəsini yaradan çap materiallarında və arxiv sənədlərində əks olunmuş müdhiş tarixi həqiqətləri bir daha təsdiqləyir. Kənddə məskunlaşmış tayfalar, kənd əhalisinin adət-ənənələri, inancları, folklor və bədii yaradıcılıq nümunələri, toponimlər, oronimlər, hidronimlər haqqında dolğun məlumat verilməsi və kitabın sonunda Ardanışda işlədilən arxaikləşmiş sözlərin, dialektoloji lüğətin verilməsi bu ensiklopedik nəşrin elmi-bədii dəyərini daha da artırır.
Fikrimcə, müəlliflər Əli Vəliyev və Vaqif Kərim gərgin axtarışların və böyük zəhmətin bəhrəsi olan bu kitabla zamanın sərt sınaqlarından şərəflə çıxmış Ardanış kəndinə, onun dəyərli övladlarına möhtəşəm bir abidə qoymuşlar. Yüzilliklər boyu yaşayacaq bir abidə...
Həsən Həsənov
Əməkdar jurnalist
Goyce.az
Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024