“Kitabi-Dədə Qorqud” dastanlarında və Azərbaycan dilinin Krasnoselsk şivələrində bəzi leksik paralellər

20:00 / 08.02.2019
Baxılıb: 4438

“Kitabi-Dədə Qorqud” dastanlarında və Azərbaycan dilinin Krasnoselsk şivələrində bəzi leksik paralellər Telman Kazımov, filologiya elmləri namizədi.

Başı qanlar-qadalar çəkmiş, çox qovğaların həm iştirakçısı, həm şahidi olmuş, ulu Göyçənin bir parçası olan bu kəndin də hər daşının altında bir tarix yatır, hər qarış torpağında sinəsi sözlü-söhbətli bir ozan duyulur. Oğuz igidlərinin və ozanların gəzib dolaşdığı, saz tutub, söz qoşub, at oynatdığı ulu Göyçə torpağı “ Kitabi-Dədə Qorqud”da da təsvir edilən oğuz ellərinin məskəni olmuşdur. Bunu biz dastanın dilində də açıq-aşkar görürük. Fikrimizə aydınlıq gətirmək üçün Telman Kazımovun aşağıdakı məqaləsinə nəzər yetirmək yerinə düşər. Hər hansı bir dilin tarixini öyrənərkən, xüsusən müəyyən dövrlərin yazılı mənbələrində təsadüf olunan bir sıra xüsusiyyətləri araşdırmaq üçün şivə materialları ilə yazılı mənbələrin materiallarını tutuşdurmaq zəruridir.

Bu baxımdan Azərbaycan dilinin qədim abidəsi sayılan “Kitabi-Dədə Qorqud” dastanlarının dilinə nəzər saldıqda dastanların leksik tərkibi ilə Krasnoselo rayonu Azərbaycan şivələrinin leksikası arasında bir uyğunluq nəzərə çarpır. Dastanda elə söz birləşmələrinə, ifadələrə və frazeoloji vahidlərə rast gəlirik ki, cüzi dəyişiklikləri nəzərə almasaq, bunlar demək olar ki, olduğu kimi Krasnoselo rayonu Azərbaycan şivələrində də işlənir. Məsələn, evini nəzarətsiz qoyub gedən qadının evinə qayıdandan sonra hirslənib qonşusuna dediyi, “ölmə, itməmi yetmişdim, bilmirdinizmi axşam gənə bu xaravıya ələjəm, nolardı, qonşu döydünüzmü, məm öymə də bir baxseydınız”,- sözləri dastanın müqəddiməsində Dədə Qorqud dilindən ozanın söylədiyi sözləri xatırladır: “Ölməyə-itməyə getmişdim? Yatacaq yerim yenə bu xaraba olasıydı. Nolaydı mənim evimə bir ləhzə baxaydınız!”. Şivədəki bir sıra alqış və qarğışlara da dastanın dilində rast gəlirik: Məsələn: heç otun pitif, suyun axmasın. Nə Qazlıq dağı, axar sənin suların Axar ikən axmaz olsun! Bitər sənin otların, Qazlıq dağı Bitərkən bitməz olsun!

Yaxud:Əməli əğinə dolaşsın, döyranın dönsün (çarxın dönsün), başınnan qada bala əysik olmasın, yolun yomrulsun. Ajalın güjdü gəlsin. Ey əməli azmış, feli dönmüş, qadir allah ağ alnına qada yazmış! Ayaqlılar buraya gəldiyi yox. Ağızlılar bu suyumdan içdiyi yox. Sənə nə oldu? Əməlinmi azdı? Felinmi döndü? Əjəlinmi gəldi?.

“Kitabi-Dədə Qorqud” dastanlarının dilində işlənən sözlərin bir qismi müasir ədəbi dilimiz üçün arxaik (qədim) olub, Krasnoselo rayonu Azərbaycan şivələrində fəal şəkildə işlənirsə, digər bir qismi ilkin mənasından uzaqlaşmış, fonetik və semantik dəyişikliyə məruz qalaraq, yeni məna çaları qazanmışdır. Belə sözlərdən bir neçəsinə nəzər salaq: Güələmək- yemək, çeynəmək; Savax güələdiyinnən axşama qalır. Güələmək felinə dastanda “güvəzləmək” şəklində və eyni mənada təsadüf edirik: ... Sabahdanca yerindən uru durar, əlin-üzün yumadan doqquz bozlamac ilən bir güvələk yoğurd güvəzlər, doyunca tıxabasa yeyər, əlin böyrünə urar, ayıdar...

On,armax feli Krasnoselo rayonu Azərbaycan şivələrində yaxşılaşmaq, sağalmaq, düzəlmək mənalarında işlənir: Bir sınıxçı gəldi, uşağın qılçını sarıdı, bir aydan sonra uşağın qılçı on, arıf sapasağ oldu. Dastanda on,armax felinə “önəldi” fonetik tərkibində və eyni mənada rast gəlirik: Oğlanın qırx gündə yarası önəldi, sapasağ oldu. Darımax feli sıxışdırmaq, gözümçıxdıya salmaq mənasını daşıyır. Bir qəriv adammız var, onu da darıyıf kətdən çıxartmağ isdiyillər.

Bu söz “Kitabi-Dədə Qorqud” da həmin mənada işlənir: Səni yağı nə yerdən darımış, gözəl yurdum?! Sinirrəməx feli boynundan tutmaq, boynundan yapışmaq mənasındadır: Bunu eşidən sat nəçənnix məni də, yanımdakı kişiyi də sinirriyif dama saldı.Sinirrəməx feli dastanda da eyni mənada işlənir. Otağın önündə girişi gərdi, keyiki sinirlədi.

Ənrəməx feli uçub-tökülmək, nərə çəkmək, kükrəmək, coşmaq mənalarını daşıyır: Göy elə şaqqıldadır kın, elə bil dam ənrədi.

Dastanda bu söz inrədi formasında və coşmaq mənasında işlənmişdir: Dəvə kimi kükrədi, aslan kimi inrədi. Krasnoselo rayonu Azərbaycan şivələrində işlənən maraqlı sözlərdən biri də sıxdamax felidir: Gündə ağlıyıf sıxdamaxnan keşmiş işə mən neynim? Bu söz dastanda da həmin mənada və sıqlamaq şəklində işlənmişdir:

“Yolun qıyısın alıb oturdu, ağladı, sıqladı”. Həmin felə sıgda şəkilində türk dillərinə aid qədim yazılı abidələrdə də “ bərkdən ağlamaq” mənasında rast gəlirik. Bu fel V.V. Radlovun lüğətində də sıglamak, sıgtamak və sıqtamaq şəklində və həmin mənada qeyd edilmişdir. Yuxarıdakı cümlənin tərkibində işlənən “qıyı” sözünə şivədə bir ifadənin tərkibində “ağızın qıyısı” şəklində rast gəlirik: Ağzınnan bir də yalan söz çıxsa, əlini at, ağzının qıyısını çək cır.

Bu söz “Kitabi- Dədə Qorqud”da da “yolun qıyısı”, yəni yolun qırağı, kənarı mənasında işlənir. Sərp-sıldırım; Sərp yerə heş keçi də çıxammır. Sərp sözü dastanda da eyni mənada və eyni şəkildə işlənmişdir: “Sərp qayalar oynamadan yer obrildi”. “Qaralı-göylü qal”,- ifadəsi dırnaqla sifətin cırılıb göyərdilməsi, qaraldılması və yas zamanı qara paltar geyilməsi ilə izah olunmalıdır. Şivədə bu ifadə qarğış məqamlarında işlənir: Səni görüm qaralı-göylü qal, əlin-üzün qannı qalsın!

Dastanda: “Baxdı gördü qız qardaşları qaralı-göylü (bir arada) otururlar".

Krasnoselo rayonu Azərbaycan şivələrində təsadüf olunan qırnax, qırnıx sözləri təhqir məqsədilə deyilir və “o kimdir?” ifadəsi ilə bir mənada işlənir: O nə qırnaxdı kın, mən öydə olmuya-olmuya məm öyümdə vəkilliy eliyir?

Yaxud: O nə qırnaxdı kı, hər şeydən ötəri ona ağız açırsan? Dastanda qırnaq sözü “qaravaş, kəniz” mənasında işlənir: Qırx baş qul, qırx qırnaq oğlu Uruz başına azad elədi.

Şivədə qırnaq sözünün təhqir mənasında işlənməsi yəqin ki, vaxtilə qula, kənizə alçaq nəzərlə baxılması ilə əlaqədardır. Misallardan aydın olur ki, “Kitabi-Dədə Qorqud” dastanlarının dilində təsadüf olunan ayrı-ayrı sözlər Krasnoselo rayonu Azərbaycan şivələrində öz izini saxlamışdır. Şübhəsiz ki, bu uyğunluqlar dastanda cərəyan edən hadisələrin bir qisminin də (IV və X boy) Göyçə mahalı ərazisi ilə bağlı olduğunu güman etməyə əsas verir.

Mənbə: Əli Vəliyev, Vaqif Kərim.

"Göyçə mahalının Ardanış kəndi" kitabı


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər