Qərbi Azərbaycan ziyalılarından....Niftalı Mehralı oğlu Qocayev

19:00 / 06.01.2018
Baxılıb: 1978

Qərbi Azərbaycan Türk ziyalılarından zəkalı alim və elmdə yenilikçiliyi ilə fərqlənənlərdən biri də Niftalı Mehralı oğlu Qocayevdir. Xalq arasında hörmət və ehtiramla qarşılanan Niftalı müəllim haqqında Eldar İsmayıl “OĞUZ YURDUN ÖVLADLARI” kitabında bioqrafik yazı vermişdir. Həmin bioqrqfik yazını bir daha təqdim edirik. Niftalı müəllim 1936-cı il oktyabr ayının 18-də Karvansaray(indiki İcevan) rayonunun Göyərçin kəndində anadan olmuşdur. Orta təhsilini Gölkənddə bitirməklə qızıl medal almışdır. 1953-cü ildə ADU-nun fizika-riyaziyyat fakültəsinin fizika şöbəsinə daxil olmuşdur. 1958-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra 1959-cu ildə SSRİ EA-nın Leninqrad Yüksəkmolekullu Birləşmələr İnstitutuna ezam olunmuşdur. Akademik M. V. Volkenşteynin rəhbərliyilə Molekulyar Biofizika üzrə namizədlik dissertasiyasını müdafiə edərək ilk Türk biofizik alim olmuşdur. 1961-ci ildə aspiranturanı bitirərək yenidən doğma universitetə qayıdan gənc alim məzunu olduğu Molekulyar fizika kafedrasına müəllim vəzifəsinə işə götürülmüş və məhsuldar əməyi nəticəsində həmin kafedranın professoru və kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir.N. Qocayevin təşkilatçılıq təşəbbüsü ilə ilk dəfə olaraq 1967-ci ildə Qafqaz regionunu və Rusiyanın bir çox vilayətlərini əhatə edən “Ali məktəb müəllimlərinin ixtisasartırma fakültəsi” yaradılmış və o bu fakültənin ilk dekanı olmuşdur. 1969-84-cü illərdə “Optika və Molekulyar fizika” kafedrasına rəhbərlik etmiş, 1980-ci ildə keçmiş SSRİ Nazirlər Soveti yanında Dövlət Elm və Texnika Komitəsi Kollegiyasının tövsiyəsilə “Molekulyar Biofizika Problem Labaratoriyası”na müdir təyin olunmuşdur.“Astranomiya və fizika” üzrə metodik şuranın sədr müavini vəzifəsində çalışarkən ensklopediya üçün 100-dən artıq məqalələr yazmışdır. “Bilik” cəmiyyəti xətti ilə oxuduğu çoxlu sayda mühazirələrlə yanaşı “Optik Kvant Generator” ,”Holoqrafiya”, “Qeyri-xətti optika və bunun bəzi məsələləri” kitabçalarını yazaraq geniş oxucu kütləsinə təqdim etmişdir. “Bilik” cəmiyyətinin “Fizika-riyaziyyat və astranomiya” üzrə elmi-metodik şurasının və dissertasiya müdafiəsi üzrə 2 elmi şuranın üzvü olmuşdur. Azərbaycanda elmin inkişafı və elmi kadrların yetişdirilməsində professor N. Ocayevin xüsusi xidmətləri vardır. O, əsasən Amerika, Avropa və Risiyanın elmi jurnallarında çap olunmuş 300-dən şox elmi məqalənin, Türkiyədə və dünyanın başqa ölkələrində çap olunmuş çoxsaylı monoqrafiyaların müəllifidir. Müxtəlif ölkələrdə çağırılmış Beynəlxalq Elmi konfranslarda 35 məruzə və 10 plenar məruzələrlə çıxışlar etmişdir.Professor N. Qocayev 17 elmlər namizədi yetirmişdir. Bunlardan 4 nəfəri İraq, Misir Ərəb Respublikası və Türkiyə vətəndaşlarıdır. Ali məktəb tələbələri üçün dərslik və dərs vəsaitləri yazmaq işində professorun xüsusi xidmətləri vardır. O, ali məktəb tələbələri üçün nəzərdə tutulmuş 7 dərslik və dərs vəsaiti hazırlamışdır. 1992-1993- cü tədris ilində Ərzurumdakı Atatürk universitesinin dəvətilə bu univerisitenin fizika bölümündə, 1993-97-ci illərdə isə İstanbul universitesinin fizika bölümündə işləmişdir. Nyu-york Elmlər Akademiyasının və Anferican Assotation of Sciens cəmiyyətinin üzvü olmuş dünya şöhrətli Türk alimi N. Qocayev ilə daim qürur duyuruq.Niftalı Göyçəli: davam.az

Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər