Qaraqoyunlu dərəsi

16:52 / 26.01.2018
Baxılıb: 1996

Qaraqoyunlu hərtərəfli inkişaf etmiş bölgələrdən biri idi. Harada yerləşməsindən asılı olmayaraq, kəndlərin hamısına yol çəkilmiş, təzə evlər tikilmişdi. 1960-cı ildə Qaraqoyunlu kəndlərində, demək olar ki, bir dənə də olsun köhnə ev qalmamışdı.Elektrik işığı ilə ən tez təmin olan kənd Çaykənd və Gölkənd olmuşdur. 1951-1953-cü illərdə həmin kəndlərdə tikilmiş xırda su-elektrik stansiyası vasitəsilə evlərə elektrik işığı verilmişdi. Az bir müddətdən sonra isə bütün kəndlər mərkəzləşmiş qaydada elektriklə təmin edilmişdir.Kəndlərin hamısında müvafiq avadanlıqlarla təchiz edilmiş və xüsusi zövqlə tikilmiş gözəl məktəb binaları var idi. Həmin məktəblərdə peşəkar müəllimlər çalışırdı. Şagirdlərdə və valideynlərdə təhsilə böyük maraq var idi. Hər il məzunların bir çoxu müxtəlif ali məktəblərə daxil olurdu. Bu məzunların bir hissəsi təhsillərini davam etdirib, elmlər namizədi və elmlər doktoru elmi dərəcəsinə layiq görülüb, alim olurdular.Təsadüfi deyil ki, 1988-ci ildə ancaq kənddə yaşayanları nəzərə alsaq, cəmi 300 ailədən ibarət olan Salah və Əmirxeyir kəndlərində doğulmuş olan 11 elmlər doktoru, 29 elmlər namizədi var idi. Bu rəqəm hər 7-8 ailəyə bir alim düşdüyünü göstərir. Bu, çox yerlərdə rast gəlinməyən, kifayət qədər yüksək göstərici idi.Qaraqoyunlu dərəsi ziyalılar yurdu kimi də məşhurdur. Təbiətcə çox zəngin olan bu kiçik torpaq Bala Əfəndiyev (1937-ci ilin repressiya qurbanlarındandır) kimi görkəmli dövlət xadimi, tanınmış filosoflar Həmid Əfəndiyev, Asif Ata, Azərbaycan Elmlər Akademiyasında çalışmış tarix elmləri doktoru Həmid Əliyev kimi böyük alimlər, Rəşid Nəsiboğlu kimi bəstəkar, Misir Mərdanov kimi nazir, Vüsal Həsənov kimi gənc və istedadlı hərbi diplomat, İsmət Əliyev və Natiq Əliyev kimi generallar, böyük və kiçikliyindən asılı olmayaraq, elmin bütün sahələri üzrə sayılan alimlər, minlərlə ali təhsilli mütəxəssislər yetirmişdir. Qaraqoyunlu dərəsində elə bir ailə tapılmazdı ki, orada böyüyən ən azı bir nəfər ali təhsilli olmasın.Ən böyük kənd Gölkənd olmasına baxmayaraq, həmin bölgədə inzibati mərkəz rolunu Çaykənd oynamışdır. çünki Çaykənd Qaraqoyunlunun yerləşdiyi ərazinin, təxminən, mərkəzində və rayonlararası magistral yolun üstündə məskən salmışdır.Ancaq Gölkənd kənd orta məktəbi çox güclü təhsil ocağı olmuşdur. 10-11 illik məktəb bu kənddə olduğu üçün, qonşu kəndlərdən 8-ci sinifdən sonra bu məktəbdə təhsillərini davam etmişlər. Misir Mərdanov da öz təhsilini bu kənddə davam etdirmişdir.Ona görə də ilk dini və dünyəvi məktəblər də Çaykənddə olub. Əvvəlcə ibtidai, sonra yeddillik olan, daha sonra isə orta məktəb açılmış və 1988-ci ilin məlum hadisələrinə qədər fəaliyyət göstərib.1903-cü ildə Əmirxeyirdə anadan olmuş Şəmşəd Sarı oğlu Əliyev, 1907-ci ildə Əmirxeyirdə anadan olmuş Alı Qələndər oğlu Alıyev, 1908-ci ildə yenə də Əmirxeyirdə doğulmuş, İrəvan Pedaqoji Texnikumunu, Bakıda ali məktəbi bitirərək, ali məktəbdə işləmiş Reyis Niftalı oğlu Məmmədov, 1908-ci ildə çaykənddə dünyaya göz açmış, Sumqayıt Boru Prokat Zavodunda işləmiş və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş Murad Mahmud oğlu Zeynalov və başqaları ilk təhsillərini çaykənd məktəbində almışlar.Çaykənd məktəbinin tarixi haqda ən dəyərli və dəqiq məlumatları Ermənistanda və Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda fəal mübariz, hər iki respublikada çox yüksək vəzifələrdə çalışmış, sonralar bir çoxları kimi repressiyanın qurbanı olaraq sürgün edilmiş və 1938-ci ildə sürgündə dünyasını dəyişmiş məşhur partiya və dövlət xadimi Bala İbrahim oğlu Əfəndiyevin fəaliyyətinə həsr edilmiş kitablardan götürmək mümkün olmuşdur.T.Miralayevin Bala Əfəndiyev haqda yazdığı və 1972-ci ildə "Ayastan" nəşriyyatı tərəfindən İrəvanda nəşr etdirdiyi "Bala Əfəndiyev" adlı bioqrafik oçerkdən aşağıdakılar məlum olur.Bala Əfəndiyev 1893-cü ildə Gəncə quberniyasının Qazax qəzasının çəmbərək (indiki Krasnoselo) rayonunun Çaykənddə kəndində doğulub. O, dünyaya gəlməmiş atası İbrahim kişi dünyasını dəyişib. Əmisi molla Məhəmməd və atalığı Ənməd Hacı Əli oğlu Balanı elə öz kəndlərində molla məktəbinə göndərib. Ancaq balaca Balada elm və sənətə olan böyük həvəsi görüb, ona 1907-ci ildə təzə açılmış rus məktəbinin hazırlıq siniflərində təhsil almağı məsləhət görürlər. Bala Əfəndiyev həmin hazırlıq siniflərində təhsilini davam etdirir.Bu tarixi fakt göstərir ki, çaykənddə ilk məktəb 1907-ci ildən bir neçə il əvvəl açılmışdır.Qaraqoyunluların təkidi və tələbi ilə çaykənd orta məktəbinə Bala Əfəndiyevin adı verilmiş və məktəbin qarşısında onun büstü qoyulmuşdur.Onu da qeyd etmək yerinə düşər ki, Bala Əfəndiyevin əmisi qızı və eyni zamanda həyat yoldaşı, 1906-cı ildə Çaykənddə anadan olmuş Fatma xanım da ilk təhsilini çaykənddə almışdır.Çaykənd məktəbinin məşhur məzunları haqda ən geniş məlumatlar uzun müddət həmin məktəbin direktoru işləmiş, dəyərli ziyalılardan və ağsaqqallardan biri olan Qurban Yusif oğlu Süleymanovun yazıb nəşr etdirdiyi "Əzəli Oğuz yurdum - doğma çaykəndim" adlı kitabda göstərilmişdir.TarixiQaraqoyunlu mahalı Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.

Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər