NƏ QALDI
Talayıb mahalın mal-dövlətini,
Əyrilər apardı, düzə nə qaldı?
Gəzdim oba-oba üsyan eylədim,
Kəsildi taqətim, dizə nə qaldı?
Nəhlət gəlsin pis adamın pirinə,
Cəhd eylər ki, xalqı sala dərinə.
Yetən söyər mərdiməzar goruna,
İrəhmət yaxşıya, pisə nə qaldı?
Pozmaq olmur, təqdir yazan yazını,
Alıyam, çəkirəm elin nazını.
Bilmirəm ömrümün çoxu-azını,
Doxsana yetməmiş, yüz yenə qaldı?
******
QOCALIQ
Axtarıb tapdı məni,
Bilmirəm hardan qocalıq;
Ağlımı başdan aldı,
Huşumu sərdən qocalıq;
İşimi əskik etdi,
Lap yerbəyerdən qocalıq;
Müxtəsər, qoydu məni,
Xeyirdən, şərdən qocalıq.
Dən düşdü saçlarıma,
Əzəl xəbərdar eylədi;
Hər tərəfi qırovladı,
Aləmə car eylədi;
Arvad baxıb bədənimə,
Yaman ah- zar eylədi;
Axırda ayrı saldı,
Yarı yavərdən qocalıq.
İstədim duram gedəm,
Qaranlıq çökdü gözümə;
Keçən günlər yada düşür,
Əlim vurram dizimə;
Oğul - uşaq qulluq etmir,
Baxan da yox sözümə;
Üzümü soyuq etdi,
Borandan, qardan qocalıq.
Fələk məni oda saldı,
İki idim, yek eylədi;
İstədim uzaq görəm,
Uzağı yaxın eylədi;
Ölüm yoxdu, keçdi tamam,
Doxsan idim, yüz eylədi;
Vurnuxuram yüzü keçəm,
Alıbdı candan qocalıq.
Söyləyir Aşıq Alı:
Mən neyləyim qocalığa?
Deyirlər, sərgini gözlə,
Quşu qoyma yarmarılığa;
Hər kəs gördü, götürmədi,
Döndüm əski yamanlığa;
Aləmdə puç eylədi,
Gözümü nurdan qocalıq.
******
DİLİMİZ
Nisgilin ürəynidən,
Apardı dərdi dilimiz;
Xəstənin, naəlacın,
Dərmanın verdi dilimiz;
Bir sözü yüz mənaldı,
Gör necə sirdi dilimiz;
Mətahını ucuz satma,
İncidi, dürdü dilimiz.
Məclis qurdum oba-oba,
Donluq verib donladılar;
Dolandım Bəsrə- Bağdadı,
Salam verdim, anladılar;
Gəzdim İran - Turanı,
"Qardaş" -deyib yanladılar;
Osmanlıda türkü dedim,
Gördülər birdi dilimiz.
Bənzədibdi Aşıq Alı,
Ləfzidə bülbülə onu;
Oxuyuban avaz ilə,
Tanıdar hər elə onu;
Toxunan olsa bəndinə,
Qərq eyləyər selə onu;
Daşanda görmə üzünü,
Arazdı, Kürdü dilimiz.
******
GÖZLƏRƏM SƏNİ
Gedən, kimsən, boyu bəstə?
Bilincə gözlərəm səni.
Dayanaram yolun üstə,
Gəlincə gözlərəm səni.
Şəbnəm üstə ayaq izin,
Mehman mənəm, diyar sizin;
Sürünərəm dizin-dizin,
Yolunca gözlərəm səni.
Gözün şəhla, kirpik oxdu,
Köçən köçüb, dönən yoxdu.
Darıxsam da, səbrim çoxdu -
Ölüncə gözlərəm səni.
Həsrətdən ağdır birçəyim,
Qönçə gülüm, tər ləçəyim.
Qəbrim üstə hər ləçəyim,
Solunca gözlərəm səni.
Alıyam, həsrət çəkərəm,
Qəm biçərəm, dərd əkərəm.
Dəryaca qan-yaş tökərəm,
Dolunca gözlərəm səni.
******
DALDALA KEÇSİN
(dodaqdəyməz təcnis)
Şəhla eynin, siyah qaşın can alır,
Gələndə nakəslər daldala keçsin.
Çəkər həsrətini el cana gələr,
Nə gərək qal etsin, dal dala keçsin.
Hərdən, ey nazənin, ara, dan yarı,
Ara aşkar desən, ara dan yarı,
Alarsa haqq alsın aradan yarı,
El gəlsin yasına, dal-dala keçsin.
Ərz eylədin sən Alıya yan, ağa,
Aşiq yanar, nədən keçsin yan, ağa?
Həssas eyni aşiqə sal yanağa,
Canan qarşı gəlsə, dal dala keçsin.
******
ARANI TEZ-TEZ
(dodaqdəyməz təcnis)
Gəldi yaz ayları, yaylaq çağıdır,
Ellər tərk eyləyir aranı tez-tez.
Aralansa sərin haqq dərgahından,
Sədaqət qısaldar aranı tez-tez.
Gərdişin nəs anı, say alar keçər,
Yardan yara alsan, sayalar keçər.
Gələr allı-şallı sayalar keçər,
Aşiq qeyrət çəkər, ar anı tez-tez.
Neçə ayə gəldi, yazıda yandı;
Qışı atəşləndi, yazı da yandı.
Alı yay ağladı, yazı dayandı,
İndi yad eləyir, aranı tez-tez.
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024