Ermənilərin törətdikləri Vedibasar qırğınları

13:30 / 13.12.2018
Baxılıb: 2354

1918-ci il may ayının son günlərində Ağdağın Böyük Vedi istiqamətində erməni əsgərləri özlərinə hərbi-döyüş istehkamları düzəldəndə vedibasarlıların narahatlığı daha da artdı.

XVIII əsrin əvvəllərindən çar Rusiyasının təzyiqi və dəstəyi ilə Azərbaycanın münbit ərazilərində məqsədli şəkildə məskunlaşdırılan ermənilərin özbaşınalığının qarşısının alınmasında, xalqımızın milli müstəqillik uğrunda mübarizə tarixində, xüsusilə ölkəmizin qərbində gedən ictimai-siyasi hadisələrdə xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin böyük xidmətləri olmuşdur. Abbasqulu bəy Şadlinski 1886-cı il fevralın 24-də İrəvan quberniyasının İrəvan qəzasındakı Vedi nahiyəsinin Böyük Vedi kəndində bəy ailəsində dünyaya göz açmışdı. Böyük Vedidə müasir tipli ikisinifli rus-tatar məktəbini yüksək qiymətlərlə başa vuran Abbasqulu bəy əvvəl İrəvan gimnaziyasını, sonra isə Qori Müəllimlər Seminariyasını bitirmişdi.

300 illik tarixə malik çar imperiyası 1917-ci ilin payızında süquta uğrayanda siyasi qüvvələr arasında hakimiyyət uğrunda çəkişmələr gücləndi, vaxtilə Azərbaycan ərazisinə köçürülmüş ermənilər, xüsusən də vandalçı “ Daşnaksütyun ” partiyasının silahlı quldur dəstələri Ermənistan adlı dövlət qurmaq məqsədilə azərbaycanlıların soyqırımını həyata keçirmək üçün işğalçılıq fəaliyyətlərini gündən-günə genişləndirdilər. Quduzlaşan erməni silahlılarının kütləvi qırğınından, terrorundan əhalini xilas etmək mümkün olmurdu. Odur ki, el-oba arasında böyük nüfuz sahibi olan Abbasqulu bəy məcbur olub Vedibasar mahalının bütün kəndlərinin əhalisini torpağın və camaatın müdafiəsinə səfərbər etdi.

Böyük Vedi və yaxın kəndlərin cavanlarından ibarət “ Mübariz dəstə ” yaratdı. Savadlı və tədbirli ziyalı olan Abbasqulu bəy daha sonra yığıncaq çağırıb mahalı və ətraf bölgələri idarə etmək, onları erməni təcavüzündən qorumaq məqsədilə Vedibasar Milli Komitəsini, “ Mübariz dəstə ”nin baş qərargahını yaradır, Bakı ilə müntəzəm əlaqə saxlanılacağını bildirir. Erməni silahlıları kəndlərə qəflətən hücum edir, dinc əhaliyə vəhşicəsinə divan tutur, onları qılıncdan keçirir, var-dövlətini talayıb aparır, evlərinə, mülklərinə od vurub yandırırdılar.

Erməni vandalizmi o vaxt Zaqafqaziya Seyminin 5, 7, 19 və 20 fevral 1918-ci il tarixli iclaslarında böyük hay-küylə müzakirə olunmuş və Seym vəziyyətlə yerindəcə tanış olmaq üçün İrəvana nümayəndə heyəti göndərmişdi. Bu nümayəndə heyəti geri qayıtdıqdan sonra Seymə rəsmi təqdimatlarında yazmışdı: “ 1918-ci ilin mart ayına qədər İrəvan vilayətində 211 türk (azəri) kəndi erməni təcavüzünə məruz qalmış, həmin kəndlərin 100 min nəfərdən çox müsəlman əhalisi, demək olar ki, bütünlüklə məhv edilmişdir ”.

Daha bir rəsmi mənbədə – “ Azərbaycan ” qəzetinin 1918-ci il tarixli 38-ci sayında dərc edilmiş Gəncə canişininin Azərbaycanın ovaxtkı daxili işlər nazirinə ünvanladığı raportunda bildirilir ki, “ son doqquz ay ərzində erməni silahlıları təkcə Zəngəzur mahalında 16 türk (azəri) kəndini tamam məhv etmiş, 657 nəfər dinc sakini qətlə yetirmiş, sağ qalan camaatı didərgin salmış, əhaliyə 56 milyon 630 min rubl məbləğində zərər vurmuşlar ”. Abasqulubəy Şadlinski belə heyrət doğuran məlumatlara A.Novatskinin rəhbərliyi ilə hadisə yerində olmuş Fövqəladə İstintaq Komissiyasının arayışında da rast gəlinir.

“ 1918-ci ilin martınadək İrəvan quberniyasında dağıdılmış və əhali tərəfindən tərk edilmiş müsəlman kəndlərinin siyahısı ” adlı bu tarixi sənəddə İrəvan quberniyasında təkcə dörd – İrəvan, Sürməli, Eçmiədzin və Yeni Bayazid qəzalarında ermənilər tərəfindən darmadağın edilmiş 197 müsəlman kəndinin adbaad siyahısı verilmişdir. Bu kəndlərdə 16 minə qədər təsərrüfatda 135 mindən çox əhali yaşamışdır ki, onların da əksəriyyəti ermənilər tərəfindən qətlə yetirilmiş, sağ qalanlar isə qaçıb ətraf bölgələrə – Azərbaycanın digər ərazilərinə, yaxud qonşu İrana, Türkiyəyə sığınmışlar ”.

Həmin siyahıdan aydın olur ki, tərkibinə Vedibasar mahalının da qatıldığı İrəvan qəzasında belə kəndlərin sayı 30-dan çoxdur. Bunları xatırlatmaqla diqqətə çatdırmaq istəyirik ki, həmin siyahıda İrəvandan 30-35 km-lik məsafədə olan Vedibasarın bir kəndinin də adı yoxdur. Çünki bu kəndlərin hər hansı birindən ermənilərin özbaşınalığı barədə məlumat daxil olan kimi Abbasqulu bəyin dəstəsi alıcı quş kimi kəsirdi erməninin başının üstünü, onlara elə dərs verirdilər ki, ermənilər gəldiyi yolla qayıda bilmirdilər. Bir dəfə daşnak silahlı dəstələri Böyük Vedi ilə Millidərə kəndlərinin əlaqəsini kəsib camaatı qırmaq, kəndi talamaq istəyirlər.

Bu barədə Abbasqulu bəyə məlumat çatan kimi öz dəstəsini götürüb gecə ilə yollanır ermənilərin üstünə. Şorbulaq dağlarının dolama yolları ilə Yovşanlı düzə qalxıb erməni silahlılarının qabağını İlanlı dağın qarşısındakı Sərinbasarla Seyidkotanlı kəndlərinin yaxınlığında səhərə yaxın kəsir. Şiddətli atışma başlanır, nə başlanır… Bu vaxt “ Mübariz dəstə ”nin başqa silahlı bölükləri, o cümlədən Hacı Mirzə tərəfdən Sultan xanın və Mirzə oğlu Həbibin dəstələri köməyə çatır, duruş gətirə bilməyən daşnak qoşunları itki verə-verə geri çəkilir.

Gecə yarısı başlanan davada ermənilərin başqa bir silahlı ordusu Millidərə kəndinə doğru irəlilədikcə Millidərənin İmirzik, Köppükənd və başqa kəndlərinin əhalisi qırğından can qurtarmaq üçün baş götürüb Gölaysora tərəf qaçır. Cahanbəxş bəyin dəstəsi xeyli itki verdiyindən sağ qalan döyüşçülər müdafiə mövqeyi seçərək vaxt əldə etməklə qadın və uşaqları kənddən çıxarmağa çalışırdılar. Abbasqulu bəy də başda olmaqla, “ Mübariz dəstə ”nin silahlı bölükləri döyüşlərin son saatlarında özlərini Millidərəyə çatdırırlar.

Az vaxtda vəziyyət dəyişir və erməni qoşunları çoxlu itki verərək axşama yaxın Millidərə kəndini tamamilə tərk edirlər. Millidərə döyüşləri vedibasarlıların qələbəsilə başa çatsa da, daşnakların əli ilə yandırılıb tamamilə məhv edilən on-on iki kəndin əhalisi öz evlərinə dönə bilmir, öz dədə-baba yurdlarından didərgin düşüb, Vedibasarın aran kəndlərində sığınacaq tapmalı olurlar. 1918-ci il may ayının son günlərində Ağdağın Böyük Vedi istiqamətində erməni əsgərləri özlərinə hərbi-döyüş istehkamları düzəldəndə vedibasarlıların narahatlığı daha da artdı. Buna görə Abbasqulu bəy təcili əks tədbirlər gördü, hücum gözləniləcəyi güman edilən ərazilərdə silahlı dəstələr yerləşdirdi, “ Daşlı ” və “ Gavurqala ” istiqamətlərində güclü müdafiə istehkamları yaratdı.

Hadisələrin cərəyan etdiyi Vedibasarda doğulub boya-başa çatan yazıçı Fərman Kərimzadə “ Qarlı qış ” romanında bu barədə yazır: “…Axşamlar kəndin üstündəki qayada Xəlilin pulemyotu oxuyardı – kəklik yerinə… Bir neçə saniyə. Sonra susardı. Tək-tük tüfəng səsləri eşidilərdi. “ Görəsən, bunun axırı hara gedib çıxacaq? Vadiyə sığınmış bu kəndin köməyinə kim gələcək? Heç kəs! Özümüz! – deyə Abbasqulu bəy qərar çıxarardı ”.Bir neçə gündən sonra səhərə yaxın Böyük Vedinin şimalından – Ağdağ tərəfdən kəndə top mərmiləri yağdırılır, Qəmərli-Dəvəli stansiyaları arasında hərəkət edən ermənilərə məxsus zirehli qatar Vedibasarın dəmiryolu xətti boyunca yerləşən Qaralar, Şirazlı, Avşar və başqa kəndləri top və pulemyot atəşinə tutur, əhalini qaçmağa məcbur edirdilər.

Silahlı daşnak dəstələri kəndlərə hücum edir, evlərə, mal-qara saxlanılan tövlələrə od vurur, qaçan əhalini pulemyot atəşi ilə biçib tökürdülər. Kəndlərdə qeyri-bərabər döyüşlər gedirdi. Millidərə döyüşləri zamanı çoxlu itki verən və geri oturdulan baş gərnili daşnak Artuşun quldur dəstəsi təzədən Şorbulaq istiqamətindən Böyük Vediyə soxulmağa can atırdı. Lakin bu dəfə də güclü müqavimətə rast gələrək çoxlu itki verib geri çəkildi. Buna baxmayaraq, erməni silahlıları Vedibasar mahalının içərilərinə irəliləməkdə davam edirdilər. Axşama doğru mahalın dəmiryol ətrafı kəndlərin bəziləri, o cümlədən Şirazlı, Qaralar ermənilər tərəfindən işğal edildikcə əhali Böyük Vediyə axışırdı. Hava qaralhaqaralda Yengicə və Taytan kəndləri də ermənilərin əlinə keçdi. Bununla da Böyük Vedi üç tərəfdən mühasirəyə alınır.

Çox çəkmir ki, erməni silahlıları qərb tərəfdən Böyük Vedinin aşağı məhəllələrinə daxil olurlar. Evlərə, pəyələrə, ot tayalarına od vura-vura kəndin mərkəzinə doğru irəliləyirlər, insanların gur yığışdığı məktəb binasını ələ keçirən kimi od vurub yandırırlar. Kəndin ermənilərin işğalı altında olan hissəsində alov, yanğın, acı tüstü göyün yeddi qatına qalxırdı. Vahimə içində olan əhali kənddən qaçıb Göyqum təpəsinin Həmdəm dərəsinə sığınmışdı. Bütün günü müdafiə döyüşləri aparmasına və bu müddətdə ermənilərin xeyli irəliləməsinə baxmayaraq, hava qaralanda Abbasqulu bəy Sultan xanın, Mirzə oğlu Həbibin və Kərbəlayı

Müseyibin ehtiyat bölüklərini mövqelərindən çıxararaq bir azdan Şorbulaq istiqamətində hücuma keçmələrini tapşırır. Döyüşlərin şiddətli vaxtı Kərbəlayi İsmayılın da dəstəsi həmin cəbhədə daşnaklara qarşı hücuma atılır. Düşmənin Böyük Vedinin içərilərinə irəliləməsinə imkan verməyən Abbasqulu bəy özü isə dəstəsini var gücü ilə ermənilərin üzərinə əks-hücuma aparır. Bir neçə saata Vedibasarı tamam ələ keçirəcəklərini zənn edən ermənilərə qarşı elə bir hücum və şiddətli döyüşlər başlanır ki, gəl görəsən. Yağış kimi yağan güllələr və haray-qışqırıq dolu insan axını erməniləri çaş-baş salaraq necə və hara gəldi qaçmağa məcbur edir.

Sürətlə irəliləyən “ Mübariz dəstə ”nin ehtiyat hissələri ilə Abbasqulu bəyin kəndin əks istiqamətində ermənilərin mövqelərini darmadağın edən atlı dəstələri dəmiryol xəttinin üstündə birləşirlər. Bununla həm də ermənilərin işğal altında saxladıqları müsəlman kəndləri Vedibasar qüvvələrinin nəzarətinə keçir. Abbasqulu bəyin bir az əvvəl göndərdiyi könüllülər Qəmərli istiqamətindəki dəmiryol körpüsünü partladırlar. Uçmuş körpünün o tayında hirsindən o tərəf-bu tərəfə var-gəl edən zirehli qatar “ Mübariz dəstə ”nin bölüklərini pulemyotdan aramsız atəşə tutur.

Vedibasarlılar çeviklik göstərərək hətta qatarın bir topunu söküb götürürlər. Mühasirədə olan zirehli qatarın Qəmərlidən köməyinə gələn parovozun projektor işığında yolu bərpa edən ermənilər, böyük itkilər hesabına da olsa, səhərə yaxın zirehli qatarı mühasirədən çıxara bilirlər. Abbasqulu bəyin dəstəsi daşnakların həmləsində olan müsəlman kəndlərinin mühasirə halqasını tədricən kiçiltməyə nail olur. Səhər hava işıqlananda artıq bu kəndlər quldur ermənilərdən tamamilə təmizlənmiş, ələ keçənlər öldürülmüş, sağ qalanlar qaçıb canlarını qurtarmışdılar. Kənd camaatı ölən erməni əsgər və zabitlərdən qalmış xeyli silah-sursat əldə edir.

Vedibasarlıların qələbəsi ilə başa çatan bu döyüşlərdə sakinlərinin çoxluğuna görə erməni kəndləri hesab olunan Reyhanlı və Dəvəli kəndlərinin də taleyi həll olunur. Belə ki, dünənə kimi nə vaxt dindirəndə “ ay can! ” deyə cavab verən ermənilər indi öz soydaşlarının tərəfinə keçərək əllərinə silah götürüb dedikləri qapı qonşu müsəlmanlara qarşı vuruşurdular. Buna görə də daşnaklar şiddətli müqavimətlə üzləşəndə, geri qaçmağa məcbur olanda, xəyanət və satqınlıqlarının cəzasını almaqdan qorxaraq gecə ikən arvadlarını, qızlarını evdə qoyub, əmlaklarını götürüb qaçmışdılar.

İmkan tapıb gedə bilməyənlər də var idi. Sabahısı Abbasqulu bəy dağ Vedibasara, Millidərəyə və aran Vedibasara hücum edən daşnakların törətdikləri vəhşiliklərə görə və bu kəndlərdə onlara qoşulub nankorluq edən erməni ailələrinin burada yaşamasını mümkünsüz hesab edir, onları qonşu ərazilərdəki istədikləri erməni kəndlərinə, onların da evinə müsəlman ailələrini köçürür, kəndlərdə könüllülərdən ibarət özünümüdafiə bölükləri yaradır, kəndə keşikçilər təyin edir. Az sonra daşnaklar Göyçə, Dərələyəz, Zəngəzur və Naxçıvan mahalları başda olmaqla bu qədim Azərbaycan torpaqlarını erməniləşdirmək üçün Naxçıvanda yaratdıqları “ Milli Komitə ” vasitəsilə hələ əvvəllərdən burada məskunlaşdırılmış bütün erməniləri ayağa qaldırıb, qırğın törədirdilər.

Daşnak hərbi qüvvələrinin Vedibasara ikinci dəfə hücumu zamanı ermənilər əvvəlkindən betər müqavimətə rast gəlirlər. Daşnakların Vedibasardan Naxçıvana gedən dəmir yolunu ələ keçirmək barədə irimiqyaslı işğalçılıq planları “ Mübariz dəstə ” tərəfindən alt-üst edilir. Hücumları hər dəfə məğlubiyyətə düçar olan ermənilər növbəti dəfə öz milli ənənələrinə uyğun olaraq hiyləyə əl atırlar: İrəvan qəzasının komissarı, milliyyətcə erməni olan Əmirxanov Vediyə gəlir, inzibati cəhətdən ona tabe olan İrəvan qəzasının dördüncü sahə komissarı Abbasqulu bəy Şadlinski ilə görüşür, ona dövlət adamı olduğunu xatırladaraq Vedibasarda İrəvan erməni hökumətinin maraqlarını həyata keçirməyə borclu olduğunu bildirir.

Söhbət zamanı erməni hökumətinin tövsiyələri baxımından Vedibasarın Türkiyə ilə sərhəd kəndlərinin əhalisinin köçürülməsi, camaatdan silahların yığılması tələblərini gündəmə gətirir. Əvəzində isə Abbasqulu bəyə komissar vəzifəsində saxlanılacağını vəd edir. Abbasqulu bəydən çox sərt formada rədd cavabı alan Əmirxanovun danışıqları uğursuzluqla nəticələnir. Bundan sonra Əmirxanov daşnak komitəsinin daxili işlər nazirinə Abbasqulu bəy Şadlinskinin İrəvan qəzasının dördüncü sahə komissarı vəzifəsindən azad edilməsi barədə raportla müraciət edir.

Əmirxanovun xahişinə əsasən, nazirliyin 3 iyul 1918-ci il tarixli 1 nömrəli əmri ilə Abbasqulu bəy tutduğu vəzifədən azad edilir. Professor Vaqif Şadlinski bir nəslin dramını xatırladan “ Şadlinskilər ” kitabında yazır ki, istər Göyçə, Dərələyəz və Şərur mahalı olsun, istərsə də Böyük Vedi mahalı və Qəmərli tərəfləri, daşnaklar ölüm və qarətlərlə nəticələnən qırğınlara ara vermirdilər. Bu, azmış kimi, 1918-ci il iyun ayının əvvəllərində quldur Andronikin Naxçıvana gəlməsi ilə bu qırğınların sayı və coğrafiyası daha da genişlənir. Böyük Vedi ətrafındakı kəndlərə bir neçə dəfə Dronun, Aramın, Dəli Kazonun başçılıq etdiyi silahlı quldur dəstələri və Bek-Primovun daşnak polku hücumlar edirlər. Onlarla kənd yandırılır və camaat qılıncdan keçirilir…

Son anda Vedibasar rayonunun əhalisi tamamilə məhv edilməkdən xilas olmaq üçün Abbasqulu bəy Şadlinskinin “ Mübariz dəstə ”si ətrafında birləşərək silahlı mübarizəyə qoşulur. Müsəlmanları qırmaqla və onlara məxsus evləri talamaqla, yandırıb yerlə yeksan etməklə məşğul olan erməni quldur birləşmələri vedibasarlılar tərəfindən darmadağın edildikcə geriyə, əvvəlki mövqelərinə çəkilməyə məcbur olurlar. Hətta bir dəfə Abbasqulu bəyin rəhbərlik etdiyi taborçular və əli silah tutan dinc əhali hücuma keçərək erməni qoşun hissələrinin “ məskunlaşdıqları ” əvvəlki mövqelərini də yarıb keçərək ermənilərin özlərinə paytaxt elan etdikləri İrəvanı təhlükə qarşısında qoyurlar. Həmin döyüşlərdə Abbasqulu bəyin rəhbərliyi altında ölüm-dirim savaşında olan Xəlil Mehdi oğlu, İbrahim Fərzəliyev, Fərəməz bəy Mahmudbəyov, Yetim Əli oğlu Əkbər və başqaları çox böyük fədakarlıqlar göstərirlər.

Bu döyüşlərdə vedibasarlıların da itkiləri az olmamışdı. Onlarla dinc əhali ilə yanaşı bir neçə bölük başçısı şəhid olmuşdu. Erməni quldur dəstələrinin dinc azərbaycanlı əhalinin başına gətirdiyi faciələrdən, qırğınlardan “ Azərbaycan ” qəzeti 1918-ci il 4 noyabr tarixli sayında yazırdı: “ Bütün Zaqafqaziyada erməni-müsəlman münasibətlərinin qurbanı olmuş İrəvan müsəlmanlarının sağ qalmış müsəlman əhalisini məhv olmaqdan xilas etmək üçün hər şey etməliyik, bu, bizim vətəndaşlıq borcumuzdur ”.

Bu ərəfədə azərbaycanlıların soyqırımına hesablanmış qırğınların qarşısını almağa çalışan türk və ingilis qoşunlarının müdaxiləsi də heç bir nəticə vermədi. Bölgədə əmin-amanlıq yaratmalı olan ingilis hərbçilərinin gözü qarşısında Gərnibasar mahalının daşnakların nəzarətində olan kəndlərinə köçüb gələn ermənilər yer-yurd olan kimi yerli müsəlman əhaliyə qarşı təqiblərə, qətl və qarətlərə başladılar. Müdafiəsiz qalan dinc əhali təhqir və təzyiqlərə dözməyərək, doğma yurd-yuvalarını atıb Vedibasar mahalına sığınırdı. Beləliklə, dinc müsəlman əhali Abbasqulu bəyin ətrafında birləşməklə erməni daşnaklarına qarşı son damla qanına qədər vuruşmaq, ya qalib gəlmək, ya da elliklə şəhid olmağı qərara alır. Bu zaman ermənilərin Türkiyədə dinc türk xalqına vəhşicəsinə divan tutmaqda ad çıxaran qisasçı Van və Sasun alayları Naxçıvan mahalını keçərək Culfa və Naxçıvan ərazisində yerləşir.

Bundan bir neçə gün sonra Qaraxaça iki min nəfərdən artıq Türkiyədən qaçan ermənilərdən təşkil olunmuş “ qaxdaqan ” qoşunu gətirilir. Az sonra qonaq qalmaq adıyla Çimən kəndi yaxınlığına ermənilərin iki bölük atlı qoşun hissəsi yerləşdirilir. Bir neçə saat sonra Vedibasara doğru daha üç atlı dəstənin irəlilədiyi məlum olur. Bundan sonra erməni silahlıları Şahablı, Qaraxaç və ətraf kəndlərdə axşamdan başlanan qırğını gecə yarıya kimi davam etdirirlər. Əhalinin yerə-göyə sığmayan vay-şivəni səhərə yaxın kəsilir. Abbasqulu bəy gecə yarısı Böyük Vedinin əli silah tutan kişilərini ayağa qaldırır. Şahablıya gedir, Sultan xanın və Kərbəlayı İsmayılın dəstələri ilə birləşərək dinc əhalinin müdafiəsinə qalxırlar.

Şahablı kəndində qanlı cinayət törədən erməni qoşun hissələri mühasirəyə düşərək çoxlu itki verərək qaçırlar. Xeyli itki verən erməni əsgərlərin meyiti ilə yanaşı, bir neçə erməni zabitin, o cümlədən Böyük Vediyə hücum edən hərbi hissə komandiri Vahanın meyiti də döyüş meydanında qalır. Şahablı və Qədirli faciəsinin miqyası böyük idi. Bu kəndlərin çoxsaylı əhalisindən, eləcə də onlara sığınan qaçqınlardan, demək olar ki, bir nəfər də salamat qalmamışdı. Onlar od vurulan evlər, ot tayaları, kərmə qalaqları içərisində yandırılıb kül olmuş, ya da erməni gülləsi və süngüsü ilə qətlə yetirilmişdilər.

Bu faciəyə düçar olmuş minlərlə əhalidən təsadüfən orda-burda gizlənmiş tək-tək adamlar salamat qalmışdı. Erməni quldur dəstələrinin bu vəhşi əməlləri barədə Paris Sülh Konfransının sədrinə ünvanlanmış 16-19 avqust 1919-cu il tarixli sənəddə yazılır: “ Van ”, “ Sasun ” adları altında müxtəlif erməni hərbi hissələri müsəlman əhalini qılıncdan keçirdi, kəndləri toplardan və zirehli qatardan atəşə tutdular, öldürülənlərin qarnını yarıb, gözlərini oydular, bəzi cəsədləri yandırdılar, əhalini taladılar, ümumiyyətlə, eşidilməmiş vəhşiliklər etdilər. Yeri gəlmişkən, Vedibasar rayonunda belə bir dəhşətli fakt da baş verdi ki, Qaraxaç, Qədirli, Qarabağlar, Ağasıbəyli, Dəhnəz kəndlərinin kişilərini sonuncu nəfərə qədər qətlə yetirdilər ”.

Erməni-daşnak silahlı birləşmələrinin iki il ərzində Böyük Vediyə və onun nəzdindəki kəndlərə beş dəfədən çox etdikləri irimiqyaslı hücumlar xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin rəhbərliyi altında və digər adlı-sanlı vətənpərvər vedibasarlılar tərəfindən iflasa uğradılsa da, bolşevik Rusiyasından dəstək alan erməni işğalının qarşısını almaq mümkün olmamışdır. İstər 1917-1918-ci illərdə, istərsə də Azərbaycan Xalq Cümhuriyyəti dönəmində və sovet hakimiyyətinin ilk illərində erməni millətçiləri tərəfindən azərbaycanlıların soyqırımına hesablanmış qırğınlar, qətllər, işgəncələr və torpaqlarımızın işğalı heç vaxt yaddan çıxmır, heç vaxt unudulmur.

Rəhman SALMANLI.

“Azərbaycan” qəzeti

1905.az


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər