ISSIQ YAZISI

20:00 / 01.02.2019
Baxılıb: 2814

Qazax arxeoloqları 1970-də Almatı yaxınlığında bütün dinyaya səs salan Issık kurqanını açmışdı. Arxeoloq Kamal Akişevin baş çılığı ilə aparılan qazıntı m.ö. V-IV əsrlərə aid edilən bu basırıqda altun geyimli 16-18 yaşında bir gəncin dəfn olunduğunu ortaya çıxartdı.

Onun şahənə altun geyimində mifik somvolika ilə bol olan çeşidli nəsnələr böyük maraq oyatmışdı. Əsl sensasiya isə kurqandan tapılan yazı idi. Lakin gümüş qab üzərində 2500 il öncə qədim runik işarə ilə cızılan bu iki sətirlik yazının gerçək dəyəri elmi dairələrdə hələ də verilməmişdir. Maraqlı burasıdır ki, saqa (skith) kurqanı sayılan Issıq kurqanını sovet arxeoloqları türk etnosuna yaxın buraxmırdı və Issıq yazısı da türk yazı tarixindən uzaq tutulurdu. Bunun əsl səbəbini anlamaq olmur.

Kurqanı açan və bəzi türkoloqların bu yazıda bir-birindən xəbərsiz “azuq” deyimini oxuduqlarını vurğulayan arxeoloq K. A. Akişevin sözlərinə görə, Issıq yazısı ilə daha sanballı alimlər (İ. M. Dyakonov, B. A. Livşits, S. Q. Klyaştornı) tanış olandan sonra belə bir arayiş yazmışlar ki, Issıq yazısı aramey əlifbasi ilə yazılmışdır, “lakin mövcud aramey yazılarından heç birinə uyğun gəlməyən bu yazının çözümünü verə bilmədiklərini” etiraf etsələr də, onun türk runukası ilə də oxunmayacağını məsləhət görməyi (əslində qadağa qoymağı) unutmamışlar. Əlbəttə, sovet elmində söz sahibi olan bu “akademik” uzmanlar kimi Issıq yazısını başayaq tutanda onu oxumaq mümkün deyil.

K. A. Akişev də kitabında onun şəklini tərsinə verib. Qazax alimi professor Altay Amanjolov isə gümüş qabı düz tutub və oradakı yazını belə oxuyub: “Ağa, saña oçuq! Bez çök, boqun içrə azuq i” (Ağa, sənə ocaq! Yad, diz çök, nəsillərin azuqəsi olsun). 

Mərkəzi mətbuata (1978) çıxan bu oxunuşu təkzib edən olmamışdır. Türk runuk yazıları üzrə tanınmış alim A. S. Amanjolovun elmi əsaslara dayanaraq bu yazını oxuması əsl uzman başarısı idi. Lakin o, yazının əvvəlində mətnin informasiyası ilə bağlı olan bir şəkilin - damğa işarəsinin yozumunu verməmişdir, halbuki o damğa yazıda loqoqram funksiyası daşıyır. Mənim oxuduğum variant fərqli olsa da, Altay ağanın gördüyü şərəfli işin əhəmiyətini qətiyən azaltmır, əksinə, daha da qüvvətləndirir.

Nəzərə almaq lazımdır ki, Issıq yazısı adi bəlgə deyil və onun doğru yozumu elmdə mövcud olan bir neçə mübahisəli problemin çözülməsinə birdəfəlik son qoyur.

Belə ki, saqa (skith) boylarının etnik kimliyi üzərində XIX əsrdən bugünəcən elmi dartışmalardakı spekulyasiya aradan çıxır, qazax və azər xalqlarının etnogenezində iştirak etmiş protoqazax və protoazər boyları içində saqaların rolu aydınlaşır və ən əsası, türk runik yazısının əsl tarixi min il qədimə çəkilir. Yazının obyektiv yozumunu vermək üçün onun hansı kontekstdə yazıldığını və kurqan gələnəyinin kimlərə aid olduğunu göz önünə gə tirmək, Issıq kurqanında kimin dəfn olunduğuna bir daha baxmaq lazım gəlir. Yazılı gümüş qabın trafey nəsnə deyil, dəfn olunanla və yas mərasimi ilə dolayı və ya birbaşa əlaqəsi varmı? Yaxud bu yazı cızıldığı qabın funksiyası ilə bağlı bir deyimdirmi? Bu kimi suallara cavab tapmaq üçün yenə də yazıda keçən bəzi sözlərin kontekstə uyğunluğu araşdırılmalıdır. Kurqan sahibi üçün uzmanların qeyd etdiyi yaş həddi doğrudur, çəkilmiş şəkildə kəllə sümüyü tikişinin hələ tam bitişmədiyi aydın görünür. Bu yaşda onun ölüm səbəbi haqqında basırıqdan məlumat əldə olumamışdır. Qabın üzərindəki yazıda da buna işarə yoxdur.

Basırıq nəsnələri göstərir ki, o çox varlı bir başçının, elbəyin 16-18 yaşında ölmüş sevimli övladı imiş. Lakin bu gəncin qadın deyil, kişi olması söylənir, bəziləri onu “Altun geyimli döyüşçü” adlandırırlar. Lakin basırıqdan çıxan nəsnələrin içində üzük-sırğa, qadın diademi, boyunbağı, güzgü, ənlik-kirşan qabı və içindəki qırmızı boya quşqu oyadır. Özəlliklə, başa qoyulan bəzəkli qalpağın oxşarı qırğız-qazax qadınları üçün keçərlidir. Bunun örnəyini şəkillərdə aydın görmək olar: Kurqanda qazaxca saukele deyilən baş örtüyündə simvolik dağların baş;ndakı dünya ağacına qonmuş iki quş fiquru vardır:

Türk mifologiyasına görə, ölən adamın qutu (ruhu) quş şəklində uçub qonduğu dağın, ağacın başı qutsal məkandır. Bəzi türklər ölməyə sonkur oldu (şonqar ol du) deyirlər.

Bəziləri öldü əvəzinə uçdu deyir. Göytürk yazılarında bu deyim çox işlə nir: “eçim kağan uça bardı” (kağan əmim uçub getdi); “Kültegin koy yılka yiti yigir mike uçdı” (Kültegin qoyun ilinin 17-sində uçdu) 

Bu sözləri ona görə xatırlatdıq ki, Issıq yazısında uçuq, oçuk, çuk, öçük, çök kimi oxuna bilən sözlər vardır. Bu sözlərın üzərinə bir daha qayıdacağıq. Hələlik isə kurqan və saqaların kimliyi məsələsinə baxaq. Kurqan gələnəyi Kür-Araz arxeoloji kulturunun ayrlmaz atri butu kimi onu daşıyanların quzey və doğu yönlərdə miqrasiyası ilə yayılmış, kurqan sözü də bir çox xalqların dilinə keçmişdir. Doğu bölgələrdə m.ö.VIII-VII əsrlərdən görünməyə başlayan saqa boyları haq qında Çin qaynaqları məlumat verir.

Son vaxtlar saqa abidələrini tədqiq edən Çin arxeoloqları onların m.ö.V-IV əsrlərdə Cunqar çökəyinin qüney-batısında yaşadığını və Urumçidə saqa qəbir ləri ilə Issıq kurqanlarının eyni boylara aid olduğunu ortaya çıxarmışlar. Tuva və Altayda daha 2-3 əsr əvvəlki Arjan və Pazırıq kurqanları da saqalara aid idi.

Çin qaynaqları saqaların tərəkəmə yasamı, indiki Kabil-Pişəvər bölgələrinə keçib dalbadal bir neçə dövlət qurması haqqında bilgi verir. Fərqanədə Saqa bəyliyinə hücum edən hökmdar Sotszyuy barədə məlumat, Əhəməni yazılarında və antik çağ yazarlarının əsərlərində olan bəlgələr göstərir ki, Xəzərdən doğuya uzanan bozqır otlaq yerləri minillər boyunca saqaların köç yerləri olmuşdur. Belə köçlər güneydə Hindistana qədər uzanırdı. Cavaharlal Nehru qədim sanskritcə oxuduğu kitabdan bu sözləri qızına yazdiğı məktubunda qeyd etmşdir: “Saqalar türklərin köçəri boylarından idi”.

Saqa kurqanları Zaporojye, Dneprepetrovsk bölgələrində kazak, Xersonda tatar, Krımda türk qəbri adlanır. Xerson vilayətinin Aşağı Seroqoz qəsəbəsində hündürlüyü 20 metr olan saqa kurqanına Oğuz kurqanı deyilir. Azər xalqının qınaq deyimləri içində “Oğuz ölüsü kimi uzanmaq” deyimi var. Güney Qafqazda uzun sinədaşları olan basırıqlar “oğuz qəbri” adlanır. Göycə gölü yaxınlığında tunc dövrünə aid basırıqların iç hörgüsü qatbaqat bir-birinə yaxın qoyulan daşlarla yığma tağbənd şəklində bağlanmışdır. Hay dilində bunlara oğuz evi deyilməsi gələnəyisə hələ də davam edir.

Kurqan gələnəyi m.ö. IV minildən başlayaraq XV əsrə qədər davam etmişdir. Türk ellərində olmuş səyyah və elçilər burada gördükləri basırıq gələnəkləri haqqında bəzi bilgilər verirlər. 1250-də qıpçaq yurdunda olmuş G. Rubruk yazır ki, onlar ölənin məzarına ət və qımız qoyur, məzarın üstündə ev sayılan bir təpə qurub üzərində üzü doğuya olan insan heykəli dikəldirlər. Zənginlərin basırığında belə təpələr böyük piramidanı xatırladır. Bu etnoqrafik durumu da öncə İbn Fadlan oğuzlarda da görüb belə yazmışdı: “Aralarında biri ölürsə, onun üçün evəbənzər böyük bir çuxur qazır, sonra paltarını geyindirib, kəmərini bağlayır, yayını taxıb önünə taxta qab da çaxır qoyurlar. Əlinə kasada çaxır verib onu bu otağa oxşayan çuxura qoyub şəxsi əşyalarını da gətirib bura yığırlar. Çuxurun üstünü tavanla örtüb üzərində çamurdan qübbə yapırlar. Bundan sonra, ölənin heyvanlarının sayına görə birdən yüzə, iki yüzə qədər qurban kəsirlər. Ətini yeyib, başını, ayağını, dərisini və quyruğunu ayırır, bunları kəsilmiş ağaclar üzərində qəbrin başına asır və bunlar ölənin cənnətə gedərkən minəcəyi heyvanlardır – deyirlər”.

Göründüyü kimi, kurqanla bağlı bəlgələrdə ev, otaq sözləri və cənnətə getmə inamı vardır. Issıq yazısı da sumerlərin ilkin yazılarında istifadə etdikləri “ev” anlamlı piktoqrama bənzəyən damğa ilə başlanır. Sumerlər piktoqrafik şəkil və damğaları mixi yazıya çevirərkən bu işarə ilə qeyd etdikləri ev piktoqramını mixi yazıda loqoqram kimi vermiş və onu e, bit, pid kimi oxumuşlar:

É. sumeroqramının fonetik oxunuşu [é, bit, pid] sırasında ev anla mında é sözü vardır. Bu baxımdan, Ön Asiyadan doğuya gedən saqaların yazısındakı ilk işarə - pikto qram (damğa) Issıq yazısında qədim türkcədəki kimi eb şəklində oxuna bilər. Maraqlıdır ki, É. sumeroqramı ev, məbəd, tapınaq adlarının qarşısnda determinativ kimi də işlənir və sumercə É.bitu sözündə ev, tapınaq anlamını verir, tapınaq mənası ayrı ca ekurru (É.KUR) sö zün də də vardır.

Issıq yazısınının oxunuşunu bir daha yoxlamaq üçün K. A. Akişevin verdiyi foto-şəkilin üzərindəki işarələri kağıza köçürdüm. Alınan nəticə eyni idi: həm Issıq kurqanını ilk açıb tədqiq edən arxeoloq Akişevin, həm də yazının surətini çıxarıb tədqiq edən runik yazı uzmanı A. Aman jolovun variantından fərq­lənmirdi: İşarələrin düzgün köçürüldüyünə əmin olandan sonra onları bəlli türk runuk işarələrilə verəndə maraqlı mənzərə ilə qarşılaşırıq. Belə ki, gümüş qabın üzərində 25 əsr öncə cızılmış işarə-hərflər minil sonra da göytürk yazılarında təkrar olunur.

Issıq yazısındakı damğadan başqa 26 işarədə 15 hərf vardır, bunlardan bəziləri 2-3 dəfə təkrarlanır.Bu 15 işarə-həfdən 13-ü sonrakı türk yazılarında olduğu kimi işlənir, yalnız üç işarənin (19-4; 21-12-7; 17-25) əlavə cizgiləri ixtisar olunmuşdur, buda minil ərzində baş verən normal haldır:

Gümüş qabın arxasında iti kəsici ilə cızılan işarələrdə bir-iki əla və cızıq yaranması doğaldır. Həm də görünür bu işlənmiş qab imiş və yazını cızan çalışıb ki, həflər aşılanmış yerlərə düşməsin, hətta sonuncu işarə bir qədər aralıda cızılıb. Burada hər bir işarə üzərində ayrılıqda dayanıb izahat verməyə ehtiyac yoxdur. Vaxtilə bu işi də A. S. Amanjolov çox başarı ilə görmüşdür. Deyildiyi kimi, aradan minil keçsə də, 15 işarədən 13-ü qə dim türk yazıları da təkrar olu­nur. Yalnız 22-ci işarə fərqli görünür, o da başı aşağı r (r) kimi bərpa olunmuşdur: Beləliklə, Issıq yazısnındakı işarələrin altında onla­rın bildirdiyi danışıq səslərini yazsaq, bu mənzərə ilə qaşılaşacağıq: Bu variantda mətnin əvvəli A. S. Amanjolovun oxuduğu variantdan fərqlənə cəkdir:

“Ağa, saña ...” deyil, “Eb ağasıña...” variantı ortaya çıxacaqdır. Bu oxunuşda incə saitlərlə və qalın saitlərdən yalnız ı səsi ilə işlənən s(s) işarəsinin sa - hecası əvəzinə -sı- hecası türk runikası üçün daha xarakterikdir. Bizcə, 15-ci işarə də “b” hərfindən çox s(s) hərfinə oxşayır. Burada işarənin “b” və “s” variantından asılı olaraq oxuna bilən bir neçə söz olsa da, yazıdakı mətnə daha uyğun olan buquñ “elat” və ya suquñ “sığın” sözlərindən biri oxunur: bukuñ (bükülmək), soguñ (üşümək, soğan), boguñ (boğulmaq), sukak (keyik), bu qoñ (bu qoyun), sığun//sıqun( keyik, dağ keçisi), buquñ (elat), *suquñ (sığın)

Hər halda, oxunuşda hər iki variant nəzərə alınmışdır. Hələ lik birinci variant kimi sağdan sola ev loqoqramı ilə başlanan yazı belə oxunur:

1.Eb - ağasiña oçuk (~ uçuk). Biz çuk - buquñ (~ suquñ) içrə azuqı.

Issıq yazısındakı azuqı sözü bir göytürk yazısında azukı şəklində h (k) işarəsi ilə verilmişdir. Azuq sözü mətndə yeməklə və gümüş qabının funksiyası ilə bağlı sözlərin ola biləcəyi ehtimalını irəli çıxardır. Yazıda bu yöndə bir neçə söz ayrıla bilir, lakin yazıda olan digər sözlərlə onların arasında rabitə qurulmur:

çuk(man) - “buğlama” (yemək), çik-bök - “aşıq sümüyündə əks tərəflər”, bük - “doymaq” bizi - “çörəyin qaralmış yanıq hissəsi”, bez - “ətlə dəri arasındakı üzv”

İssık yazısında yer alan ZB sözü bez, biz kimi və ondan sonra gələn kRÇ sözü içük, öçük, çök, çük kimi oxuna bilir. Bu sözlərin əks düzümü bir türk yazisinda (Ekzib kÜÇ mrht) yer almışdır. Onu uzmanlar “tanrım, öçük (~ çök) bizkə”  kimi oxumuşlar. S. Q. Klyaş tornı öçük sözünün örtük (tavan), müdafiə anlamı ilə işləndiyi başqa bir yazını örnək verir: “tanrım a öçük a yerim” (mry a kÜÇ a mrht). Deməli, kRÇ ZB (biz çököçük) deyimində tanrıya xitab anlamı olmalıdır.

Belə ki, “Irk Bitik” fal kitabında “çuk tin kutluq bolsuntir” deyimi də çuk sözünün qutla bağlı olduğunu göstərir. Bəzi türklər dua ilə keçirilən qurban törəninə çuk (çök, uçuq) deyir lər. Buna görə, qab üzərindəki yazıda həmin deyim yadların diz çökməsilə (bez çök) deyil, dua ilə (biz çuk) bağlıdır.

Türk dili morfonoloji qanununa görə, ilk sətirin son sözü 6-cı işarə ilə başlanır, çünki iki sait səs yanaşı gələ bilməz. Dörd işarəsi (2 sait, 2 samit hərfi) olan bu sözün beş oxunuş variantı vardır: üç ok, üçük, öçük, oçuk, uçuk. İlk iki söz (üçok, üçük) yazıdakı sözlərlə rabitə yaratmır, öçük sözündən bəhs etdik, qaldı oçuq və uçuq sözləri.

Birincisi, “ocaq” anlamında olub A. S. Amanjolovun oxuduğu variantda yer almışdir. Saqay türkləri ocağa elə yazıdakı kimi oçuk deyir. Əgər İssıq yazısında məhz bu söz yazılmışsa, onda adi yanar ocaq deyil, ocağın qutsallıq rəmzi nəzərdə tutulmuşdur. Kurqanaltı ev-ocaq qutsal məkan (pir) sayılmişdır. Əgər yazıdakı bu açar söz ocuk deyil, uçuk sözüdürsə, bu halda folklorda “son ucu ölümlü dünya” deyimi, yaşamın sonucu olan basırıq məkanı (məzar) və oradan cənnətə uçuş yada düşür. Doğrudur, mətndə cənnət anlamlı (*uçuq, uçmax) sözlər yoxdur, çünki cənnət kurqanda deyil, ölənin qutu uçub gedəcəyi yerdədir, kurqanaltı ev isə uçuş yeri, start xəttidir. Bu kontekstdə uçuk uçmaq üçün hazırlanmış məkandır, burada “Eb=uçuk (yeri)” inamı keçərlidir.

Beləliklə, deyilənləri nəzərə alıb A. S. Amanjolovun oxu prinsipi ilə (a) razılaşaraq, onu daha işlək duruma gətirmək üçün irəli sürülən yeni oxunuşu (b) müqayisə ilə belə vermək olar:

a) Ağa, saña oçuq! Bez çök, boqun içrə azuq i. (Ağa, sənə ocaq! Yad, diz çök, nəsillərin azuqəsi olsun.)

b) Eb ağasıña uçuk. Biz çuk buquñ içrə azuqı. (Ev - ağasına uçuş yeri. Bizim dua - elat içinə azuqə)

Əlbəttə, burada nöqtəni qoymaq olardı, lakin gümüş qabın yazısı sıradan bir yazı deyil. Onun üzərində hələ çox işləməli olacağıq. Bu baxımdan, yuxarıdakı hər iki oxunuş variantı məzmunca yaxın olub yas törəni ilə bağlı kurqanda epitafiya xarakteri daşıyır. Lakin qabın üzərindəki yazı onun kurqana qoyulmasından öncə də yazıla bilərdi və məzmunu da yasla deyil, qabın özü ilə bağlı ola bilərdi. Adətən, belə yazılarda qabın kimə məxsus olması və ya yazını kim yazması haqqında məlumat olur.

Firudin Cəlilov - Professor


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər