Nakam taleli Növrəs İman

20:30 / 13.12.2018
Baxılıb: 5208

Növrəs İman Məşədi Saleh oğlu 1903-cü ildə Göyçə mahalının Ağkilsə kəndində doğulub. Təhsilini Göyçədə Hüseynquluağalı məktəbində alıb. Çox erkən yaşlarından Ələsgər ocağından od-alov alan İman tezliklə Göyçənin saz-söz məclislərinin söz-söhbətinə çevrilib. Onun bədahətən şeir söyləməsi, həm də çox kamil fikirlər ifadə etməsi İmana böyük hörmət və nüfuz qazandırıb. Növrəs İman bir müddət Kəlbəcər mahalının Seyidlər kəndində müəllim işləmiş, həm də saz-söz yaradıcılığını davam etdirmişdir. İman 1930-cu ildə həm ailə, həm də siyasi hadisələrin kəskin ziddiyyətlərinə tab gətirə bilməmiş, əsəbləri gərilmiş, ruhi xəstəliyə tutulub 1933-cü ildə itkin düşmüşdür.

İmanın haqqında yaranan müxtəlif söz-söhbətlər rəvayətə çevrilmiş, bu rəvayətlər sonralar dastanlaşmışdır. Aşıqlar İmanın Qazax, Borçalı, Tovuz səfərlərini, bəzi aşıqlarla qabaqlaşmalarını dastan kimi danışırlar. Növrəs İmanın yüzlərlə şeiri ağızlarda yaşamaqdadır. Onların bir qismini H.Əlizadə, Ə.Axundov, İ.Ələsgərov tərtib etdikləri kitablarda vermişlər. Bu şeirlər Növrəs İmanın dini-fəlsəfi idraka malik, nadir istedad sahibi olduğunu bildirir.

Cəmi 30 il ömür sürən İman (itkin düşdükdən sonra heç bir məlumat əldə edilməmişdir) qeyri-adi təbə malik, dinin ali qanunlarını, təriqətləri, qədim şərq mifik obrazlarını mükəmməl mənimsəyən, əsərlərində onlardan yerli-yerində istifadə edən, özünəməxsus təbii baxışı olan, hər şeydə bir mahiyyət axtaran,eyni zamanda, özünə tapınma idrakına meyil edən mütəsəvvüf təbiətli bir şəxsiyyət olmuşdur. İman aşıq şeirinin daha çox qoşma, təcnis, müxəmməs, qoşma-bayatı, təcnis-bayatı şəkillərindən istifadə edərək çox dəyərli və kamil ustadnamələr, gözəlləmələr, qıfılbəndlər yaratmışdır. Onun bəzi qıfılbəndləri hələ də bağlı qalmış, açıqlanmamışdır.

İman Göyçə və Ələsgər ocağının ən parlaq alovudur. Bu alov sönməz-əbədi səfərinin hazırlığı dövründə söyləmiş və taleyini İlahinin ixtiyarına buraxmışdır:

Əziz ata, itkin gedən fərzəndin,

Ağla, hey düşəndə yada doyunca.

Mənim gərdənimdə çarxın kəməndi,

Dolandırır bu dünyada doyunca.

 

Məndən dost-qohuma azca gileylə,

Nə qarğa dalımca, nə hədyan söylə.

Əl götür duaya, minacat eylə,

Bəlkə yetəm bir murada doyunca.

 

Halal qıl İmanı, qohum-qardaşım,

Çeşmim ağlar, qaranlıqda günəşim.

Əyər bar İlahi düzəltsə işim,

Şad olaram Kərbəlada doyunca.

Son beytdən güman etmək olur ki, İman Kərbəlaya səfər edib. İmanı tanıyanlar onun 33-cü ildə bir sərhədçi zabitin köməyi ilə xaricə (həm İranı, həm də Türkiyəni xatırladırlar) köçdüyünü söyləyirlər. Növrəs İman kimi İlahidən qüdrət alan bir insan erməni cəlladlarının gündə bir fitnə törətdiyi cansıxıcı cəmiyyətdə yaşaya bilməzdi. İman İlahinin dərgahına sığınmalıydı:

Yaralı gəlmişəm fani dünyaya,

Mənim sağalmağa dərmanımmı var?

Əzrayil gələcək canım almağa,

Onu verməməyə fərmanımmı var?

 

Sənə qurban olum, a mehribanım,

Bu qəmi möhnətə necə dayanım.

Kim bilər dərdimi, kim kəsər yanım?

Mənim Ələsgərim, Qurbanımmı var?

 

Mənim ahım ərşi-səmanı tutar,

Sən məni eylədin Sən’andan betər.

Bu hicran odundan İmanı qurtar,

Yolunda sadağa bir canımmı var?

 

Qara Namazovun "OZAN-AŞIQ SƏNƏTİNİN TARİXİ" kitabı


Etiket:
Xəbərlər

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025
Bütün xəbərlər