Dərəlyəzdə erməni qırğınları

20:00 / 14.12.2018
Baxılıb: 2104

Mənfur düşmənlərimiz bu tarixi yurdumuzda da abidələrimizi erməniləşdirməyə cəhd göstəriblər. Ermənilərin Azərbaycan torpaqlarına iştahlanmasının tarixi uzundur. Bu gün " Ermənistan " adlanan ərazinin başdan-başa qədim türk torpağı olması heç kəsə sirr deyil. Publisist Kamil Dərələyəzli illər ərzində bu qədim türk elinin tarixini, türk ruhundan yoğrulmuş mədəniyyətini, tarixi abidələrini araşdırıb, bu yerlərin " qədim sakinləri " olduğunu iddia edən ermənilərin bütün gedişlərinin yalan olduğunu sübut edib.

Araşdırmaçı Dərəlyəz mahalında babalarımızın tikdikləri tarixi abidələr olan IV yüzilliyin Dəmirov piri, IX yüzillikdən bəri bu günə qədər tarixi öyrənilməmiş qalan Sal-Sal qalası (Babək qalası), orta yüzillərə aid " Əxi Təvəkkül " zaviyəsinin qalıqları, Arpa çayı üzərində tikilən və indiyə qədər əzəmətini itirməyən Dədəli körpüsü, qədim İpək yolu kənarında XIII yüzildən yadigar qalan, Səlim və ya Şah Abbas karvansarası kimi tanınan, Əbu Səid Xan Bahadur tərəfindən inşa olunmuş 3 karvansara, IX-XIV yüzillərdə inşa olunmuş bir çox abidələr və çoxtaqlı körpülər haqqında olan məlumatlar diqqəti xüsusi cəlb edir.

K.Dərələyəzli qeyd edir ki, 1905-ci ilin erməni terrorunun dağıdıcı dalğasının bir hissəsi Naxçıvanı, Şuşanı adlayaraq Dərələyəz mahalına çatdı: " 1901-ci il noyabrın 11-də Türkiyənin Muş əyalətində baş qaldıran " Daşnaksütyun " təşkilatının başçısı Andronikin quldur dəstəsi Şuşada, Naxçıvanda, sonra isə Dərələyəz mahalında peyda oldu. Naxçıvanda böyük itkiyə məruz qalan quduzlaşmış Andronikçilər qisaslarını Dərələyəzin ucqar kəndlərindən birində-Horsda aldılar. Gündüzdən meşədə gizlənən daşnaklar elə bil quduzlaşmış it kimi gecənin düşməsini gözləyirmiş.

Şirin yuxuda olan horsluları alışıb-yanan evlərdən mal-heyvanın tükürpədən böyürtüsü, zəncirlərdə qalan itlərin ulaşması, tüstüdən boğularaq oyanan körpə uşaqların, qocaların, qadınların səsi oyatdı. Yanan evlərdən, odun-alovun içindən qaçmağa, həyatlarını ölümün pəncəsindən xilas etməyə can atan insanlar gizlənmiş quldurların güllələrinə tuş olaraq yerlərindəcə al-qana qərq olaraq qalırdılar. Hors kəndi 1905-ci ildə Andronikin quldur dəstəsi tərəfindən tamamilə yandırıldı. Təxminən 500 nəfərdən çox əhalisi olan bu kənddən cəmi 95 nəfər xilas olaraq canını qurtara bilmişdi ". 5 dekabr 1971-ci ildə " Azdaq şapatoryaq " ("Azad həftə") qəzetinin 2-ci sayında yazılmış bir məqalədə deyilir: " 1920-ci ildə " Daşnaksütyun " partiyasının qabaqcıl liderlərindən biri gizli olaraq yazmışdı ki, bu gün biz öz azadlığımızı ələ edə bilməsək, tezliklə Ermənistanda yaşayan 1 milyon erməni " öz " torpaqlarından uzaqlaşdırılacaq, Qafqaz ərazisinin hüdudlarından kənara çıxarılacaq.

O, həm də qeyd edirdi ki, 1903-1904-cü illərdə 40 min, 1915-ci ildə isə 300 min erməni əhalisi rusların köməkliyilə indiki Ermənistanda məskunlaşdırılıb. N.Şavrov " Novaya uqroza russkomu delu v Zakafkazye " əsərində yazır: " 1826-1828-ci illər müharibəsindən sonrakı iki ildə - 1828-ci ildən 1830-cu ilədək İrandan Zaqafqaziyaya 40 min erməni köçürüldüyü halda yalnız İrəvan və Yelizavetpol quberniyalarının ən yaxşı torpaqlarına 84600 erməni yerləşdirilib. İndi Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyonundan çoxu yerli əhali deyil, gətirilmələrdir.

" Qədim türk ellərində saylarının artmasından ürəklənən ermənilər Dərələyəz mahalında da zaman-zaman at oynadıb, buradakı tarixi abidələri həyasızcasına öz adlarına çıxıblar. K.Dərələyəzli belə abidələrdən biri olan Səlim karvansarası haqqında danışır: " Başqa karvansaralardan fərqli olaraq Səlim karvansarası öz formasında bugünümüzə qədər qalmışdı. Qədim dövrdən bu dərənin adı " Səlimdərə " olduğu üçün elə karvansara da " Səlim " adını daşıyıb. Möhkəm yerli bazolt daşdan tikilmiş bu möhtəşəm bina özünəməxsus gözəlliyi olan dağ təbiətinin sərt əhatəsində ulu keçmişimizin yadigarı kimi qalıb. Karvansaranın birinci girəcək qapısının üst hissəsində uzunluğu 2 metr, yarımdairə şəkildə orta hündürlüyü 1 metr olan sal bir daşın üzərində ərəb əlifbası ilə binanın pasportu yazılıb.

Vaxtilə Dərələyəz mahalında ictimaiyyətə " Şah Abbas karvansarası " kimi məlum olan abidənin birdən-birə erməni ədəbiyyatında " Səlim karvansarası " kimi adlanması məni çox təəccübləndirdi. Əldə olunan sənəd M.Harutyunyanın " Micnadaryan Hayasdani karavanadnerç u kamuçneri " (Erevan, 1960) kitabındandır. Kitabda rast gəldiyim karvansaranın şəkli və həmin şəkildə olan kitabədəki ərəb əlifbası ilə yazılan mətn məni maraqlandırdı, karvansaranın kimə məxsusluğunu bildirmək üçün Azərbaycan Milli Elmlər Akademiyasında və Bakıda İran, İraq, Türkiyə səfirliklərinin nümayəndələri " yeni " ərəb-fars əlifbası ilə yazılmış kitabənin üstündəki Harutyunyan tərəfindən hazırlanmış bu cızma-qaranı oxuya bilmədilər.

Köməyimə xalqımızın qədim daş dilinin, bədii daşyonmanın, memarlığın, qəbir daşlarının, sənduqələrin, xəttatlığın, kaşı sənətinin bilicisi, AMEA-nın müxbir üzvü Məşədixanım Nemət çatdı. O, 1961-ci ildə Göyçədən Zəngəzura səfər etdiyi zaman Səlim keçidində yüzillərdən yadigar qalan karvansara diqqətindən yayınmır, ermənilərin təkidinə baxmayaraq karvansaranın və bu gün bizə-tariximizə, xalqımıza hava-su kimi gərək olan, ermənilərin iç üzünü açıb göstərən sənduqənin şəklini çəkir. Əldə olunan materiala (rəsmə) əsaslanaraq karvansaranın kimə məxsusluğu tam aydınlaşır, həqiqət öz yerini tutur, erməni və ermənipərəst tarixçilərin iç üzü, saxtakarlıqları tam ifşa olunur ".

Araşdırmaçı erməni tarixçilərinin tarixi Azərbaycan ərazilərindəki müxtəlif abidələri utanmadan öz adlarına çıxmalarını faktlarla ifşa edib: " M.Harutunyan " Orta yüzillərdə Ermənistanda karvansaralar və körpülər " kitabında Səlim karvansarası kimi hallanmasına baxmayaraq utanmadan qeyd edir: " 1935-ci ildə S.Barxudyanın " Ermənistanın mədəniyyət abidələri " kitabında bildirilir ki, karvansaranın sənduqələrindəki yazı heç bir əhəmiyyət kəsb etmir, yalnız karvansara ümumittifaq əhəmiyyət kəsb etdiyi üçün Şərq xalqlarına burada dincəlmək və istirahət etmə imkanı vermək nöqteyi-nəzərindən yazılıb. Abidə Orbelyanlar nəslindən hökmdarlar hökmdarı Sumbatın və ya Liparid hökmdarı şərəfinə 781(1332)-ci ildə inşa olunub ".

N.Zeydliçin 5 cildlik " Qafqaz haqqında məlumatlar toplusu " kitabında 1873-cü ildə Şərur-Dərələyəz mahalında əhalinin siyahıya alınması bölməsində açıq-aşkar yazır: " Arpa çayının sağ qolu olan Səlim çayının yuxarı axarında yerləşən Ağ kənddən yuxarı, Səlim keçidindəki karvan evi 1333-cü ildə knyaz Çesar Orbelyanın şərəfinə inşa edilib. Karvan evindən şimal-qərbdə yerləşən Qara göl ərazisində türk qəbiləsinə məxsus qəbristanlıqda aparılan qazıntı zamanı aşkarlanan müxtəlif zinət əşyaları ilə yanaşı təsbehlər, kiçik qoyun, xoruz, öküz və başqa heyvan fiqurları da olub ". K.Dərələyəzli araşdırmalarında daha sonra qeyd edir ki, M.Harutunyanın " Səlim ", S.Barxudyanın " Sumbat " və ya " Liparid ", dərələyəzlilərin " Şah Abbas " karvansarasını N.Zeydliç kölgədə qoyaraq karvansaranın " Çesar Orbelyan "a məxsus olduğunu " məharətlə " izah edib: " N.Zeydliç öz kitabında Dərələyəz mahalında olan bütün abidələri " yan"laşdırmaq, yəni erməniləşdirmək, bütün bu ərazilərdəki yer, kənd, çay, dağ adlarının " türkcəsinə " olduğunu yazmaqla özü-özünü inkar edir, habelə ərazinin ermənilərə məxsus olduğunu isbat etməyə can atıb.

Ancaq əsl həqiqət aşkarlandı. Məşədixanım Nemət kitabını oxuyub tərcümə etdi. Karvansara Elxanilər sülaləsinin (1316-1336-cı il) hökmranlığı dövründə Əbu Səid xan Bahadur tərəfindən inşa edilib. Karvansaranın qapısı üzərindəki sənduqədə yazılıb: " Əbu Səid xan Bahadur; Dünyanın sultanı, insanların hökmdarı, Ərəb və Əcəmin padşahı, kütlələrin boynunun (başının) sahibi - Allah onun hökmranlığını əbədiləşdirsin və hökmranlığını daim etsin.Xeyrat sahibi (karvansaranın tikilmə xərcini ödəyən) Çuşkab ibn Layavənd ibn: tarixi 726 hicri, 1325-26-cı il."

Son illər erməni tarixçiləri tarixi faktları, epiqrafik dəlil-sübutları saxtalaşdırmaq yolu ilə öz tarixlərini qədimləşdirmək, " böyük Ermənistanı " bərpa etmək, başqa abidələri xaçlaşdırmaqla, işarələr əlavə etməklə " özününküləşdirdiyi " kimi, erməni ədəbiyyatında 1325-26-cı illərdə türklərə məxsus Əbu Səid xan Bahadur karvansarasında olan sənduqədəki yazını cızma-qara şəklinə salmaqla dünya ictimaiyyətini inandırmağa çalışırlar ki, Azərbaycan türklərinə məxsus olan abidələr və bu ərazilər guya ermənilərindir ".

Bu tarixi türk yurdunda olan çoxsaylı abidələrdən biri də Ağkənd karvansarasıdır. Araşdırmaçı qeyd edir ki, M.Harutunyan bu ərazidəki hər 3 karvansaranın quruluş və memarlıq yaxınlığı ilə bir-birinə oxşar olduğunu etiraf edir, ancaq karvansaranın tikilmə tarixi və mənsubiyyəti haqda heç bir məlumat olmadığını deyir. Dərələyəz körpüləri haqqında da araşdırma aparan K.Dərələyəzlinin araşdırmalarından bir daha bəlli olur ki, bu abidələrin yiyəsi türk babalarımızdır: " Belə abidələrdən biri olan Dədəli körpüsü Dərələyəz (Yeqenadzor) qəsəbəsilə Əyar kəndinə gedən yolu iki hissəyə ayıran Arpa çayının üzərində tikilib. M.Harutunyan qeyd olunan əsərinin 108-ci səhifəsində yazır ki, " Aqaracor " (Dədəli) körpüsü orta yüzil körpülərinin kompozisiyası formasında tikilib. Onun inşa vaxtı müəyyən olmasa da, çox güman ki, orta yüzillərdən çox-çox əvvəllərə aiddir.

Körpünün tarixi sağ sahildə divarın ortasındakı daşların birində fars əlifbası ilə yazılıb. Əfsuslar olsun ki, yazını oxumaq mümkün olmayıb.Heç kəs ayranına turş deməz. Fars əlifbası ilə yazılan " pasport " yanlara gərək olmadığı üçün oxunması mümkün olmayıb. Ancaq körpü də, mahal da, çay da, torpaq da həmin ərazidə yaşamış Azərbaycan türklərinə məxsusdur". K.Dərələyəzli deyir xalq arasında Dədəli körpüsünün salınması ilə bağlı rəvayət də var. Araşdırmaçı vaxtilə Babək (Salsal) qalası ilə bağlı Əhməd kişinin dediklərini qələmə alıb. Ələyəz kənd sakini Əhməd kişi danışırmış ki, 1961-ci ilin sentyabrında Horsdan gəlirmiş. Sıldırım dağa baxır ki, bir nəfər dağın başında, qala divarının özülündə işləyir, əlində çəkic və zubil daşların üzərində nə isə yazır.Axşam olcaq erməni gedir: " Saqqalı 30-35 yaşlı erməni gedəndən sonra həmin yerə yaxınlaşdım. Kəndirin bir ucunun qala divarının dibində yoğun bir dəmir parçasına bağlandığını və həmin dəmirin divara çalındığını gördüm. Kəndirin ucunu belimə bağlayıb qala divarının çöl üzünə düşdüm. Qala divarının özül daşlarında yeni xaçlar, erməni yazıları həkk olunurdu. Bu yazılar ərəb əlifbası ilə yazılmış daşların üzərində yenidən yazılırdı. Böyük bir daş baltası ilə erməninin işlədiyi daşın üstündəki bütün yazıları baltaladım, alətləri götürüb yuxarı qalxdım, ipi açıb evə gətirdim ".

Elçin Qaliboğlu - Xalq Cəbhəsi

 


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər