Ağbabadan gələn qonaq

12:40 / 20.12.2018
Baxılıb: 3236

Gözümü açıb evimizi qonaq-qaralı görmüşəm. Atamın müxtəlif bölgələrdən, müxtəlif peşə sahibi olan dostları vardı. Onlar xüsusən yayda Qubaya gəzməyə gələndə evimiz daha gur olardı. Ailə qurandan sonra da evimizin qonaq-qaralı olması məni sıxmadı. Kirayə qaldığımz evlərdə də qonaqlar qarşılayıb yola salırdıq, mənzil alandan sonra da. Hər ikimiz jurnalist işlədiyimizdən qonaqlarımız arasında müxtəlif peşə sahibləri olurdu. Amma onların tərkibi eyni deyildi.

Ədəbiyyat,mədəniyyət adamları arasında folklorçular çoxluq təşkil edirdi. Həmişə ehtiramla xatırladığım bu insanlar arasında, qəribə davranışı ilə yadımda qalan Aşıq İsgəndər haqqında tez-tez söhbət açıram. Familyası Gülməmmədov olsa da Əliyə yazdığı məktublarına həmişə İsgəndər Ağbabalı imzası qoyardı. Zərfin üstünü də beləcə yazardı. O dövrdə tək-tək adamlar bunu edərdi. İsgəndər Ağbabalı da o tək-təklərdən idi. Evimizə gələn aşıqlardan o, istər ləhcəsilə, istər oxu tərzilə, istər də səmimiyyəti ilə seçilirdi. Aşıqların əksəriyyətində müşahidə etdiyim özünüöymə onda yox idi. Əli ilə söhbət edəndə tez-tez « onları mən bilmirəm »,- deyə səmimi etiraflar edər, ya da « mən bildiyimdə belədi », deyərdi.

Əli jurnalistika fakültəsini bitirsə də tələbəlikdən folklora, araşdırmaya həvəsli idi. Sonuncu kursda oxuyanda Türkiyədən Gürcüstanın Keşəli kəndinə aşıq gəldiyini eşidib dərsləri buraxıb dostu Osmanla ora getmişdi. Orada görüşdüyü Aşıq İslam Ərdənərdən heyranlıqla danışardı. Elə Aşıq İslamdan da Axırkələkli Xəstə Hasan haqqında maraqlı faktlar toplamışdı. Çox təəssüf edirdi ki, Azərbaycan aşıqları bu böyük sənətkarın şeirlərini bilmir. Folklorşünaslar isə onu ədəbi oğru kimi tanıyır.

Xəstə Hasanın həyat və yaradıcılığını öyrənmək həvəsi də onun İsgəndər Ağbabalı ilə qiyabi tanışlığına səbəb olmuşdu. Onunla məktublaşırdı. Daha yaxından tanış olmaq və bilgi almaq üçün aşığı Naxçıvana dəvət etdi. Naxçıvana xüsusi buraxılışsız gəlməyə icazə vermirdilər. Bu buraxılışı almaq istəyəndə də bürokratik əngəllərlə qarşılaşırdıq. Ona görə də Əli İsgəndər Ağbabalıyı İrəvana gəlib Bakı–Yerevan qatarına bilet almağı, Naxçıvana çatanda su içmək bəhanəsilə stansiyaya düşməyi, perronda onu qarşılayacağını yazdı. Beləcə, Aşıq İsgəndər Ağbabalı 1983-ci ilin martında bizə qonaq gəldi İsgəndər Ağbabalını qonaq saxladığımız ilk gündən onunla ata-bala münasibətlərimiz yarandı. Yemək hazırlamamışdan öncə ürəyinin nə istədiyini soruşurdum.

Bilirdim ki, ömrü boyu kənddə yaşamış, bir bölgənin xörəklərini yeməyə alışmış insan başqa xörəkləri yeməyə çətin alışır. Amma o, məni əziyyətə salmamaq üçün « nə istəyirsən onu da bişir », deyirdi. Sonra bildim ki, çox yerləri gəzib, xüsusən də Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda olub və oraların yeməyini yeyib, müxtəlif mətbəxlərlə tanış olub. Gündüzlər Əli ilə redaksiyaya, yerli televiziyaya, radioya gedərdilər. Səsini lentə yazar, veriliş hazırlayardılar. Elə aşıq mahnıları var idi ki, ilk dəfə onu İsgəndər Ağbabalının dilindən eşidirdik. Oxuma tərzi də tamamilə özünəməxsus idi. Folkolrçular, musiqiçilər, səs rejissorları buna məəttəl qalmışdılar. Ustad aşıq isə yorulmadan, eyni mahnıları dönə-dönə oxuyur, dastanları həvəslə söyləyirdi.

“ Ey-ey çalpapaq, ey-ey gülyanaq ”...

Bu mahnını Bülbülün ifasında dəfələrlə eşitmişdim. Müəllifi bilinməyən xalq mahnısı kimi tanıyırdım. Birdən onu Aşıq İsgəndərin ifasında sazın müşayətilə eşidəndə təəccübləndim. Aşıq İsgəndər isə məclisdəkilərin təəccübünü görüb dedi ki, bu mahnının sözləri və musiqisi Aşıq Şenliyindir. Öncə mən də onun sözlərinə şübhə ilə yanaşdım. Sonralar evimizdə qonaq olan, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının məzunu, araşdırıcı Kamilə Axundova « Çalpapaq » xalq mahnısının saz musiqisi əsasında formalaşdığını izah etdi. Novruz bayramı günləri olduğundan çoxlu şirniyyat bişirmişdim. Hər dəfə şəkərbura yeyəndə deyərdi: “ A qızım, yaman dadlıdır, bunun bişirilmə qaydasını yaz ver aparım, qoy bizim arvad da bişirsin.”

Mən isə zarafatla: “ İsgəndər əmi, bu təndirdə bişməz ”, – deyərdim. Cavabı da bu olardı ki, onda arvadın ozünü bura gətirəcəm, öyrədərsən. Mən də zarafat edərdim. Deyərdim ki, gətir, mən də ondan bəzi xörəkləri bişirməyi öyrənəcəm. Göyçəli gəlini olsam da hələ xəngəli, xaşılı onlar kimi dadlı bişirməyi bacarmırdım. İsgəndər əmi isə uşaq sadəlövhlüyü ilə “ yox ay qızım, mən Borçalıda, Qazaxda, Qazaxısıtanda çox oluram. Çox yerdə xəngəl yemişəm. Dadını yaxşı bilirəm. Sənin qurud əzməyinə, xəngəl bişirməyinə mat qalmışdım. Lap yaxşı bişirmişdin. Gördün hamısını yedilər, heç kimin qavağında qalmadı.

” Bir dəfə könlü xoş olsun, özünü evlərindəki kimi hiss etsin deyə qovrulmuş əriştədən xörək bişirdim. Xörəyi görəndə maraqla əriştəni haradan aldığımı xəbər aldı. Qovrulmuş əriştəni kənddən pay versələr də, mən zarafata salıb özüm doğrayıb, qurudub, sonra da qovurduğumu söylədim. Heyrətləndi. Aşığa görə mənim təhsilim və iş yerimlə bişirdiyim xörəklər heç uyğun gəlmirdi. (Onda Azərbaycan KP Naxçıvan Vilayət Komitəsində işləyirdim) Əriştə kəsməyin çox əziyyətli iş olduğun söylədi və mənim bu qədər işi görməyimə mat qaldığını bildirdi. Sonra da Qazaxıstanda gördüyü « lapşa kəsən maşını » təriflədi və « lapşa »ya qoşduğu mahnını oxudu. Mənim əməyimi yüngülləşdirmək üçün Qazaxıstana gedəndə « lapşa kəsən maşın » alıb gətirəcəyini söylədi. Onun səsindən, sənətkarlığından doymayanlar, haqqında mətbuatda, tele-radioda eşidən dost-tanışlarımız axşamlar bizim evə toplaşırdılar. Belə axşamların birində istədik ki, dostlarımızdan birinə zarafat edək. Aşıq İsgəndər həmin axşam “ Göyçəli Şair Kazımın ” dastanını danışacaqdı. Əvvəlcədən onu dilə tutduq ki, dastanı danışarkən bir az dəyişiklik etsin, məsələni ona gətirib çıxarsın ki, dostumuzun qısqanc arvadına dərs olsun. Aşıq bizdən soruşdu ki, arvadı nəçidir? Dedik, tibb bacısı. Maraqla gözlədiyimiz an gəlib çatdı. Dastanı şirin bir dillə danışaraq gətirib o yerə çıxaran İsgəndər Ağbabalı: “ o kim ola, kim ola ” sualına özü də xüsusi vurğuyla “ medsestradır ” cavabını verdi. Məclisdəkilərin hamısı məsələni başa düşüb, gülməkdən uğundular.

Aşıq İsgəndər Ağbabalı belə bir səmimi, ürəyiyumşaq,kövrək insan idi. Bizdə qonaq olduğu günlərin birində işdən evə gələndə gördüm ki, bikef oturub. Məni görən kimi: “ A, qızım, bu gün bir xəta eləmişəm ”, dedi. Soruşdum ki, nə olub, İsgəndər əmi?  Əlindəki açar qırığını mənə uzatdı. Sən demə qapını bağlayıb həyətə düşmək istəyəndə açarı kilidin içərisində necə burursa qırılır. Açarın başı aşığın əlində, dili isə kilidin içində qalır. Əli ilə vədələşdiyi yerə gedə bilməyən aşıq kor-peşiman evdə oturub bizi gözləyib. Biz evə gələndə günahkar uşaq təbəssümü ilə üzümə baxıb açarın bir hissəsini mənə verdi. Aşıqla bağlı yadımda qalan xoş xatirələrdən biri də onun Qazaxıstan səfərləri ilə bağlı söhbətləri idi. Dediyinə görə, hər il olmasa da iki-üç ildən bir Qazaxıstana, Qırğızıstana gedər, orada yaşayan 20-30-cu illərdə sürgün olunan azərbaycanlıların, eləcə də 1944-cü ildə Gürcüstandan sürgün edilən, indi Axıska-Mesxeti türkləri adlandırılan soydaşlarımızın toylarını, şənliklərini aparardı.

Həmin toylarda başına gələnlərdən, eləcə də oradakı soydaşlarımızın taleyindən maraqlı söhbətlər açardı. O, həm də Qazaxıstanda, Qırğızıstanda yaşayan soydaşlarımızın bildikləri aşıq şeirlərini, dastanları Azərbaycanda təbliğ edən bəlkə də yeganə sənətkardır. Doğulub boya-başa çatdığı Ağbaba mahalından, oranın təbii gözəlliklərindən, ailə üzvlərindən, xüsusilə xanımının yaxşı insan olmasından danışar, bizi də kəndlərinə dəvət edərdi. İsgəndər Ağbabalı yaşca böyük olsa da bizimlə söhbətləri incə, duzlu zarafatsız keçmirdi. İndiyədək neçə-neçə məclislər yola salmışdı, böyüklə böyük, uşaqla uşaq idi. Əsl el sənətkarı kimi el sənətinin incəliklərinə el arasında yiyələnmişdi. Elə bu sərvətin qədrini də böyük həvəs və məhəbbətlə elinə sərf edirdi. Aşıq İsgəndər Naxçıvandan gedəndən sonra da bizimlə əlaqəsini kəsmədi. Harada olsa bizə məktub yazırdı. Əlinin işi çox olanda, yaxud Naxçıvanda olmayanda onun məktublarına cavabı mən yazırdım.

Mövzu ilə yaxından tanış olduğumdan və məktubları makina ilə yazdığımdan Aşıq İskəndər məktuba cavabı Əli yazmadığını hiss etməzdi. Mən yaxşı bilirdim ki, hiss etsə də üstünü vurmazdı. Çünkü adətlərimizə sayqı ilə yanaşan, onu həmişə qorumağa çalışan insanlardan idi. Aşığın ölüm xəbərini gec eşitsək də bir cümə axşamı ehsan hazırlayıb onu tanıyanları da dəvət etdik. İskəndər Ağbabalını xatırladıq, onun xatirəsini yad edərək fatihə oxuduq. Mühasirə vəziyyətində olan, adamların başı sərhəd bölgələrindəki döyüşlərə qarışan Naxçıvanda daha böyük tədbirlər keçirmək o yana qalsın, heç radio və televiziyada verlişlər də hazırlayıb efirə verə bilmədik.

03.04.2003

Mənbə: Əzizə ŞamilƏli Şamil " Aşıq İsgəndər AĞBABALI (Xatirə, məqalə, məktub və sənədlərin işığında) " kitabı


Etiket:
Xəbərlər

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025
Bütün xəbərlər