ÜLVİLƏŞƏN ÜLVİM

01:15 / 14.03.2018
Baxılıb: 1278

"Mən, Bünyadzadə Ülvi Yusif oğlu, həyatımda ilk və son dəfə öz vicdanım qarşısında and içirəm; bir elin, bir millətin adını təmsil etdiyimi heç zaman unutmayacağam; Azərbaycan torpağımın qürurdan, qeyrətdən yoğrulmuş adını müqəddəs tutacaq, bu ada ləkə vurmaq istəyən bütün ünsürlərə qarşı duracağam; öz azərbaycanlı varlığıma, vicdanıma, məsləkimə, əsl-nəcabətimə, damarlarımda axan azərbaycanlı qanına layiq oğul olacaq, qorxaqlığı, alçaqlığı, yaltaqlığı özümə yaxın buraxmayacaq, nəyin bahasına olursa-olsun öz azərbaycanlı "mən"imi təsdiq edəcəyəm. Əgər vədimə xilaf çıxsam, qoy anamın südü, elimin çörəyi mənə haram olsun, Vətən üzü görməyim. İmza: B. ÜLVİ. 10.IX-89". Bu And təsadüfən yaranmamışdı. İki ildir ki, quduzlaşmış qarğa-quzğunlar doğma torpağımız üstündə fır-fır fırlanır, yararlı tikə kimi Qarabağı caynaqlarına keçirmək istəyirlər. Qarabağın sahibi olan Azərbaycan xalqı isə buna heç vaxt, nəyin bahasına olursa-olsun razı ola bilməz və ola da bilməyəcəkdir.Bu xalqın qeyrətli, namuslu, igid oğul-qızları bir qarış torpaqlarından belə keçməyəcəklər. Ülvinin Andı da belə bir qeylü-qallı dövrdə müqəddəs duyğusundan yarandı. O, ürək Andını xırdaca bloknota köçürüb, heç kəsə göstərməyib, heç kəsə oxumayıb. Bu onun özünün özünə olan Andıdır. Vicdanının səsidir. "Özümlə söhbət" şerində dediyi kimi, - - İnsan nədir?- Sinəsində ovuc boydaÜrək saxlayan bir varlıq...- Vicdan nədir?- O ürəyi ürək kimiÇırpındıran bir ucalıq.Vicdan - ucalıq, ucalıq!...Vicdan - ömür kələfininKövrəkdən kövrək ucudur.Vicdan - hər kəsin özünəOlan borcudur, borcudur.Və əbədiyyət dünyasınacan Andına sadiq qalıb. 19 yanvar 1990-cı ilin qaranlıq müdhiş gecəsində toplu-tüfəngli quldurların şəhərimizə düşmən kimi girmələrinə dözə bilmədi. Atasının dili ilə desək, - O, bir ərən igid oldu,O, tarixə şahid oldu.Ülvi balam şəhid olduEl yolunda öldü getdi.Sən mərd idin. Haqq dediyin sözdən dönən deyildin, arzusu, niyyəti ülvi idin. Atama oğul deyiləm,Anama oğul deyiləmBu ocağın kor çırağı -Yanmayacaq işığıyam.Atam, anam zəmanədir,Mən zəmanə uşağıyam.Bu misraları mənə pıçıldayanda insafsızlıqda qınadım səni. "Yaxşı, biz heç, niyə özünə kor çıraq deyirsən, necə yəni yanmayacaq işığam, - elə demə, bibin sənə qurban olsun" - deyə yalvardım. Öpdün məni, "sən mənim tər-təmiz ürəyimsən", - dedin. Bəs o ürəyi niyə çiliklədin? Ülvim mənim, ömrüm mənim - düz iyirmi gündür ki, səni evdə həmişəki kimi ütələk-ütələk dolaşan görmürəm. Hissi-duyğusu kövrək Ülvim, sən ki, heç vaxt bizi, ya bir kimsəni narahat qoymazdın, incitməzdin. Təbiətin belə idi. Hər gün evdə hamını öpərdin, əzizlərdin, "qadanızı alaram" - deyə sevələrdin, - o körpə təbəssümlü nəvazişlərin üçün darıxmışıq, gözümüz yolda, qulağımız səsdə qalıb. Səhərlər gözlərini ovuşdura-ovuşdura durub demirsən ki, "Ay uşaq, Ülvinin şirin çayı hazırdırmı?"Axşamlar qapını açıb "Ay əssəlam-əleyküm" deyib içəri keçmirsən. Axı, nənən narahatdır, baban girib-çıxmaqdan yorulur, bibilərinin qəlbini qana döndəribsən. Rauf əmin fikir-xəyaldan qopa bilmir. Sən evə gəlmirsən deyə heç kəs ürək edib gecələr qapını bağlamır. Axı evdən çıxaqda nənəni qucaqlayıb deyibsən ki, "Qurban olum, ay cici, arxayın ol, tez qayıdıb gələcəm". Bəs niyə gəlmirsən? Sən ki, yalan danışan deyildin. ...Gözlərimi yumuram ki, xəyalən görüşək. Mənə baxıb gülən görürəm. "Gözucu da olsa sevgili qızlardan birini behləmişəm, amma ürəyimdədir - deyirsən". Üzündəki bir dalğınlıq isə hələ də ötüb keçməyib. Əsgərlikdə olanda tez-tez mənə məktub yazardın. Təhsil aldığın institutdan tutmuş, havaların necə keçməsinə qədər narahat dolu suallar verərdin. Cavabını gecikdirən kimi, - "Məni yaddan çıxarmaq üçün məktub yazmamağın düzgün deyil. Sən ürəyinə qulaq asma, o adamı çox vaxt aldadır, beyninlə işlə - yalan sözdür ki, şairlər ürəkləri ilə yazırlar, əksinə, şer də beynin məhsuludur.Bax, onda görərsən ki, Ülvini unutmaq o qədər də çətin deyil və görərsən ki, Ülvini unutmaq lazım da deyil, ən yaxşı yol ona məktub yazmaqdadır, çünki Ülvi də yazıqdır axı, onun da dayağı ancaq sənin məktublarındır", - deyə giley-güzar yazardın. Məni özünə təkcə bibi yox, həm də ürək dostu, sirr yoldaşı, həmyaşıdı sanan igidim, Ülvi ünvanlı məktublarımı vaxtaşırı yazacam.Bu həyatda mənim ən müqəddəs işim olacaqdır. Qorxmaz balam, nə sənin sözün-söhbətin tükənəndir, nə də mənim ürək yanğım, Ülvi harayım. Sevgili qəlbinin sözünü həm şirin misralarınla deyərdin, həm də titrək barmaqlarınla pianonun dilləri üstə düzərdin, indi üstünə səpələnmiş qərənfillər kimi. Yazdığın şerlər yarımçıq, böyük həvəslə girişdiyin tərcümələrin yarımçıq, ürəyindən axıb gələrək barmaqlarında köklənən nəğmələrin yarımçıq, ali məktəbdə aldığın təhsilin yarımçıq, yarımçıq, yarımçıq, cəmi iyirmi illik ömrün yarımçıq. Yarımçıq ömrün nişanəsiz qalan igidim! Sibirdən - əsgərlikdən göndərdiyin bir şerindəki vətən çırpıntısı həmişə ürəyimi coşdurur. Bizim yerdə günəş gülümsəyəndə,Torpaq da öz al rənginə bələnir.Bizim yerdə qar gözləri üşütmür,Bizdə qar da çiçək kimi ələnir...Bizə təzə bir ünvan tanıtdın. Şəhidlər Xiyabanı. O Xiyabanı neçə-neçə sənin kimi igid ülvilər yaratdı. Öz al-qanlarıyla, müqəddəs duyğularıyla, qəhrəman vüqarlarıyla, dönməz əqidələriylə. Həmişə hansı nəvəmiz bizə qonaq gələrdisə, anam sevincək deyərdi "Ülvilər gəldi Onlara yemək hazırlayın". İndi daha nəvələrə də baxmır, ağlar gözünün yaşı qurumur, hər gün deyir: Gedəyin Ülvilərin ziyarətinə, ürəyimizin qanı ilə boyadığımız güllərdən də düzək ülvilər ziyarətgahına! İyirmi yaşlı igidim, rahat yat, laylam sənindir. Arzuları, xəyalları ülviləşən Ülvim! Almaz Binnətova«Ədəbiyyat və incəsənət»,16 fevral 1990-cı il

Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər