Zəngəzur mahalının sahə etibarı ilə nisbətən kiçik rayonudur (sahəsi 664 kv. km-dir).
Cənubi Azərbaycanla Mehrini Araz çayı ayırır, şimaldan Qafan, qərbdən Naxçıvan və Ordubad rayonları, şərqdən isə Zəngilan rayonu ilə əhatə olunmuşdur. Dağlıq ərazidə yerləşən Mehri rayonu yerüstü və yeraltı sərvətləri ilə ulu babalarımızın tarixindən, onların qoyub getdikləri maddi-mədəniyyətdən xəbər verir.
« Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası » əsərində « Ermənistan Sovet Ensiklopediyasına » istinadən belə bir qısa tarixi məlumatla rastlaşırıq: « İndiki Mehri rayonunun ərazisində hələ daş dövründən başlayaraq insan yaşamış və məskunlaşmışdır. 428-ci ildə Sünikin digər əyalətləri ilə birlikdə Mehrinin ərazisi İranın hökmranlığı altında olmuşdur. 640-ci ildə ərəblər tərəfindən işğal edilmişdir. 886-cı ildə Mehrinin indiki ərazisi Baqratilərin hakimiyyətində idi.
XII-XIII yüzilliklərdə Səlcuq türklərinin hakimiyyətinə keçmişdir. Sonra rayonun ərazisi monqol-tatarların, türkmən tayfalarının və Səfəvilərin hökmranlığı altında olmuşdur. 1730-cu ildə rayonun ərazisini türk qoşunları tutmuşlar. 1735-ci ildə isə Nadir Şah rayonun ərazisini işğal etmişdir. 1801-ci ildə Mehri rayonunun ərazisi Rusiyaya birləşdirilmiş, 1828-ci ildə Qarabağ vilayətinə (1822-ci ildə yaranmışdır) daxil olmuşdur. 1868-ci ildə Gəncə quberniyasının Zəngəzur qəzasının tərkibində olmuşdur. Mehri Sovet hakimiyyəti qurulandan 1930-cu ilədək (inzibati rayon yarananadək) Mehri qəzası olmuşdur.
Erməni mənbəyindən götürülmüş bu məlumatlar bir daha sübut edir ki, ermənilər Zəngəzur mahalını mənimsəmək üçün hər cür saxtakarlığa əl atmışlar. Lakin fakt faktlığında qalır. Həqiqət bundan ibarətdir ki, Mehri qədim tarixə malik olan Azərbaycanın bir parçasıdır. Bunu Mehrinin Naxçıvan, Zəngilan, Ordubad və Culfanın əhatəsində yerləşməsi, böyük sərvətimiz olan Arazın sahilində tutduğu mövqeyi, tarix boyu Azərbaycan dövlətlərinin tərkibində olması da sübut edir.
Ermənilərə ən tutarlı cavabı əslən Zəngəzur mahalının Mehri rayonunun Nüvədi kəndindən olan, qocaman müəllim-tədqiqatçı, azərbaycançılıq - türkçülük atəşi ilə yanan Həmzə Vəli « Nüvədi kitabələri » (Bakı, 1998), « Babək Xürrəmidinin son taleyi » kitablarında Azərbaycan tarixinə ögey münasibət bəsləyən akad. C.Əliyev kimi alimlərə verdiyi cavab məqalələrində açıqlığı ilə göstərilmişdir. Onun Nüvədi kəndinin yaxınlığındakı Qarqadaş dağından tapdığı « Nüvədi daş kitabələri » qədim türk tayfaları qarqarlardan və azlardan xəbər verir. Babək həkatının bu regionda cərəyan etməsi də tarixi həqiqətlərinaçılmasında mühüm rol oynayır.
« Nüvədi kitabələr » indəki bu sətirlər diqqətə layiqdir: « Mehri şəhərciyinin adını ermənilər » « Meğri » şəklinə salmışlar, « meğ » ermənicə «bal» deməkdir, yəni ballı olan yer. Azərbaycanlı tədqiqatçıların rəyincə « Mehri şəhərciyinin adı ġah Abbasın qızı Mehriyə hədiyyə verilib və onun adını daşıyır ».
Əslində isə bu ad nə ermənilərin, nə də bəzi azərbaycanlıların dediyi kimi olmayıb. Azərbaycanın böyük sərkərdəsi və dövlət xadimi Cavanşirin (637-680) babası Mehranın adı ilə bağlıdır. Mehranilər sülaləsinin banisi Mehran Sasani şahı II Xosrovun atası IV Hörmüzün (579-590) qatillərinə divan tutmasından canını qurtarmağa çalışıb, öz qohumları ilə Arana gəlir. O, tezliklə həmin bu Mehran şəhərini saldırır. Sonralardan o, Girdiman hakimlərini zəhərləyərək Aran ölkəsinə sahib olmuşdur ». Tanınmış ziyalı, dövlət xadimi, alim, şair, əslən Mehri rayonundan olan Hidayət Orucov Əhmədəli Əliyevin « Azərbaycan dilinin Meğri şivələri əsərinə yazdığı « mığrı » adlı ön sözündə yazır ki, « Qədim Muğri Azərbaycan türk tayfasının adıdır - Meğri Azərbaycan türk tayfasının adıdır - Mığır - danışdıqda Mığrı olub – ı‖ saiti ilə ―r‖ samiti yerlərini dəyişib».
1000-1500 illik tarixi olan Nüvədi kəndinin yaxınlığından tapılan daş kitabələr söykökümüzün bu torpağın qədim sakini olduğunu sübut edən dəyərli mənbədir. Həmzə Vəli demişkən, « bu kitabı nə yunan, nə ərəb, nə fars, nə rus, nə də erməni yazmışdır.Bu kitabəni əcdadlarımız olan Azərilər yazıb. Kitabənin birinci cərgəsində « on üç ok » adlı Oğuz tayfasından danışanın, görünür, bu tayfadan xoşu gəlmədiyi üçün « En Ər Az » deyir. Yəni «Böyüksək Ər Az».
Burada söhbət Az adlı xalqdan gedir...Azər sözü nə ucalıq, nə od, nə alov, nə atropatan, nə də duzsuz-dadsız söz yığnağı olmayıb, « Az kişisə » deməkdir ». Həmzə Vəli « qarqar yazılar »na həsr etdiyi kitabda çoxlarına nəsib olmayan çox böyük bir elmi kəşfi üzə çıxarmışdır. Onun fikrincə, « Nüvəddinin Qarqadaşı dağındakı yazılı abidə Arranın (Albanların) sakinləri olan qarqarların daha böyük ərazidə yaşadıqlarını və təsəvvürə gətirə bilmədiyimiz yazılı mədəniyyətə malik böyük bir xalq olduğunu sübut edir ».
« Qarğadaşındakı daş kitabələri »ndəki yazılardan aydın olur ki, yazıların işarələri Orxon-Yeniseylə oxşar olsa da, ayrıca, özünəməxsus yer tutur. inamla deməyə haqqımız çatır ki, bu yazı Talas dastanlarından da (V-VII əsr) qədim-antik dövrə aiddir. Bu yazı Orxon-Yeniseyevin əcdadıdır ». 1831-1988-ci illərə aid erməni statistik mənbələrindən aydın olur ki, Mehri rayonunun sakinləri, əsasən, azərbaycanlı və ermənilər olmuşlar.
Azərbaycanlılar həmişə çoxluq təşkil etmişlər:
1831-ci ildə 1143 nəfər,
1873-cü ildə 3001 nəfər,
1897-ci ildə 5765 nəfər,
1915-ci ildən sonra deportasiya nəticəsində bu nisbət ermənilərin xeyrinə dəyişsə də, 1920-ci ildən sonra didərgin düşmüş soydaşlarımız öz doğma kəndlərinə dönmüşlər. Lakin 1988-1989-cu illərdəki deportasiya azərbaycanlıların Mehri rayonunu tərk etməsi ilə nəticələndi.
Qərbi Azərbaycandan ən axırda döyüşə-döyüşə, kişi kimi çıxan camaat məhz Mehrinin Nüvədi kəndinin əhalisi oldu. 1916-1970-ci illərin statistikasında Mehridə azərbaycanlıların sayı belədir:
1916-cı ildə 11185 nəfər,
1926-cı ildə 1201 nəfər,
1931-ci ildə 2334 nəfər,
1959-cu ildə 3351 nəfər,
1970-ci ildə 3852 nəfər.
Azərbaycanlılar bu kəndlərdə yaşamışlar:
Bənövşəbuşt, Buğakar, Vartanizor (Lök), Vahravar, Əldərə (Əli damı), Əmrah daşı (Əmrəkar), Əkərək mis mədənləri, Əynazur (Yernazor), Gül (Nor Aravik), Lehvaz, Liçkvaz, Maral zəmi (İkinci Vartanizor), Mərzəğat (Mərzəkit), Mülk, Nüvədi, Tağamir, Tey (Gedisallı), Teymis mədənləri.
Mehri rayonu tarixən Oğuz türk tayfa və etnoslarının vətəni olmuşdur. Ermənilər nə qədər diyara sahib olmaq istəsələr də, anlamalıdırlar ki, Zəngəzurda, o cümlədən onun qapısı, görən gözü, eşidən qulağı olan Mehri ərazisində silinməyən, tarixdə türkü əbədi yaşadan izlər möhürlənib, daşlaşıb yaddaşlarda, çoxsaylı yazılı mənbələrdə yaşayır.
Burıtın bariz nümunəsi coğrafi obyektlərin adları, yaşayış məskənlərinin, oronim və hidronimlərin adlarındakı tarixi, təkzib olunmaz faktlardır. Bu mənada Əhmədəli Əliyevin " Azərbaycan dilinin Meğri Ģivəsi " kitabında təhlilə cəlb olunmuş, etnoinim, mikrotoponim, mikrohidronim və d. coğrafi terminlərə ötəri bir nəzər salaq:
TAYFA ADLARI:
Aldərə kəndində; Allahqululu, Qənili, Dərzili, Yatağanlı, Kəblə, Kəlbili, Gəncəli, Süpanverdili, Həsənni, Həsənxanlı.
Vartanizor kəndində: Babışlı, Qeyrixannı, Dövlətəvlatdı, Dülgam, Seyitdi, Həşimli, Cavatdı.
Ernəzir kəndi: Gülü uşağı, Hüsen uşağı, Xanəhməd uşağı, Məşədi Zeynalgilin basalığı.
Qeyd: Bu kənddə « tayfa » əvəzinə « basalax » sözü işlənir:
İsagilin basalağı. Lehvaz kəndində Ağa bəy tayfası, Azıcı tayfası, Əsgərri tayfası, Ġmannı tayfası, Kələntərli tayfası,Məmməd bəy tayfası, Nəcəfqulu tayfası, Sultanmıratdı tayfası, Cavat bəy tayfası.
Nüvədi kəndində: Abidinni tayfası, Əcili tayfası, Kazımlı tayfası, Kalba Babat tayfası, Kalba Kazım tayfası, Kalbüsen tayfası, Məliyabbaslı tayfası, Mamessen tayfası, Məşədənnəği tayfası, Mir Mahmut tayfası,Nəzərəli tayfası, Səhleli tayfası, HətiĢ bəy tayfası, Cəfərri tayfası, Şıxməmmətdı tayfası, Uruşgillar, Sultanəligillar, Balecəgillar, İldirimgillar.
Maralzəmi kəndində: Babılar, Qululular, Əxmətdilər, Muratdılar, Seyitdilər, Cavatdılar, Cəfərrilər.
Şivanizor kəndində: Böyük Balulu tayfası, Böyük Əxmədlili tayfası, Kərimli tayfası, Qurçi tayfası, Əsgərli tayfası.
TOPONİMLƏRİ
Dərə adları: Ayı dərəsi, Viran dərəsi, Qəmbər dərəsi, Qəzeysiman dərəsi, Quyular dərəsi, Avlar dərəsi, Əyri dərə, Köllü dərəsi, Əssi dərə, Yarma dərəsi, Kürə dərəsi, Gen dərə, Nərdivanlı dərə, Piri dərə, Sələş dərəsi,Turşalı dərə, Xəccə dərəsi, Xınzıra dərəsi, Cəhənnəm dərəsi, qaflı dərəsi (N), Kağ dərə, Kor dərə, Miyan dərəsi, Pər dərəsi, Hışqıra dərəsi, Gəlin dərəsi (E), Qurtdu dərə, Sürü, ġinadığ dərəsi (ġ). Gen dərə, Gurum dərə, Hamar dərə, Cəhənnəm dərə, Zanbax dərə (A), Qəzən dərə, Qoz dərəsi, Kafdaran dərə, Malla dərəsi, Cəhənnəm dərəsi (L), Alma dərəsi, Beynə dərəsi, Qaz dərə, Qan dərəsi, İbrahim dərəsi, Mev dərəsi, Nəcaxan dərəsi, Nüvə dərəsi, Xəşdə dərəsi.
Çeşmə adları:
Bayındır, Qatır, Qazanbil, Daş çeşmə, Kömür, Göl, Məşədəli, Mustafa, Muxtar, Nəzərəliəkən, Sarı (N), Kahlan, Gülü, Sarı, Dəmir (E), Qurçi, Davarcıq, Mirzəzən, Ələmşax, Musa, Novlu (L), Kəklik bulağı, Kor çeşmə, Məlik, Seyid Əhməd, Sabir (V.Mz).
Daş və qaya adları:
Ağ daş, Bəhram bəy daşı, Qara daş, Qarqadaş, Qaladaş, Qəmbər daşı, Dartıx daşı, Gildira daş, Məryəm qayası, Nərdivanlı daş, Təkəsıçrayan daş, Ulasağa daşı, Çatdax daşı, gic qaya (N), Böyük Bərədin, Dərbət daşı, Əsgər gedən daş qaya, Kiçik Bərədin, Pələxli daş, Sarxan cənəyisi (qaya), Tikili daş, Xırxırdaş (E), Lələ daşı (S), Ağadaş, Qələdaş, Kardaş (A), Ağ daş, Bahardaşı, Dəlik daşı, Göydaş, ġişdaş (L), Buğakar, Qələ daşı, Qələquş daşı, Qurtdu qaya, Əzap daşı, Ərəkar daşı, Kəlbəqul daşı, Gülsabah daşı, Məmmədəli daşı, Ovçu daşı.
Əkin yerlərinin adı:
Ağzəmi, Ambili zəmi, Arpa yeri, Vanalar, Daray zəmi, Dulay yer, Əlibəy zəmisi, Amanın kulavəti, Yoncalıx, Matın, Mahri, Məşəsənəlinin kulavəti, Mulla kulavəti, Noxud yeri, Saminin kulavəti, Tapa zəmi, Xanım yeri, Hüseyn zəmi, Hüseynin kulavəti, Çiçək zəmi, qərif yeri, qumunun zəmisi ,Virdizi, Daş zəmi, Yal zəmi, Ördəkli düzü, Xankəndi, Hay zəmi (E), Arzu yerləri, Arpalıx, Qannı zəmi,Qərəxən yeri, Qərəkötüx, Qızıl xırman, Daş arası, Komasır, Gumaran, Məmmədəli kolavatı, Sulu kəlavatı, Xətəvan //Xətəman, Çələbi zəmi, Çuxur zəmi, ġırnıt (ġ), Barzı, Bərəher, Burnukeş, Salahlı zəmi, Kəlmanəkan (A), Ağ zəmi, Qannı zəmi,qol yeri (L), Bəddə zəmi, Qərə zəmi, Dolayı zəmi, Əlxanın yeri, Əxbər zəmisi, Məmmədqulunun yeri, Müseyip yeri, Misgər zəmi, Mırtızır yeri, Niyi zəmi, Təxtə zəmilər, Uzun zəmi, Xan zəmisi, Guler zəmi, Can zəmisi, gavarparça yeri, ərikli zəmi.
Güney və güzey adları: Qasıməli güzeyi, Dəmirdaş güzeyi, Yarəmmiş güneyi, Pirkər güneyi, Çinar güneyi (N).
Böyük güney, Qaplan güney, Yalançı güney, Xaşxaş güney (E); Qaşqa güney, Ağammət güneyi (ġ), Quş güney,
Mövlanverdi quzeyi, Sal güneyi (A); Vəlindir güneyi, Yanıx güney, Lök güneyi (V).
DAĞ, TƏPƏ, GƏDİK ADLARI:
Qorxu (V), Qarqar Təpə: Qazax, Kəlin (N), Vəlməmməd, Qamvay, Kahlan (E), Gədik: Yelli, Turi (N), Piti (E), Bağlar, Əlçəli (ġ), Meydan (A), Kət, Mülüm, Sarı, Xaşyalı (V).
Düşərgə: Baldırqanlıq, Hüseyn bəy (N).
Yurd: Qaraçı, Dül Kalbalay, Subi, Cavid, şahbaz, şahbəyli (N), Alqın, Darbərə, Kahlan, Nüvədi (E), Əli qəbri, Gülü, Məlik, Çoppa (ġ), Demi, İlanlı (A), Ara, Baş, Qasım, Kilit, Məlik (L).
Qışlaq: Qasıməli, Dinis, Kül, Mevli, Məmməd-emin, Çulan (N), Sıgırt, Süpürgəlik, Xətayi (E), Garay (A), Mirzə kaha (L).
Mənbə: VİLAYƏT ƏLİYEV " ZƏNGƏZURDA QALAN İZİMİZ " kitabı
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024