Erməni tarixçilərinin növbəti uydurması

15:23 / 17.03.2018
Baxılıb: 1190

Prezident İlham Əliyevin YAP-ın bu günlərdə keçirdiyi qurultayında "Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır" sözləri hər bir azərbaycanlının bilməsi vacib olduğu tarixi gerçəkliklərdəndir. Prezidentin İrəvan xanlığı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması"nın vacibliyini bildirməsi hər bir azərbaycanlını planetin harasında yaşamasından asılı olmayaraq bu istiqamətdə kordinasiyalaşmış şəkildə fəaliyyət göstərməsini zəruri edir. İndiki Ermənistanın paytaxtı sayılan İrəvan şəhərinin, tarixi Azərbaycan şəhəri olması dünyanın kiçik tarixçilərində belə, sual doğurmur. Ermənistanın ərazisi, tarixən, Urartu, Sasanilər, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar dövlətlərinin tərkibinə daxil olmuşdur.Bu dövlətlərə nəzər salarkən İrəvan şəhərinin və ətraf ərazilərin etnik tərkibinin hansi qruplardan ibarət olması, orada yaşayan əhalinin hansı dinə qulluq etməsi və danışdıqları dil heç kimdə şübhə oyatmır. Təəsüflər olsun kı, Sovetlər dövründə erməni tarixşünaslığında İrəvan və Naxçıvan xanlıqlarının Şərqi Ermənistan kimi təqdim edilməsinə bizim tarixşünaslıq heç bir reaksiya vermir, ona qarşı mübarizə aparmırdı. Ermənilərin 2018 -ci ildə İrəvan şəhərinin 2800 illiyini qeyd etmələri onların növbəti tarixi uydurmalarından biridir.Bununla da onlar növbəti dəfə özlərinin guya qədim dövlətçilik ənənələrinə və mədəniyyətə sahib olmasını bildirmək istəyirlər. Əslində isə, İrəvan şəhəri heç də onların göstərdiyi tarixə malik deyil. Erməni tarixçiləri 1950-ci ildə İrəvan şəhərinin cənub-şərqindəki Qanlı təpədə aparılan qazıntılar zamanı Urartu çarı I Argiştinin dövründə salınmış Erebuni (İripuni) qalasının qalıqlarının tapılmasından sonra İrəvan şəhərinin tarixini bununla bağladılar. Erebuni qalası yalnız hərbi-istehkam məqsədilə inşa edilmişdir və onun ətrafında heç vaxt şəhər infrastrukturu formalaşmamışdır.Əslində, urartuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də tarixi baxımdan bir əlaqəsi olmuşdur. Orta əsrlərdə, artıq, şəhər kimi formalaşan İrəvan yaşayış məntəqəsi ilə 1950-ci ildə arxeoloji qazıntılar zamanı üzə çıxan Erebunu qalası arasında xeyli məsafə olmuşdur. Bununla da ermənilər dünyaya bəyan edirlər ki , İrəvan şəhəri hətta qədim Romadan 30 yaş "böyük" imiş.İrəvanın adının "ermənicə danışan" Nuh peyğəmbərlə bağlanması da erməni tarixçilərinin yalan uydurmaqda necə mahir olmalarının göstəricisidir. Guya kı, dünyanı su basarkən Nuh peyğəmbərin düzəltdirdiyi gəmi Ararat dağının zirvəsinə yan alıbmış. Su çəkiləndə Nuh peyğəmbərin quru sahə kimi gördüyü və ilk söylədiyi ifadə "Yereval" (yəni ermənicə "Göründü") olmuşdur. Həmin görünən yer isə, guya indiki İrəvan şəhəri imiş. İndiki Ermənistan ərazinin bir hissəsində mövcud olmuş Urartu dövləti - Cənubi Qafqazda Göyçə gölündən Van gölünə qədər olan ərazilərdə yaranmışdır. Dil və mədəniyyət baxımından urartulular hurri-het ənənələrini davam etdirirdilər. Ermənilərin dediklərinə baxmayaraq bu dövlətin haylarla heç bir əlaqəsi yoxdur. Eramızdan əvvəl VI əsrdə meydana gələn Urartu dövlətinin ermənilər ilə heç bir əlaqəsinin olmamasına rus tarixçilərindən olan Dyakonov da yazır. Tarixi abidələrdə tapılmış Urartu yazısının erməni və gürcü dillərində açılmasına çalışan alimlər bunu bacarmamışlar. Bundan sonra, çeçen dili ilə yazılar arasında bağlantını yoxlayan alimlər yazılardakı 85 % sözlərin məhz çeçenlərə yaxın olduğunu iddia etmişlər. Rus arxeoloqu M.V.Nikolski 1893-cü ildə indiki Ermənistan ərazisinə səyahət edərək Göyçə gölünün sahilində qədim yazıları araşdırmış və gölün sahilindəki Gölkənd kəndinin yaxınlığında tapılmış yazıları eramızdan əvvəl VIII əsrə aid etmişdir. Buradan da məlum olur kı, yerli əhalinin ermənilər ilə heç bir əlaqəsi olmamışdır. İrəvan əyaləti 658-ci ildə ərəb qoşunları tərəfindən işğal edilmişdir. Xilafət dövründə Cənubi Qafqaz əmirliklərinin idarəçiliyi bir qayda olaraq türklərə həvalə edilmişdir. Görkəmli türk coğrafişünası Evliya Çələbi İrəvan qalasının əsasının XV əsrdə qoyulduğunu iddia edir. O yazır kı, "1407 -08 ci illərdə Əmir Teymurun tacirlərindən olan Xacə xan Ləhicani adlı tacir Rəvan torpağına qədəm qoyduqda çox münbit, məhsuldar torpaq görür. Öz ailə üzvləri ilə burada sakin olur. Günü-gündən düyü əkini hesabına varlanaraq bu böyük kəndin əsasını qoyur".Daha sonra isə, Şah İsmayıl 1501-ci ildə İrəvan şəhərini fəth etdikdən sonra sərkərdəsi Rəvanqulu xana Zəngi çayının sahilində strateji əhəmiyyətli yerdə qala tikdirməyi həvalə etmişdir. Rəvanqulu xan da qalanı 7 ilə tikdirərək başa çatdırmışdır. Bu dövrdən başlayaraq xanlıqların yaranmasına qədər olan zaman kəsiyində gah Səfəvilərin, gah da Osmanlıların əlinə keçən İrəvan şəhəri 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra müstəqil xanlıq kimi tarixinə davam edir. İrəvan qalası 1827-ci ildə Rus ordusunun işğalına məruz qalır. İrəvan qalasının alınması xəbəri Rusiya İmpreratoru I Nikolaya Riqada olarkən gəlmişdir. Həsən xanın qılıncını çara təqdim etmişdilər. Çar isə, qılıncı Riqada olmasının xatirəsi olaraq şəhər ratuşuna bağışlamışdı.(Həmin qılınc hazırda Kremlin "Silahlar Palatası"nda saxlanılır.) Peterburqa qayıtdıqdan sonra İmperator noyabrın 8-də ailəsi ilə birlikdə Qış sarayındakı kilsəyə gedərək İrəvan qalasının alınması münasibətilə dualar etmişdilər. İrəvan xanlığında türkdilli azərbaycanlıların yerli xalq olması danılmaz həqiqətdir. Bunu Qafqazın ali baş komandanı general Paskeviç rəsmi məlumatlarda da qeyd etmişdir. İrəvan qalasını çox çətinliklə alan general Paskeviç-İrəvanski İrəvan xanlığında əhalinin milli tərkibi haqda verdiyi məlumatda burada 10 min azərbaycanlı, 3 min erməni ailəsinin yaşadığını qeyd etmişdir. ABŞ-dan olan professor Castin Makkarti Rusiya işğalına - 1828-ci ilə qədər İrəvan xanlığı əhalisinin 80 faizinin azərbaycanlı olduğunu göstərir. S.Şopen 1828-1832-ci illərə qədər İrəvan xanlığında əhalinin mütləq çoxluğunu müsəlmanların, yəni azərbaycanlıların təşkil etdiyini yazmışdır.Onun hesablamalarına görə, İrəvan əyalətində 16.075 ailə (81.749 nəfər) müsəlman, 4.428 ailə (25.151 nəfər) isə erməni idi. Beləliklə, tarixi, ədəbiyyatı, mədəniyyəti olmayan xalqların - "olmayan dəyər"ləri haqda dünyada təbliğat aparmaları Azərbaycan xalqını ayıq olmağa vadar edir. Dünyada çox nadir hallarda hər hansı bir xalqa nəsib olan - tarixin az qala bütün vaxtlarında regional siyasi və hərbi dominantlığa, zəngin mədəni və ədəbi irsə malik olan, sərhədləri Suriyadan Hindistana qədər gedib çatmış bir xalq ilə qürar duymaq lazımdır. Sözün həqiqi mənasında Azərbaycan xalqı özü ilə fəxr edə bilər. Neçə-neçə böyük dövlətlərə, geniş coğrafiyada tanınan ədəbi mütəfəkkirlərə, zəngin mədəniyyətə malik olan xalqımız bundan sonra da dünyada iz qoymaqda davam edəcəkdir. Bugün üçün isə, hər bir azərbaycanlının qarşısında duran əsas məqsəd işğal altında qalmış torpaqların yaxın vaxtlarda işğaldan azad edilməsi olmalıdır. DİA-nın politoloqu Zaur MəmmədovMilli.Az

Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər