AŞIQ MƏHƏRRƏM (1825-1910)
1825-ci ildə Göyçə mahalının Alçalı kəndində dünyaya göz açmışdır. Aşıq Alıya şəyirdlik etmiş, xalq arasında kamil sənətkar kimi hörmət qazanmışdır. Aşıq Məhərrəm 1910-cu ildə dünyasını dəyişmişdir. Əldə olunan şeirləri aşağıdakılardır.
BULAQLAR
Mən bilirəm, zimistanın qəhrindən
Ağ niqab örtübsən üzə bulaqlar!
Yaşılbaş sonalar tərk olub səndən,
Həsrətsən gəlinə, qıza, bulaqlar!
Cənnətül-məvadan olmusan təyyar,
Üstündə gəşt eylər cümlə ərənlər.
Sənə bəxş eyləyib bir pərvərdigar
Qüdrət yeygisindən təzə, bulaqlar!
Üstündə cəm olur türfə gözəllər,
Ağ sürüynən ətrafını bəzərlər.
Mərd iyidlər ağır xonlar düzərlər,
Xanlar mehman gələr sizə, bulaqlar!
Qarlı dağlar alçaqlanmaz, ucalmaz,
Ləşgər çəkib xotkar ondan bac almaz.
Səndən içən hicran çəkib qocalmaz,
Yetirsə də sinin yüzə, bulaqlar!
Məhərrəm arzular, gəlsin baharın,
Ərisin girmələr, tökülsün qarın.
Dad versin dəhanda Abi-Kövsərin,
Olsun içənlərə məzə, bulaqlar!
ÇƏP
Sən dənizsən, mən dəryayam,
Sən özünü bilmə çəp;
Çin-çin eylə şahmar zülfün,
Yar, boynuna salma çəp;
Sinən çarşı, məmən dükan,
Müştəriyəm bazarda;
Sən satgınan, qoy mən alım,
Mənim ilə olma çəp.
Şahi-cahan, mərdi-sultan,
Ərənlərin sərvəri;
İsmi Əli, özü bəli,
Yəni yerin ləngəri;
Əntərə çaldı qılıncı,
Fəth eylədi Xeybəri;
Möminlərə rəhbərdi,
O xəyala dalma çəp.
Ey Məhərrəm, sidqi-dillə
Sığın ağan Heydara;
Haqqı bil, mövlanı tanı,
Qalma aciz, avara;
Şahi-Mərdan sayəsində
Haçan gəlsən bazara;
Vur, çalxansın, qat bəhrəni,
Girdabında qalma, çəp.
GƏLMƏDİ
Ey gözəl, sənin təhrində
Huri, qılman gəlmədi;
Yıxdın könlümün evini,
Oldu viran, gəlmədi;
Açılsın mah camalın,
Qoy olsun bayram günü;
Cümlə-cahan həsrət çəkir
Mahi-ruhan gəlmədi.
Düşdü eşqin ataşına,
Yandı səməndər kimi;
Saz sinədə cuşa gəldi,
Cəm oldu dəftər kimi;
Heç mahalda ustad yoxdu
Aşıq Ələsgər kimi;
Yüz yerdən qətrə oynadı,
Belə ümman gəlmədi.
Məhərrəməm əzbərimdi
Sirri-sübhan ibtida;
Ondan münkir olan kimsə
Məhşərdə tapmaz cada;
Müxənnətə bel bağladım,
Zəhmətim getdi bada;
Bağlandı namərd kisəsi,
Daha dövran gəlmədi.
Tərsi-tərsinə
cığalı təcnis
Dağlar al geyinib, çöllər qırmızı,
Hüsnün zinət verir tərsi tərsinə.
Aşıq deyər, qəddi tər,
Libası tər, qəddi tər.
Bu gün bir hikmət gördüm
Mürdəsində qədd itər.
Qoy söykənsin köynəyinə qəddi tər,
Köynək tərdi, sinən tərsi tərsinə.
Mərd igidlər çörək verər, hey alı,
Namərd sənsən, çörək səndən həyalı.
Aşıq deyər, həyalı,
Gözəl gəzər həyalı.
Bədəsil əsil olmaz,
Əsil olan həyalı.
Yornuq maral otlar, gəzər hey yalı,
Ülkər ovçusundan tərsi tərsinə.
Məhərrəm, aç gözün həyat içində,
Dolan, gəz cahanı həyat içində.
Aşıq həyat içində,
Xalın həyat içində.
Bir canlıdı, bir cansız,
On beş həyat içində.
Qapısız - bacasız həyat içində,
Götürüb qoyarlar: tərsi tərsinə.
YANA–YANA
(cığalı təcnis)
Bir üzü gülməzin, bəxti küskünün,
Ağladım dərdinə ha yana-yana.
Aşıq deyər, ha yana,
Qəlbin oda ha yana.
Yaxşı dostu unutma,
Canın oda ha yana.
Çəksən də zəhmətin qədirbilməzin,
Axırda qalarsan ha yana-yana.
Ağanın hökmü ilə dərya dayandı,
Suya qərq olana dərya da yandı.
Aşıq deyər, nə yandı,
Nə yandırdı, nə yandı.
Kərəm oldu eşq əhli,
Axır oda nə yandı.
Məcnunu öldürdü Leyli həsrəti,
Eşqi sinəsində ha yana-yana.
Məhərrəm, qəlbini üzən nə qandı?
Düşünməzlər bu dünyadan nə qandı?
Aşıq deyər, nə qandı,
Nə yaradı, nə qandı.
Ağıllı yüz ad dedi,
Qanmaz ondan nə qandı?
Bir gün olar bu dünyadan köçərsən,
Ağlayar dostların ha yana-yana.
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024