Oğuz türklərinin qədim yurd yeri-Qarakilsə rayonu

14:00 / 01.01.2019
Baxılıb: 4374

Sisyan Zəngəzur mahalının ən böyük rayonudur. Mahalın ərazisinin çoxu bu rayonun payına düşür.

Sahəsi 1719 kv.km-dir. Coğrafi yerləşməsi cənub-şərqdən Gorus rayonu, cənubdan Qafan rayonu, şimal-qərbdən Dərələyəz (Vayk) mahalı və Naxçıvan MR ilə sərhəddir. Rayon Zəngəzur və Bərgüşad dağ silsilələrinin arasında yerləşir, dəniz səviyyəsindən 1400-2300 m. hündürlükdədir,dəniz səviyyəsindən ən yüksək nöqtə İşıqlı dağının zirvəsidir (3552 m.).

Rayonda havanın orta illik temperaturu 6 dərəcə, yanvarda - 4, - 12, iyulda +8, +17 dərəcə olur. XX əsrin əvvəllərində rayonda 76 yaşayış məntəqəsinin 58-də azərbaycanlılar yaşayırdı. XX əsrin II yarısından bu göstərici kəskin şəkildə azaldı, nəticədə 1988-ci ildə azərbaycanlılar qovulana qədər mövcud 38 yaşayış məntəqəsinin 11-i azərbaycanlılara məxsus idi. Qalan yaşayış məntəqələri ermənilər ələ keçirmiş 38-i isə xarabalığa çevrilmişdir.

Azərbaycanlılar yaşayan kəndlər bunlar idi:

Urud, Vağədi, Ağdü, Qızılcıq, Şəki, Dəstəgid, Qızılşəfəq (Şıxlar), Ərəfsə, Comərdli, Sofulu, Murxuz.

Bu rayonun ən qədim sakinləri, etnik qrupu saklar və kimmerlər sayılırlar.

Onlar Azərbaycan türklərinin formalaşmasında iştirak etmişlər. 1886-cı ildə Sisyanda 21072, 1922-ci ildə 21586, 1986-cı ildə isə 34000 nəfər insan qeydə alınmışdır. Onların 70-80%-i azərbaycanlı olmuşdur.

Mövcud yazılı mənbələrdən aydın olur ki, « 1918-ci ilin milli qırğınından və qaçqınlıqdan sonra nisbətən əsaslı surətdə dəyişilmişdir. 1922-ci ildə 18593 nəfər erməni olduğu halda, cəmi 2808 nəfər azərbaycanlı öz kəndinə qayıtmış və 1931-ci ildə müvafiq surətdə 21716 nəfər erməni, 4608 nəfər azərbaycanlı əhalisi olmuşdur.

1976-cı ildə 31685 nəfər əhalinin 28%, yəni 9242 nəfəri azərbaycanlı olmuşdur. 1988-ci ildə Ermənistan bütün azərbaycanlılar yaşayan rayonlarda olduğu kimi, eyni ssenari ilə hökumət səviyyəsində qanlı qırğınlarla bütün azərbaycanlıları bir həftə ərzində öz doğma yurdlarından qovdular. Nəticədə, zaman-zaman əcdadalarımızın yaşadıqları yaşayış məntəqələri (Ağaqa, Ağyol, Alacıq, Almalıq, Alçadərəli Məzməzək, Ağadi Mehrəli, Ağudi, Ağ kənd, Aşağı Ağ körpü, Armudlu, Arıxlı, Arıqlı, Bazarçay, Bazarkənd, Baş kənd (Məzrə), Batar, Baharlı, Bəybalı, Bəznəli (Ağ körpülü), Boz kənd (Dərə kənd), Bələk (Balak), Vağudi, Qarakilsə, Qızıl Şəfəq (Şıxlar), Qızılcıq, Qoşabulaq, Darabas (Ərəfsə), Dərəkənd, Dəstəkert, Dulus (Dolors), Əlili (Salvard), Əlişar, Əziz pəyəsi, Əkəri, Kürdlər, Gözəldərə, Gömur, Murxuz, Pulkənd, Püsək, Sisyan, Sofulu, Sultanh, Təzəkənd, Urut, Hortagiz, Comərdli, Şəki, Şükər və b. ya dağıdılmış, ya da erməniləşdirilmişdir.

Sisyan (Qarakilsə) mahalı maraqlı tarixə malikdir.

« Alban tarixi »ndə qədim və orta əsr erməni yazılı mənbələrində, VII-XI əsr ərəb və İran mənbələrində, « Erməni sovet ensiklopediyalarının tarixi coğrafiyası » kitabında və b. dəyərli mənbələrdə Sisyan (Sünik) mahalının tarixi, etnik tərkibi, Babək hərəkatı ilə bağlı olması və qonşu dövlətlərin maraq dairəsinə çevrilməsi geniş işıqlandırılmışdır. Başqa sözlə desək, «...Səfəvilər hakimiyyəti dövründə (XVII-XIX yüzilliklər) bu mahal ayrıca məliklik olmuşdur. 1813-cü ildə Rusiya-İran arasında bağlanılan Gülüstan müqaviləsinə əsasən Zəngəzur (həm də Sisyan rayonunun ərazisi) Rusiyaya verilmişdir. 1922-30-cu illərdə İranın Xoy, Salmas və başqa qəzalarından çoxlu miqdarda etməni mühacir köçüb gəlib, Sisyan rayonunun ərazisində məskunlaşmışdır. 19-cu yüzilliyin ikinci yarısından 20-ci yüzilliyin əvvəllərinə qədər Sisyan rayonu ərazisi Gəncə quberniyasının Zəngəzur qəzasının tərkibində olmuşdur ».

Saklar öz izini qədim şəhər Sisakan və Şəki (Şaki) kənd adlarında yaşatmaqdadır.

Sisyan toponimi müxtəlif mərhələlərdə Sisakan, Sisqan, Sisəcan, Syuni kimi fonetik formalarda işlənmişdir. Bu işdə Sisyan toponiminin əcnəbi dillərdə işlənməsi və həmin dillərin fonetik qanunlarına uyğunlşdırılması da rol oynamışdır...

Musa Urud Sisyan sözünün etimologiyasına maraqlı bir yozum vermiĢdir:

«Sis» qədim türk dilində (indiki Yakut dilində olduğu kimi) « dağüstü meşəli kənd » (yaşayış yeri) deməkdir. Sak isə məlum türk tayfalarının adıdır. Deməli, Sisakan sözü sakların yaşadığı dağüstü meşəli kənd mənasındadır ». Sisyanda qədim etnoslardan saklar və onların törəmələri - uti, uz, qarqar, ud və b. adı çəkilir.

Bu etnosların hər biri haqqında tarixi mənbələrdə kifayət qədər məlumat vardır.

Məsələn, qarqarlar haqqında « Ağvan tarixi »ndə kifayət qədər məlumat verilmişdir. Sisyan (Qarakilsə) 1920-ci ildən Zəngəzurun tərkib hissəsi olsa da, 9 sentyabr 1930-cu ildə inzibati rayon kimi rəsmi qeydiyyatdan keçmişdir. Sovet hakimiyyəti illərində Zəngəzur mahalının iqtisadi-sosial problemlərinin həllində Sisyan müstəsna rol oynamışdır, xüsusilə Qafan və Gorusla Naxçıvan arasında dəmir yolu ilə gətirilən malların çatdırılmasında körpü rolunu oynamışdır. Rəqəmlərə diqqət yetirdikdə aydın olur ki, Sisyandan Naxçıvana 110 km, Qafana 100 km. Yerevana isə 227 km-dir.

Sisyan Qərbi Azərbaycanın ən gözəl guşələrindən sayılır. Yeraltı və yerüstü təbii sərvətlər, gözoxşayan dağlar, yaylalar, çəmənliklər, əkin və biçin yerləri, maddi-mədəniyyət abidələri, saysız-hesabsız çaylar, bulaqlar, zəngin bitki örtüyü və heyvanat aləmi, təbii və alınmaz qalaları, qədim ticarət yolu üzərində yerləşməsi Sisyanı dünyaya tanıtmışdır. Sisyanın bir region kimi tanınmasında yüzlərcə tanınmış dövlət xadimi, yazıçı, rəssam, alim və mədəniyyət xadimlərinin əvəzsiz rolu olmuşdur. Ədalət naminə demək lazımdır ki, Zəngəzur Mahalı tarixən Qərbi Azərbaycanın ən öndə gedən bölgələrindən biri olmuş, erməni vəhşiliyinin acı nəticələrini görmüşdür.Bu mahalın sərt iqlimi, yağı düşmən qonşu ilə tez-tez qarşılaşması bölgənin insanlarını zəhmətkeş, mübariz, dəyanətli, xeyirxah olmağa sövq etmişdir.

Sənətindən, peşəsindən, təhsilindən, mövqeyindən, imkanından asılı olmayaraq burada insanlar milli qüruru zəngin mənəviyyatı hər şeydən üstün tutmuş, Vətənin, Ana torpağın ləyaqətli övladları olmağa çalışmışlar.Təsadüfi deyil ki, Azərbaycan dövlətçiliyinin, elminin, mədəniyyətinin inkişafında bu mahaldan olan insanlar kifayət qədərdir. Tarixdə izi qalsın deyə bu insanların adlarını xatırlatmaq istəyirik.

Qoy gələcək övladlarımız Azərbaycan xalqına baş-ucalığı gətirən bu insanları tanısın və fəxr etsinlər.

Mənbə: VİLAYƏT ƏLİYEV " ZƏNGƏZURDA QALAN İZİMİZ " kitabı


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər