Oğuz türklərinin qədim yurd yeri-Loru- Pəmbək mahalı

12:00 / 04.01.2019
Baxılıb: 4244

Bütöv Azərbaycanm əzəli torpaqları olan Qərbi Azərbaycanın (indiki Ermənistanın) ən başıbəlalı bölgələrindən biri də Loru və Pəmbək mahallarını əhatə edən Loru- Pəmbək bölgəsidir.

Tarixi Loru mahalı qədim Borçalı diyarının cənubunda yerləşərək onun dağlıq hissəsini əhatə edir. Bu səbəbdən ona “Dağ Borçalısı” da deyirlər. Ümumiyyətlə, Borçalı haqqında qədim mənbələrdə maraqlı məlumatlar var. Tarixçilər etiraf edir ki, Strabonun Qoqarena, Quqarena adlandırdığı ərazi Borçalı qəzasının cənub sahəsini də əhatə edirdi və Loru-Pəmbək mahalları da həmin əraziyə daxil idi. Qoqarena, Quqarena etnotoponiminin eramızdan əvvəl, təxminən 2000-ci ildə indiki Qərbi Azərbaycan ərazisində məskunlaşmış Gögər//Qoqar//Quqar türklərinin adlandırılması faktı da göz qabağındadır. Bu yerlərin qədim sakinlərinin türklər olması ilə məsələ bitmir, sonralar da bu yerlərə yeni-yeni türk boyları axışıb gəlmişlər.

Məsələn, türk alimi Kırzıoğlu Qarpapaq türklərindən danışarkən yazır ki, “ Borçalı və Qazax adlı iki qola ayrılan bu xalq Qıpçaq uruğundan sayılır, ...bu iki igid atlı-köçəri qəbilələrin Borçalı-Qazax çayları boyunda 2-ci yüzilin sonlarnda yerləşdikləri və 1064-cü ildə Səlcuq sultanı Alp Arslanın qarşısında elliklə islam dinini qəbul etdikləri, Türküstandakı qaraqalpaq-qazax ləhcəsində qonuşduqları son dərəcə mühümdür.”

Loru mahalının tarixi ilə bağlı ən maraqlı faktlardan biri də burada qədim Loru türk qalasının mövcud olmasıdır. Lakin bu qala 1236-cı ildə monqollar tərəfindən dağıdılmış, XIV-XV yüzillərdə təzədən bərpa olunmuş, XV- XVIII yüzillərdə İran və Osmanlı qoşunlarmm dağıdıcı hücumlarına məruz qalmışdır. Loru mahalı ilə birlikdə bütün Borçalı eli XVIII yüzilin əvvəllərində Gəncə bəylərbəyliyinin tərkibində olmuş, lakin bəylərbəyi Ziyadoğlu 1736-cı ildə Muğanda Nadirin şah elan olunması əleyhinə çıxdığı üçün Nadir şah da şah seçiləndən sonra Borçalı və Qazax mahallarnı Gəncə bəylərbəyliyindən alıb, Kartli-Kaxeti çarlığının tabeliyinə vermişdir.

İndiki Ermənistan ərazisindən Azərbaycan türklərinin ilkin qaçqınlıq dövrü də məhz bu ərazi ilə bağlıdır.Belə ki, bu tarix 1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı ilhaq etməsi və bunun nəticəsində Şəmşəddil və Loru-Pəmbək bölgələrinin rusların əlinə keçməsi anından başlanır. 1801-ci il iyulun 13-də general-mayor Lazerev Qafqaz qoşunlarının komandanı Knorrinqə göndərdiyi raportunda göstərirdi ki, Pəmbək əyalətinin 14 kəndindən təxminən 5-6 min nəfər türk əhalisi bölgəni tərk edərək İrəvan xanlığı ərazisinə sığınmışdır. Sonralar Pəmbək əyaləti türklərinin bir hissəsi Rusiyanın itaətinə girmək istəmədikləri üçün üsyan etmiş, 1804-cü ilin iyulunda Pəmbək bəyləri Rəhim bəy və Səid bəyin himayəsi altında bölgədən qaçaraq Qars paşalığına sığınmışlar. Onların geri qaytarılması üçün knyaz Sisianov dəfələrlə Qars paşası Məmməd paşaya müraciət etmişdir. Bölgəyə ermənilərin köçürülməsi də, təəssüf ki, həmin illərə təsadüf edir.

Belə ki, 1804-cü ilin yazında İrəvan xanlığının ərazisindən 2 min erməni qaçaraq rusların himayəsinə keçmiş və onlar Loru-Pəmbək bölgəsində məskunlaşdırılmışlar. Həmin il rus qoşunları Şörəyelə də daxil olmuş, 1805-ci il oktyabrın 20-də Şörəyel sultanı Budaqla knyaz Sisianov Gəncədə Şörəyelin əbədi olaraq Rusiyanın tabeliyinə keçməsi haqqında sənəd imzalamışlar. Sonralar Loru mahalı Tiflis quberniyasmm Borçalı qəzasının dörd (Loru, Borçalı, Trialet, Yekaterinenfeld) nahiyəsindən biri və ən böyüyü kimi mövcud olmuş, bölgənin sovetləşməsindən sonra isə Moskvanın Azərbaycan xalqına düşmən münasibətinin növbəti təzahürü olaraq qədim Azərbaycan torpaqlarında yaradılmış Ermənistan SSR-ə hədiyyə edilmişdir.

Belə ki, 1921-ci il noyabrm 6-da Gürcüstan İnqilab Komitəsinin sədri Budu Mdivani və Ermənistan Xalq Komissarları Şurasmm sədri, Xalq Hərbi İşlər Komissarı Aleksandr Myasnikovun (Myasnikyan) imzaladıqları bəyannamədə Gürcüstanla Ermənistanm dövlət sərhədləri müəyyənləşdirilmiş, bu sənədə əsasən Borçalmm Loru nahiyəsi Ermənistan SSR-in tərkibinə qatılmışdır.

Pəmbək mahalı da, Loru mahalı qədər qədim tarixə malik bölgələrimizdəndir. Strabonun dediyi Qoqarena əyalətinə Loru mahalı ilə bərabər Pəmbək mahalı da daxil idi. Pəmbək etnotoponiminin “uca bəylər” (“ pan bək” şəklində) anlamına gələn etimoloji izahı bizə Dədə Qorqud boylarındakı Oğuz babalarımızı xatırladır. Loru mahalı sovet dövründə dörd rayon arasında bö- lüşdürülmüşdür:

Allahverdi (sonralar Tumanyan),

Calaloğlu (sonralar Stepanavan),

Barana (sonralar Noyemberyan) və Vorontsovka (sonralar Kalinino və ən sonda - Taşir).

Qazaxdan Böyük Qarakilsəyə, Gümrüyə gedən yol Dilican dərəsi ilə qalxaraq Ağstafa çayının sahili boyunca uzanır, Dilican şəhərindən sonra isə ayrılaraq dərə boyu burulur. Bu dərə Pəmbək dərəsi adlanır. Pəmbək dərəsi boyunca yerləşən ərazilər Pəmbək mahalı adlanır. Bu mahal sovet dövründə iki rayon arasında bölüşdürülmüşdür:

Böyük Qarakilsə (sonralar Kirovakan və Quqark) və Hamamlı (sonralar Spitak) rayonları.

İstər dağlardan şütüyərək üzü Kürə doğru tələsən Təvətey (Debed) çayının (qədim adı: Tona çayı) vadisi boyu uzanıb gedən yamyaşıl, bağ-bağatlı vadidə salınmış Loru kəndləri, istər əzəmətli Ləlvər, Babakər, Bozabdal, Pəmbək dağları, füsunkar Pəmbək dərəsi, bərəkətli Cadırğan düzü, zümrüd Muşul meşələri, səfalı Soyuqbulaq yaylağı və s. və i. a. ilə bu yerlər babalarımızın ən səfalı yurdlarından olmuşdur. Bundan əlavə, bu yerlər öz gözəlliyi ilə düşmənlərin gözünə də ox kimi batmışdır.

Belə ki, vaxtilə erməni astronomu, qatı daşnak, akademik Viktor Hambarsumyan Ləmbəlinin üstündəki Heyvalı aşırımında dayanaraq heyrətlə bu yerləri seyr etmiş, buranı Ermənistanın Kaliforniyası adlandırmış və dərindən köks ötürərək “ ancaq heyf ki, bu torpaqlarda türklər yaşayırlar " demişdi.

Təəssüf ki, “insanlığm düşməni” olan erməni-haylar öz murdar istəklərinə axır ki, nail oldular və 1988-ci ildə xarici havadarlarının köməyi ilə bu tarixi türk torpaqlarından soydayşlarımızı görünməmiş vəhşiliklə qovub çıxardılar və həmin yerlərə vaxtilə xarici ölkələrdən köçürülüb gətirilmiş ermənilər yerləşdirildilər. Loru-Pəmbək mahallarının ərazisi tarixi Azərbaycan-türk torpaqları olduğu kimi, ən qədim zamanlardan üzü bəri bu yerlərdə Azərbaycan türklərinin etnogenezində iştirak edən müxtəlif azər-türk boyları yaşamış, burada özlərinin mədəniyyətini, ədəbiyyatnı, incəsənətini, folklorunu formalaşdırmış, yaşadaraq nəsillərdən-nəsillərə ötürmüşlər.

Bu mahalların sakinlərinin hər bir ağsaqqalın, ağbirçəyin sinəsində neçə-neçə nağıl, əfsanə, dastan, nəğmə, bayatı, atalar sözü və məsəl, tapmaca və lətifə yurd salmışdır. Bunu bölgədəki hər bir kəndin timsalında görmək mümkündür. Loru-Pəmbək mahallarının adamları, Qərbi Azərbaycanın başqa bölgələri kimi, söz qədri bilən, sözü yerində deyən, sözdən söz çıxaran, sözlə insanı ayıldan, tərbiyə etməyi bacaran insanlar olublar. Bəzən isə onlar həm sözdən qorxublar, həm də sözlə qorxudublar, hərdən sözə sığınıblar, sözə tapıblar, sözə inanıblar, « Sözümün qavağınnan söz demə », « Sözü cılızdaşdırma », « Sözü çeynəmə », « Sözüm sözdü », « Ağzınnan xeyirri söz çıxsın », « Nə qədər ki, söz mənim içimdədi, mən onun ağasıyam. Ağzımdan çıxdı, oldum onun qulu », « Sözümün yiyəsiyəm »... deyə sözə də canlı varlıq, Tanrı qisməti, ilahi bir pay kimi baxıblar. Öz deyimləri ilə, sözün əsl mənasında, sözdən qala qurublar. Elə ona görə də sözü dədə-baba əmanəti - torpaq kimi, övlad kim, ana, bala kimi sevə-sevə qoruyublar. Çox vaxt öz ləhcəsində danışmayan adamı lağa qoyublar, ona lateri deyiblər: « Bağa çanağənnan çıxıf, çanağını bəyənmer », « Kənddən çıxannan tatdaşıf », « Filankəs dilini dəyişif »...

Bu ellərdən tanmmış dilçi alim Afat Qurbanov, görkəmli yazıçı Mövlud Süleymanlı, istedadlı alimlər İsmayıl Vəliyev, Şamil Vəliyev, tanınmış yazıçı, publisistlər Səfalı Nəzərli, Miraslan Bəkirli, Tahir Talıblı, istedadlı qələm sahibi Əhməd Oğuz, Mirzə Ənsərli və b. kimi onlarla, yüzkərlə söz adamlarının çıxması da elə bununla bağlıdır. Loru-Pəmbək bölgəsinin folklor örnəkləri də öz spesifikliyi, gözəlliyi və özəlliyi ilə seçilir.

Hər bölgənin folkloru kimi, bu bölgənin də folkloru orada yaşayan insanların etnik özünəmxsusluğunun, həyat və məişət tərzinin göstəricisi kimi meydana çıxıb. Qərbi Azərbaycanın başqa bölgələri kimi, Loru-Pəmbək mahalı da son iki yüz ildə Rusiyanın Qafqazı işğal siyasəti ilə bağlı erməni-hay kimi yaramaz bir etnik toplumun xalqımıza qarşı düşmənçilik hərəkətlərinin hədəfinə çevrilmiş, özünün mövcudluğu, dədə-baba torpaqlarının düşməndən qorunması uğrunda qanlı savaşlar aparmaq məcburiyyətində qalmışdır.

Bu yolda saysız qurbanlar verildiyi kimi, bölgənin folklor qatında da bu tale öz əksini tapmışdır. Bu baxımdan, “Erməni və şeytan” rəvayəti xüsusilə ibrətamizdir. Erməni əxlaqı, erməni xarakteri, erməni etibarsızlığı, yaramazlığı və s. ilə bağlı çoxlu deyim, məsəl, atalar sözü, rəvayət, əhvalat və s. də bura əlavə etmək olar.

Loru-Pəmbək bölgəsinin camaatı bütün məhrumiyyət və çətinliklərə baxmayaraq, öz nikbinliyini, həyatsevərliyini həmişə saxlamış, ən çətin məqamlarda da zarafat etməyi bacarmışlar. Bunu biz, ilk növbədə bu bölgənin folklor örnəklərində lətifə və məzəli əhvalatların çoxluğunda görürük. Atalar sözü, məsəl və deyimlərin çoxluğu isə bu camaatın müdrikliyinin, rəvayət və nağıllar isə mifik və tarixi yaddaşının qədimliyinin göstəricisi kimi təzahür edir.

Kitaba daxil edilmiş folklor örnəklərinin bir hissəsi bu bölgənin görkəmli ziyalıları olan Səfalı Nəzərli, Miraslan Bəkirli, Əhməd Hüseynov, Bilal Ənsər və b. tərəfindən vaxtilə yazıya alınmış və çap olunmuşdur. Biz onların bu əməyini yüksək qiymətləndirir və kitaba daxil etdiyimiz mətnlərin hər birinin mənbəyini kitabın sonunda söyləyicilər haqqında olan bölmədə göstərmişik.

Mənbə: AZƏRBAYCAN FOLKLORU ANTOLOGİYASI XX kitab (LORU-PƏMBƏK FOLKLORU)


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər