Ardanış (Ərdanuc)

13:30 / 06.12.2018
Baxılıb: 6246

1723- ci ildə Göyçə hövzəsi bütünlüklə osmanlıların nəzarətinə keçdikdən sonra tətbiq olunmuş stuktur bölgüsünə əsasən Ardanış İrəvan əyalətinin Məzrə nahiyyəsinin inzibati vahidləri sırasına daxil edilmişdir.

Krasnoselo rayon mərkəzindən 22 km cənub-şərqdə, Zod-Sevan dəmiryolunun təxmin 35-ci kilometrində, sahildən 1 kilometr məsafədə yerləşən bu kəndin müasir coğrafi mövqeyindən təxminən 1-1,5 kilometr şimalda, Şahdağ silsiləsinin cənub ətəklərindəki oğuz kurqanları bu yerlərin oğuz türkləri tərəfindən binələşdirilməsinin qədim tarixinə işarət olan fakt kimi dəyərləndirilsə də, onların vaxtında tədqiq edilməməsi Ardanışın həqiqi tarixi barədə konkret qənatlərə imkan vermir.

Bununla belə, kəndin şimal-şərqindəki, I-II əsrlərə aid edilən məzarlığın qalıqları oğuzların Ardanışda məskunlaşmasının azı 2000 illik tarixini təsdiqləyən maddi sübutdur. ХVI əsrə dair sənədlərdə Ardanış Səfəvi Azərbaycan dövlətinin Qarabağ (Gəncə) bəylərbəyliyinə daxil olan Göyçə kəndlərindən biri kimi təsniflənir. 1723- ci ildə Göyçə hövzəsi bütünlüklə osmanlıların nəzarətinə keçdikdən sonra tətbiq olunmuş stuktur bölgüsünə əsasən Ardanış İrəvan əyalətinin Məzrə nahiyyəsinin inzibati vahidləri sırasına daxil edilmişdir.

1728-ci ildə tərtib olunmuş “İrəvan əyalətinin icmal dəftəri ”nin 16 ci səhifəsindəki qeydlərdə kənd öz əzəli adı ilə - “Ərdanuc kəndi” kimi təqdim olunub və onun sultan xəzinəsinə illik vergisinin 4,339 ağca həcmində olduğu göstərilib. Erməni mənbələrində isə Ardanış toponiminə ilk dəfə XIX əsrin əvvəllərinə dair sənədlərdə rast gəlinir. Belə ki, 1828-ci ildə yeni yaradılmış erməni vilayətinin idarəçiliyinə verilmiş Göyçə mahalının o zaman yaşayış üçün yararlı sayılan 59 yaşayış məntəqəsinin siyahısında 55-ci sırada Ardanış kəndinin adı gəlir.

Həmin siyahıları tərtib etmiş İ.Şopenin verdiyi məlumata görə, 1831-ci ildə sırf türklərdən ibarət 389 nəfər əhalisi olmuşdur. Z.Korkodyanın təqdim etdiyi rəsmi məlumatlara görə, 1914-cu ildə kənd əhalisinin sayı 1045, 1919-cu ildə 1154 nəfər olmuşdur. 1918-ci ilin əvvəllərində Ararat Respublikasının quldurları kəndi talan etsələr də, Türkiyədən gətirilmiş erməniləri Ardanışda yerləşdirmək niyyəti baş tutmamışdır. Məşədi Hümbətin başçılıq etdiyi özünümüdafiə batalyonunun qisasından qorxan gəlmə ermənilər Ardanışda məskunlaşmaqdan qətiyyətlə imtina etmişlər.

1919-cu ilin qışında yenidən kəndə dönən Ağbulaq, Toxluca və Ardanış əhalisinin təsərrüfat işləri ilə məşğul olması xəbəri daşnaq liderlərini qıcıqlandırmış və 1920-ci ildə kəndə yeni hərbi basqın olmuşdur.

Məşədi Hümbət 1875-ci ildə anadan olmuş, Hacı Axunddan dini dərs almışdır. 1918-ci ildə ermənilərin Qaraqoyunlu dərəsinə hücumu zamanı döyüşlərdə göstərdiyi şücaətə görə kənd ağsaqqallarının ümumi rəyi ilə kəndin koyxası təyin edilmiş, 1918-1920-ci illərdə kənd müdafiəçilərinə rəhbərlik etmişdir.

Məşədi Hümbətin müəllimi olmuş, Hacı Axund-Rəhim Hacı Həsən oğlu. XIX-əsrin 70-ci illərində Xoy şəhərində ali ruhani təhsil almış, Göyçənin 8 kəndinin baş din xadimi olmuşdur. “ Joğovord ” qəzeti özünün 1920-ci ildəki 105-ci sayında Q. Muradyan adlı müəllifin dili ilə həmin hadisəni belə təsvir edirdi: Bizim hökumətin tədbirləri sayəsində Toxluca, Ağbulaq, Ardanış kəndlərinin əhalisi Ermənistan sərhəddini tərk eledilər. Bu kəndlərin əhalisi külli miqdarda kartof, buğda və arpa səpmişdi. Hökumət bu kəndlərdən 2 milyon puddan çox kartof yığa bilər...” Bu məlumata əsasən belə təxmin etmək olar ki, ermənilərin Ardanışa və qonşu kəndlərə hücumu 1920-ci ilin yay aylarına təsadüf etmişdir. 1922-ci ildə sovet hökumətinin təhlükəsizlik barədə təminatından sonra Ardanışa qayıdanların sayının 1138 nəfər, yəni 1914-cü ildəki əhalinin sayına az qala bərabər olması isə Ardanış müdafiəçilərinin, sözün həqiqi mənasında bacarıqlı olmalarına, əhalini 1918-1920-ci illər qətliamlarından maksimum az itki ilə çıxara bilmələrinə şəhadət verən tarixi reallıq kimi dəyərləndirə bilər.

Sovet hakimiyyəti illərində var gücləri ilə abadlaşdırmağa müvəffəq oldular. 1937-ci ilə qədər Basarkecer rayonunun idarəçiliyində olan kəndin sürətli inkişafı erməniləri əndişələndirdiyindən, Ermənistan Xalq Komissarları Sovetinin Mərkəzi İcraiyyə Komitəsi özünün 31 dakabr 1937-ci il tarixi qərarı ilə Ardanış türklərin çoxluq təşkil etdiyi Basarkeçərdən ayıraraq, ermənilərin, rusların, mordivinlərin, kürdlərin qarışıq yaşadığı Krasnoselo rayonunun inzibati vahidlərindən birinə çevrildi. Amma bu tədbir də ardanışlıların vətən sevgisini öləzidə bilmədi, əksinə sanki özünüqoruma, öz varlığını təsdiqləmə tam gücü ilə işə düşdü və Ardanış alimlər, ziyalılar məktəbinə çevrildi.

1979-cu ilin rəsmi siyahıya alınmasının nəticəsinə görə, Ardanışın sırf türklərdən ibarət əhalisinin sayı 2589 nəfər idi. 1988-ci ilin noyabr ayının 24-dən 28-nə qədər erməni quldurlarının mühasirəsində qalan kənd əhalisi Azərbaycanın rəsmi dairələrindən heç bir kömək ala bilməməsi səbəbiylə doğma yurdu tərk etmək məcburiyyətində qaldı. Bu hadisə zamanı Ardanış 6 şəhid verdi.

Mustafa Musa oğlu Məmmədov 1929-cu il təvəllüd.

Həsən Şaban oğlu Həsənov 1934-cü il təvəllüd.

Firəngiz Hüseyn qızı Xəlilova 1958-ci il təvəllüd.

Bahar Süleyman qızı Ələsgərova 1920-ci il təvəllüd.

Əli Abbas oğlu İsmayılov 1928-ci il təvəllüd.

Səməd İsmayıl oğlu İsmayılov 1930-cu il təvəllüd.

Ermənistan Respublikası Nazirlər Sovetinin 24 mart 1990-cı il qərarı ilə Ardanış bir təsərrufat subyekti kimi ləğv edilərək, ərazisi qonşu kəndlər arasında bolünmüşdür.

Salman VİLAYƏTOĞLU

Təqdim etdi: İlqar İSMAYIL


Etiket:
Xəbərlər

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025
Bütün xəbərlər