Qərbi Azərbaycan tariximizin bir parçasıdır.

17:25 / 14.11.2018
Baxılıb: 2448

XIX əsrin əvvəllərindən başlayaraq 1994-cü ilə kimi Qərbi Azərbaycan ərazisində olan türk mənşəli oykonimlərin, oronimlərin və hidronimlərin adları dəyişdirilərək erməniləşdirilmiş və ya ruslaşdırılmışdır.

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən- min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi- mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilmişdir. Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Qərbi Azərbaycan tariximizin bir parçasıdır: Ürək ağrıdan, qəlb göynədən parçası. Bu torpaqlarda Dədə Qorqud qopuz salıb, söz qoşub, igidlərə ad verib, Koroğlu qarı düşmənə daş atıb, Aşıq Ələsgər daglarımızı, buz bulaqlarımızı, güllü-çiçəkli torpağımızı vəsf edib, oxşayıb, tərənnüm edib. Qərbi Azərbaycan torpağı Azərbaycan elminə görkəmli şəxslər-ictimai xadimlər, elm, mədəniyyət, ədəbiyyat və incəsənət aləmində öz sözü olan şəxslər bəxş etmişdir.Xalqın tarixini, dilini və mədəniyyətini öyrənmək üçün onun yaşadığı əraziyə nəzər salmaq və toponimlərini araşdırmaq lazımdır. Qərbi Azərbaycanın köklü sakinləri Azərbaycan türkləri olmuş, ermənilər isə xaricdən bu ərazilərə köçürülmüşdür. Məhz bunun nəticəsidir ki, tarixən, yəni 1991-ci ilə kimi ərazinin toponimlərindən 90%-dən çoxunu türk mənşəli toponimlər təşkil edirdi. XIX əsrin əvvəllərindən başlayaraq 1994-cü ilə kimi Qərbi Azərbaycan ərazisində olan türk mənşəli oykonimlərin, oronimlərin və hidronimlərin adları dəyişdirilərək erməniləşdirilmiş və ya ruslaşdırılmışdır. 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsinin nəticəsi olaraq ermənilər İrandan, Türkiyədən bu ərazilərə köçürülmüşdür. Bu tarixi faktlar erməni və rus mənbələrində öz əksini aydın şəkildə tapmışdır.Burada yaşayan azərbaycanlılar isə zaman- zaman – 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. 1988-1991-ci illərdə SSRİ dövlətinin himayəsi altında Ermənistan dövləti Qərbi Azərbaycandan- indiki Ermənistan ərazisindən 250 mindən artıq azərbaycanlını ata-baba torpaqlarından deportasiya etmişdir. Ümumiyyətlə, XX əsrdə 2 milyondan çox azərbaycanlı indiki Ermənistanda soyqırıma məruz qalmışdır. 27 may 1997-ci ildə Azərbaycanın Milli Bayramı- Respublika günü münasibətilə təntənəli yığıncaqda nitq söyləyən Ümummilli Lider Heydər Əliyev azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından deportasiya olunmalarından danışarkən demişdir: ”O vaxt yaşayan insanlar və doğma yerlərindən deportasiya olunanlar yaxşı xatırlayırlar: Ermənistan çox gözəl iqlimə-yəni bu torpaqlar vaxtilə Azərbaycan torpaqları olub. Malik olan yaşayış yerlərindən insanları gətirib evsiz-eşiksiz Mil-Muğan çöllərinə salanda, əlbəttə ki, onlar o şəraitdə yaşaya bilməyəcəkdilər. Məlumdur ki, o vaxt bir çox insanlar qırıldı, tələf oldu, əzab-əziyyət çəkdilər. Hətta məlumdur ki, bəziləri burada yaşaya bilmədilər, gizli olaraq qayıdıb öz yerlərinə, evlərinə getdilər. Hesab edirəm ki, bu da bizim xalqımıza qarşı edilən ən böyük ədalətsizlikdir. Beləliklə, o vaxt Ermənistandan azərbaycanlıların çıxarılması, etnik təmizləmə baş veribdir. Onları öz yerlərindən, yurdlarından, doğma torpaqlarından o vaxt didərgin salıblar. Təəssüflər olsun ki, biz tarixin cürbəcür mərhələlərində belə hadisələri lazımi qədər təhlil edə bilməmişik və xalqımıza edilən bu ədalətsizliklərə qarşı öz səsimizi lazımi qədər qaldırmamışıq. Məhz bunların nəticəsində də 1988-ci ildə Ermənistan Azərbaycana artıq açıq təcavüz edibdir. O, dövrdə Ermənistan ərazisində qalmış azərbaycanlılar qısa müddətdə Ermənistandan zorla çıxarıldılar. Ermənistan deyəndə, o ərazinin keçmişdə kimə mənsub olduğu məlumdur. O, ərazinin çox hissəsi azərbaycanlıların əsrlərdən-əsrlərə yaşadıqları doğma diyar olubdur. Onları öz dədə-baba yurdlarından tədricən çıxardıblar və bunlar hamısı da 1988-ci ildə Ermənistanın Azərbaycana artıq hərbi təcavüzünün başlanmasına gətirib çıxarıbdır”. Ermənistan adlanan ərazidəki türk mənşəli adların dəyişdirilməsi siyasəti 1828-ci il fevralın 10-da bağlanan Türkmənçay sülh müqaviləsindən sonra, XIX əsrin 30-cu illərindən sistemli formada və məqsədli şəkildə həyata keçirilmiş və adların dəyişdirilməsi siyasəti inqilabdan sonra yeni vüsət almış, minlərlə kənd adı məhv edilmiş, rəsmi qərarlarla adların bir qismi ruslaşdırılmış, bir qismi isə qondarma erməni adları ilə əvəz edilmişdir. Bu gün Qərbi Azərbaycan – indiki Ermənistan ərazisindəki etnotoponimlərin öyrənilməsi xüsusi əhəmiyyət daşıyan məsələdir. Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində azərbaycanlıların etnogenezində müxtəlif qədim türk tayfaları iştirak etmişdir. Həmin tayfalar təbii ki, Şimali və Cənubi Azərbaycan ərazilərindəki toponimlərdə də iz qoymuşlar. Tarixi faktlar hələ eramızdan əvvəl VIII əsrdə türk etnoslarının Qərbi Azərbaycan ərazisində yaşamasını təsdiq edir. Qərbi Azərbaycan ərazisindəki toponimlər arasında etnotoponimlərin sayı az deyildir. Onların hər biri müxtəlif türk etnoslarının, xüsusilə oğuzların bu ərazilərin aborigen sakinləri olduğunu sübuta yetirir. Azərbaycan və türk mənşəli toponimlərə münasibətdə Ermənistanda həmişə belə bir siyasət həyata keçirilmişdir. Ermənistanda türk mənşəli toponimlərin dəyişdirilməsi, azərbaycanlıların zorla bu ərazilərdən çıxarılması ardıcıl şəkildə davam etdirilmişdir. İndi Ermənistan adlanan Qərbi Azərbaycan ərazisinin köklü sakinləri-aborigenləri olan Azərbaycan türklərinin tarixini araşdırmaq elmi və siyasi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu, həm Azərbaycan tarixi, həm də Cənubi Qafqaz xalqlarının tarixi coğrafiyasının hərtərəfli və elmi şəkildə araşdırılması üçün geniş imkanlar yaradır. Azərbaycan türkləri indiki Ermənistan ərazisində e.ə. II əsrdən yaşamağa başlamışlar. Bu faktı əsaslı şəkildə təsdiqləyən amillərdən biri həmin xalqın, tayfanın adını özündə yaşadan toponimlərdir. Qərbi Azərbaycan ərazisində tarixən mövcud olmuş türk mənşəli toponimlərə, IV-VII əsrdən başlayaraq Qafqaz xalqlarının tarixi ilə bağlı yazılmış əsərlərə istinad edib bu qənaətə gəlmək olur ki, Qərbi Azərbaycan ərazisində Azərbaycan türkləri yerli sakinlər olmuşlar və ermənilər buraya ilk yaşayış yerləri olan İraqdan-Fərat və Dəclə çayının sahillərindən gəlmişlər. XIX əsrin birinci yarısında Türkmənçay müqaviləsindən sonra indiki Ermənistan ərazisinə ermənilərin köçürülməsi nəticəsində Azərbaycan türklərinin tarixi keçmişi ilə səsləşən abidələr dagıdılmış, viran edilmiş və bununla da ermənilər azərbaycanlılara qarşı həm də mənəvi soyqırımı həyata keçirmişdir. Təkcə bir faktı qeyd etmək lazımdır ki, XIX əsrdə İrəvan quberniyasında 310 məscid olmuşdur. İrəvan quberniyasının ayrı-ayrı qəzalarında olan məscidlər müasir dövrümüzə qədər gəlib çatmamış, ermənilər tərəfindən dağıdılmışdır. “Türksüz Ermənistan” uğrunda mübarizə aparan Ermənistan dövləti, ideoloqları, eləcə də yaxın və uzaq havadarları etnik təmizləmə əməliyyatını 1991-ci ilin avqustun 8-də başa çatdırdlar. Həmin gün Meğri rayonunun ən böyük azərbaycanlı kəndlərindən biri- Nüvədi kəndi soyqırıma məruz qalaraq kəndin köklü sakinləri olan azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olundular. Belələklə, indi Ermənistan olan Qərbi Azərbaycanda bir nəfər də olsun azərbaycanlı qalmadı.Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixdə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda deyilir: “Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. Əsrin əvvlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSRİ-nin digər bölgələrində soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasınaa əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəz olunması prosesi baş verir”. Tarixi saxtalaşdırmaq, təhrif etmək və Azərbaycan torpaqlarının tarixi adlarını dəyişdirmək, süni surətdə Ermənistanıı monoetnik dövlətə çevirmək ermənilərin yeritdiyi siyasətin tərkib hissəsini təşkil edir. Öz qətiyyəti və dünya da yeritdiyi sülh və haqq ədalət prinsipi ilə ilə fərqlənən ölkəmizin Prezidenti Cənab İlham Əliyev 21 aprel 2011-ci ili tarixdə müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatının nümayəndələrini qəbul edərkən indiki Ermənistan dövlətinin Azərbaycanın tarixi torpaqlarında yarandığı, İrəvan xanlığının Azərbaycan torpağı olması barədə demişdir: “Bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Bu tarixi həqiqətdir. Biz bu tarixi yaxşı bilirik. İrəvan xanlığında yaşayanların əksəriyyəti azərbaycanlılar idi, Zəngəzur mahalı Azərbaycandan zorla qopardılıb ki, türk dünyasını parçalasınlar və elə də oldu. Ancaq vaxt gələcək, bu ədalətsizlik aradan qaldırılacaqdır”.

Rövşən Əvəzoğlu - Müstaqil araşdırmaçı, Milletcilik.az


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər