Yurd qoxulu, torpaq ətirli, vətən sevdalı bir kişi tanıyıram - Göyçəli Becan. Özü Gəncədə yaşasa da, xəyalları həmişə Göyçədə dolanır. Gəncədə həm də Göyçənin və göyçəlilərin bir parçası kimi yaşayır. Harada yaşamağından asılı olmayaraq həmişə dürüstlüyü, mərdliyi, xeyirxahlığı ilə ünvana çevrilib Becan Qasımov adı. 75 ildi adının arxasınca cahan dərvişi kimi dağlı, aranlı ömür eləyir. Ömrünün bu ixtiyar çağında da əvvəlki şaxlığını, şuxluğunu, bütövlüyünü qoruya bilib. İllərin qaçdı-qovdusu, çək-çeviri onu öz yolundan, xarakterindən sapındıra bilməyib. İllah da qonaqpərvərliyini... Göyçədə hansı Becanıydısa, Gəncədə də o Becan olaraq qalır. Elədiklərinin heç zaman qarşılığını gözləməyən, dara düşənlərin dadına yetən Becan Qasımov hər şeydən əvvəl: gözəl bir dostdur, ailə başçısıdır, el ağsaqqalıdır bir də indi əlimiz çatmayan, ünümüz yetməyən Göyçənin yaşayan, yeriyən özüdür. Sinəsində elə dürlü-dürlü poeziya örnəklərini, aşıqların, ozanların salğarlı fikirlərini gəzdirir ki, onu özündən başqa kimsə bilməz. Sinəsi də dəmirçi kürəsi kimidi; qızışdısa, sönmək bilmir. Alının, Ələsgərin, Məmmədhüseynin, Nərmanlı Bəhmanın şeir xəzinəsini elə yığıb-yığşırıb ki, bir ömür xərcləsə, yenə də tükənməz.
Sözün aililiyinə baş əyib, mənəvi dəyərlərin ucalığını görən, göstərən həm də bir söz adamıdı. Uşaqla uşaq, böyüklə böyük kimi davranan Becan Qasımovla aramızdakı yaş fərqinin çox olmasına baxmayaraq, o, mənim uludan ulu, qayım-qədim dostlarımdandı. Fərq etməz dostluğumuzun tarixçəsi nə qədərdi, o məndən neçə bayram böyükdü. Dostuqsa, o mənim, mən də onun yaşındayam. Çünki heç zaman yaş fərqi birlikdə olduğumuz zaman hiss olunmayıb. Hər görüşümüzdə Göyçəli günlərini - Zərbalı Qurbanovla, Tapdıq Əmiraslanovla, Həsən Əliyevlə, Aşıq Talıbla, Aşıq Bəhmanla, Yunis Rzayevlə, Qəşəm Aslanovla bağlı mübhəm xatirələrini söhbətlərinin dadına, duzuna qatıb, elə allandırar, gülləndirər ki, ”sən xoşbəxt adamsan ki, bu ömrü yaşamısan” deməkdən başqa gücün heç nəyə çatmaz.
Şərəfli bir ömrün sarvanı olan Becan Qasımov indi 75-in qapısının astanasına ayaq döyməkdədi. Bu, 75 il də itirdiklərinə nisbətdə, qazandıqları daha çox olub. Dediklərimi əyani görmək üçün Becan Qasımovla bir dəfə Gəncə çinarlarının günavarında bir çaynik xoruzquyğu çayın buğu çəkilənə qədər, onunla bağır basıb, əltətmən olan insanların sayını görmək bəs eləyər. Ona qarşı olan diqqət və məhəbbəti digər ictimai yerlərdə də görmək mümkündür.
Həmişə ərklə, böyük məhəbbətlə “Becan əmi” deyib əlini sığdığım dəyərli el ağsaqqalına, ruhunda, varlığında Göyçənin əzəmətini gəzdirən yurddaşımıza: Möhkəm can sağlığı, bir də Göyçəyə dönməyi diləyirəm!..
QILMAN İMAN
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024