Faşist Almaniyası üzərinda qələbənin 20 illiyi qarşısında. Basarkeçər rayon qəzetinin rəngi saralmış bir nömrəsi qarşımızdadır. Burada Nərimanlı kəndindən 6 nəfər gəncin Sovet Ordusu sıralarına yola salınmasından danışılır. Qəzet yazır: “ Böyük qardaş Bəylər Aslanov üzünü kiçik qardaşı Əvəzə tutaraq belə dedi:- Göyçə torpağının adına layiq xidmət edərsən! Vətəni doğma Ana kimi sev! Get, qardaşım, uğurlar olsun! ” Əvəz Aslanov 115-ci diviziyanın 313-cü artileriya polkunda xidmət edirdi. Böyük Vətən Müharibəsi illərində o, Leninqraddan Berlinə qədər vuruşa-vuruşa şərəfli bir qəhrəmanlıq yolu keçmişdir. Ən ağır dəqiqələrdə doğma qardaşının “ Vətəni doğma Anan kimi sev ” sözləri Əvəzin qulaqlarında səslənirdi. O, döyüş tapşırıqlarını həmişə müvəffəqiyyətlə yerinə yetirir, hər cür çətinliklərin öhdəsindən fədakarlıqla gəlirdi. Bunu cəbhə qəzetlərindən əlimizə çatan yazılar bir daha sübut edir. Budur, “ За Родину ” adlı qəzet 1941-ci il 2 avqust nömrəsində yazır: “ Həyəcan vaxtı serjant Əvəz Aslanov və Batalovun dəstələri birinci yer tutdular ”. Bir qədər sonra hissəyə tapşırıq verilir ki, piyada qoşunların hərəkətinə mane olan faşist atəş məntəqələrini məhv etsin. Əvəz Aslanov topçu yoldaşlarından öz həmyerlisi, Kiçik Məzrə kənd sakini Məmməd Hacıyev, Əmikişi Quliyev və başqaları ilə birlikdə ölümə qarşı mərdliklə sinə gərərək bu tapşırığı müvəffəqiyyətlə yerinə yetirir. 1941-ci ilin dekabrın 13-də həmin qəzet bu barədə yazırdı: “ Serjant Aslanov usta atıcıdır. O, sərrast atəşi ilə düşmənin 10-a qədər atəş nöqtəsini susdurmuş və çoxlu faşist məhv etmişdir. Aslanov yoldaşın döyüşdə göstərdiyi xidmət mükafata layiq görülmək üçün baş komandanlığa təqdim edilmişdir ”. “ Aslanov və onun döyüş yoldaşları öz hissələrinin döyüş ənənələrini zənginləşdirirlər ” sərlövhəli başqa bir məqalədə cəsur döyüşçünün qoçaqlığına dair əsaslı məlumat verilir. “ За Родину ” qəzetində həmin il dekabrın 24-cü nömrəsində birinci səhifədə gözəçarpan yerdə iri hərflərlə belə bir başlıq yazılmışdır: “ Baş serjant Kazımovdan, kiçik serjant İdrisovdan və serjant Aslanovdan nümunə götürün! Faşistlərdən intiqam almağı onlardan öyrənin! ”. Aslanov cəbhədə fədakarlıqla vuruşurdu. Hissədə çıxan qəzetlər onun adını tez-tez çəkir, yoldaşlarını da belə qəhrəmanlıqla vuruşmağa çağırırdı. “ За Родину ” qəzetinin 1942-ci il 26 iyun tarixli nömrəsində siyasi rəhbər M. Yumatovun “Döyüş ustalığı”adlı məqaləsi dərc edilmişdir. Burada yazılır: “ İyunun 24-də atıcı Əvəz Aslanov partiya bileti aldı. Bileti komissarın əlindən alarkən o, döyüş müvəffəqiyyətlərini artırmağı, məhv etdiyi düşmənini sayını çoxaltmağı vəd etdi. Gənc kommunistin sözü işdən ayrılmadı. Partiya bileti alandan sonra Aslanov hissəsi 2 alman batareyası üzərinə atəş açdı. Batareyalardan biri susduruldu, ikincisi isə məhv edildi. Döyüş əməliyyatında Aslanov üç yerdən yaralandı. Bu uç yara onun nə qədər igid və mərd döyüşçü olduğunu bir daha sübut etdi. Yaralar azacıq sağalan kimi döyüşçü yenidən ön atəş xəttinə, öz doğma topunun yanına qayıtdı. Əvəz Aslanov bir dəqiqə belə itirmir. O öyrənir, sənətinin mahir ustası olmağa can atır, həm də biliyini yoldaşlarına öyrədirdi. Son günlərdə batareyada əsl bayram idi. Döyüş yoldaşları Əvəz Aslanovu cəbhədə göstərdiyi şücaətə görə ikinci dəfə medalla təltif olunması münasibətilə təbrik edirdilər ”. Leninqrad ətrafındakı vuruşmalarda o, daha böyük fədakarlıq göstərdi. Bu xəbər doğma Göyçə mahalına da gəlib çatdı. Budur, 1944-cü il 14 noyabr tarixli “ Sovet Erməistanı ” qəzetinin birinci səhifəsində “ Cəsur döyüşçü Əvəz Aslanov ” sərlövhəli bir məqaləni və Aslanovun portretini görürük. Məqaləni hissənin komandiri yazmışdı. Burada deyilir: “ Aslanov yoldaş ordu sıralarında ikən bolşeviklər partiyası sıralarına qəbul edilmişdir. O, qorxmaz, cəsur, ürəkli, hünərli və mətanətli döyüşçüdür. Vətən müharibəsi cəbhələrində onun göstərdiyi fədakarlıqlar həqiqətən tərifəlayiqdir. Sevimli Leninqrad şəhərinin müdafiəsində Aslanovun xüsusi qoçaqlığı olmuşdur. O, həmin şəhər uğrunda döyüşlərdən birində 15 alman soldat və zabitini öldürmüş, iki düşmən tankını məhv etmiş, ona görə də “ Döyüş xidmətlərinə görə ” medalı ilə təltif edilmişdir ”. Yenə həmin məqalədə oxuyuruq: “ Leninqrad uğrunda aparılan başqa bir döyüşdə 30 almanı cəhənnəmə vasil etmiş, “ Leninqradın müdafiəsinə görə ” medalı almışdır. Aslanov tapşırıqları cəsarətlə həyata keçirmiş, öz yoldaşları ilə bir çox alman qırmış və 110 faşisti əsir tutaraq hissələrinə gətirmişdir. Onun göstərdiyi igidlik komandanlıq tərəfindən qiymətləndirilərək “İgidliyə görə” medalı ilə təltif edilmişdir”.Məqalədə böyük əhəmiyyəti olan bir körpünün dağıdılmasında Aslanovun göstərdiyi hünərdən bəhs edilərək yazılır: “ Aslanov göstərdiyi bu qoçaqlığa görə bu il mayın 20-də komandanlıq tərəfindən “ Qızıl Ulduz”ordeni ilə təltif edilmişdir ”. Məqalədə deyilir ki, “ düşmən qərərgahını dağıtmaq haqında tapşırıq alan Aslanov öz yoldaşları ilə 70-dən artıq düşmən soldatını məhv etmiş, 6 əsir tutmuş və lazımi sənədləri götürüb öz hissəsinə qayıtmışdır ”. Müharibə cəbhələrində döyüş tapşırıqlarını həmişə müvəffəqiyyətlə yerinə yetirən Əvəz Aslanov bir orden və 7 medalla təltif olunmuşdur. 1945-ci ilin əvvəllərində müharibənin qurtarmasına az qalmış Aslanov ağır yaralanmış, bir qədər sonra doğma vətəni Ermənistana qayıtmışdır. O, burada silahı qələmlə əvəz etmişdir. Nərimanlı kəndində gənc nəslin tərbiyəsi ilə məşğul olmağa, məktəbin direktoru vəzifəsində işləməyə başlamışdır. Döyüş cəbhələrində həmişə hünər göstərdiyi kimi, bu yeni cəbhədə- böyüməkdə olan nəslin təlim-tərbiyəsi işində də Aslanov xüsusi fədakarlıq göstərmiş, uşaqlarda elmin əsaslarına, Vətənə dərin məhəbbət hissi aşılamaqda var gücünü əsirgəməmişdir. Cəbhədə hünər, cəsarət, mətanət sahibi kimi tanınan Aslanov gənc nəslin tərbiyəsi aləmində də səbirli, qayğıkeş, bacarıqlı tərbiyəçi kimi hamının diqqətini cəlb etmişdir. Nərimanlı kənd məktəbinin çoxlu məzunları hələ indi də onun xidmətlərini unutmurlar. Altı ildir ki, Əvəz Aslanov Basarkeçər rayon Xalq Maarif şöbəsində təlimatçı işləyir. O, var qüvvəsini, bacarıq və səyini xalq maarifinin inkişafına, böyüməkdə olan gənc nəslin yeni ruhda tərbiyə edilməsi işinə sərf edir. Maarif işçiləri Əvəz Aslanovu səmimi yoldaş, bacarıqlı pedaqoq, təcrübəli müəllim və həm də Vətənini taleyi- müqəddaratı həll olunan dövrdə hədsiz fədakarlıqla çarpışan cəsur bir döyüşçü kimi tanıyır, ona hədsiz hörmət bəsləyirlər. Aslanov həm də səmimi bir ailəyə başçılıq edir. Onun 9 uşağı vardır. O, sovet məktəbində təhsil alan digər uşaqlar kimi öz uşaqlarının təlim-tərbiyəsinə də mehriban atalıq qayğısı göstərir. Onları Vətənə, xalqa sədaqət ruhunda tərbiyə edir. Böyük Vətən Müharibəsi illərində milyonlarla sovet adamlarından biri kimi döyüş cəbhələrində mərdliklə vuruşan Əvəz Aslanov yeni quruculuq dövründə yenə milyonlardan biri kimi böyük ideallara, sülhün möhkəmləndirilməsinə, yeni cəmiyyət quruculuğuna, bu cəmiyyət üçün hərtərəfli inkişaf etmiş gənclər yetişdirməyə sədaqətlə xidmət edir. O, Vətən, partiya, xalq yolunda heç bir çətinlikdən qorxmayan cəsur igiddir, böyüməkdə olan nəslə ən gözəl insani hislər aşılayan qayğıkeş müəllim, tərbiyəçi və valideyndir.
İsmayıl Əliyev " Sovet Ermenistanı " qəzeti. 19 aprel 1965-ci il
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024