Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda insan hüquqlarının inkişafı sahəsində xeyli irəliləyişlər baş vermişdir.
Avropalılar üçün bu gün ən aktual məsələyə çevrilmiş insan haqları tarix boyu bəşəriyyətin diqqətində olan əsas məsələlərdən biri olmuşdur. Hələ Qədim Yunanıstan və Romada filosoflar insan haqlarına xüsusi diqqət ayırsalar da, onların fəlsəfi baxışları yalnız Afina vətəndaşlarına və Roma patrisilərinə şamil olunurdu. Afinada qadınlar və qullar, Romada isə plebeylər bu h Avropada Renessans dövrü insanın azadlığı və Kilsədən asılılığı məsələləri arasındakı fərqi dinin xeyrinə olmayan şəkildə həll etdi. XVII əsrdə Almaniyada Kəndli müharibələri və bir sıra üsyanlardan sonra qəbul edilən qərarlar əhalinin müəyyən hüquqlarının təmin olunmasına səbəb oldu. 1789-cu ildə Böyük Fransa Burjua İnqilabı zamanı “Azadlıq, Bərabərlik, Qardaşlıq!” şüar Orta əsrlərdə və Yeni dövrdə Tomas Hobbs, Con Lokk, Jan-Jak Russo, Deni Didro, İmmanuel Kant kimi filosoflar insanın təbii hüquqları ideyasını irəli sürmüş və onun bir sıra vasitələrlə təmin olunmasını təklif etmişlər. İnsan və Vətəndaş Hüquqları Bəyannaməsinin və ABŞ-da Müstəqillik Bəyannaməsinin qəbul edilməsindən sonra insan haqları daha mühüm bir məsələyə çevrilməyə başladı. 1861-1865-ci illərdə ABŞ-da şimal və cənub ştatları arasında gedən Vətəndaş Müharibəsindən sonra Şimalın qalib gəlməsi köləliyə birdəfəlik son qoydu. Bu ölkənin Konstitusiyasına edilən 13, 14 və 15-ci düzəlişlər məhz insan hüquqlarına həsr olunmuşdur. XIX əsrdə sənayeləşmənin sürətlənməsi ilə əlaqədar işçilərin əmək hüquqlarını müdafiə edən həmkarlar ittifaqları insan hüquqları məsələsinə xüsusi önəm verirdilər. Bu dövrdə qadın hüquqları, müstəmləkələrin azad olunması məsələsi xüsusi əhəmiyyət kəsb etməyə başladı. İki Dünya Müharibəsi arasındakı 1919-1939-cu illərdəki iyirmi illik dövrdə fəaliyyət göstərən Millətlər Cəmiyyəti bu sahədə müəyyən işlər görsə də, lakin 1945-ci ildə Müttəfiq Dövlətlərin Yalta konfransından sonra təsis edilmiş BMT müasir dövrdə insan hüquqlarının qarantı olan əsas təşkilatdır. BMT daxilində iki qurum - Baş Assambleya və Təhlükəsizlik Şurası insan hüquqlarının beynəlxalq miqyasda təmin olunmasını həyata keçirirlər. BMT Baş Assambleyası yanında fəaliyyət göstərən İnsan Haqları üzrə Ali Komissarlıq bu məsələ ilə əlaqədar Assambleya qarşısında məruzə edir və əgər hər hansı bir qanunazidd hallar baş vermişsə, BMT qərarlarının icrasını güc yolu ilə həyata keçirməyə səlahiyyəti olan yeganə orqan - Təhlükəsizlik Şurası bu barədə məlumatlandırılır. O, insan hüquqlarını pozan dövlətə qarşı sanksiyalar tətbiq etməkdən başlamış, Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməyə qədər müxtəlif cəza üsulları tətbiq edə bilər. Baş Assambleya tərəfindən 1948-ci il dekabr ayının 10-da qəbul edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”, “İrqi-ayrı seçkiliyin bütün təzahürlərinin ləğvi”, “Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi”, “İşgəncələr əleyhinə konvensiya”, “Uşaq hüquqları konvensiyası”, “Miqrant işçilərin və onların ailə üzvlərinin hüquqlarının qorunması haqda konvensiya” BMT-nin bu sahədəki fəaliyyətini tənzimləyən əsas normativ-hüquqi sənədlərdir. Soyuq müharibədən sonra birqütblü dünya nizamının yaranması beynəlxalq münasibətlər sistemində çox böyük dəyişikliyə səbəb olmuşdur. 1648-ci ildə Vestfaliya müqaviləsinin imzalanmasından sonra dövlətlər bir-birlərinin daxili işlərinə qarışmamaq və suvernlik hüquqlarına hörmət etmək barədə öhdəlik götürsələr də, hazırda bəzi dövlətlər tərəfindən insan hüquqlarının pozulmasının qarşısını almaq üçün humanitar müdaxilə prinsipi beynəlxalq münasibətlərdə aktuallıq kəsb etməkdədir. Məhz ABŞ və bir sıra ölkələr öz müdaxiləçi xarici siyasətlərini əsaslandırmaq üçün çox zaman bu prinsipə istinad edirlər.Bu sahədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti, Human Rights Watch, Freedom House, Amnesty International təşkilatları xüsusi fəallıq nümayiş etdirirlər. Onların araşdırmalarına görə, insan hüquqlarının pozulmadığı ölkələr sırasına Niderland, Norveç, Danimarka, İslandiyanı aid etmək olar. BMT Nizamnaməsi bir sıra hallarda dövlətlərə insan hüquqlarını məhdudlaşdırmaq səlahiyyəti versə də, lakin hüququn jus cogens normaları vardır ki, heç bir halda onların məhdudlaşdırılmasına yol verilmir. Yəni, təcavüzkar müharibə, soyqırımı, dəniz quldurluğu, köləlik, işgəncə hərəkətlərinə yol verilməsinə heç bir şərtlər daxilində icazə verilmir. Ombudsman və ya İnsan hüquqları üzrə müvəkkil təsisatı insan hüquqlarının ayrılmaz tərkib hissəsidir. İlk dəfə bu vəzifə Skandinaviya ölkələrində təsis olunmuşdur. Qədim Romada plebeylərin hüquqlarını müdafiə edən Xalq tribunları müasir ombudsmanın səlahiyyətlərinə alternativ səlahiyyətlər həyata keçirirdilər. 1713-cü ildə uzun müddət Türkiyədə səfərdə olan İsveç kralı XII Karl İsveç Parlamentində ombudsman təyin etmiş və həmin şəxs ölkədə kral səlahiyyətlərinin həyata keçirilməsinə nəzarət etmişdir. Kralın ölkədə olmadığı həmin müddətdə öz vəzifələrini layiqincə həyata keçirməyən şəxslər Ombudsmanın göstərişinə əsasən vəzifələrindən uzaqlaşdırılırdılar. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda insan hüquqlarının inkişafı sahəsində xeyli irəliləyişlər baş vermişdir. 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsi – referendumla qəbul edilmiş Azərbaycan Respublikası konstitusiyasında əsas insan hüquqları və azadlıqları məsələsinə xüsusi yer ayrılmışdır. Burada insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipləri öz əksini tapmışdır. Burada bərabərlik hüququ, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi, yaşamaq, azadlıq, mülkiyyət, təhlükəsiz yaşamaq, şəxsi toxunulmazlıq, əmək, istirahət, sosial təminat, sağlam ətraf mühitdə yaşamaq, mədəniyyət, sağlamlığın qorunması, təhsil, milli mənsubiyyət, ana dilindən istifadə, şərəf və ləyaqətin müdafiəsi, sərbəst toplaşmaq, fikir və söz azadlığı, vicdan, yaradıcılıq, məlumat azadlığı, vətəndaşlıq hüquqları öz əksini tapmışdır. Bundan başqa cəmiyyətin və dövlətin siyasi həyatında iştirak, dövlətin idarə olunmasında iştirak, seçki hüququ, birləşmək, azad sahibkarlıq hüququ, hüquqi yardım almaq, məhkəməyə müraciət etmək hüquqları təsbit olunmuşdur. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları, siyasi sığınacaq hüququ da konstitusiyada özünə yer almışdır. Azərbaycanın Avropa Şurasına üzv olması ilə əlaqədar ölüm hökmünü aradan qaldırması da atılan humanitar addımlar sırasına daxildir. Azərbaycan Respublikası 2001-ci il yanvar ayının 25-də Avropa Şurasına qəbul edildikdən sonra dövlətimizin öz hüquq sistemini Avropa hüquq məkanına uyğunlaşdırması prosesinə başlanılmış və İnsan Haqları üzrə Müvəkkil (Ombudsman) təsisatının yaradılması zərurəti meydana gəlmişdir. Azərbaycanda Ombudsman təsisatı 2002-ci il iyul ayının 02-də yaradılmışdır. O, öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilə və konvensiyaları, habelə dövlətdaxili insan hüquqlarına dair bir sıra qanunları əsas götürür.
Nəzakət Məmmədova - politoloq.
Saytda reklam yerləşdirmək üçün əlaqə +99477-7-105-105
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024