Aşıq Fətullanın səsinin ötkəmliyi, şaqraq qaqqıltısı, saz çalmaq məharəti, əsl ustadlarsayaq sazı sinəsinə müstəkəm edərək çırtıqları ilə qara sazın sinəsinə od salması böyük bir simfoniyanı xatırladar, ən susqun qəlbləri belə fəth edirdi.
Qopuzdan üzü bəri ozan-aşıqlıq sənəti xalq ədəbiyyatını, onun mədəni-ictimai dəyərlərini zamanların arxasından dartıb bu günə qədər gətirib çıxarmışdır. Hələ eramızın V əsrindən Attila dövründə saraylarda təşkil edilən şənliklərdə, toplantılarda bahadırların şücaətini tərənnüm etmək, onları tanıtmaq üçün aşıqlıq sənətinin misilsiz xidmətləri olmuşdur. Həmçinin xaqanların, sərkərdələrin, ordusunun döyüş bacarığının artırılmasında, döyüşlərdə zəfər çalmış igidlərin, sərkərdələrin şəninə tərif deyilməsində bu sənətinin mənəvi-psixoloji təsiri olduqca böyükdür. Bülbül avazlı aşıqların yanıqlı ifasının təsirindən çoxları ötənləri- itinləri xatırlayıb əllərini üzünə dayayıb xəlvət-xəlvət ağlayar, bəzən də Koroğlu nərəli aşıqların şaqraq zənguləsindən vəcdə gəlib bığıburma igidlər kimi cavanların köhlən atın belinə qalxıb, böyük coşqu ilə ənginliklərə uzanan göy yaylaqlarda cıdıra çıxdığı məqamlar da az olmayıb.
Aşıq-ozan sənətinin, sazın-sözün hikmətinin qorunmasında Göyçə mahalı öz əhli-əyalı ilə azman sənətkarlar yetirə-yetirə “ söz sənət beşiyi ” statusunu almışdır. Göyçə laylası, Göyçə gözəlliyi, Göyçə havası ilə 1941-ci il də qədim Nərimanlı kəndində Baleyoğlu Əbdüləzim kişinin ocağında dünyaya gələn Fətulla Əliyev kiçik yaşlarından meylini Aşıq Alı, Dədə Ələsgər dünyasına salmış, ömrünü könüllü olaraq ozan sənətinə bağlamışdır. 10-12 yaşlarında Fətulla Əliyev böyük ustad-yarpızlı aşıq İmanın yanında şəyirdlik edir, ondan bu sənətin sirlərini öyrənməyə başlayır. Fətullaya yeniyetməlik dövründə ustad iki il dərs verir. Ustad İman Fətullanın atası Əbdüləzim kişiyə “ bunun böyük gələcəyi var! ” deyərək, barəsində müsbət fikir bildirir. Bu rəy gənc Fətullanın aşıq sənətinə marağının artmasına xüsusi bir stimul verir. Sonra Fətulla Əliyevin 4-5 il Göyçə mahalında mənsəbi bilinməyən Ələsgər bulağının hər damlasını dadmış Aşıq Talıb Ələsgər oğlunun möhtəşəm ustadlığı sayəsində ikinci şəyirdlik dövrü başlayır. Aşıq Talıb böyük ustadlardan mənimsədiyi sənətin sonsuz sirlərini Fətullah Əliyevə təlqin və tədris edir. Möcüzələrlə dolu Aşıq Ələsgər ocağının sirli-sehirli dünyası tezliklə gənc Fətullanı ofsunlayır. Talıb dədənin ustadlığının sirlərini mənimsədikdən bir qədər sonra Aşıq Alının sənət şəçərəsinin əl çatmaz davamçılarından qannılı Aşıq Mehtinin (Aşıq Mehti - Aşıq Alının şəyirdi Aşıq Qulunun şəyirdi olmuşdur.) yanında 2 il şəyirdlik edir. Təsadüfi deyil ki, ustadlar ustadı- həm Aşıq Alı sənətinin yetirmələri, həm də haqq vergili Dədə Ələsgərin yetirmələri sənətdə güvəndikləri üçün estafeti Fətulla Əliyevə arxayınlıqla təhvil veriblər. Aşıq sənətində Şeyx Alı, Dədə Ələsgər kimi iki dühanın, iki əlçatmaz zirvənin, çağlayan bulağın gözündən içmək hər sənətkara nəsib olan xoşbəxtlik deyil, amma, Fətulla Əliyev kimi bir tanrı sevimlisinə, saz pərvanəsinə qismət olmuşdur. Artıq girli, sanballı sənətkar titulu qazanmış Fətulla Əliyev gecəli-gündüzlü öz üzərində işləyərək sənətin sonsuz ənginliklərinə baş vura-vura elin-obanın toy nişan məclislərinin aşığına-ağsaqqalına çevirilir. Göyçə mahalında öz ustadları ilə seçilən, saza-sözə həssas bir obada - Nərimanlı kəndində Kalvayı Bağır oğlu Kələ Məhəmmədin nəvəsinin sünnətinə Baley oğlu Əbdüləzim ocağında böyümüş Fətullanı ali dərəcəli sənətkar-aşıq kimi məclisə dəvət edirlər. Onun ilk böyük məclis meydanı da bu toydan başlayır. Aşıq Fətulla bu məclisdə elə bir iz qoyur ki, sənətinin işığı, səsinin Allah vergisi olması, onun daha böyük məclislərin aparıcısına çevrilməsinə başlanğıc olur. Sonra Sarıyaqub kəndində Xıdır Quliyevin 500-600 nəfərlik oğul toyunun aşıqlığını məhz Aşıq Fətullaya həvalə edirlər. O, Göyçənin sənət məktəbinin imtahanlarından məqbul qiymətlə çıxmış istedadlı, sözünü deyən sənətkarı kimi qısa bir zaman ərzində şöhrəti uzaqlara yayılan nüfuzlu bir sənət sahibinə çevrilir. Bununla əlaqədar olaraq nərimanlı şair Şahmalı Əliyev(Kürdoğlu) sənət ucalığını qazanmış Fətullaya belə bir şeir ithaf edir:
Aşıqlıqda yoxdu qədir- qiymətin,
Bunu bilir el, başına dolanım.
Dodağından dürrü gövhər süzülür,
Kəlmələri ləl başına dolanım.
Məclislərin ziynətisən, Fətullah,
Koroğlunun qeyrətisən, Fətullah,
Göyçəlinin şöhrətisən, Fətullah,
Bilmirsənsə bil, başına dolanım.
O zəngülən könülləri məst edir,
Çırtıqların telli sazı səslədir.
Şahmalı da həsrətindən xəstədir,
Bir deyə ki, çal başına dolanım.
Bəli, Aşıq Fətullanın zənguləsi onun oxuduğu məclislərin məkanından uzaqlarda da insanı şövqləndirə biləcək qədər aydın və təmiz eşidilirdi. Hər il yazağzı Çalmalıdan Yurd yerinə qədər əsən xəffif dağ küləkləri Fətullanın bənövşə ətirli səsinin sehrinə qoşulub insanların ruhuna sığal çəkər, varlığını təravətləndiridi. Aşıq Fətullanın səsinin ötkəmliyi, şaqraq qaqqıltısı, saz çalmaq məharəti, əsl ustadlarsayaq sazı sinəsinə müstəkəm edərək çırtıqları ilə qara sazın sinəsinə od salması böyük bir simfoniyanı xatırladar, ən susqun qəlbləri belə fəth edirdi. Ana balasına söykənən kimi başını qara sazın sinəsinə qoyaraq şirin –şirin oxuduğu el havaları, xoruzluqda (beçə pərdədə) vurduğu zəngulələr bütün duyğuları əsir alar, dinləyicisini özündən asılı vəziyyətə salardı. Ustadın şaqraq zənguləsinin fonunda başı ərşə dəyən Göyçə dağlarının vüqarı və əzəməti bir boyda yuxarı qalxar, ana təbiət də yenidən cana gələrdi. Aşıq Fətulla getdiyi məclislərdə mütləq çağrılmamış qonaqlar çoxalardı; onun səsinin sehrindən, dastan söyləməsindən, qaravəlli danışmasından mənəvi bir rahatlıq tapan saz-söz xiridarları Fətullanın növbəti məclislərini harada olacağını soraqlayar, daim diqqət mərkəzində saxlayardı. Allahın Fətullaya bəxş etdiyi uca boy, uzun qol, səlist nitq, bənzərsiz səs aşıqlıq sənətinin möhtəşəmliyini artıran bir vasitə kim cəmləşibdir onun vücudunda. Bunları görən, duyan Əli Qurban Dastançı sənətinin parlaqlığı ilə nüfuz sahibi olan Aşıq Fətullanı bir zamanlar belə vəsf edirdi:
Alışmışam yenə sazın odundan,
Kül olunca qoyun yanım, dəyməyin.
Fətullanın zənguləsi beşikdir,
Yırğalasın, yırğalanım dəyməyin.
Deyin çalsın, aşıq niyə ləngidi?
Darıxmışam, lap nəfəsinm təngidi.
“Koroğlu”du, “Dilqəmi”di ,”Cəngi”di,
Ruh rəvanım, cismi- canım dəyməyin.
Məhəbbətdi Göyçə, Göyçə boyunca,
Əli məstdir, bura ayaq qoyunca.
Qoyun əmim ləblərindən doyunca,
Siz olasız mənim canım, dəyməyin.
Aşıq Fətullanın 1978-ci ldə televiziyada “ Aşıqlar ” verilişində oxuduğu “ Gözəlləmə ”, ” Qəhrəmanı ” havasından sonra demək olar ki, bütün Göyçə mahalında , Qərbi Azərbaycanda, Naxçıvanda, Gürcüstanda məhşurlaşdı. Səsinin-sənətinin sorağı uzaqlara yayıldıqca Fətulla sənətinin coğrafiyası genişləndi. Öz sənətində mötəbərliyi, şəriəti, mərifəti, fəziləti, elmi, təbliği yaşadan klassik azman sənətkarlar kimi özünəməxsus bir yol yaratdı – Fətulla yolu! Bu gün onlarla gənc aşıq Fətullanın hava-havacatını mənimsəyərək ustadın sənət məktəbini layiqincə təmsil edirlər.
Göyçə mahalında bizim şad-xürrəm yaşadığımız zamanlarda televiziyda efirə gedən ” Aşıqlar ” verilişi başlamağa az qalmış "ortalıq"da (kəndin camaat yığılan hissəsi) heç kim qalmazdı. Hamı tez evinə çəkilərdi ki, gedib Fətullanın səsinə qulaq assın. Səhər isə Aşıq Fətullanın bənzərsiz sənətkarlığının qəlblərə qoyuduğu iz, pozitiv şəkildə özünü göstərərdi. Səsinin cazibəsindən ona qulaq asan hər kəs enerjili, qürurlu görsənirdi. Ustadlardan görüb-götürdüyü klassik ənəni yaşadan mahir bir sənətkar kimi Fətulla hər ifasında, hərəkətində sənətin içərisindəki köklü ağsaqqallıq, böyüklük-kiçiklik, ismət nümunələri tərənnüm edər, ləngərli kişilərin zəhmini, qürurunu çatdırardı dinləyicilərə. Sənətini məclislərdə xalqın istəyinə qovuşdura bilən mahir ustad kimi hər bir şeirin məğzini, yaranma məqsədini, müəllifin əsəri yaratmaq istəyini zəruri edən səbəbləri gözəl təhlil edib, dastanları təfsilatı ilə söyləməsi ona yeni-yeni dinləyicilər qazandırar, sənətinin pərvanələrini başına yığardı.
1963-cü ildə - SSRİ dönəmində ermənilər türkün böyüklüyünə nə qədər qısqanclıqla yanaşsalar da, sənətdə ilk qədəmlərini atan gənc Fətullanın əzəmətli səsinə, sənətinə kölgə sala bilmədilər. Ermənistan Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmağa məcburən də olsa layiq görüldü. Çexoslovakiyaya SSRİ-dən laureat kimi festivala göndərildi. Onun aşıqlığına valeh olan Bəhmən Vətənoğlu Fətullah Göyçəlinin ustadlığının fəzlini belə qələmə almışdır:
Ay Fətullah, sən Kərəmi çalanda,
Kərəm düşdü, Əsli düşdü yadıma.
Sinən üstə telli sazı alanda,
Ələsgərlər nəsli düşdü yadıma.
Gör nə gözəl obadasan, eldəsən,
Şirin- şirin dodaqlarda, dildəsən.
“Sarıtel”i oxuyanda zildəsən,
Bülbüllərin fəsli düşdü yadıma.
Sən deyəndə Ələsgərin qoşmasın,
Bu Bəhmənin qəlbi necə coşmasın?
Sənətkarı duymuyanlar çaşmasın,
Sənətkarlar əsli düşdü yadıma.
1981-ci ildə Aşıq Alının 150 illik yubleyində Ümummilli Lider Heydər Əliyev onu şəxsən qəbul edərək, Göyçədə yaşayan oğuz türklərinin güzaranı ilə maraqlanmışdır. Göyçə mahalının söz-sənət yurdu olmasını xüsusi vurğulayaraq, din içərisində dinimizi, dil içərisində dilimizi, irsimizi, sənətimizi, folklorumuzu möhkəm qorumağın vacibliyini bildirmişdir. Eyni zamanda: -” Sən mikrofonsuz da sarayı doldura bilirsən! ” demişdir. Daha sonra iki dəfə Aşıq Fətullanı qəbul etmiş və onun sənətinə hörmətlə yanaşmağın təqdirəlayiq olduğunu bildirmişdir. 2016-cı ilin iyul ayında Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “ Əməkdar Mədəniyyət İşçisi ” adına layiq görülüb. Hazırda Gəncə şəhərində ömrünün ustadlıq dövrünü cavanlıq enerjisi ilə yaşayan Aşıq Fətulla yenə də əvvəlki şövqlə yaradıcılığını davam etdirir, yeni sənətə gəlmiş gənc aşıqlara ozan sənətinin sirlərini aşılamaqdadı...Hörmətli şairimiz Eldar İsmayıl Aşıq Fətullanın bu yaşdakı çıxışını görüb qürur hissi ilə belə bir şer yazmışdır:
Elə bildim qocalıbsan, a qardaş,
Sən mətləbi andıranda ayıldım.
“Bu sənətin şahı mənəm”- deyənə,
Bu sənəti dandıranda ayıldım.
Bir azmanın çiçəklənən eşqini,
Nəzmə çəkdim diləklənən eşqini,
Ustad aşıq, şimşəklənən eşqini,
Nadanlara qandıranda ayıldım.
Ötüb keçdi Göyçə yurdun dəmləri,
Əldən verdik o ilahi çəmləri.
Dərd əlində sızıldayan simləri,
Tufan qopub, sındıranda ayıldım.
Bal bələndi nəğmələnən dilinə,
Əl çatmadı, ün yetmədi zilinə.
Meydan keçdi nər oğlunun əlinə,
Maya keçib gen duranda ayıldım.
Kimdə gördüm mən bu eşqi, həvəsi?
Bu səs deyil, bil, tanrının töhfəsi.
Fətullanın od püskürən nəfəsi,
Mən Eldarı yandıranda ayıldım.
Tibb üzrə fəlsəfə doktoru - Hacı Abbas Əli oğlu Baqırov
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024