İrəvandakı “Molla Nəsrəddin”çilər

14:10 / 14.11.2018
Baxılıb: 1754

Həmin yazının sonunda qeyd olunmuşdur ki,”CavanlarŞurasına” ara sıra məqalələr yazan Cabbar Əsgərzadə milli komitə üzvü Nağı Hacı Xəlil oğlu tərəfindən döyülmüşdür.

“Molla Nəsrəddin”in fəaliyyət göstərdiyi müddətdə onun məqsəd və məramına, tutduğu yola sadiq olan mütərəqqi fikirli ziyalıların böyük bir dəstəsinin formalaşması, bu dəstənin, daha doğrusu, Qərbi Azərbaycanın İrəvan ədəbi mühitinin yetirmələri olan bir çox məşhur nümayəndələrinin imzaları öz zamanında oxucu kütləsinə tanış idi. Onların imzasını İrəvandakı “Molla Nəsrəddin”çilər adı ilə izləyir, məqalə və felyetonlarında təlqin olunan fikirlərinə olduqca böyük hörmət və həssaslıqla yanaşırdılar. Kim idi İrəvandakı “Molla Nəsrəddin”çilər? Bizə adları bəlli olan Məmmədəli Nasir Hacı Məmmədzadə, Əli Məhzun Rəhimov, Mirzə Məhəmməd Axundov, Cabbar Əsgərzadə, MəşədiMehdi Sadıqzadə, Paşa Səfərov və bir də çoxlarının adı, soyadı və təxəllüsü dəqiqləşdirilməyə, tədqiqatçı araşdırmalarına zərurət duyulan tanımadıqlarımız İrəvan ədəbi mühitindəki “Molla Nəsrədin”çilərin görkəmli nümayəndələrindən biri kimi Azərbaycan ədəbiyyatı tarixində xidmətləri olan Məmmədəli Nasir Hacı Məmmədzadənin nəvəsi yazıçı-publisist Şəfəq Nasirin apardığı elmi-tədqiqatlarla bağlı “Azərbaycan” qəzetinin 29 mart 2006-cı il tarixli sayında ilk dəfətədqiqatda rubrikası ilə verilən “Molla Nəsrəddin”in yazarlarından” məqaləsi bizim çoxlarımıza aydın olmayan kölgəli məqamlara bir aydınlıq gətirir. Müəllif haqlı olaraq qeyd edir ki, zamanında Cəlil Məmmədquluzadənin yaxından tanıdığı, yaradıcılıq münasibətində olduğu, nədən və necə yazmağı öyrətdiyi bu qələm sahiblərinin indiyədək lazımınca öyrənilməməsi, tədqiq olunmaması, sözün həqiqi mənasında bu bədii söz ustalarına qısqanclıqla yanaşılması ədəbiyyatımızda bir boşluq kimi diqqəti cəlb edir.“Molla Nəsrəddin” jurnalının İrəvan ədəbi mühitihdəki geniş tədqiq olunmamış nümayəndələrindən biri Məmmədəli Nasir Hacı Məmmədzadədir.M.Ə.Nasir 1899-cu ildə İrəvan şəhərində anadan olmuşdur. Onun atası Hacı Məmməd ərəb və fars dillərini mükəmməl bilən dünyagörüşlı insanlardanıymış. O, qonşu məmləkətlərdə nəşr olunan qəzet və məcmuələrə abunəçi-müştəri olmağa maraq göstərər,onların ələ keçən nömrələrini maraqla mütaliə edərdi. Atanın bu mütaliəsi oğlu Məmmədəlinin uşaqlıqdan diqqətindən yayınmadığı üçün fürsət düşəndə bir bucağa çəkilər, qəzet və jurnalları oxuyardı. İrəvan camaatının yaşam tərzini, ictimai vəziyyətini digər xalqlarla müqayisə edərdi. Gördüklərini, eşitdiklərini, müşahidələrini ümumiləşdirərək İrəvanda və Bakıda nəşr olunan “Zəngi” (sonralar “Sovet Ermənistanı”), “Rənbcər”, “İqbal”, “Sədayi-həqq” və bu kimi mətbu orqanlarda nəşr etdirərdi. Nəşr olunan yazılarında əsasən avam, yazıq, savadsız, fanatizmin təsirinə qapılan, çıxış yolunu al-lahtaalanın “dərgahında” axtaran, məzlum və hüquqsuz camaatı bu acınacaqlı hala düçar edən mühiti tənqid atəşinə tuturdu...Xoş təsadüf nəticəsində Məmmədəli “Molla Nəsrəddin”in onların evlərinə ayaq açmasını, 13 yaşlarında olarkən bir payız günündə evlərinə bir kişinin gəlməsini, salam-kalamdan sonra atası Hacı Məmmədə müraciət edərək:“... Hacı, bir neçə ildir ki, Tiflisdə “Molla Nəsrəddin” adında məcmuə çıxmağa başlamışdır. Ancaq oxucusu azdır. Bu, məcmuənin bağlanmasına səbəb ola bilər. Biz ona hər cəhətdən kömək göstərməliyik. Gəlişimdən məqsədim sizi həmin məcmuəyə müştəri yazmaqdır.– Xan, bilirsiniz ki, sizə nə qədər hörmətim var. Yolunuzda pul nədir ki, canımı belə əsirgəmərəm. Ancaq xahiş edirəm, məni o dinsiz məcmuəyə müştəri yazmayasız” – deyib, cibindən bir qızıl onluq çıxartdı və qonağın qabağına qoydu. Qonaq bir söz demədən dəftərinə nə isə qeyd edərək gülə-gülə atamla xudahafizləşib getdi. Məmmədəli müəllim bu əhvalatı bir vaxtlar ona poçtda məktub və qəzetlərlə bərabər şəkilli bir jurnalın verildiyini, xəlvətə çəkilib şəkillərə baxdığını, atasından yayınaraq həmişə “Molla Nəsrəddin” nömrələrini oxuduğunu, sonra da evin ələ keçməyən yerində gizləncdə saxladığını, İrəvandan bəhs edən yazıların altındaverilən “Yetim cücə”, “Məhkəmə pişiyi” imzalarının müəllifini tanımaq istəyini doğmalarına danışmışdır. Yeznəsi Əli Məhzuna adı gedən jurnal üçün tənqidi məqalə yazdığını söyləmiş,Əli Məhzun onu özüylə Tiflisə aparmış, əvvəlcə dostu Əliqulu Qəmküsarla, ertəsi gün jurnalın redaksiyasına gedərək Məmmədəlini Cəlil Məmmədquluzadəyə təqdim edərək “bu da bala “molla nəsrəddinçi”dir – deyib, oğlanın barəsində ədibə məlumat vermişdir...Bu görüşdən bir neçə həftə keçməmiş Məmmədəli Nasirin “Qarınqulu bəy” imzası ilə qiraətxanadan yazdığı məqaləsi dərc olunmuşdur. İrəvanda bu tənqidi yazıdan xəbər tutan mövhumatçılar onu yazanın dinə sataşdığına görə tapılıb öldürülməsinə fitva verirlər. Məhəmmədəli şəhərin əhalisi arasında dolaşan söz-söhbətin mahiyyətini dərk etmədiyi üçün rastlaşdığı adamlara “Qarınqulu bəy”in özü olduğunu bildirir. Qəflətən əlində xəncər olan bir cavan oğlanın hücumuna məruz qalır. O, özünü irəli verəndə ağır yaralanır. Atasından gizlin götürdüyü tapançadan qəfil atəş açmaqla oğlanı özündən uzaqlaşdırır. Səsə gələn polis nəfəri Məmmədəlinin ağır yaralandığına baxmayaraq, icazəsiz silah gəzdirdiyinə görə möhkəmcə əzişdirtdirir...Bu hadisədən sonra gizli imzanı dərk edən Məmmədəli Nasir “Molla Nəsrəddin”də nəşr olunan kiçik bir yazı üstündə ölüm hədəsi ilə təqib olunması, xəncərlə ağır yaralanması ictimai mühitdə böyük əks-sədaya səbəb olmuşdur. Bu barədə “İqbal” qəzetində 12 may 1914- cü il tarixli sayında “Mətbuat bəlası” başlığı ilə birxəbər dərc edilmişdir: “Bir neçə gün bundan əqdəm Nasir İrəvani yol ilə gedərkən bir nəfər onun qabağını kəsib, “Molla Nəsrəddin” məcmuəsində yazılan bir fəqərədən (kiçik hekayə, qissə mənasında – Z.M.) dolayı onu təkdir edər. Bədə xəncərini çıxarıb onu vurmaq istər. Nasir kəndini müdafiə üçün tapançasını çıxarıb bir-iki güllə atar. Bəd əfkar qaçıb, Nasirin iki barmağını xəncər kəsər.” [102] M.Ə.Nasir həmin dövrdə İrəvanda “Nəşr-Maarif” cəmiyyətində çalışır, inqilabi mübarizəyə qoşulur, gizli siyasi dərnəklərdə iştirak edir, həmçinin “Yeni təşəbbüs”, “Məşəl”, “İqbal”, “Zənbur”, “Məzəli”, “Sovqat”, “Açıq söz”, “Sədayi-həqq”, “Zəhmət sədası”, “Yoldaş”, “Azərbaycan füqərası” kimi mətbu orqanlarla əməkdaşlıq edirdi. O, mətbuatdakı və inqilabi hərəkatdakı fəaliyyətini xatırlayaraq deyirdi: “...mənim gözümü “Molla Nəsrəddin” açdı, siyasi fikirlərimi itiləyən Hüseynağa Şahtaxtinskinin “Müdafeyi məzluman” təşkilatı oldu.”M.Ə.Nasir 1917-ci ildə M.Mirfətullayev və Ə.Tağızadə ilə birlikdə “Cavanlar şurası” adlı qəzet açmış, lakin çar üsul-idarəsinə, yerli bəylərin, xanların, eləcə də daşnakların mənafeyinə toxunduğ üçün qəzet bağlanmışdır. Görkəmli tədqiqatçı alim N.Axundov “Azərbaycanda dövrü mətbuat” adlı bibloqrafiyasında qeyd edir ki, “Cavanlar Şurası” həftəlik siyasi-ictimai, ədəbi qəzet olmaq etibarilə İrəvanın ziyalılarının milli şurasının təşəbbüsü ilə nəşrə başlamışdır.Qəzetin nəşri və redaktəsində Mir Fətullayev ilə Rza Tağıyev və M.Ə.Nasir daha çox əmək sərf edirdilər. Burada “Cavanlar Şurası”nın 1920-ci ildə nəşr edilməsi fakta mübahisə doğurur. Tədqiqatçı alim İsrafil Məmmədovun qəzetin 1917-1918-ci illərdə çıxdığını və M.Ə.Nasirin İrəvanda olmadığını,1918-ci ildə Azərbaycana getdiyini, Ermənistana Sovet hakimiyyəti qurulduqdan sonra gəldiyini, ”Cavanlar Şurası” haqqında “Yoldaş” qəzetinin 3-cü nömrəsində M.Ə.Nasirin imzası ilə “İrəvanda firqəçilik” adlı kiçik felyetonda məlumat verilmişdir.Həmin yazının sonunda qeyd olunmuşdur ki,”CavanlarŞurasına” ara sıra məqalələr yazan Cabbar Əsgərzadə milli komitə üzvü Nağı Hacı Xəlil oğlu tərəfindən döyülmüşdür. M.Ə.Nasir 1920-ci ildən KP-nin Qafqaz bürosunun qərarı ilə Gəncədə “Qırmızı Gəncə”, Gürcüstanda və Ermənistanda “Kommunist” qəzetlərinin ilk redaktoru kimi fəaliyyət göstərmiş, büronun təyinatı ilə Azqur, Borçalı, Qarayazıda rayon partiya komitələrinin katibi işləmiş, vaxtaşırı mətbuatda maraqlı məqalələrləçıxış etmişdir. Həyatının Bakı dövründə “Kommunist” qəzetinin redaksiyasında 1926-1927-ci illərdə Cəlil Məmmədquluzadə ilə tez-tez görüşərmiş...Əli Məhzun Zeynalabdinzadə Rəhimov: “Molla Nəsrəddin”çilərdən biri, “Bürhani-həqiqət jurnalının müdiri və mühərriri kimi tanınmış şair-jurnalistdir. Onun dərin mənalı, oxucunu düşünməyə vadar edən yazıları, bəzən başqa müəlliflərin əsərləri kimi qələmə verilən satirik şeirləri müxtəlif mətbu orqanlarda dərc olunmuşdur.Molla Nəsrəddinçi Əli Məhzun Rəhimovun “İranlı olmasaydı” satirik şeirinin “Mollanəsrəddin” ədəbi məktəbinin istedadlı nümayəndələrindən olan Bayraməli Abbaszadənin 1948-ci ildə nəşr olunan “Seçilmiş əsərləri” və 1964-cü ildə çapdan buraxılan “Seçilmiş şeirləri” kitabına daxil edilməsi maraq doğurur. “İranlı olmasaydı” satirik şeiri “Molla Nəsrəddin” məcmuə sinin 1914-cü il aprelin 11-də nəşr olunan 13-cü nömrəsində şeirin sonunda müəllifin gizli imzası “Yetim cücə” kimi göstərilməsi Bayraməli Abbaszadənin ədəbi irsini oxuculara təqdim edən tədqiqatçı İ.Rzayevi bu gizli imza çaşdırmışdir. Təkzibolunmaz fakt odur ki, “Yetim cücə”B.Abbaszadənin deyil, Əli Məhzun Zeynalabdinzadə Rəhimovun gizli adı-imzası olmuşdur. Bu gizli adimzanın həqiqətən də “Bürhani-həqiqət” məcmuəsinin1917-ci il aprelin 15-də çıxan 6-cı nömrəsində “Hərdənbir” başlığı ilə dərc olunan yazının Əli Məhzuna məxsus olduğu və həmin yazının “Yetim cücə” gizli adı ilə verilməsi bu məsələyə aydınlıq gətirir.“Molla Nəsrəddin” məcmuəsində “İrəvan səyahətim”adlı yazıda oxuyuruq: “...Çıxıb bazara Yetim cücəni... Məhkəmə pişiyini xəbər aldım, dedilər ki, onlar adam içinə çıxmağa ehtiyat edirlər...” Məlum faktdır ki, Yetim cücə Əli Məhzun Rəhimovun, Məhkəmə pişiyi isə Cabbar Əsgərzadənin imzalarıdır. Bunlar danılmaz faktdır.Cabbar Əsgərzadə (Aciz İrəvani) “Molla Nəsrəddin”, “Zənbur”, “Kəlniyyət”, “Məzəli”, “Babayi-əmir” adlı satirik jurnallarda “Anaş qurbağa” “Məhkəmə pişiyi” , “Noxtasız”, “Qurbağa”, “Hacı leylək” imzalarıilə çıxış etmişdir. Ermənistanda azəri mətbuatının ilki olan “Lər-lək”in dili, üslubu, ifadə tərzi, onun səhifələrində verilən bədii yazılar, şeir və felyetonların həyat həqiqətlərinə əsaslanması onun oxucularının maraq dairəsinin genişlənməsində mühüm rol oynamışdır. Onun mühərriri və naşiri, məharətli satirik şair Cabbar Əsgərzadə ədəbiyyat və mətbuat tariximizin formalaşmasında əvəzsiz xidmətləri olan şəxsiyyətlərdəndir. Bu qələm sahibinin xalqın maariflənməsi və azadlığı yolunda həyata keçirmək istədiyi işlər onu bir naşir, müxbir, mühərrir, naşir və şair kimi oxucuların sevimlisi etmişdir.Cabbar Əsgərzadə Aciz 1885-ci ildə İrəvanda anadan olmuş, ilk təhsilini mollaxanada almışdır Atası Əsgər İrəvanda memarlıq və qənnadiliklə məşğulluğu ilə tanınmış, Cabbar da gənc yaşlarında bu peşələrə yiyələnmişdi. Erməni daşnaklarının törətdiyi dəhşətli hadisələr dövründə valideynlərini itirmiş, 1918-ci ildə minlərlə soydaşı kimi Cabbar Əsgərzadə İrəvanı tərk etmişdir. O, İrana, babası Rzanın yanına köçmüş, burada Əbülqasım Füyüzatın yanında Təbrizdə işləmiş, açılan uşaq bağçasında çalışmış və uşaq evində gördüyü yaxşı işlərə görə Cabbar Bağçaban ləğəbi daşımışdır. Lal və kar uşaqlar üçün məktəb açmış, 1927-ci ildə Tehranda həbs edilmiş, lakin Füyüzat fars əyalətinin Maarif rəisi işləyərkən bu xəbəri eşidir və Şirazda yeni təşkil edilən uşaq evində işləməyə gətirmişdir.Cabbar Əsgərzadə 1933-1935-ci illərdə Tehranda açdığı karlar və lallar məktəbində işləyir, fiziki cəhətdən qüsurlu olan uşaqlara kömək edən bir cihaz düzəldir [181]. Pedaqoji fəaliyyətlə məşğul olan Cabbar Əsgərzadə 1943-cü ildə müəllimlər üçün məcmuə nəşr etdirir. O, 1966-cı ildə Tehranda vəfat edir.

Mənbə: ZİYƏDDİN MƏHƏRRƏMOV "İRƏVANDA MƏKTƏBDARLIQ VƏ MAARİFÇİLİK (1800-1920-ci illərdə ədəbi-mədəni mühit) " kitabı


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər