Dilin bütün gözəlliklərini millətin özü yaşadır. Millətin hər bir övladı danışmağa başladığı vaxtdan bu işə qoşulur və ömrünün sonuna qədər bu müqəddəs işi davam etdirir. Ancaq hər bir millətin içərisində şair və yazıçılar dilin sevilməsi, anlaşılması, bütün gözəlliklərindən istifadə olunması işində başqalarından daha çox fərqlənirlər. Belə ki, şair və yazıçılar millətinin səsini dil vasitəsilə duyur, duyduqlarını başqalarına çatdırırlar. Hər bir millət o şairə, yazıçıya böyük şair, yazıçı deyir ki, onlar duyduqlarını dil vasitəsilə başqalarına daha təsirli səviyyədə çatdıra bilir. Belə şair və yazıçılar hər bir millətin örnək şair və yazıçıları kimi olub və olacaqdır. Onlar dilin cümlələrini, misralarını hər bir kəsin qəlbini ovsunlayan musiqi parçasına çevirir, hər bir cümləni, misranı nəğmə kimi təqdim edirlər. Həm də ata-babalarımızın əsrlər boyu duyduqları və işlətdikləri sözləri məna gözəllikləri ilə anlayır, ən qiymətli sərvət, varlıq kimi yaşadırlar. Şairlər və yazıçılar bu işi hamıdan fərqli olaraq daha üstün şəkildə yerinə yetirirlər. Dilin fonetik, leksik, qrammatik quruluşunu lazımi səviyyədə bilməklə dilin gözəlliyinin sirlərini arayırlar. Milli şüuru oxuculara çatdırmaq yolunda cəfakeşlik göstərirlər. Dildə mövcud olan milli komponentlərlə yanaşı, milli olmayanları da (alınma sözləri) milli düşüncə halına gətirirlər. Yazdıqlarına dilin inciləri kimi əbədi həyat verirlər. Dilin özünə isə bir sevgili kimi, bir yar kimi baxırlar. Bu sevgiliyə, bu yara olan məhəbbət dildə möcüzələrin yaranmasına səbəb olur. Aşağıdakı misralar dilin möcüzəsidir.
Dərə boyu saz olur,
Gül açılır yaz olur.
Mən yarıma gül deməm,
Gülün ömrü az olur.
Bu misralarda bahar ətri var. Misraların təbiəti bahar kimi təbii, təravətlidir. Bu misralar sevənlərə, sevilənlərə dilin təqdim etdiyi bir pay və hədiyyədir. Şeir dilinin özünəməxsus tərifləri var və bunlar Azərbaycan dilində qorunur. Məsələn, insanın mərkəzə çəkilməsi və ona önəm verilməsi, özgənin durumuna çıxış yolu axtarmaq, insanın hansı durumla və problemlə üz-üzə dayandığını göstərmək və s. şeir dilinin özünəməxsusluğu kimi təqdim olunur. Bununla belə, şeir dili, o cümlədən şairlərin dili Tanrı dilidir. Həqiqəti və gerçəkliyi bu dil qədər anladan dil yoxdur. Şeir dili ton, intonasiya, ritm, bölgü, vurğu və s. baxımdan dil içərisində ikinci bir dildir. Bu dil hər bir insanın içərisində və ruhunda var. Ancaq onu bir hala gətirmək, ətrafdakılara anlatmaq hamıda yox, yalnız şairlərdədir. Şair sözlərdən elə istifadə edirlər ki, onun heç ruhuna da toxunmur, əksinə, onu ruh dilinə, sevgi dilinə yüksəldirlər. Nəticədə dilin təəssübkeşi olurlar. Məsələn, Süleyman Rüstəmin “Dilimə dəymə” şeirində olduğu kimi.
Mən sənin dilinə dəymirəm, cəllad,
Gəl sən də bu ana dilimə dəymə!
Sənin də bağın var, gülün var, çəkin,
Bağımda əkdiyim gülümə dəymə!
Həsədlərlə baxdın çəmənimə sən,
Gör bir nələr etdin vətənimə sən,Yan – deyib,
od vurdun bədənimə sən,
Altında atəş var, külümə dəymə!
Mən ağa ağ dedim, qaraya qara,
Sən məni istədin çəkəsən dara,
Yenicə sağalır vurduğun yara,
Mənim bu yaralı könlümə dəymə!
Hər bir şairi, yazıçını istedadları ilə yanaşı, həm də yazdıqları dil ucaldır. Bu zaman dil əvəzsiz bir xəzinə rolunu oynayır. Bu xəzinəni şeir və yazıçı xərclədikcə xəzinə tükənmir, əksinə, xəzinənin bərəkəti üzərinə bərəkət gəlir. Azərbaycan dilinin xəzinə bərəkətini artıran şairləri, yazıçıları az olmayıbdır. Dilimizin xəzinə bərəkətini artıran şair və yazıçılar dedikdə ilk yada düşənlər sırasında Səməd Vurğunun adını çəkməmək olmur. O, şeirimizdə Azərbaycan dilinin imkanlarından istifadə edərək bir dönüş yaratmış, Azərbaycan dilinin şeir dili kimi, bədii dil kimi sevilməsinə xidmət etmişdir. Səməd Vurğun Azərbaycan ədəbi dilinin şeir qolunu milyonların istifadəsinə vermiş, bunu xalqın duyğu və arzularına yaxın olması ilə bacarmışdır. Onun müraciət etdiyi mövzular, bütövlükdə yaradıcılığı insanı ovsunlayan bir dünyadır. Elə “Dünya” şeirinin özü ayrıca bir dünyadır.
Ulduzlar havanın bağrını dəlir,
Qayalı dağlardan duman yüksəlir,
Xəyalım gecəni salama gəlir,
Çapırdır atını birbaşa dünya.
Yerlərə baxıram – bağçalı, bağlı,
Göylərə baxıram – qapısı bağlı.
Kainat ixtiyar, sirli, soraqlı,
Əzəldən yaranıb tamaşa dünya.
Bir də görürsən ki açılan solur,
Düşünən bir beyin bir torpaq olur;
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya.
Əzəldən belədir çünki kainat,
Cahan daimidir, ömür amanat.
Əldən-ələ keçir vəfasız həyat,
Biz gəldi-gedərik, sən yaşa, dünya!
Buludlar dağılır uzaqda lay-lay,
Yenə öz yerində yuvarlanır ay;
Fəqət nə Cəlal var, nə də ki, Humay,
Nə ömrə acıyır, nə yaşa dünya.
Yaxud Səməd Vurğunun “Ala gözlər” şeirimi onun yaradıcılığının Azərbaycan dili xəzinəsinin nə qədər bərəkətli, böyük təsir gücünə malik olduğunu, oxucunun qəlbini fəth etməsini, təmiz, saf lirika nümunəsi kimi oxucu kütləsinin zövqünü ələ almasını üzə çıxarmır? Əksinə, Səməd Vurğun bütün yaradıcılığında olduğu kimi, bu şeirində də Azərbaycan dilinin poetik imkanlarını yüksəkliklərə qaldırır.
Yenə qılıncını çəkdi üstümə
Qurbanı olduğum o ala gözlər.
Yenə cəllad olub durdu qəsdimə
Qələm qaş altında piyalə gözlər.
Başımdan getmişdi sevdanın qəmi,
Xəyalım gəzirdi bütün aləmi.
Bu dustaq könlümü, deyin yenəmi
Çəkdiniz sorğuya, suala gözlər?
Sevda yolçusuyam əzəl yaşımdan,
Könlüm ayrı gəzir can sirdaşımdan:
Dağıdır huşumu alır başımdan
Süzülüb gedəndə xəyala gözlər.
Gərdanın minadır, boyun tamaşa,
Ay da həsəd çəkir o qələm qaşa.
Bir cüt ulduz kimi verib baş-başa
Yanıb şölə salır, camala gözlər.
Mənim sevgilimdir o gözəl pəri,
Qoy üzə vurmasın keçən günləri.
Mən qədir bilənəm əzəldən bəri,
Sizinlə yetmişəm kamala, gözlər.
Cahanda hər hökmü bir zaman verir,
Dünən dövran sürən, bu gün can verir.
İllər xəstəsiyəm yaram qan verir,
Siz məni saldınız bu hala, gözlər.
ardı var
Buludxan Xəlilov - Dil Komissiyasının üzvü, filologiya üzrə elmlər doktoru, professor. Modern.az
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024