ADR və Qazaxdan Qarsadək müsəlman dəhlizi ideyası

13:24 / 16.11.2018
Baxılıb: 1852

M.Ə.Rəsulzadənin düşündüyü kimi Borçalı Azərbaycana verilsəydi, bu, yeni respublikada müsəlman əhalisinin faiz çəkisini də artıracaqdı.

Borçalı qəzası (uyezd) Tbilisi quberniyasının tərkibində olub. Rusiya İmperiyasının inzibati bölgü sisteminə uyğun olaraq, Zaqatala dairəsi (okruq) öz növbəsində eyni adlı quberniyanın tərkibində olub. Əlavə olaraq, Tbilisinin tarixi arqumenti də var idi. Regiona Rusiya nəzarətindən əvvəl həmin ərazilər Gürcüstan çarları tərəfindən idarə olunub. Bu hüquqi və tarixi arqumentlərlə yanaşı gürcülərin həmin ərazilərə iddialarının iqtisadi səbəbləri də var idi. Gürcüstan respublikası o dövrdə Menşevik partiyası tərəfindən idarə olunub. Zaqafqaziyanın digər bölgələrindən fərqli olaraq Gürcüstanda menşeviklər kənd bölgələrinə daha sıx bağlı idilər və kəndlilər tərəfindən dəstəklənirdilər. Kəndlilər menşevikləri əkin üçün yararlı torpaq paylanacağı vədinə görə dəstəkləyirdilər. Daxili siyasətdə bu məsələ digər mövzulardan öndə idi. Siyasi dəstəyin təmin olunması üçün Tbilisi höküməti torpaq sahibi olmaq arzusu ilə yaşayan kəndliləri razı salmalı idi. Nəzərə alınmalıdır ki, yeni respublikada böyük sahələrin dağlıq ərazilərin payına düşdüyündən orada səmərəli əkinçilik təsərrüfatı üçün şərait yox idi. Qara Dəniz sahilində, Kutaisi ətrafında (Qərbi Gürcüstan) aran torpaq sahələri mövcud idi, lakin onlar bataqlıqlarla dolu idi. Bir neçə ildən sonra, Sovet dövründə Kutaisi bataqlıqları quruduldu və böyük ərazilər kənd təsərrüfatına verildi. Lakin 1918-ci ildə Gürcüstanda vəziyyət fərqli idi. O zaman Kutaisinin elə bir bölgəsi yox idi ki, orada kəndli ferma təsərrüfatı orta hesabla 1,6 hektardan böyük olsun. Belə bir torpaq qıtlığı vəziyyətini yüngülləşdirmək üçün 1918-ci ilin ikinci yarısından başlayaraq Gürcüstan höküməti 8,000 ailəni Kutaisidən Gürcüstanın digər bölgələrinə köçürdü. Borçalı və Zaqatala bölgələrində isə torpaq bərəkətli idi və kəndli dəstəyini təmin etmək nöqteyi nəzərindən Tbilisidəki Menşevik höküməti üçün qiymətli idi. Digət tərəfdən isə Gürcüstan Azərbaycan kimi neft yataqlarına malik deyildi. Odur ki, Gürcüstan iqtisadiyyatının durumu kənd təsərrüffatı məhsullarından asılı idi. Borçalı və Zaqatala düzənlikləri iqtisadiyyata daha bol kənd təsərrüffatı məhsulu vəd edirdi. Azərbaycan isə həmin ərazilərə iddia irəli sürərkən demoqrafik amilləri önə çəkib. Bakı həmin hər iki bölgədə əhalinin əksəriyyətinin müsəlman olduğunu vurğulayaraq iddiasını irəli sürürdü. Etnik və dini mənsubluq əraziyə iddia irəli sürmək üçünü qanuni səbəb idi. Rusiya çarlarının keçmiş imperiyası artıq yox idi.Başlanmış yeni tarixi dövrdə isə yerli müsəlman əhalisi Azərbaycana aid olunaraq müqəddaratını tapmaq istəyirdi. 1918-ci ildə M.Ə.Rəsulzadənin düşündüyü kimi Borçalı Azərbaycana verilsəydi, bu, yeni respublikada müsəlman əhalisinin faiz çəkisini də artıracaqdı. Qeyd olunmuş demoqrafik arqumentlərlə yanaşı, Borçalı və Zaqatalanı istəmək üçün Azərbaycanın digər əsasları da var idi. Azərbaycanın iqtisadiyyatında neft ixracı başlıca yer tuturdu. Lakin bu bərəkətli torpaqlar Azərbaycanın kənd təsərrüffatı üçün də vacib əhəmiyyət kəsb edirdi. Azərbaycanın məkəzi və və cənub rayonlarının yerləşdiyi Muğan düzü su ehtiyatı darlığı üzündən taxıldan başqa digər bitki məhsulunun becərilməsi üçün yaramırdı. Kürün suyunun bu torpaqlara gətirilməsi və ərazini bərəkətli torpaq bölgəsinə çevrilməsi yalnız böyük investisiyalar, bəndlərin tikilməsi, yeni irriqasiya kanallarının çəkilməsi hesabına mümkün idi. Bu plan onilliklər sonra, Sovet hakimiyyəti dövründə həyata keçirildi. Lakin 1918-ci ildə vəziyyət fərqli idi. Yalnız şimalda, Qafqaz sıra dağlarına yaxın yerləşən Borçalı və Zaqatala düzənliklərindəki torpaq il ərzində baş verən yağıntılar sayəsində kifayət qədər su ehtiyatı ilə təmin olunurdu. İqtisadi üstünlüklərlə yanaşı Azərbaycan hökümətinin ərazi iddialarının daha bir səbəbi Türkiyə sərhədinədək uzana biləcək müsəlman dəhlizi ideyası üçün Borçalının əhəmiyyətilə bağlı idi. İlk əvvəl, bu plan həqiqətən gerçəkləşə bilən birisinə bənzəyirdi. 1918-ci ilin martında Rusiyada Bolşevik höküməti ilə Mərkəzi Dövlətlər ittifaqının (Dördlər İttifaqı: Almaniya, Avstriya-Macarıstan, Osmanlı imperiyaları və Bolqarıstan çarlığı) üzv ölkələri arasında Brest-Litovsk sülh sazişi imzalandı. Bu sazişə uyğun olaraq, Osmanlı imperiyası şərq istiqamətində hüdudlarını genişləndirərək Batum, Ərdəhan və Qars şəhərlərini nəzarəti altına aldı. Bir müddətdən sonra isə ordu müsəlmanların yaşadığı daha bir bölgəyə - Axaltsixe (Axalsıx) qəzasına - daxil oldu. Borçalı qəzasının müsəlman əraziləri şərqdən qərbə, Azərbaycanın Qazax bölgəsindən Türkəyədə Qarsadək müsəlman dəhlizinin əsasının qoyulmasına gətirib çıxara bilərdi. 1918-ci ilin payızında M.Ə.Rəsulzadə Azərbaycan nümayəndə heyətinin başçısı qismində İstanbulda idi. 1918-ci ilin sentyabrında Rəsulzadə Xarici İşlər naziri M.H.Hacınskiyə yazdığı məktubunda Borçalının Türkiyəyə qədər dəhliz kimi əhəmiyyətini qeyd etmişdi. Nəzərdə tutulan koridorun qərb hissəsinə nəzarət edən Ənvər Paşa da bu ideyanı dəstəkləyirdi. Lakin bundan sonrakı bir ayın ərsində vəziyyət dramatik tərzdə dəyişdi. Antanta müttəfiqləri Dünya Müharibəsində qalib gəldi. Osmanlı qüvvələri Qafqazı tərk etməli oldu. Osmanlı ordusu və administrasiyası Qarsdan 1919-cı ilin yanvarında evakuasiya olunaraq müharibədən əvvəlki mövqeyinə qayıtdı. Nəticədə, yaradılması nəzərdə tutulan dəhlizin qərb hissəsi qapandı. Azərbaycan höküməti isə Türkiyə tərəfinin geri çəkilməsindən sonra əmələ gəlmiş boşluğu doldurmaq üçün Borçalıya və ondan qərbdə, Qars istiqamətində yerləşən Axaltsixe və digər torpaqlara iddiasını irəli sürməkdə davam etdirirdi. Təxminən iki ildən sonra dəhlizin qərb hissəsinə Türkiyə yenidən qayıtdı. Mustafa Kemal Paşanın rəhbərliyi altındaki Türkiyə milli parlamentinin ordusu 1920-ci ilin oktyabrında Qars şəhərini geri aldı. Lakin Azərbaycan o zaman artıq Sovet respublikasına çevrilmişdi.

bbc.com


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər