Usta Abdulla təxminən 1865-ci ildə Göyçə mahalının Zod kəndində anadan olmuşdur. Onun atası dülgərlik sənətini oğluna da öyrətmiş və bu səbəbdən də Abdullaya “Usta Abdulla” demişlər.
O, yazdığı şeirlərdə də çox zaman “usta” sözünü adının əvvəlində işlətmişdir. Usta Abdulla mollaxanada təhsil almışdır.
O, Ələsgər ocağı ilə daim ünsiyyətdə olmuş, şeirlərin müzakirə edildiyi ədəbi məclisdə iştirak eləmiş, özünün yazdığı şeirləri də müzakirəyə təqdim etmişdir. Bəlkə buna görə də, Aşıq Ələsgər onu öz oğlanlarından seçməmişdir.
Aşıq şeirinin müxtəlif janrlarında qələmini sınayan Abdulla təcnis yazmağa çox meyl göstərmişdir. 1943-cü ildə Gəncədə olarkən vəfat etmiş və vəsiyyətinə görə “İmamzadə” adlanan qəbiristanlıqda dəfn olunmuşdur.
QOŞMALAR
BİLƏ
Hər yetən gözələ gözəl demərəm,
Gözəl odur, yar qədrini yar bilə.
Bülbül güldən ötrü bağı dolanır,
İnsaf deyil, ləzzətini xar bilə.
Şeyda bülbül yuvasından çaşanda,
Eynim yaşı mövcə gəlib coşanda.
Sevgi sevgisindən ayrı düşəndə,
Sağlığı canına ahü zar bilə.
Hər kəs özü çəkər xəcalətini,
Görmədim namərdin ədalətini.
Dost gərək dostunun əmanətini,
Saxlaya yanında, yadigar bilə.
Abdulla da dəryalara dalıbdı,
Şikəstə könlünü zülmə salıbdı.
Aşıq qardaş, əlac sənə qalıbdı,
Dost gərək dostunu ümidvar bilə.
ÇAĞINDA
Bir ox vurdun ürəyimin başına,
A bimürvət, günün batan çağında.
Naşı ovçu durub ov bərəsində,
Maral gəldi keçdi atan çağında.
Doldurub verəsən ipək sağıdan,
Qurtarmadım bu bimürvət yağıdan.
Səni nist olasan, məclis dağıdan,
Şirin ixtilatın qatan çağında.
Qəfıldən canıma saldın azarı,
İl müddət çəkirəm bu ahü-zarı.
Açılsa Yusifin Firdos bazarı,
Sən al Abdullanı satan çağında.
ÇƏKMİŞƏM
Əyyami-qəzada, qəhri-dünyada,
Bilirsənmi, nə bəlalar çəkmişəm!?
Ahü-zar, müsibət dünyadan çıxıb,
Leyli-nahar nə bəlalar çəkmişəm.
Dağıldı mahalım, pozuldu elim,
Tükəndi dövlətim, gödəldi dilim,
Əyildi qamətim, büküldü belim,
Nə qazamat, nə qalalar çəkmişəm.
Abdulla, bir yana yetmədi dadım,
Ha yana düşdümsə, yandırdı odum.
İtib dülgərliyim, batıbdı adım,
Aranlarda nə alalar çəkmişəm.
QARIŞAR
Mərdlərin içindən seçin namərdi,
İlqarsızdı, gedib elə qarışar.
Kökündən çıxardın qara tikanı,
Hayıfdı, ətirli gülə qarışar.
Alçaq adam qarışdırar aranı,
Bayquşda adətdir: sevər viranı.
Odun sayma qarağanı, turanı,
Yandırsan, köz olmaz, külə qarışar.
Ağac bəlli olar yaxşı barından,
İyidlər seçilər düz ilqarından.
Abdulla, ev tikmə qışın qarından,
Yazda gün əridər, selə qarışar.
MƏNƏM
Arif məclisində, qanan yanında,
Hər sözü dillərdə yayılan mənəm.
Eşqin atəşidi yanan canımda,
Qəza qamçısıyla döyülən mənəm.
Taqət olmaz qəriblərin dizində,
Mürvət olar mərd iyidin özündə.
Səksənində, doxsanında, yüzündə
Qəflət yuxusundan ayılan mənəm.
Yatmış idim, bəxtim məni oyatdı,
Qəzanın qədəri kəməndin atdı.
Mahalım Göyçədi, sakinim Zoddu,
Sənətkar Abdulla deyilən mənəm.
OLAN VARMI
Arifi-müəzzəm, ey nuri didəm,
Mənim təki ömrü bad olan varmı!?
Qohumdan, aşnadan, dostdan, tanışdan,
Xəyalı dolanıb, yad olan varmı?
Hər kəs özü mətləbinin qanmayan,
Dünya cifəsini nəhyi sanmayan.
Fələk əli dəyib, çərxi dönməyən,
Ləzzəti dahanda dad olan varmı!?
Dağlar qan ağlayır, düşüb borana,
Daha bundan sonra çətin yarana,
Göyçə yasa batsın, qaldı virana
,Daha Ələsgərtək ad olan varmı!?
Mənim üçün nə ata var, nə ana,
Arif gərək bu mətləbi tez qana.
Minək qəm atını, çıxaq cahana,
Görək bu dünyada şad olan varmı!?
Hacı Əliş ağanı talan eylədin,
Səməd bəyi gördün, yalan eylədin,
Bizi viran bağa bağban eylədin,
Qan ağla, sızılda, ha dolan varmı!?
Günbəgündən bağlayıram mən vərəm,
Könül sakit olub heç tapmır aram.
Nə Şirin, nə Fərhad, nə yazıq Kərəm,
Abdullatək cismi od olan varmı!?
GƏRAYLILAR
ARASINDA
Səhərdən sərv boylunu,
Gördüm bağlar arasında.
Tüstüm ərşə bülənd oldu,
Yandım yağlar arasında.
Yandım, yetirən olmadı,
Mətləb bitirən olmadı.
Öldüm, götürən olmadı,
Qaldım ağlar arasında.
Eşqin firqətindən çaşdım,
Zülfün toruna dolaşdım.
Abdullayam, sənsiz aşdım,
Gəzdim dağlar arasında.
MƏN
Deyilənlər gerçəkdimi,
Doğurdanmı dəliyəm mən!?
İstəyirəm ağıllının,
İç üzünü əliyəm mən.
İşləyirəm hər bir öydə,
Mənə birdi kasıb, bəy də.
Haqqım olsa daş da, zəy də,
Hamısına “bəliyəm” mən.
Mən ustayam, çalışıram,
Dəzgahımla yarışıram.
Qan-tərimə qarışıram,
Abdullayam, ləliyəm mən.
MƏNİM
Qulaq asın, a yoldaşlar,
Çoxdu qəhri-qəzam mənim.
Xəstə düşdüm qürbət eldə,
Artıq olub cəzam mənim.
Bir zaman gəzdim havalı,
Götürdüm muzdu, bavalı.
Qonşum imiş un çuvalı,
Dostum imiş qazan mənim.
Mənim işim ahü-zardı,
Bu gen dünya mənə dardı.
Abdullayam, günahkardı,
Dəftərimi yazan mənim.
TƏCNİSLƏR
A YARA DƏYDİ
Qafil bir ox atdın, keçdi sinəmdən.
Dərdindən cismimə a yara dəydi.
Pəhləvan gəzirdi meydan içində,
Keçdi pəhləvandan əyyara dəydi.
Gecə uzun, təbi nazik, yaralı,
İnsaf deyil, qurma mənə, yar, alı.
Yar incisə, yar könlünü yar alı,
Bilmirəm nə dedim, a yara dəydi.
Yaxşı dostun xəyalını ay ara,
Həftə dedin, neçə keçdi ay ara.
Təbib qarşı gəlsə, yetər a yara,
Təbib qarşı gəldi, a yara dəydi.
Düzdürübsən dəhanına, yar, inci,
Al xəncəri, bağrım başın yar, inci!
Abdulladan olmaz sənə yar, İnci,
Seyraqublar vurdu, ay ara dəydi.
A YAZI BELƏ
Nəzər əyiləndə, iqbal yatanda,
Qananı qanmaza a yazı belə.
Kimin zimistanı nobahar keçdi!?
Məni də yandırır a yazı belə.
Öz əlinlə qoysan məni qara sən,
Al üstündən bağlayıbsan qara sən.
Sənsən salan bu zülmətə qara, sən,
Dağıt duman, çiskin, ayazı belə.
Həqiqi dost yandan beləmi keçər,
Kəmərin toqqası beləmi keçər.
Abdullanın ömrü beləmi keçər,
Qışı dərdü-möhnət, a yazı belə.
LEYLİNİ YAZDI
Bihudə dolandım, əfsanə gəzdim,
Canım dost yolunda, Leyli, niyazdı.
Etibar kəsilib, ilqar pozulub,
Əvvəlki məhəbbət, Leyli, niyazdı?!
Qəmər qan ağladı, leşkər yeridi,
Yaram sızıldayır, neştər yeridi.
Leylinin qoluna neştər yeridi,
Məcnun qanı çöldə “Leyli”ni yazdı.
Dost olan dostunu çəkməzdi dara,
Al şanəni, siyah zülfün di dara.
Həsrət qoymaginən didar-didara,
Görən, dost yolundan Leyli niyazdı?
Həya çəkib, daldalanma sən ara,
Həqiqi dostundan kəsmə sən ara.
Abdullanın xəyalını sən ara,
Gəzir şəms təki leylini, yazdı.
YARAĞINI SƏN
Səhər şikarını, seyri-gülşəndə,
Alıbsan dəstimin yarağını sən.
Şirin danışanda, şirin güləndə,
Qatırsan şərbətə, yar, ağını sən.
Mərdin məclisində nə danəsidi,
Mürğin dahanında nə danəsidi?
Dost dostdan sirrini nə danəsidi,
Deyirsən sözünün, yar, ağını sən.
Həqiqi dostunu sına gedəndə,
Seyraqub gərdəni sına gedəndə.
Sənətkar Abdulla sinə gedəndə.
Ümid var, verəsən, yar, ağını sən.
MÜXƏMMƏS
BƏRİ BAX
Şəninə dastan yazıram,
Ay qoşa duran, bəri bax!
Gürcüsən, aysorusan,
Yoxsa müsəlman, bəri bax!
Səf düşdüm, səbr elədim,
Mələksən, insan, bəri bax!
Xəstəyəm, yalvarıram,
Həkimi-loğman, bəri bax!
Gəzmişəm hər mahalı,
Gözəl yoxdu sən cürə, bax.
Yolunda məhbus olmuşam,
Gərdənində zəncirə bax.
,Musayisən, Tövrat oxu,
İsayisən, İncilə bax.
İslamısan, and verirəm,
Ayeyi-quran, bəri bax!
Qaş qara, gözlər ala,
Yanaqların xalına bax.
Danışır şirin-şirin,
Ləblərinin balına bax.
Oynayıb-gülməkdədir,
Yoldaşının halına bax.
Yoldaşın bixəbərdir,
Sən təzə cavan, bəri bax!
Zülf tökülüb dal gərdənə,
Qabağa tellər yaraşır.
Burun püstə, dodaq qaymaq,
Yanağa güllər yaraşır.
Abdulla sadağadır,
Kəsməyə əllər yaraşır.
Hazarat, siz də deyin,
Gəlibdi qurban, bəri bax!
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024