Qarabağ haqqında

16:58 / 06.11.2018
Baxılıb: 1634

Ararat hökuməti şükür eyləsin ki, biz onun "Andranikin bizə dəxli yoxdur" sözünə inanıb da Andraniki xüdsər bir quldur sifətilə torpağımızdan rədd etdik.

Təqribən bir ay bundan əvvəl idi ki, Qarabağdan gələn ahu-fəryadlar həm hökumətimizi, həm də cəmiyyətimizi təhciz etməklə Azərbaycan torpağının bu hissəsinə xüsusi bir nəzər yetirilməsini tələb edirdi.Nə olmuşdu orada? Ermənilərin generalı olan Andranik öz xunxar dəstəsilə Qarabağın Zəngəzur adlanan uyezdi üzərinə tökülüb müsəlman əhalisini qətlü-qarət kimi quldurlara məxsus əməlləri ilə tədhiş edib buraları "müsəlmanlardan təmizləmək" istəyirdi.Şübhəsizdir ki, hökumətimiz Azərbaycan türklərinə qarşı icra edilən və rəva görülən bu vəhşiliklərə göz yuma və istimdad fəryadlarına qulaq asmaya bilməzdi. Hökumətimiz ingilis komandasının nəzərini dəxi bu günə, vəhşi əməllərə cəlb edib Andranikin əmali-vəhşiyanəsinə nəhayət çəkdirdi.Andranik fitnəsi nəticəsi olaraq Qarabağın hal və ovzayi elə bir fövqəladə surət kəsb etdi ki, hökumətin bu cəhət haqqında xüsusi qeydkeşliyinə böyük bir ehtiyac görünüb, ciddi tədbirlər ittixazi lazım gəldi.Bu tədbirlər nə ola bilərdi? Qarabağı işlər düzələcəyə qədər müvəqqəti olaraq ümumi idarə təhdindən ayırıb xüsusi bir idarə altına almaq ki, əvvələn,Qarabağın fövqəladə haləti mərkəzi hökumətin ümum - məmləkət qeydkeşliyi işinə xələl yetirməsin, yəni hökumət bütün diqqəti yalnız bir Qarabağa münhəsir etmək məcburiyyətində qalmasın və saniyən Qarabağ dəxi fövqəladə halətinə görə lazım olan xüsusi tədbirlər ittixazindən mərhum edilməsin, o idi ki, hökumət Zəngəzur, Şuşa,Cəbrayıl və Cavanşir uyezdlərindən ibarət olan Qarabağı xüsusi bir general-qubernatorluq şəklinə salmaq əmrini lazım və vacib bildi. Mərkəzi hökumətin vəkili olan general-qubernatora hökumətdən bir para fövqəladə ixtiyarat veriləcəkdir ki, Qarabağın fövqəladə halətini adi bir surətə salmaq yolunda o ixtiyaratdan istifadələr etsin.Təkrar edirik ki, aclıq, azar, yolsuzluq, əmniyyətsizlik şuriş narazılıq və sair bu kimi hadisələrdən əmələ gələn bu fövqəladə halət Andranik avantürasının nəticəsindən nəşət edən bir vaqeədir, binaən-ileyhə hökumətimizin Qarabağda general-qubernatorluq təşkil etmək tədbirinə dəxi Andranik hərəkatı səbəb olmuşdur.Andranik Azərbaycan hüduduna soxulub vəhşiliklər icra edərkən hökumətimiz Ararat hökumətinə müraciət edib Andranikin oraya qarşı münasibəti nə olduğunu istifsar etdi. Ararat hökuməti ikiəlli Andraniki rədd edib "onun bizə heç bir dəxli yoxdur, xudsər bir adamdır" deyə cavab verdi. Andranik dəxi öz tərəfindən erməni hökumətindən küsdüyünü, təkrar-təkrar söyləməyi mövqeyi gələn yerlərdə müzayiqə etməyirdi.Erməni hökumətinin Andranikdən üz döndərib də incimiş olduğuna və bunun da o hökumətdən küsməyinə safdərunların və ya iş bilənlərin nə nəzərlə baxdıqları başqa məsələdir. Hər halda biz erməni hökumətinin sözlərinə inanmağı qərar qoyub və Andranikin erməni hökumətinə dəxli olmayan xudsər bir quldur olduğu nöqteyi-nəzərdə dayanıb öz torpağımızı və öz əhalimizi bu quldurun əlindən xilas etməyə çalışdıq və biləxərə bu işdə müvəffəqiyyət hasil etdik. Bəd andraniklər tərəfindən vurulmuş zərbələrin yaralarını sağaltmaq üçün o zərbələrə uğramış olan yerlərimizi öz məsləhətimizə görə xüsusi bir idarə altına alıb, general-qubernatorluq təşkil etmək istədik.Halbuki bizim bu tədbirimiz Ararat hökumətinə xoş gəlməyibdir.Bu xüsusda protest edib "Ermənistan ərazisi hüququnda təcavüz" olunur deyir.Bu əhvalı eşitmiş olan "Naşa vremya" adlı erməni qəzetəsi ki, Bakı erməni milli komitəsinin naşiri-əfkarıdır. Birdən-birə qorxuya düşüb Allah eləməsin ki, bu işin axırı müharibəyə müncərr ola deyib nədənsə "müharibə" sözünü tez meydana atır və gözləmədiyimiz bir halda erməni cümhuriyyətinin halını fəna və müşkül bir surətdə təsvir edib, müharibə olursa, bu hal daha fəna bir şəklə girəcəyindən bəhs edir və bəhsinə "ciddiyyət şəkli" vermək üçün.Ümumazərbaycan demokratiyasına müraciət edərək "provakasiyaya uymayın" deyə xəbərdarlıq etməklə hökumətimizin tədbirlərini fitnə və provakasiya adlandırır.Quldur Andranikin vəhşiliklərinə qarşı məzəmmət yolu ilə bir söz belə ağzına almayan və biləks Andranikin bir erməni "qəhrəmanı" sifətiylə sənaxani olan və onun bütün vəhşiliklərini təsvibə çalışan bu qəzetə hökumətimzin bu tədbirini gözü yummadan fitnə adlandırıb məsələnin nədən nəşət etdiyi haqqında bir söz belə söyləməyir və tez "müharibə" sözünü meydan mətbuata çıxarıb, bu sözlə Azərbaycan demokratiyasını qorxutmaqını istəyir ki, bəlkə bu qorxu üzündən Qarabağın general-qubernatorluq təşkilinə xələl yetirsin və ya həqiqətənmi bu işin müharibəyə müncərr olacağından, müharibə olursa erməni cümhuriyyətinin halı fəna bir surətə düşəcəyindən təşvişə düşür. Burası bir dürlü anlaşılmayır. Bəlkə tərəf-müqabilin "zəif olduğunu" bizə işarə edib də bizi davaya qızışdırıb ki, müharibəni biz başlayaq və bassaq da, basmasaq da təqsir bizim üzərimizə düşsün! Hər halda bu qəzetənin tez "müharibə sözünü ortaya salınması və erməni hökumətini zəif bir halda təsvir etməsi şayani-diqqətdir.Bizə qalarsa əminik ki, hökumətimiz Qarabağda general-qubernatorluq təşkil etmək istərkən erməni hökuməti ilə müharibəyə girmək ehtimalını heç xəyalına belə gətirməmişdir, çünki Qarabağ bizim, biz bizim. Öz yerimizdə, öz torpağımızda nə siyaq "adminstrativ" şəkillər yapacağımız bizim öz işimizdir. Erməni hökumətinin və ya erməni milli komitəsinin bu cürə işlərimizə qatışmağa heç bir haqları olmadığını özləri bilmirlərsə, o halda siyasiyatın ibtidai qaydalarından bixəbər və cahildirlər, özgələrindən öyrənsinlər. Və əlavə tutalım ki, Qarabağda general-qubernatorluq təşkili "erməni mənafeyinə toxunur". Haman saat müharibə etmək lazım gəlirmi? Və bir də erməni-gürcü müharibəsindən sonra hər tərəfin və müttəfiqlər komandasının da rəyi bu cürə hüdud məsələlərini konfranslarla, danışıqla, sülh və sazişlə həll etmək qərarı ittixaz olduqdan sonra hüdud məsələsinə aid olan bu işdə dəxi saziş və danışıq lüzumundan bəhs etmək əvəzinə, tez müharibə sözünü oraya salmaqda "Naşa vremya"nın məqsədi öz fitnəkarlıq xasiyyətini bildirməkdirsə, zəhmət çəkməsin, özümüz ondan da yaxşı bilirik. Yox, bizi qızışdırmaq və ya sınamaq isə, onu da anlayacaq qədər dərrakə və fərasətimiz vardır.Aramızda müharibə olarsa, erməni cümhuriyyətinin halı fəna olacağına şübhəmiz yoxdur, lakin hər halda biz müharibə xəyalında deyilik. Biz öz daxili islahat işlərimiz ilə məşğuluq. Müharibə etmək istəsə idik, əlimizdə böyük bəhanəmiz dəxi vardı. Halbuki indi müharibəyə heç bir tərəfin, heç bir bəhanəsi yoxdur. Ararat hökuməti şükür eyləsin ki, biz onun "Andranikin bizə dəxli yoxdur" sözünə inanıb da Andraniki xüdsər bir quldur sifətilə torpağımızdan rədd etdik. İndi də o quldurun hərəkati-vəhşiyanəsindən dolayı əhalimizə varid olan zərər və ziyanları rəf etmək işilə məşğuluq. Əgər bizim bu işimizdən erməni cümhuriyyətinə və erməni "ərazisinə" bir xələl edirsə, bu xüsusda dəlillərini meydana qoyub müzakirəyə girsinlər. Yoxsa gözü yummadan protest etmək və ya müharibədən söz salmaq fitnə və provakatorluqdan başqa bir şey deyildir.

Üzeyir Hacıbəyli "Azərbaycan" qəzeti 30 yanvar 1919-cu il № 101


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər