“İrəvana müxtəlif vaxtlarda gəlmiş səyyahlar, incəsənət həvəskarları onun (M.Q.İrəvaninin – Z.M.) rəsmlərini öz ölkələrinə aparmışlar”.
İrəvani Mirzə Qədim Məhəmmədhüseyn oğlu. 1825-ci il-də İrəvan şəhərində dülgər ailəsində doğulmuşdur. Bu, o dövrlər idi ki, İrəvan xanlığı ömrünün son illərini yaşayırdı. İki ildən sonra İrəvan şəhərinin azərbaycanlıların əlindən çıxma dövrünün əsası qoyulacaqdı. M.Q.İrəvani ilk təhsilini doğma şəhərindəki “Üsuli-cədid” məktəbində almış və sonra isə Tiflisdə progimnaziyanı bitirmişdir. Təhsilini başa vurub İrəvana qayıdanda onun 15 yaşı var imiş. Bir müddət poçtda teleqrafçı vəzifəsində işlədikdən sonra bədii oyma ustası olan atasından öyrəndiyi sənətini davam etdirmişdir. O, Azərbaycanda dəzgah boyakarlığının yaradıcısı kimi yüksək səviyyəyə çatmışdır. Monumental boyakarlıq və portret sahəsində daha çox işləmişdir. Xüsusi rəssamlıq təhsili almasa da, özünün fitri istedadı sayəsində yüksək yaradıcılıq səviyyəsinə qalxmışdır. Yaradıcılığının ilk dövründə dekorativ sənətlə məşğul olmuş, bir sıra portretlər – “Süvari”, “Rəqqasə”, “Dərviş” və s. yaratmışdır. Həmin sənət əsərləri hazırda da R.Mustafayev adına İncəsənət Muzeyində qorunub saxlanılır. M.Q.İrəvaninin yaradıcılığının təkmilləşmə dövrü XIX əsrin 50-ci illərinə təsadüf edilir. O, şöhrət qazanmış bir sənətkar kimi İrəvan sərdarı Hüseynqulu xanın sarayındakı pannoları və süjetli kompozisiyaları bərpa etmiş, sarayın güzgülü zalında yağlı boya ilə bir neçə portret (“Fətəli şah”, “Abbas Mirzə” və b.) çəkmişdir. Belə portretlərdən ən məşhuru uzun müddət ədəbiyyatda pəhlivan portreti kimi təqdim olunan “Sərkərdə portreti”dir. Fətəli şah arxasında buta naxışlı mütəkkə, bəzəkli xalça üzərində dizi üstə oturmuş halda təsvir olunur. Başında tac, belində kəmər və qamçı var, əllərilə toppuz tutmuşdur. Sərkərdə də, şah da əmr edən, başçılıq edəndir. Sərkərdə ilə şahın səlahiyyətlərini tabeçilik baxımından fərqləndirməyə müvəffəq olan rəssam bu portretdə şahla sərkərdə arasındakı fərqi və oxşarlığı aydın şəkildə nəzərə çarpdırmağa müvəffəq olmuşdur. Portretdə təsvir olunan əlamət və cizgilər pəhlivandan çox qoşun başçısının olduğunu təsdiq edir: sərkərdənin üzünün fərdi cizgiləri – enli alnı, düz burnu, uzun bığları, irəliyə doğru dikilmiş gözləri və kiçik ağzı rəssamın obrazı konkretləşdirməyə çalışdığını göstərir. Bu əsərlər, eləcə də akvarel və tempera ilə işlənmiş, sonrakı variantları (Azərbaycan İncəsənət muzeyi) Azərbaycan incəsənətini orta əsr miniatürlərinə xas olan şərtilikdən realist boyakarlığa keçid dövrünün ən yaxşı nümunələridir. Bu cəhətdən Mirzə Qədim İrəvaninin 1860-1870-ci illərdə yaratdığı “Vəcihulla Mirzə”, “Molla”, “Ayaq üstə dayanmış qadın”, “Gənc oğlan” (Azərbaycan Incəsənət muzeyi), “Mah tələti” (Gürcüstan Dövlət Incəsənət Muzeyi)portretləri surətlərin ifadəliliyi, zəngin koloriti ilə fərqlənir. İrəvaninin ikifüqurlu tematik kompozisiyalarına (“Şahzadə Aleksandr arvadı ilə” və s.) məişət lövhələri daxil edilmişdir. Rəssamın “Oturmuş qadın portreti”ndə gözəl bir qadın surəti təsvir edilir. Qadın rəngarəng naxışlarla toxunmuş xalçanın üzərində əyləşib,arxasındakı mütəkkələrə söykənib. Təsvir olunan otaq şəraiti,qadının geyimi, boynundakı qızıl boyunbağı onun varlı ailəyə,zadəgən silkinə məxsusluğunu bildirir. Qadının bir əlini dizinin üstünə qoyması, digərində dəsmal tutaraq gözlərini bir nöqtəyə zilləməsi nə barədəsə düşündüyünü andırır. Mirzə Qədim İrəvaninin əsərlərində təsvir olunan xalça, geyim və ev əşyalarının üzərində çəkilmiş zərif naxışlar, mürəkkəb ornamentli şəbəkələr, gül, çiçək və quşların canlı, real əksi (“Çiçəklər və quşlar”, Ermitaj, Sankt-Peterburq) bir çox məşhur muzey və qalareyalarda qorunub saxlanılır. Onun “Türk sultanı” və tarixi şəxsiyyətlərə həsr etdiyi portretləri, “İkinəfərlik səhnə” kimi əsərləri mövcuddur Rəssamın nəvəsi, Əməkdar incəsənət xadimi İsmət Axundovun fikrincə, “İrəvana müxtəlif vaxtlarda gəlmiş səyyahlar, incəsənət həvəskarları onun (M.Q.İrəvaninin – Z.M.) rəsmlərini öz ölkələrinə aparmışlar”. İ.Axundov Fransada olarkən Parisdə məşhur “Mütəfəkkir” heykəlinin müəllifi Rodenin ev muzeyində babasının bir əsərinin saxlandığını qeyd edir.Mirzə Qədim İrəvani Sərdar sarayını bəzəyən şəkilləri çəkərkən səhhəti korlanmış, sənətinin çiçəkləndiyi bir vaxtda, 1875-ci ildə 50 yaşında vəfat etmişdir. M.Q.İrəvaninin nəticəsi Gülşən xanımın verdiyi məlumatlara görə Sankt-Perterburqdakı məşhur Ermitaj muzeyində iki otaq yalnız Mirzə Qədimə ayrılmışdır. Təxminən 1979-1982-ci illərdə burada onun əsərlərininin orijinalı və fotoşəkilləri nümayiş etdirilmişdir. Bu reallıqları əks etdirən tablolar tamaşaçıların dərin marağına səbəb olduğu üçün muzeylərin “rəy dəftərlərində” vəcdlə yazılmış təşəkkürlər vardır. M.Q.İrəvaninin bir tərəfdən klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrinə, digər tərəfdən Avropa realist boyakarlığına əsaslanan yaradıcılığı ilə Azərbaycan təsviri sənətinin inkişafında yeni mərhələ başlanmışdır.
Mənbə: ZİYƏDDİN MƏHƏRRƏMOV İRƏVANDA MƏKTƏBDARLIQ VƏ MAARİFÇİLİK (1800-1920-ci illərdə ədəbi-mədəni mühit)
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024