Bu dünyada yarın görməyən Dilqəm...

18:30 / 12.11.2018
Baxılıb: 2908

Yəhya bəy Dilqəm XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Şamxor (indiki Şəmkir) rayonunun Dəllər Cırdaxan kəndində dünyaya gəlib. Təbiət gözəlliklərinə vurğun olan aşığın uşaqlığı Kür qırağında keçib. Bütün həyatı dərin sarsıntılar, ağır iztirablar içində keçən aşıq həmişə taleyindən şikayətçi olub. Gəncliyindən dərin məhəbbətlə, saf, təmiz duyğularla sevdiyi əmisi qızı ilə uğursuz məhəbbəti onun həmişəlik nisgilinə dönüb.Özündən sonra qalan ədəbi irsi, həyatına bağlanan "Dilqəm" dastanı aşıq haqqında müəyyən məlumatlar öyrənməyə imkan yaradır. Axtarışlar göstərir ki, o, yaradıcılığa çox erkən başlayıb. Həm ifaçı, həm də yaradıcı aşıq kimi sazı və sözü daim bir-birini tamamlayıb. Dərdli aşıq məclislərdə daha çox öz şeirlərini oxuyur, küskün taleyindən şikayətlərini el-obaya bu yolla çatdırarmış. Onun çox çətin çalara, zəngin xallara və sanballı döndərmələrə malik olan "Dilqəmi" ən dəyərli saz havalarından biridir.Aşığın dillərdə qalan şeirlərindən məlum olur ki, o, bir şair kimi dərin təbə malik imiş. Daha çox qoşma və gəraylı janrında dediyi sözlərin əksəriyyəti onun uğursuz taleyindən şikayətləridi. Aşığın yaradıcılığına nəzər yetirərkən onda Molla Pənah Vaqifin təsiri duyulur. Badi-səbaya şikayətində, gözələ, eşqə, məhəbbətə müraciətlərində bu daha çox hiss olunur. Bununla belə Dilqəmin özünəməxsus həyat amalı varmış. Aşığın fikrincə, xəyallarda təsvir edilən cənnət pəriləri, qılmanları, real həyatın özündədir. Yer üzünün gözəlləri necə varsa, şair dili ilə, eləcə də təsvir edilməlidir. Onları əfsanələşdirməyəsə ehtiyac yoxdur.Dilqəmin yaradıcılığındakı maraqlı cəhətlərdən biri də onun seçdiyi orijinal rədif-qafiyələrdir. "Yetirmola", "Azalırmola", "Varmola" kimi neçə-neçə bəndə rədif sonluqları aşığın özünəməxsusluğundan xəbər verir.Yəhya bəy Dilqəmin adı ilə bağlı olan "Dilqəm" dastanı da neçə illərdir ki, aşıqların dilindən düşmür. Aşığın həyatı ilə bağlı maraqlı epizodlar, gərgin, dinamik əhvalatlarla zəngin olan kövrək duyumlu bu dastan olmuş əhvalatların təsviri baxımından maraqlıdır və bəzi dastanlar kimi uydurmalardan uzaqdır. Əfsanələrdən və mübaliğələrdən daha çox real həyat həqiqətlərini sevən Dilqəmin obrazı dastanda çox bariz şəkildə təsvir edilir. Onun saf məhəbbətinə qarşı doğma əmisi qızının xəyanətləri və Yəhya bəy Dilqəmin ömrünün axırına qədər də öz eşqinə sadiq qalması "Dilqəm" dastanının ana xəttini təşkil edir. Təəssüf ki, bu gözəl dastanı tamam-kamal bilən aşıqlar azdır ki, bu da onun geniş təbliğinə ziyan gətirir.Aşıqın şərəfinə onun doğma kəndi olan Dəllər Cırdaxan kəndində park salınmışdır.

Goyce.az Yəhya bəy Dilqəmin yaradıcılığından bir neçə nümunəni təqdim edir:

Bir namə yazaram

Bir namə yazaram canan elinə

Əhvalım canana yetişərmola?

Fələk məni tərki-vətən eylədi

Nazlı yar əhvalım soruşarmola?

 

Əzəldən müştaqəm tuti dillərə,

Müsəlsəl saçlara, siyah tellərə,

Axdı eynim yaşı, döndü sellərə

Yar içən sulara qarışarmola?

 

O qızılgülləri dərməyən Dilqəm,

Dərib, pünhan yerə sərməyən Dilqəm,

Bu dünyada yarın görməyən Dilqəm,

Ya Rəbb, o dünyada görüşərmola...

                                               ***

Yadıma düşdü

Dilbər ehtiramla, mərhəmət ilə,

Yanıma gəldiyi yadıma düşdü.

Bir şirin söz ilə, qaşü-göz ilə,

Dərdimi bildiyi yadıma düşdü.

 

Əndəlib gülünnən, kəmər belinnən,

Ülfət qıl qulunnan, danış dilinnən,

Zülfünnən, telinnən, nazik əlinnən,

Göz yaşım sildiyi yadıma düşdü.

 

Dilqəm tərlanısan, uyma sar ilə,

Qızıl gül bülbülə uymaz xar ilə,

Bir şirin dil ilə, xoş göftar ilə,

Ucadan güldüyü yadıma düşdü.

 

                                                 ***

Gəzən yerləri

Səkənəm qürbətdi, ismim filankəs,

Bü gün gördüm canan gəzən yerləri.

Halım pərişandı, könlümdü şikəst,

Yenə gəldi mənə eşqin əsəri.

 

Bir yerdə olmasa güllə gülüstan,

Fəğan eylər ordan bülbül hər zaman,

Behiştdə olmasa huriyi-qılman,

Ləziz olmaz onun abi-kövsəri.

 

Bildir bu yer idi cənnəti-ələm,

Bu il firəvandı möhnət ilə qəm,

Həqir oldu Dilqəm, görmədi həmdəm,

Ziba sənəm burdan gedəndən bəri.

                                               ***

Dağlar

Zinəti nərgizdən, tər bənövşədən,

Al-yaşıl geyinib şad olan dağlar.

Ruhu təzələyir gülab suları,

Dəhanları şirin dad olan dağlar.

 

Qərənfil, şəqayiq, lalə tazə tər,

Baharın gülləri onu al bəzər,

Qara gəlsin süsən, sünbül sərbəsər,

Bülbülü güllərdən yad olan dağlar.

 

Qızılcadı soyuq bulaq yaylağı,

Bərələri şahin-şahbaz oylağı,

Ab-həyati kövsər, gözəllər sağı,

Canlara mötədil bad olan dağlar.

 

Bir yanda yaylardı Keçili, Dəllər,

Bir yanda yurd salır o ağır ellər,

Açılıb nəstərən, qırmızı güllər,

Laləzar türfəli ad olan dağlar.

                                           ***

Azalarmola

Ay ağalar, bəylər, duran qazılar,

Bu dərdlər sinəmdən azalarmola?

Bu gizlin sirrimi aşkar eyləsəm,

Dillərə düşübən söz olarmı ola?

 

Yar odu ki, öz yarını qandıra,

Uçan könül şikarına mindirə,

Bir çıraq ki, haqqm özü yandıra,

Seyrağıb dəyməkdə qaralarmola?

 

Əriyibən torpaqlara qatılsam,

Həna olub əllərinə yaxılsam,

Qul oluban bazarında satılsam,

Məni qulluğuna yar alaramola?

 

Dilqəmi öldürər bu dərd nə isə,

Loğman təbib gər yarımı görüsə,

Zimistan könlümə yar əli dəysə,

Üröyşən tapıban yaz olarmola?

                                            ***

Görmüşəm

Belin nazik, qəddin suca, üzün gül,

Məlahəti sən cananda görmüşəm.

Gülüstani-Rəmdə tək şahipərdə

Nə mələkdə, nə insanda görmüşəm.

 

Müjganındı peykan, qaşmdı kaman,

Gözlərin cadudu, ey afəti-can,

Sən hüsndə, vəcahətdə novcavan,

Nə uqbada, nə cahanda görmüşəm.

 

Az bilmirsən camalının qədrini,

Görsə hilal elər aym bədrini,

Necə deyim, o zülfünün ətrini,

Nə bənövşə, nə reyhanda görmüşəm.

 

Hüsnün zinət verir xüldi-bərinə,

Pişivazə gəlir gözəllər yenə,

Zülfünün ətrini müşk ənbərinə,

Nə limuda, nə fincanda görmüşəm.

 

Dilqəm görsə ləbin, olmaz əfsana,

Ləbin nisbət şəhdə2, abi-heyvana,

Aqil alim görsə olar divana,

O xal ki, var zənəxdanda görmüşəm.

                                            ***

Mən

Leyli camalını görəndə dilbər,

Eylədi Məcnun tək divanə məni.

Eşqin zəncirini açma boynumdan,

Bağışla o əhdi-peymana məni.

 

Gördüm camalmı oldum qələndər,

Laçın tək qiya bax, üz bəri döndər,

Yanaram oduna misli-səməndər,

Görsə qanlar ağlar pərvanə məni.

 

Qaşların aşiqə nəzakət eylər,

Gözlərin can alar, qiyamət eylər,

Zülflərin sailə hidayət eylər,

Gözlərin gətirər imanə məni.

 

Kuyində, Dilqəməm, tərsa dağında,

Bülbül fəğan eylər gül budağında,

Könül quşu yar, camalın bağmda,

Döndərdin o Şeyxi-Sənanə məni.

                                              ***

Özgəsinə

Uçdu meylim quşu qondu, yar, sənə,

Mən necə dil verim bir özgəsinə?!

Səndən qeyrisini könlum istəməz.

Mən necə yol verim bir özgəsinə?!

 

Bağban olan gedir bara yalvarır,

Yoxsul olan gedir vara yalvarır,

Yarı olan gedir yara yalvarir,

Mən necə yalvarım bir özgəsinə?!

 

Əzəldən Dilqəmə yar olan sənsən,

Gözəllər içində var olan sənsən,

Əzrayıl donunda can alan sənsən,

Mən necə can verim bir özgəsinə?!

                                                ***

Gördüm

Gəncənin Şəmkir elində,

Bu gün bir novcavan gördüm.

Gözləri canlar alandı,

Qaşlarını kaman gördüm.

 

Duruşu gəldi xoşuma,

Yem verdi könlüm quşuma,

Sevdası doldu başıma,

Oldu halım yaman gördüm.

 

Göldə üzən gözəl sona,

Nə girirsən donnan-dona,

Neçə molla, alim ona,

Verdi əldən iman gördüm.

 

Gözüm düşdü o dilbərə,

Baxmadı mənə bir kərə,

Elə bil ki, göydən yerə,

Yeni huri, qılman gördüm.

 

Dilqəmi saydı bir gəda,

Rubənd açdı mələkzada,

Müxtəsər, şəbi-yəldada

Mən onu mahtaban gördüm.

 


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər