Uca Tanrının dərgahından könlünə enənləri yazır .
Ruhumuzun diriliyi, duruluğu üçün xilas bağladığım ünvanlardan biri də Əhməd Oğuzdur(AğÜzdür). Əhmədin sirinə-sifətinə, üzünün-gözünün qırımına, çöhrəsindən heç vaxt əskik olmayan nur haləsinə çoxdan şahidlik eyləyirəm. Çox mübarək yapısı var Əhməd bəyin. Sanki kəndimizi, dağımızı, dərəmizi, bulağımızı, daşımızı, quşumuzu, doğma adamlarımızı xatırladır Əhməd bəy. Fırından təzəcə çıxan əppəyin, biçilmiş otun, doğulduğumuz topağın, qıpçaq çölünün yovşanının iyisi necə doğmadırsa, Əhməd Oğuz da millətimdən ötrü eləcədir. Kəndimizdə yalnız öz kəndimizdə gördüyüm ulduzlar kimi mübarəkdir Əhmədin üzü. Və bir də:
Lorkanın rəsmlərindəki Ay kimi
Baş ucunda Ay parçası,
Bir dırnaq sədəfi boyda:
Yetim uşaqlar misalı Boynuburuq,
Bir küncə qısılı...
Tanrı kimi öz işində-
Ağlayır, ağlayır
Lorkanın rəsmlərindəki Ay.
Gözəlim İncə dərəsində Aşıq Avdı Qaymaxlı, Ağamalı Sadiq Əfəndi, mürşüdüm Akif Səməd...müqəddəs ziyarətinə "babamız evi" deyib getdiyimiz Hacı Mahmud Əfəndinin müqəddəs ruhundan yol alıb gəldikləri kimi Əhməd Oğuz da Mövlud Süleymanlı, Tahir Talıblı kimi Hacı Xəlil babanın torpağından, xalq ruhunun gücündən yoğrulub gəlib. O, hacı Xəlil babanın ki, adna günləri atlı arvadlar ziyarətinə gedərdilər və balaca Əhməddə ziyarət yolunun üstündə oturub onlara tamaşa eyləyərdi: Atlı arvadlar keçərdi
Kəndimizdən
Adına günləri,
Yay aylarında...
Yüyən tutan ağ əlləri,
Gözləri,
Üz almaları,
Yellənərdi çalmaları....
Və hər dəfə
Bir uşağa rastlaşardılar
Ziyarət yolu üstündə
Yayda, həftənin adna günündə
.Səməndər Rzayev, Akif Səməd, Tahir Talıblı kimi həmişə Əhməd Oğuzun da səsinin heyranı olmuşam. Ağrıyan YURD yerlərimizin səsidir Əhmədin səsi. Olduqca həzin, laylalı, bərəkətli səsdi... Bilmirəm, indiyədək səsə "bərəkətli" deyən olmuşdumu? Ancaq mən dedim. Halalı olsun, özü qazanıb.Çox vaxt əlahəzrət qələm sahibləri insanların əxlaq tərbiyəsi haqqında düşünməli olduğu halda onların özlərində ciddi əxlaq kəsirlərinə rast gəlirik. Bu mənada nə yaxşı ki, 5-3 Əhməd Oğuzumuz var. Urvatını gözləyib, abrına qısılan Əhməd Oğuzumuz.
Əxlaq bütövlüyü var Əhməd Oğuzun. Yazı-pozusunda, yaradıcılığında da beləcədir. Heç vaxt ilhamını zorlamayıb. Uca Tanrının dərgahından könlünə enənləri yazır . “Gedən bəzirgandı-gələn xocadı” deyirdi Xəstə Qasım. Əhməd Oğuz da gələn xocalardandır. Belə olmasaydı yazmazdı ki:
Şahlar şahı, qəbul eylə,
Mən divanə gəlmişəm.
Bu fanidən dərsim alıb
Qana-qana gəlmişəm.
Yeddi yerdə, doqquz göydə
Bir ilaha qul oldum-
Qızıl qurannan don geyib
Bu divana gəlmişəm.
Zəvvar olub zikr eylədim
Dünyanın cəfasını.
Kölgəsi məndən gen düşdü-
Sürmədim səfasını
Ömrümü yellərə verdim-
Bulmadım bahasını
Yeddi dindən dışqarıyam,
Bir imana gəlmişəm.
Əhməd Oğuz, əskik olmaz
Sən tək qulun xatası.
Dost əlindən şərbət deyin
İçdim əcəl badəsi
.Urfum bacalar dolanır,
Cismimdə haqq nidası
.Bir ölmüşdüm, bir dirildim
Bir də cana gəlmişəm.
Vaxtı ilə mübariz şairimiz Xəlil bəy haqlı olaraq yazırdı ki, “Başqa ixtisas sahələrində, məsələn, ticarətdə maskalanıb-bürünüb birtəhər gizlənmək, yaşamaq(əgər yaşamaqdırsa) olar. Sənət aləmində bu mümkün deyil, gözəl sənətkarlıq mütləq və mütləq gözəl, parlaq şəxsiyyətdən başlanır”. Bu mənada mən Əhmədin yaradıclığında ali duyğulu insanlığını, parlaq şəxsiyyətini və təbii ki, böyük el ruhunu görürəm. Uşaqlıq dostlarına yazdığı bir şer var-
“Halay, halay, a bəylər”
Yaşınız artdıqca işiniz artdı,
Bəylər, nə tez bəyliyinizdən çıxdınız.
Dünya sizi min oyundan çıxartdı-
Bıqmadınız...Öz oynunuzdan bıqdınız....
“-Halay, halay, a bəylər!-
Ocağımı istəyirsiniz, külümü?-
Qıratımı istəyirsiniz, Dürümü?...
Ay uşaq oyunu, uşaq oyunu...
Yazılmamış tariximin iyini
Sizdən alıb şer, nəğmə söylərəm.
Aylar, illər bulandıran suyumu
Durulda-durulda könül əylərəm.
Bu da belə bir oyundu oynaram....
Nə qədər gözəl deyilib. Şeirlərinin birində deyir ki, “yurd külü səpin yarama”. Dəhşətdir, inanın Allaha! Harda var, kimdə var belə misra? Yaxud da, çox sevdiyim şerlərindən biri var, onu deməsəm özümü bağışlamaram.
Yazır ki:
Axşamüstüləri
Dağların ardınan buludlar qalxar,
Buludlar qalxar qərib könlüm toxdağı.
Heç kəsin, heç kəsin ağlına gəlməz
O qalxan buludlar
Anamın əlindən sıyrılıb çıxar
Atamın üzündən burulub çıxar
Heç kimsə bunu bilməz
Axşamüstüləri
Bizim ocağın tüstüləri
Uzaq dağlaracan ardınca gələr......
Darıxma, anam,
Evimizdən tüstü çıxsın,
Ocağımız isti olsun-Qürbət də çəkilməz dərd deyil.
O qədər qənirsiz gözəl yazılıb ki, dalınnan adam söz də tapıb yaza bilmir.
Belə şeirləri indi gəl zəif sözlərlə tərif elə. Axı bu kimə gərəkdir. Bəlkə də ədəbiyyat admlarının Əhməd Oğuz haqqında yazmamağının elə bir səbəbi də budur. Tək bildiyim odur ki, camaat " Əhməd haradadır?"- deyə haray qoparanda haqlıymış. Əhmədin canlı xalq dilindən, folklordan, el nəfəsindən , xalq ruhundan süzülüb gələn həmişəyaşar poeziyasına eşq olsun. Türkün sazına-sözünə, öz milli ruhuna sahib çıxdığı sürəcə bu poeziyanın yaşama haqqı var. Belə şeirlərə ölüm gəlməz.
PS əvəzi bir dodaqqaçdı:
Bir kərrəm Mahmud Vəlidən soruşdum ki, Əhməd Oğuz radioda neyləyir, nəyə baxır? Dedi? Əhməd bulağa baxer, Tahir də çaya, gölə, dənizə-zada baxer.
“Abşeron ” sanatoriyası, Mərdəkən 26 yanvar 2012
Həmid Ormanlı
İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025