İlk baxışdan, qaqauz etnoniminin göy-oğuz və xak-oğuz adları ilə ortaya çıxmasını söyləyənlərin yorumu gerçəyə yaxın görünür.
Xristian qaqauzlar. Əsasən, ortodoks xristin dinində olan qaqauz türklərinin çoxu Moldovada «Qaqauz Yeri» adlanan avtonom bölgədə yaşayırlar. Ancaq bugün sayları təxmini 300 minə yaxın olan qaqauzlar Moldovadanın güneyi Basarabiyadan başqa, Odessa bölgəsi, Pumınya, Bolqariya, Yunanıstan və digər ölkələrə də səpələnmşlər. Qaqauz xalqının soyu, adı və tarixi haqqında çox fərqli ehtimallar irəli sürülmüşdür, hətta onları XIII əsrdə Dobruca köçən səlcuqlu türklərlə, adlarını da Səlcuq sultanı II Keykavusun adı ilə bağlayanlar olmuşdur, halbuki bu çağdan neçə əsr öncə qaqauzların (uzların) varlığı bəlli idi və Dobruca-Dəliorman bölgəsində ayrıca bir xalq kimi formalaşmasi üçün regionda hun, avar və bulqar türkləri dönəmində uyğun imkan da vardı. qədimə getsək, görərik ki, VI əsrdən burada görünən uzların bölgəsi Kiçik Skitiya adlanmışdır. Qaqauzları Qaradənizin quzey yaxalarında çölçülük edən oğuz, kuman, peçeneklərlə və VII əsrdə Azov yaxasından Balkana keçib, burada IX əsrdə xristianlığı qəbul edən bulqar türklərilə bağlayan görüşlər də olmuşdur. Qaqauzların yaşadığı Dobrucada bir müddət (1346-1417) müstəqil dövləti olmuşdu və Osmanlı imperiyası tərkibində olduğu ilk dönəmlərdə Dobruca osmanlı sənədlərində «Uz əyaləti» adlanırdı. Oğuz türkcəsində danışan qaqauzların dilindəki bəzi ərəb-fars sözləri və aralarında azsaylı «qacalı» adlanan müsəlman-sünnü qaqauzların olması Anadolu türklərilə olan əlaqəni göstərir. Bu baxımdan, onların qədim qaynaqlarda adı keçən uz boylarından olması daha gerçək görünür. Hələ VI əsrdən avtokefal yepiskopluq mərkəzinə çevrilən Varna şəhəri bir əsr sonra dağıdılmışdı, ancaq 681-də bulqar xanı Asparux şəhəri bərpa edib Bulqar xanlığına qatdı. Bu illərdə uzların Bizansa qarşı savaşı, sonrakı dönəmlərdə burada müxtəlif türk boylarının (uz, oğuz, kuman, bulqar və s.) yaşaması haqqında tarixi bəlgələr vardır. Uzların əgər VI əsrdən Varna kimi bir xristian şəhəri vardısa, deməli onlar həmin çağlardan xristianlığı qəbul etmişdilər. Qaqauzların mənşəyi haqqında elmi ədəbiyatda «türkləşmiş xristianlar» və «xristianlaşmış türklər» deyimilə gündəmə gələn birbirinə zidd görüşlər var, bunlardan birincisi elmi-məntiqi əsası olmayan ehtimaldır, ancaq ikinci ehtimalın yorumu da asan deyil, belə ki, tarixi və etnoqrafik bəlgələri araşdıran uzman M.Quboqluya görə, qaqauzların soykökünə dair 20-dən artıq müxtəlif baxış var. İlk baxışdan, qaqauz etnoniminin göy-oğuz və xak-oğuz adları ilə ortaya çıxmasını söyləyənlərin yorumu gerçəyə yaxın görünür. Ancaq birinci variant (göyoğuz) fonetik bağımdan mümkün deyil, ikinci variantsa qaqauz dilinə xas olan iki sait arası samitin düşməsi (ağac > avaç > aaç) fonetik hadisəsinə uyğun qaqoğuz > qaqavuz > qaqauz kimi dəyişə bilər, bunun da tarixi əsası yoxdur, çünki qaquzlarla bağlı tarixi bəlgələr oğuz deyil, uz boyadını verir.Bu baxımdan, qaq-oğuz yox, qaqa-uz deyimi fonetik və semantik bərpaya uyğun gəlir, çünki Uz dövlətini quran bir boyun adı qarşısına Qaqa (böyük qardaş) sözünün artırılması doğaldır. Noqaylardan qalma Bucaq adlı bölgəyə köçənə qədər minil boyunca qaqauzlar Balkanda yaşamışdı. Türk-rus müharibəsi dönəmində qaqauzların 1769-da başlanan Basarabiyaya köçü, buradakı çöllükdə verimli kənd təsərrüfatları yaratması yüz il çəkdi, Balkanlarda yunan-bolqar pravoslav etiqadı ilə yaşayırdısa, artıq Bessarabiyada pravoslav rus kilisəsinə gedəsi oldular. Dobrucada qalan qaqauzlarsa sonralar bolqar və rumınların içində əridilər. Növbəti türk-rus savaşında (1806-1812) yenidən ikiyə bolünən qaqauzların böyük əksəriyəti Basarabiyada, önəmli sayda bir bölümü də Bolqariyada qaldı. Xristian bulqarlar. Quzey Qafqaza bulqarların Orta Asiyadan gəldiyini irəli sürən yazarlara etiraz edən macar alimi Geza Feher bulqarların Qafqazda daha öncə yaşadığını yazır. Hay qaynaqları da burada m.ö. II əsrdə görünən bulqarlar haqqında bilgi verir, KDQ-da balqar adı keçir və Çorox çayına yaxın Bulqar dağı, Azərbaycanda Bolqarçay adları da bulqarların Azərbaycan üzərindən Quzey Qafqaza keçdiyini göstərir, bugün də Quzey Qafqazda balkar (bulqar) türkləri yaşayır. Hun imperiyası dağılandan sonra onların tabeliyidə olan Azovdan doğu bölgələrdə bir sıra türk boylarını bulqarlar birləşdirib 630-da «Qara (Böyük) Bulqar» eli qurdular. Kubrat Xanın 665-ci ildə ölümündən sonra xəzərlərin təzyiqinə dözməyən Buqar eli dağıldı, bir hissəsi Xəzər elinə qarışdı, bir hissə doğuya, bir hissəsi də batıya köçdü. Doğuya gedib, İtil (Volqa) yaxalarında oturan suvar-bulqar boyları burada Bulqar elini qurdular, elbəy Almuş xan 900-cü illərdə islam dinini qəbul etdi. Kubrat xanın oğlu Asparuxun başçılığı ilə batıya gedənlər də orada Tuna (Dunay) yaxalarında Bulqar elini qurdular. Bilindiyi kimi, Avropada qüdrətli Hun, Avar türk dövlətlərindən sonra Asparux xanın VII əsrdə qurduğu Bulqar dövləti türk tarixi üçün çox önəmli idi. Bulqar dövlətinin qurulmasında iştirak edən bulqarların dulo soyu ilə bərabər ermi, uqain, vokil adlı soylar da vardı. Burada bir sıra slav boylarını qanadı altına alan bulqarlar IX əsrdə xristianlığı qəbul edib zaman aşamasında çoxsaylı slavların içində əridi, bulqar-slav qarışmasından yaranan yeni bolqar xalqı yarandı. Sonralar bulqar türklərinin keçmiş varlığı yalnız ölkənin Bolqariya adında və bu ölkədə tam slavyan qılığına girmiş xalqın bolqar adlanmasında görünür, yəni bugün böyük bir Türk xalqından «türkcə təkcə-tükcə ikicə söz» qalmışdır: biri etnonim, biri xoronim və hər iki adın altında da türk yox, slav vardır. Bəli, tarixin ironiyası budur.Asparux xanla başlanan bulqar elbəylərinin türk adları (Tervel xan, Komesi xan, Sevar xan, Sabin xan, Toktu xan, Telerig xan, Kardam xan, Omurtaq xan və b.) sırasında 811-814 illəri arasında Macar, Rumın ərazilərini və Ədirnəni ələ keçirib, İstanbula yürüş edən məşhur Kurum xan (803-986) da vardı. Ancaq 864-də bu qüdtətli Bulqar dövləti I Boris elbəyin dönəmində xristian dininə keçdi və xristianlığı qəbul edəndən sonra bulqar elbəyləri artıq Vladimir, Simeon, Samuil, İvan Vladislav, Qavril Radomir kimi xristian adları daşımağa başladı. Boris də özünə Mixail adı seçdi.Xristian çuvaşlar. Soykökü baxımında, türk xalqları içində çuvaşlar önəmli dərəcədə monqol və finuqor qarışığı olması ilə seçilir. Belə ki, bu qarışma çuvaşların antropoloji tipində, bioloji gen qrupları və dilində iz qoymuşdur. Antropoloji baxımdan çuvaşlar avropoid irqinə aid edilsə də, monqoloidlərlə qarışması da ilk baxışdan sezilir. DNH baxımından da cuvaşlar üç əsas qrupa ayrılır, 24 faizi qədim türk (18% R1a1+6% R1b) haploqrupu, 24 faizi Avropanın quzeyinə məxsus I haploqrupu, 24 faizi də yerli finuqor N haploqrupu daşıyıcılarıdır. Çuvaş dili Türk dil ailəsi içində qarışıq-hibrid dil kimi ayrıca yer tutur. Hələ XIII əsrə aid qaynaqlardan bəllidir ki, mordva xalqı qonşuları olan çuvaşlara (suvarlara) mordva dilində «su, sulu» anlamında vyada demişlər, bu ekzoetnonim bir daha göstərir ki, vaxtilə, çuvaş (suvar) boyları ilə qədim İkiçayarasında olan subar-sumer boyadları arasında əlaqə olduğunu söyləyən akademik N.Y.Marr haqlı imiş, çünki iki çayın arasında yaşayan qədim subar türklərinin adında da həmin «su adamı» (sub-ar) anlamı vardır. Çuvaş elində Şumerle şəhərinin adı da diqqəti çəkir.Çuvaşların qədim çağlarda güneydən quzeyə miqrasiyasının Azərbaycan üzərindən olması azər dilində çuvaş dilinə məxsus l~ş, z~r dialekt fərqini saxlayan bələk-beşik, dəlik-deşik, dirsək-diz kimi qoşa sözlər, türk dillərindəki ur- feilinin söz əvvəlinə [v] səsartımı ilə vur- variantı, runik yazıdan istifadə ehtimalı və Mesopotamiyadan əkinçilik kulturunu indiki yeni yurdlarına aparması ilə də təsdiq olunur. Xristianlığa qədər çuvaşlar tanrıçılıq dininə uyğun oda, suya, yerə, aya və günəşə tapınmışlar, Azərbaycan türklərinin danışıqda tanrıya Taarı dediyi kimi, çuvaşlar da Tură deyir. Zərdüşt (Sӑratusturӑ), şeytan (şuytan) kimi sözlərlə də tanışdırlar. Bugün türk xalqları sırasında sayca ən çox xristian (pravoslav) olanı çuvaşlardır. Tatar-monqol axınına qədər suvar-bulqar birliyilə qurulmuş Volqa Bulqar dövlətinin, sonra da Altun-Orda dövlətinin tərkibində olan çuvaş xalqının vətəni indi Rusiya Federasiyası daxilindədir. Bugün sayı 1.5 milyondan artıq olan çuvaşların bir bölümünün keçmiş tanrıçılıq dinində qalmasına və az bir qisminin də sünnü müsəlman olmasına baxmayaraq, rus işğalından sonra çuvaşların çoxu XVIII əsrdən başlayaraq zorla xristianlaşdırılmışlar. Rusiya Federasiyasının tərkibində bugün Çăvа́ş En (Çuvaş Eli) adi ilə bilinən resbublikada yaşayan çuvaşların ayrıca siyasi-inzibati qurumu olmasının çuvaş dilinin yaşamasında önəmli rolu vardır.Xristian Sibir türkləri. Böyük Bulqar xanlığı xəzərlərin basqısı ilə Quzey Qafqazda VII əsrdə dağılandan sonra doğu bulqar boyları ilə İtil (Volqa) yaxalarına köçüb, burada Subar şəhərini salan subar boyunun adı sonralar Sibir xanlığının adına çevrilmişdir. Radlova görə, ruslar buraları tutandan sonra Asiyanın bütün quzey-doğu bölgələrini Sibir adlandırmışlar. Bu gün Sibirin batısından doğusuna qədər sayı milyondan artıq olan sibir tatarı, tofalar, çulım, dolgan, altay, şor, xakas, tuva, saxa adlı türk boyları yaşayır. Onların bir hissəsi zorla da olsa, xristianlığı qəbul etmişdir. Batı Sibirdə Altaydan, Minusin çuxurundan, Orta Asiya və Quzey Qafqazdan gələn türk boyları VII-VIII əsrlərdə buradakı xantı, uqor boylarıyla iç-içə yaşamış, IX-X əsrdə Altaydan ikinci dalğa ilə gələn kimaklarla qaynayıb-qarışmışlar. Ural dağlarından Yenisey çayınacan uzanan Batı Sibirdə görkəmcə mələz (monqoloid-evropoid) olan Sibir tatarları XIII əsrdə Qızıl Ordaya tabe idi, XIV-XVI əsrlərdəsə burada Tümen və sonra Sibir xanlığı yaranmışdır. Bu xanlığın tarixi ərazisində müsəlman olmayan çılım, şor, xakas boyları özlərinə tadar (tatar) deyir. Sibir tatarı adlananların sayı 200 minə yaxındır. «Tatar» adı avropalılara monqol axınından sonra bəlli olsa da, bu ad doğuda Türk və Çin qaynaqlarında çoxdan vardı. «Men-da bey-lu» adlı çin qaynağında onlar ağ-tatar, qara-tatar və yabanı-tatar deyə, üç qrupa ayrılır. Türkcə «yad adam» (tat ər) anlamında ortaya çıxan tatar adı öncə monqol boylarına verilsə də, sonralar zaman aşamasında monqollarla qarışan bəzi türk boylarına, hətta, monqollarla heç bir bağı olmayan bir sıra türk xalqlarına da dışarıdan «tatar» deyilmişdir. Örnəyin, XIX əsrə qədər bulqar adı ilə bilinən indiki Kazan türklərinə rus hakimiyəti zorla tatar adını sırımışdır. Bu yöntəmlə, ayrı-ayrı bölgələrdə Kırım, Kazan və Sibir tatarları deyə uyduruq etnonimlər yaranmışdır. Vaxtilə, Azərbaycan türklərinə də tatar deyilməsi cəhdləri vardı, ancaq o siyasət yerimədi.Sibir tatarları içində sonradan gələnlərlə yanaşı, burada daha öncədən yaşayan sarqat, tural, tukuz, ayalı, kurdak və başqa türk boyları vardı. Novosibirsk, Tomsk-Kemerova vilayətlərində olan tatarlar Omsk-Tümen vilayətlərindəki soydaşlarından, Novosibirsk vilayətindəki baraba boyu isə hər iki toplumdan fərqlənir. Ona görə, Sibir tatarlarının dili bir neçə dialektə ayrılır, burada tümen, tevriz (təbriz), tobol və bataqlıqötəsi şi-vələri olan tobol-irtış dialekti və kalmak, euşti-çat şivələri olan barabin-tomsk dialekti vardır. Tevriz tatarları ilə birlikdə sargat, kurdak (kardak) boyları da tevriz şivəsində danışır. Altın Orda dönənimdən başlanan Sibir tatarlarının islam dininə keçməsi Buxara şeyxlərinin apardığı təbliğatla kerçəkləşdiyi üçün onların məzarları burada ziyarətgaha çevrilmişdir.Mamet xan dönəmində ərazisi xeyli genişlənən Cibir xanlığı özbək (şeybani) Kuçum xan tərəfindən 1563-də işğal olundu, Bikbulat, Yediger adlı yerli bəylərin bütöv soyu məhv edildi. Artıq bu bölgələrin qapısı Rus ordusuna açılmış oldu və əsrin sonunda Sibir xanlığı Rusiyanın tərkibinə qatıldı. Bundan sonra Sibir türklərinin xristianlaşdırma siyasəti saxaların yurdlarına qədər gedib çıxdı.Sibir tatarlarından fərqlənən çoxsaylı Kazan tatarları içində də xristian olanlar vardlr. Hələ Bulqar dövləti çağından bəzi feodal ailələlərinin xristianlığı qəbul etməsi, XV-XVIII əsrlərdəsə bəzi tatar aristokratlarının islamdan xristianlığa keçməsi bəllidir, ancaq sonrakı çağlarda bir çox tatar bölgələrində məcburi xristianlaşma olmuşdur. Avropalılaşma siyasti yürüdən I Pyotr protestantlığın yayılmasına imkan yaradır, yaranan yeni tatar elitasına bu yöndə tatarsayağı geyinməyi, tatarca danışmağı yasaqlayırdı. Tatar dilində pravoslav soydaşlarına kerəşen tatarlar deyilir ki, bu da vaftiz olmuş, çevrilmiş anlamında ruscanın крёщеные sözüdür. Tatarıstanda xristian tatarlar əsasən Volqa-Ural çayları arasında yaşayır, batı və orta tatar dialektində danışırlar. İndi xristianlar yaşayan bəzi kəndlərdə keçmiş müsəlman qəbristanlıqlarının olması onların sonradan xristianlaşmasını göstərir. Son bir əsrdə xristian tatarların sayı 100 mindən 25 minə düşüb.Xristian kuman-qıpçaq boyları. Türk xalqları arasında xristianlıq ən çox kuman-qpçaq boylarının içində yayılmışdır. Bunun səbəbi onların tərkibində çoxsaylı boy birliklərinin olması, Ön Asiya, Orta Asiya, Güney Avropa bölgələrinə yayılması, daha çox xristian xalqlarla təmasda olması ilə bağlı idi. Onların çoxu doğuda islam dininə keçsə də, bir hissəsi orta və batı bölgələrdə yəhudiliyi və xristianlığı qəbul etmişdilər. Batıda daha çox kuman adıyla yazılı qaynaqlara düşən bu çoxsaylı türk boyları doğu və orta bölgələrdə qıpçaq adıyla tanınmışdır. Ərəbdilli qaynaqlarda onlar xifçak adlanır. Kumanlara «sarışın» anlamında rus qaynaqlarında polovets, alman yazılarında falven deyillməsi sarı, ər-sarı, sarı-uqur, sarı-tirgiş, sarıcalı adlı türk boylarının da kuman-qıpcaqlardan sayilması ehtimalını artırır, belə ki, qaynaqlarda Aral gölü yaxınlığında sarı boyunun qıpçaqlara qovuşması qeyd olunmuşdur. Bu sarı sözü kuman bəyi Sarıxanın (Şarukan) adında özünü göstərdiyi kimi, Sarıxandan 6-7 əsr öncə Arpaçayı bölgəsində Sirak (Şirak) elinin məşhur Kamsarakan soyunun da Kam-Saruxan adı ilə bağlı olduğunu düşünməyə əsas verir, çünki burada Qıpçaq adında kənd salınmış, sonralar Qıpçaq-vəng də burada tikilmişdi.Bunu vurğulamaq gərəkir ki, qədim türk dilində kürən, sarışın anlamlı kuman adı altında tanınan boylarla kontaktda olmuş xalqlar onları əsasən kumanu, kumenu (asur, urartu), kumanos, kumanoi (yunan, latın) adlandırsa da, bəzi yazılarda və danışıqda bu boyadının kuban, koban, koman, kumanlı, kumandı şəklində yayıldığını da görmək olur. Altayda özlərini kumandı-kiji (kumanlı-kişi) adlandıranların bir bölümü Aşağı-Kumandı və Yuxarı-Kumandı adlı kəndlərdə yaşayırlar. Buradakı Yeti-Kuman toponimi əski rus qaynağında kuman toplumu içində adı keçən Yetebiç (Yeti-oba) etnonimilə təkrar olunur. Bu qaynaqlarda Toksobiç (Tokuz-oba), Ulaşeviç (Ulaş soyu), Burçeviç (Börüce soyu), Terterebiç (Tərtər soyu) və başqa kuman-qıpçaq boyadlarının keçiməsi göstərir ki, onlar çoxsaylı böyük toplum idi. Güney-doğu Avropadan ta Güney Sibir bölgələrinəcən min kilometrlərlə uzanan bölgələr «Qıpçaq-Çölü» adlandığı kimi, bütöv Avrasiyada kuman-qıpçaqların ayağı dəyən yerlər də Kuman-Qıpçaq yeradları ilə doludur. Qıpçaqsoylu qaraqalpaq boyunun adı əski rus qaynaqlarında hərfi tərcümə ilə «Çyornıe klobuki» (qara-kalpak) kimi verilmişdir. Rusiyanın güney çöllərində bir qıpçaq boyu ərəb qaynağında «qarabirkli» kimi qeyd olunmuşdur, onların izi Azərbaycanda «Qarabörklü» (Ucar) kəndadında göründüyü kimi, Borçalıda və Azərbaycanda olan «Qovlar» toponimləri də qaraqalpaqların «kov» adlı qolu ilə bağlıdır. Qıpçaqların tuk boyadı da Güney Qafqazda Tuq, Tuğ, Tıx, Tıxlı adlı kəndlərdə qalmışdır. Qıpçaq türklərindən qriqoryan xristianlığını qəbul etmiş boylarının tarixi, etnoqrafiyası və dili XIX-XX əsrlərdə türkoloji tədqiqatlardan kənarda qalmış, müsəlman qıpçaqlardan fərqli olaraq, bu xristian toplumun çoxsaylı yazılı qaynaqlarına önəm verilməmiş, bu sahədə yaranmış boşluq qıpçaqları türk kimliyindən ayırmaq üçün «erməni qıpçaqlar» adı ilə aparılan araşdırmalarla dolmuşdur. Qriqoryan qıpçaqdilli mətnləri türkcə sözlüklər, tarixi rəvayətlər, qanun-törə bitikləri, məhkəmə sənədləri, dini ədəbiyat, atalar sözləri, tapmacalar və sair mövzuları əhatə edən çoxsaylı tarixi qaynaqlar olmasına baxmayaraq, indiyəcən sistemli şəkildə araşdırılmamışdır. Bu qədər zəngin yazılı qaynaqları olan xristian qıpçaqların tarixi öyrənilmədiyi kimi, türkoloji baxımdan dili-ədəbiyatı da araşdırılıb öyrənilməmişdir. Azərbaycanda olduğu kimi, Türkiyə uzmanlar da bu toplumun varlığını görməzdən gəlmiş, türk etnosunun önəmli parçası olan xristian qıpçaqlara «dini təəssüblə» xor baxmışlar. Bu yöndə rus və avropalı türkoloqlar tərəfindən xristian qıpçaqların türkcə danışan başqa etnos kimi (hay, yunan və b.) təqdim olunması siyasəti də öz məkrli rolunu oynamışdır. Ötə yandan, müəyən tarixi çağlarda geosiyasi nədənlər daxilində müsəlman türk soydaşları tərəfindən «sası dinli kafir» - deyə, dışlanan qriqoryan qıpçaqlardan bəzi toplumların erməni adı ilə sonradan haylaşması olayı da bir gerçəklikdir. Əvvəllər doğuya köçən kuman boylarından bəziləri Xəzər dövləti dağılandan sonra başqa boylarla birlikdə batıya üz tutdu. Bu köçün əsl səbəbini XI əsrin tarixçiləri əl-Marvazi və Efesli Matvey belə izah edirlər ki, kayı boyu tərəfindən sıxışdırılan sarı boyları türkmən, quz və peçeneq yurdlarına doğru getdilər. Onlar Aralüstü bölgələrdəki qıpçaqlara birləşib İtil çayını keçdilər. Qıpçaqların VIII-X əsrlərdə ortaya çıxması haqqında olan yorumlar elmi ədəbiyatda geniş yayılmışdır: X əsrdə Kimak elindən ayrılan qıpçaq boylarından bir qisminin Urala gedib başqord xalqının, bir qisminin də Aral ətrafında bəzi türk xalqlarının (qazax, qaraqalpaq, özbək) yaranmasında iştirak etməsi göstərilir, Tobol-İrtış çayları arasında Sibir tatarlarına qarışmasından, İtil bulqarlarına qoşulanların Kazan tatarlarının yaranmasındakı rolundan bəhs olunur. Qıpçaqların bir qismi də XII əsrdə Kırımda, Dunay qıyılarında oturub bir sıra xanlıq, bəylik qurmuşlar. Bir çox yerə yayılsalar da, Qaradəniz quzeyində ve Qafqaz bölgələrində daha önəmli güc sahibi olmuşlar. Doğuda «kıpçak» etnonimi axtarışı A.N.Bernştam (1951) tərəfindən iəli sürülən bir ehtimala bağlanırdı, ona görə, Çin sülalə xronikasında adı m.ö. 201 olayında keçən «kyueşe» boyu qıpçaqlar idi. Öncə elmi ədəbiyatda yer alan bu versiya sonra gündəmdən çıxdı, əvəzində S.Klyaştorninin «qıpçaqlar öncə sir adlanmışdır» tezisi gündəmə davamlı oturuşdu. Bu baxışa görə, IV-VIII əsrlərdə Cin qaynaqlarında adı se, sonra seyanto və VI-VIII əsrlərdə türk runik yazılarda sir kimi keçən boylar VIII əsrdən sonra qıpçaq adlanmışlar. Bu versiyanı qəbul edənlərə görə, kıbçak adı ilk dəfə 760-da Eletmiş Bilgə kağan yazısında keçir. «Şine Usu» adı ilə bilinən bu yazının quzey (K) tərəfində əvvəli və sonu pozulmuş 4-cü sətirdə guya «Türk Kıbçak elig yıl olurmış» deyimi vardır. Buna əsasən o çağlarda qıpçaqların Orta Asiya və Avropaya miqrasiyasını Mərkəzi Asiyadan olması fikri yazılı «tarixi bəlgə» ilə təsdiq olunur. Ancaq «Şine Usu» yazısında kıbçak sözü yoxdur və həmin sətir belə oxunur: :q.Di:amSYZTu:İv:ahlixröt:smRLo:LiYgl:KçN...röt... [gök]tür[ük kağa]n çak əlig yıl olurmış türük iliñə altı otuz yaşıma ıduk...(Göy Türk kağan çağı əlli il olmuşdu, Türk elinə 26 yaşımda qutsal...)O qədər də önəmli olmayan bu yanlış oxuma olayına toxunmamaq da olardı, ancaq məsələ burasındadır ki, «altaistlər» hər kiçik bəlgədən yapışıb bütün türklərin qədim tarixini Altay-Monqolustan bölgələrinə bağlamaq istəyirlər, kimisi bilərəkdən bunu edir, kimisi də bilmədən bu haya gedir. Madam ki, elə qıpçaqlara da qədim tarix axtarırlarsa, o zaman bir bu tərəflərə də baxsınlar, görsünlər ki, «Şine Usu» yazısından üç əsr öncə Alban elində vəngləri olan xristian qıpçaq qarqarlar, Xəzər eli çağındasa yəhudiliyi qəbul etmiş qıpçaqdilli karaimlər vardı. Kuman adı isə Kiçik Asiyada Kummaneşmax, Kummanni yazılışı ilə hələ m.ö. XIX-XVIII əsrlərə aid Boğazköy mətnlərində keçirdi, Van ilə Urmu arasındakı Kuman bəyliyi də m.ö. XIII-VIII əsrlərdə Asur yazılarının gündəmində idi.
(Ardı var)
Firudin CəlilovProfessor
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024