Dini mövzuda olan şeirlərin məclislərdə oxunması yasaq edilməsi İmanı daha da bədbinləşdirmiş, “Mənim mətahım daha burada işləmir; bu ölkədən baş götürüb gedəcəyəm” – deyərək, sazını daşa çırpmışdır
NOVRƏS İMAN(1903 – ?)
Novrəs İman Aşıq Ələsgərin qardaşı Məşədi Salahın oğludur. O, 1903-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. İman təhsilini Göyçənin Hüseynquluağalı (Nərimanlı) kəndində mollaxanada almışdır. Bundan sonra o dövrdə diqqəti cəlb edən dini, bədii və tarixi kitabları mütaliə yolu ilə çox zəngin bilik əldə etmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra İman bir müddət Kəlbəcər rayonunun Seyidlər kəndində kənd sovetinin katibi vəzifəsində işləmişdir. Lakin bütün varlığı ilə Allaha, dinə bağlanan İman din xadimlərinin təqib olunduğunu, məscidlərin dağıdıldığını, Qurani-Kərimin yandırıldığını görəndə, bu quruluşa qarşı onda kəskin bir nifrət yaranmış və tutduğu vəzifəni tərk etmişdir.Gənc yaşlarından şair kimi tanınan İman 1925-ci ildən saz götürüb aşıqlıq eləməyə başlamışdır. Dini mövzuda olan şeirlərin məclislərdə oxunması yasaq edilməsi İmanı daha da bədbinləşdirmiş, “Mənim mətahım daha burada işləmir; bu ölkədən baş götürüb gedəcəyəm” – deyərək, sazını daşa çırpmışdır. O, şeir yazdığı dəftərləri də təndirə töküb yandırmışdır. İmanın belə hərəkətlərini bir çoxları onun “başına hava gəlməsi” kimi izah edirdilər. Novrəs İman belə əsəbi halda 1930-cu ildə Göyçədən Azərbaycana gəlmiş, 1932-ci ildən isə yoxa çıxmışdır.“Novrəs” təxəllüsü ilə şeir yazan bu nakam şairin əsərlərini hamı sevir və əzbərləyirdi. Son zamanlar Tovuz rayonunun Aşağı Ayıblı kəndindən İmanın öz əlilə yazdığı bir dəftəri tapılmışdır. İndi əlimizdə olan dörd min misradan ibarət müxtəlif şəkilli şeirləri vardır. Goyce.az Növrəs İmamın şeirlərini təqdim edir:
***
AY MARAL
Çarxı-fələk məni yaman oxlayıb,
Axır yaralardan qanım, ay maral!
Mən də sənin kimi yaman dərdliyəm,
İnildəmə, çıxdı canım, ay maral!
Tifil ikən ustad oldum dünyada,
Bir Şirinə Fərhad oldum dünyada,
Çöl-biyaban, səhra oldum dünyada,
Yoxdu elim, nə məkanım, ay maral!
Göyçə sakiniyəm, adımdı İman,
Könlüm çox sınaqda, halım pərişan.
Hər nə ki sirrim var, eylədim bəyan,
Dedim sana hər nişanı, ay mara!
***
ÇƏTİNDİ
Gəldi Məhərrəmlik, kəsdi qabağı,
Çıxmaq olmaz bir kənara, çətindi.
İstəkli qohumlar, vəfalı dostlar,
Sizdən uzaq düşsə ara, çətindi.
Məlul könlüm düşüb qəm dəryasına,
Əridir cismimi nar havasına.
Gərəkdi, əyləşəm Əkbər yasına,
Ağlamasam Ələmdara, çətindi.
Hər an zikrimdədi ol şahi-əbrar,
Bahar buludutək yaş eylərəm car.
Həsrətin çəkirəm, bir səfərim var,
Orda olmaq üzü qara, çətindi.
Mətahım dürrüdü, alan yox, satam,
Hüseyni-şəhidin matəmin tutam.
Oğul yolu gözlər binəva atam,
Həsrət çəkir o biçara, çətindi.
Bu dünyanı görən, özün öyməsin,
Yaralı qəlbimə ellər dəyməsin.
Tanrı heç kimsədən nəzər əyməsin,
Düşsə İman kimi dara, çətindi.
***
DEYƏRSİZ
Hələ qəflətdəsiz, yatmısız belə,
Sayıb məni bir divana deyərsiz.
Cəfanız çox olar, yəqin, il-ilə,
Dərdinizi ruhi-cana deyərsiz.
Sərsəri fənada qırılar canlar,
Tökülər yaxandan çox nahaq qanlar.
Seçilməz haqq-nahaq yolu qananlar,
Məəttəlik bu divana – deyərsiz.
Ucalar dillərdə ah ilə fəryad,
Bir tərəfdən olmaz eyləyən imdad.
İstəkli dost dostun etməyəcək yad,
Kəc dolanıb bu zamana – deyirsiz.
Yanmaz, gecə çox çıraqlar qaralar,
Gərdiş eli bir-birindən aralar.
Pozular bağçalar, güllər saralar,
Səfər edib biyabana deyərsiz.
Ömrə vəfa yoxdu, çoxdu cəfası,
Bəhrəm olsun bu dövranın əsası.
Novrəs İmandakı dərdin binası
Qurulubdu doğruyana,-deyirsiz.
***
DƏRD ÜZ VERİB, NİTQİM SÖYLƏR KƏLAMI
Dərd üz verib, nitqim söylər kəlamı,
Bəlkə, sözüm yatanları oyada.
Səs gəlsə guşuna, alar salamı,
Kişi gərək baxsın dost ilə yada.
Qəlbi doğru olan keçəmməz üzdən,
İnsan çox inciyər tənəli sözdən.
Biqeyrət oğuldan, binamus qızdan,
Sonsuzluq yaxşıdı fani dünyada.
Tərbiyə gərəkdi ata-anadan,
Mərifət lazımdı əvvəl binadan.
Yüz də cəhd eyləsən, olarsan nadan,
Xidmətin olmasa kamil ustada.
Özgə zəhmətindən dövlət, var olmaz,
Kimsəyə bir zərrə xeyir-kar olmaz,
Kasıblığı kişi üçün ar olmaz,
Bu şərt ilə doğru çıxa üqbada.
Arif olan, huş ver sən bu sözlərə,
Namərd hər bəlanı gətirər sərə.
Kimdi səyyah olub düşə çöllərə,
İman kimi gəzə dərin dəryada.
***
DOYUNCA
Əziz ata, itgin gedən fərzəndin,
Ağla hey düşəndə yada doyunca.
Mənim gərdənimdə çərxin kəməndi,
Dolandırır bu dünyada doyunca.
Məndən dost-qohuma azca gileylə,
Nə qarğa, dalımca nə hədyan söylə.
Əl götür duaya, minacat eylə,
Bəlkə, yetəm bir murada doyunca.
Halal qıl İmanı, qohum-qardaşım,
Çeşmim ağlar, qaranlıqdı günəşim.
Əgər bir ilahi düzəltsə işim,
Şad olaram Kərbəlada doyunca.
***
GÖRÜNÜR
Həyat bir dövrandı, iki üzlüdü,
Qarası görünür, ağı görünür.
Hər sözün, söhbətin öz məqamı var,
Çürüyü görünür, sağı görünür.
Bir barlı bağçaydım, barım kəsildi,
Vaxtsız xəzan əsdi, karım kəsildi,
Vətənimdən etibarım kəsildi,
Qürbət ellər mənə yağı görünür.
Novrəs İman haqdan istər payını,
Dərdə düşsün müxənnəti, xayını.
Yemə çörəyini, içmə çayını,
Namərd süfrəsində ağı görünür.
***
VAR
Ey mələk simalım, qəddi minalım,
O sərxoş baxışda əlamətin var.
İsgəndər cəlallım, Hatəm səxalım,
Eşqindən başımda qiyamətin var.
Dilimin kəlməsi – Ayeyi-Quran,
Telinə sadağa varımdı bir can.
Yaraşır şəninə bu külli-cahan,
Yusifi-Kənana şəbahətin var.
Dəhanın çeşmeyi-Abi Səlsəbil,
Verib qüdrətindən cəbbarü cəlil.
Ədalətdə sənsən, söyləsən dəlil,
Məhşərdə möminə şəfaətim var.
Yüz desəm vəsfini, gəlməz hesaba,
Cəbinin təşbehdi qövseyniqaba.
Qədəmindən öpən batar savaba,
Yazılmış sinəmdə hekayətin var.
Səni xəlq eləyib qadiri-sübhan,
Cəmi gözəlliyin nişanbanişan.
Pərtövü cəmalın şövkəti-rizvan,
İmantək quluna hidayətin var.
***
TƏCNİSLƏR
A YARA, MƏNDƏN
Vaxt dolandı, gəldi keçdi zamana,
Niyə əl çəkmədin, a yara, məndən?
Nə əcəl gəlmədi, yetişəm cana,
Nə xəbər yetmədi a yara məndən.
Can deyən Fərhaddı, Şirin daha nə?
Əsb əlində söylər şirin dəh ana.
Gəlibdi ləblərin şirin dahana,
Görmüşəm ləzzətin, a yar, əməndən.
İman qələm çalır, nə xoş səfadı,
Nə nizam yoxumdu, nə xoş səf adı.
Pərişan xəyalım naxoş səfadı,
Xain bəd qandırar a yara məndən.
***
QALA, YAR, QALA
(dodaqdəyməz)
Nə keçdi cəsədin çətin çəngələ,
Gər canın ataşa qala, yar, qala.
Həsrətindən dərdin yazan dal-dala,
Çəkər sənin təki qala, yar, qala.
İgid girsə, cəng içində at alar,
Xədəngini cəng içində atalar.
Çəkər dərd əhlinin dərdin atalar,
Çətindi zindanda qala, yar qala.
Çarx hərləndi, qara gəldi sənə yaz,
Xətalı gərdişdən axtar sən ay az.
Novrəs İman dərdin desin sənə, yaz,
Həsrəti sinəndə qala, yar, qala.
***
NƏ QALA SƏN, SƏN
(dodaqdəyməz)
Gəldi sərin cəngə, titrər əzalar,
Nə dərdə gələrsən, nə qala sən, sən.
Sinən eşqin ataşından az alar,
Nə dincəl, ətəklə, nə qala sən, sən.
Dərs alanlar zikr eyləyir hər aya,
Gedəcəkdi, gedəcəksən haraya.
Çağırar ağasın, yetər haraya,
Nə qala ləşkərin, nə qalasan sən.
İman, səni kəndi çəkər ay ala,
Alar canın, həsrət qalar əyala.
Nə səngisən, nə səngərsən a yala,
Nə hasar deyilsən, nə qala sən, sən.
***
SƏNƏM, AL
Ay təzə şahbazım, həm sərvinazım,
Qulluğuna bir ərzim var, Sənəm, al!
Yolunda sadağa candı niyazım,
Layiq deyil qurban kəsim sənə mal.
Götürmüşəm çox sağalmaz yara mən,
Qəm çəkərmi ləblərindən, yar, əmən?!
Layiq olsam qulluğunda yara mən,
Geydirərəm al üstündən, Sənəm, al.
Novrəs İman, günün gəldi nə qara!
Bad əsdi, zimistan oldu nə qara.
Çarxı-gərdiş yenə çaldı nağara,
Ay, gün kəmənd atdı, qurdu sənəm al.
***
DİVANİLƏR
GƏRƏK
Kişi üçün əzəl gündən
Başda çox kamal gərək
;Sərf etməyə doğru yola,
Əsəldən zülal gərək.
Həqiqətdən əxz eyləyə,
Mərifətdən anlaya;
Məhşər günü olmayacaq
Ona dövlət-mal gərək.
Kimi alar hökmranlıq,
Ədalətdən danışar.
Mərdin əli açıq olar,
Səxavətdən danışar.
Kimi məlul-müşgül gəzər,
Şikayətdən danışar.
Bu işlərə qərar qoyan
Həyyi-layəzal gərək.
Mala, mülkə bel bağlayıb,
Kiminin var həvəsi.
Həcv eləyib yoxsullara,
Tutma ac ilə bəhsi.
Cəhənnəmdən betər olur,
Bu dünyanın tənəsi.
Qurulanda haqq divanı,
Verə bir macal gərək.
Novrəs İman, cəfa çəkmə,
Bu dünyadı bivəfa.
Vaxt yetişsə, mələk əl-mot
Bircə gəlməz insafa.
Açıq söylə kəlmələrin,
Sat mətahın sərrafa;
Qədirbilən qiymət qoyub
Ala dalbadal gərək.
***
PƏRVƏRDİGAR
Xəlq eləyib, nitq verib
İnsanı pərvərdigar.
Göstəribdi doğru yolu,
Ərkanı pərvərdigar.
Hər nə tutsan, dəftərində
Cəm olunur, bil,yəqin;
Çəkəcəkdi həm səvabı,
Üsyanı pərvərdigar.
Necə ki, bu dünyamız var,
O dünya da həqqdir;
Cənnət var, cəhənnəm var,
Bilmək olmaz kim gedir.
Hər kimsə ki, yoldan azıb,
Din-islamı tərk edir;
Əməlinə baxıb, verər
Fərmanı pərvərdigar.
Nütfəsindən nöqsan olan
Haçan haqdan ar elər?!
Öz-özünə böhtan deyib,
Danışmağı xoş bilər.
Cəsəd gedər dar məzara
,Əməl əldə cəm gələr;
Özün saxla pənahında
İmanı, pərvərdigar!
***
ŞAİRLƏRDƏ ƏSƏR ÇOXDUR
Şairlərdə əsər çoxdur,
Hər biri bir yanədir.
Hökmi-şəri isbat edən
Sidqimiz Quranədir;
İstəyirsən, əbcəd axtar,
İyirmi səkkiz hərf var;
Min dil ilə vəsf qılsan,
Məhz bir sübhanədir.
“Əlif” – əvvəl, ismi – Allah,
Etqad et, səndə qan;
“Be” – birliyin izah edir,
Bundan axtar, bil, inan;
“Te” – təbarək, təkdi onun
Hikmətində insü can;
“Se” – sabitdi, sübutu var,
Bilməyən biganədir.
“Cim” – cəlildi, həm cabbardı,
Çox ucadı cəlalı;
“He” – halıdı hər əhvaldan,
Bilir, haram, halalı;
“Xe” – xaliqdi, xidmətində
Yoxdu xofu xəyalı;
“Dal! – dəlalət, dəlil verib,
Doğru din, ərkanədir.
“Zal” – zül gərək, zati-pakı
Zaliki olmaz zəlil;
“Re” – rəhmətdi, rəhm eyləyib,
Rayət raha səbil;
“Ze” – zavala getməz özü,
Zay eylər zəhmətlə, bil;
“Sin” – salamət, səhl sanma,
Sualın əyanədir.
“Şin” – şamildi, şəms gedib,
Şəm olub gərdişdə gər;
“Sad” – sadiqdi, səhhət verib
Söhbətlərə səbr edər;
“Zad” – zəlalət yoxdu onda,
Zamindi, olsa verər;
“Ta” – tahirdi, tələb eylər,
Qəlbdə yeganədir.
“Za” – zalımlıq yoxdu onda,
Zahir olmuş büsatı;
“Eyn” – adil padişahdı,
Eyndə var isbatı;
“Ğeyn” – rəffar, famil deyil,
Hər zamandı həyatı;
“Fe” – fanidir, fəna eylər,
Nisbəti dövranədir.
“Qaf” – qadirdir, qəhhar deyil,
Qüdrəti var, qəhr eylər;
“Kaf” – “kün” deyib kani-kərəm,
Qərar tutmuş bəhrü bər;
“Lam” – ləngərdi, leyli-nəhar
Hər yana eylər nəzər;
“Mim” – müdrikdir, mütəkəllim,
Mürüddü bir xanədir.
“Nun” – nisbəti yoxdur onun
Nə cismə, nə cövhərə;
“Ha” – hamildi, hamı gəlir
O gün ruzi-məhşərə;
“Vav” – varlığı şəbahətdə
Yəni nuri-ənvərə;
Laməlifla laşərikdir,
Məhz laməkanədir.
“Ye” – yaradıb yoxdan yeri.
Göyləri tarı, yəqin;
Xəlq eləyib, nitq verib
Məxluqata, bil, həmin.
Gecə-gündüz, ayilən il
Dörd fəsil olmaz kəmin;
Bu isbata inanmayan
Aşikar, divanədir.
Novrəs İman, bir mövlanın
Ətəyindən çəkmə əl;
Nakəs ilə kəlmə kəsmə,
Yar olma nadana, gəl;
Gər istəsən oxuyarsan
Hər növi şerü qəzəl;
Hamsına bais olan
Kəc gələn zəmanədir.
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024