Güzəşt məsələsi 1918-ci ildə birdən-birə ortaya çıxmamışdı.- İrəvanın Azərbaycandan alınaraq Ermənistana verilməsi məsələsi öz başlanğıcını 1912-ci ildən götürür.
İrəvan şəhəri siyasi mərkəz kimi 1918-ci ilin 29 may tarixində Azərbaycan Milli Şurasının qərarı ilə Ermənistana verilib. Zaqafqaziya seyminin dağılmasından sonra (1918, 26 may) erməni milli şurası Tiflisdə Ermənistan (Ararat) Respublikasının yaradıldığını elan etdi. 1918-ci il mayın 29-da Tiflisdə Azərbaycan Milli Şurasının iclası keçirildi. İclasın 3 nömrəli protokoluna görə, Fətəli xan Xoyski şura üzvlərinin Azərbaycan və Erməni federasiyası ərazilərinin sərhədləri məsələsinə dair erməni milli şurası ilə apardıqları danışıqların nəticələri barədə məruzə edir.Xoyski məruzəsini Erməni federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazım olduğunu, Aleksandropolun (Gümrü) Türkiyəyə keçməsindən sonra belə mərkəzin yalnız İrəvan ola biləcəyi haqqında məlumat verdikdən sonra İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruri olduğunu bildirir. Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Əkbər ağa Şeyxülislamov, Məhəmməd Məhərrəmov bu məsələ üzrə çıxış edərək, İrəvanın ermənilərə güzəştini tarixi zərurət, labüd bədbəxtlik adlandırdılar. Bu məsələ üzrə səsvermə nəticəsində 28 Şura üzvündən 16-sı İrəvanın güzəşt edilməsinin lehinə, 1 nəfər əleyhinə səs vermiş, 3 nəfər bitərəf qalmışdır (protokolda belə göstərilib). Beləliklə, Azərbaycan Milli Şurası İrəvanın Ermənistana güzəştə gedilməsi haqqında qərar qəbul edir. Azərbaycan Cümhuriyyəti Hökumətinin baş naziri Fətəli xan Xoyski mayın 29-da xarici işlər naziri Məmməd Həsən Hacınskiyə yazırdı: “Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və muharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik”. “Ölkə.Az” bu gün oxuculara siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevlə İrəvanın ermənilərə verilməsi məsələsinə aydınlıq gətirəcək.- Zaur müəllim, oxuduğumuz, eşitdiyimizə görə, ermənilərin İrəvana iddiası daha əvvəldən mövcud idi. Güzəşt məsələsi 1918-ci ildə birdən-birə ortaya çıxmamışdı.- İrəvanın Azərbaycandan alınaraq Ermənistana verilməsi məsələsi öz başlanğıcını 1912-ci ildən götürür. Çünki Türkiyə ərazisində dövlət qurmaqla bağlı onlara verilən vədlərin arxasından böyük dövlətlərin qaçması və Azərbaycan torpaqlarında paytaxt qurulması təklifi onlara məhz bu tarixdə təklif edilmiş idi. "Mışak" qəzetinin redaktoru A.Arakelyan yazırdı: "Elə bir məqam gəlib çatmışdır ki, bütün sivilizasiyalı dünya, xüsusilə də Rusiya «Erməni məsələsi»nin həllini öz üzərinə götürməlidir. 1912-ci ildə nəşr edilən «Известия Бакинского Совета» adlı qəzetin 220-ci sayında yazılır ki, 1912-ci ildə erməni burjuaziyası və ziyalıları Tiflisdə toplanaraq «Erməni məsələsi»nin dünya siyasətçilərinin diqqət mərkəzində olacağını və Rusiya hökumətinin ermənilərə xoş niyyətlərini bildirəcəyini nəzərə alaraq qarşıda dayanan ümummilli məsələlərin həll edilməsi üçün toplanmağı təklif etdilər. Oktyabrın sonunda ermənilərin I ümummilli qurultayı çağırıldı. Buqurultaya Tiflisdən, Bakıdan, Naxçıvandan, Axalkalakidən, İrəvandan, Armavirdən, Batumidən nümayəndələr gəldilər. Qurultay qərara aldı ki, ermənilərin yaşadığı bütün ərazilərdən nümayəndələr seçilsin və yeni qurultay çağırılsın. Qurultayda «Erməni məsələsi» ilə əlaqədar daimi işlək orqan yaradıldı: 7 nəfərdən ibarət müvəqqəti büro seçildi (S.Arutyunyan, A.Xatisyan, A.Kalantar,A.Arakelyan, A.Poqosyan, O.Tumanyan, N.Aqbalyan –red.). Büro gündəlik cari işləri və noyabrın 25-də Tiflisdə keçiriləcək yeni qurultaya hazırlıq işlərini həll edəcəkdi.- Milli Şuranın belə bir addım atmasının başqa səbəbləri də var idimi? Ümumiyyətlə, o dövrə nəzər salsaq, Qafqazda nə proses gedirdi?- İrəvan quberniyasının xeyli ərazisi Azərbaycan Cümhuriyyətinin inzibati ərazi vahidi kimi qalırdı. Ermənilər İrəvanı şəhər kimi əldə etdikdən sonra Dağlıq Qarabağa və ondan da geniş ərazilərə iddialarını davam etdirdilər. Hətta Fətəli xan Xoyski 1918-ci il 31 iyulda İstanbulda olan nümayəndə heyətinin başçısı Məhəmməd Əmin Rəsulzadəyə məktubunda yazır ki, əgər ermənilər Qarabağın dağlıq hissəsinə iddialarından vaz keçməsələr, onda biz İrəvan şəhərini onlara güzəştə getməkdən imtina edəcəyik. O zaman Cənubi Qafqaz Seyminin dağılmasından sonra üç müstəqil dövlət yaranmayacağı təqdirdə regionun İran, Türkiyə və Rusiya arasında bölünməsi barədə konkret şərt irəli qoyulmuş idi. Əgər Batum konfransında tərəflər dil tapa bilməsəydi öz aralarında Azərbaycanın bir hissəsi İrana, bir hissəsi Rusiyaya digər hissəsi isə Türkiyəyə veriləcək idi. Gürcüstan Türkiyə və Rusiya arasında, Ermənistan isə Türkiyəyə veriləcək idi.Fikrimizi təsdiq etmək üçün 1918-ci ilin mayın 28-də Milli Şuranın səhər toplantısında «Erməni xalq partiyası»nın nümayəndəsi M.Papacanovun çıxışına baxmaq kifayət edər. O, hərbi əməliyyatların dayandırılması təklifini irəli sürdü. O, iddia edirdi ki, müvəqqəti sülh xalqı faciələrdən xilas edə bilər və sülh dövründə «Erməni məsələsi» ümumavropa konqresində öz həllini tapa bilər: "Sülhün mövcudluğu bizə imkan verər ki, biz kiçik da olsa öz milli ərazimizi yaradaq. Bu da gələcəkdə millətimizin inkişafına zəmin verəcəkdir".- Bayaq söhbət edəndə Paris Sülh Konfransı və Vilson haqqında danışdınız. Bu barədə bir az da oxucuları məlumatlandıraq.- Avropada gedən müharibədən qalib çıxmış və Paris Sülh Konfransını çağıran prezident Vilson və onu müdafiə edənlər 3 Qafqaz respublikası qarşısında məsələni belə qoymuşdu: siz dövlətinizi yaradın, sərhədlərini müəyyən edin, paytaxtlarınızı yaradın, biz də sizin müstəqilliyiniz haqqında düşünək. Azərbaycan tərəfi də məcburiyyət üzündən torpaqları Ermənistana verdi. Bir mənafeyi qurban verib başlıca mənafeyi – Azərbaycanın müstəqilliyini elan etmək, onun taleyini həll etmək üçün bu addımı atmağa məcbur oldu.Bu, sübut edir ki, biz şifahi razılaşma ilə güzəştə getmişik. 1918-ci il mayın 29-da Tiflisin Canişin sarayında toplaşan Milli Şuranın qəbul etdiyi 3 saylı protokolunda bu barədə tam təfsilatı ilə göstərilib. Həsənbəy Ağayevin sədrliyi ilə keçirilən iclasda Milli Şuranın 44 üzvündən 28 nəfər iştirak edib. Fətəli xan Xoyski iclasda məruzə ilə çıxış edərək Milli Şuranın nümayəndələri ilə erməni Milli Şurasının təmsilçiləri arasında keçirilən danışıqlar barədə məlumat verib. Deyib ki, Azərbaycan və Ermənistan federasiyaları öz sərhədlərini müəyyənləşdirməyi qərara alıb. Xoyski məruzəsini belə bir məlumatla qurtarır ki, Ermənistan Federasiyasının yaradılması üçün siyasi mərkəz lazımdır. Çünki o vaxtadək ermənilər özləri üçün indiki Gümrü, o zaman Aleksandropol adlanan şəhəri mərkəz hesab edirdilər. Amma həmin dövrdən Aleksandropol Osmanlıların nəzarətinə keçdiyi üçün ermənilər mərkəzsiz qalır. Ondan da əvvəl isə daha bir hadisə, 1918-ci ilin martında Leninlə almanlar arasında Brest Litovski sülh müqaviləsi bağlanmış idi. Bu müqaviləyə əsasən Qars, Ardahanla birgə Aleksandrapol da Türkiyəyə verildi. Buna görə də ermənilər İrəvanın siyasi mərkəz kimi onlara verilməsini xahiş etdilər. 1918-ci il mayın 28-də Azərbaycanın və Ermənistanın müstəqilliyi elan edilir. Mayın 29-da Müsəlman Milli Şurasının iclasında İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəşt edilməsi haqqında qərar qəbul olunur. Lakin qərar Milli Şuranın 28 üzvündən 16-sının razılığı, üç nəfərin bitərəf qalması və bir nəfərin etiraz səsi ilə qəbul edilir. - Sonradan Milli Şuranın digər üzvləri bu qərara etiraz edir. Milli Şuranı və Osmanlını günahlandıranlar nə dərəcədə haqlıdır?- Milli Şuranın iyunun 1-də keçirilən iclasında Şuranın İrəvandan olan üzvləri Mir Hidayət Seyidov, Bağır Rizayev və Nəriman bəy Nərimanbəyov İrəvanın Ermənistana güzəşt edilməsi haqqında qərara yazılı şəkildə etirazlarını bildirsələr də, nəticəsi olmur. Ancaq bir fakta xüsusi diqqət yetirin ki, burada İrəvanın Ermənistan dövlətinə yox, Ermənistan Federasiyasına siyasi mərkəz olaraq güzəşt edilməsindən söhbət gedir. Azərbaycan Milli Şurasının protokollarına nəzər salsaq, sənədlərdə “erməni federasiyası” yazıldığını görərik. İrəvanın güzəşt edilməsi sənədində də yazılır: “İrəvan siyasi mərkəz kimi erməni federasiyasına verilir”. Sənəddə federasiya sözü varsa, bu, hələ tam, birmənalı erməni dövləti demək deyil. Amma sonrakı sənədlərdə biz “Ararat Respublikası” və ya “Ermənistan dövləti” kimi ifadələri görürük. Amma gerçəklikdə Milli Şura razılıq verməsəydi belə, məsələ faktiki həll olunmuşdu. Çünki İrəvan və ətrafında Osmanlı cəbhəsindən məğlub kimi gəlmiş və türklərə qarşı kin hissi ilə dolu, hər bir müsəlmanın qanına susamış minlərlə erməni silahlısı vardı. Bunun müqabilində isə cəmi bir gün öncə özgə paytaxtında elan olunmuş və öz paytaxtı olmayan Azərbaycan dövlətinin rəsmi olaraq bir nəfər də olsun, əsgəri, bir ədəd də olsun, silahı yox idi. Bax, məsələnin əsas mahiyyəti bundan ibarət idi. Və o dövrkü beynəlxalq və regional gerçəkliyi dərk etdikdə inanırsan ki, İrəvanın güzəştə gedilməsində istər Osmanlını, istərsə də müvəqqəti Milli Şuranı günahlandırmaq doğru deyil.Bir faktı da diqqətinizə çatdırım ki, Fətəli xan Xoyski 1918-ci il 31 iyulda İstanbulda olan nümayəndə heyətinin başçısı Məhəmməd Əmin Rəsulzadəyə məktubunda yazır ki, əgər ermənilər Qarabağın dağlıq hissəsinə iddialarından vaz keçməsələr, onda biz İrəvan şəhərini onlara güzəştə getməkdən imtina edəcəyik.Dövlət arxivi, А.3671, k.2930, d.555, f.15;15-9 saylı sənəddə qeyd edilir ki, 28-29 may Batumidə axşam saat 20:00-da danışıqlar başlamışdır. Vehib paşa demişdir: "Ermənilərin tələbini az da olsa qane etmək məcburiyyətindəyik. Hər halda onlara bir ərazi vermək məcburiyyətindəyik". Bu situasiyada Ənvər Paşanın mövqeyi erməni dövlətinin yaradılması əleyhinə idi. O, istəyirdi ki, yaradılsa, yəni məsələ qaçılmaz olsa, çox zəif, gücsüz, yaşamaq iqtidarında olmayan kiçik bir ərazidə yaradılsın. Ona görə də İrəvan quberniyasının 7 qəzasından ikisində erməni dövlətinin yaradılması qərarı alındı. Amma indi erməni dövlətinə bir mərkəz də lazımdı axı... O ərazidə paytaxt ola biləcək şəhərlər Qars, Gümrü və İrəvan idi. Qars və Gümrü artıq Osmanlının ərazisində idi. Yeganə İrəvan şəhəri qalırdı. Burda artıq Azərbaycan nümayəndə heyəti çox güclü təzyiqlə üzləşdi. Hətta Xəlil Menteşe belə bir ifadə işlətdi ki, Bakının azad olunması İrəvandan keçir. Yəni İrəvanı güzəştə getmək Azərbaycan nümayəndə heyəti qarşısında şərt kimi qoyuldu. Deməli, burda bir erməni dövləti varsa, onun siyasi mərkəzi də olmalıdır. Çox gərgin situasiya idi. Azərbaycan Milli Şurasının üzvləri də bunu birmənalı qarşılaya bilməzdi. Hələ 1917-ci ilin dekabrında Məhəmməd Əmin Rəsulzadə “Açıq söz” qəzetində yazdığı məqalədə qeyd edirdi ki, “biz Azərbaycan muxtariyyatı deyəndə həmən İrəvan quberniyası, Bakı quverniyası, Yelizavetpol quberniyası və Zaqafqaziyanın bir sıra digər qəza və sahələrini nəzərdə tuturuq”.- Türklərlə ermənilər arasında hansı ərazilərin danışıqları gedib? Qafqazda qurulan respublikaların hansı əraziləri var idi?- Ermənilər üçün düşünülən sahə Yeni Bəyazid və Eçmiədzin bölgələrindən ibarət idi. Türk heyəti 1918-ci ilin may ayının 30-da ermənilərlə apardıqları danışıqlar nəticəsində bu şərtləri tətbiq etməyə başladı. Buna qəti etirazını bildirən A.Xatisyan ermənilərə verilən torpaqların çox az olduğunu, təklif edilən bu sərhədlərin türk və erməni xalqları arasında daimi düşmənçiliyə səbəb olacağını bəyan etdi. O, bildirdi ki, Qafqaz müsəlmanlarının yaşadıqları ərazinin çox az bir hissəsini onlara verilərsə, müsəlmanlarla münasibətləri düzələcək və müsəlmanların haqları bu ərazilərdə ermənilər tərəfindən müdafiə ediləcəkdir. Vehib paşa ermənilərə daha çox ərazinin qala bilməsi üçün Ermənistan ərazisində yaşayan müsəlman əhalisini Türkiyəyə köçürülməsini təklif etdi. O, «Erməni məsələsi»nin beynəlxalq bir problem olduğunu qəbul edərək onun müstəqilliyinin Türkiyə tərəfindən tanınacağını bildirdi. Ermənilərin bu şərtləri qəbul etməkdən başqa bir çarəsi yox idi.Batumidə imzalanan bu müqavilə Ermənistanın müstəqilliyini tanıyan ilk beynəlxalq sənəd idi və Türkiyə Ermənistanın müstəqilliyini tanıyan ilk dövlət olmuşdur. İmzalanmış müqaviləyə əsasən, Ermənistanın ərazisi 9 min km2, əhalisi 326 min nəfər təşkil edirdi. Ermənistan ərazisi Basarkeçər quberniyası (Nor Bəyazid), Erivan quberniyasının 3/5 hissəsi, Eçmiədzinin bir hissəsi, İsgəndərunun bir hissəsini əhatə etməklə, əhalisini 230 min erməni, 80 min müsəlman, 5 min yezidi kürd və 11 min digər millətlər təşkil edirdi. Ermənistan Respublikası Qafqazda yaşayan bütün ermənilərin 1/9 hissəsini özündə birləşdirirdi.Öz müstəqilliklərini elan edən Qafqaz dövlətlərinin hər biri ilə ayrı-ayrılıqda 4 iyun 1918-ci ildə sülh müqaviləsi imzalandı. Gürcüstanla imzalanan sülh müqaviləsinə əsasən, Batumi şəhəri və onun ətrafı, Axıska və Axalkalaki əraziləri Türkiyə tərəfindən ilhaq olunaraq 1828-ci il sərhədinin bərpa edilməsi razılaşdırılmışdı. Osmanlı imperatorluğu ilə Ermənistan Respublikası arasında imzalanan "Sülh və dostluq müqaviləsi"nə (14 maddə, 3 qoşma) görə, Osmanlı hökuməti Yeni Bəyazid, Gümrü, İrəvan və Şərur-Dərələyəzi ermənilərə təhvil verirdi. Bunun qarşısında ermənilər ərazidə yaşayan müsəlman əhalisinin hüquqlarını tanımalı, dini və mədəni azadlıqlar verməli idi. Ermənistan hökuməti Türkiyəyə qarşı göndərilmiş dəstələri ləğv etməli və Türkiyə ərazisinə keçməklərinin qarşısını almalıdır. Həmin gün Azərbaycanla Osmanlı hökuməti arasında da müqavilə imzalandı. Bu müqaviləylə Osmanlı ilə Azərbaycan, Gürcüstan, Ermənistan arasında sərhəd xətti müəyyənləşdi. Müqavilənin üçüncü bəndinə görə Azərbaycan, Gürcüstan və Ermənistan tezliklə sərhədlərini müəyyən edən protokol imzalamalı və bu barədə Osmanlı Hökumətinə məlumat verməliydilər. - Yuxarıda da Türkiyə-Ermənistan danışıqlarından və Batumda imzalanan müqavilədən danışdıq. Hansı maddələr var idi?Ermənistan-Türkiyə danışıqlarında (may 1918 il, Batumi) Türkiyə tərəfinin bəyanatında maraqlı olan maddələr aşağıdakılardır: • Maddə 5- Ermənistan Respublikası öz əraziləri daxilində heç bir qanunsuz silahlı dəstələrin formalaşmasına imkan verməyəcək və bu ərazilərdən qonşu dövlətlərin ərazisinə qanunsuz silah keçirilməsinin qarşısını alacaq;.• Maddə 6- Ermənistan Respublikası ərazisində yaşayan müsəlman əhalisinin dininə,adət-ənənələrinə hörmət ediləcək. Müsəlmanlar digər millətlərlə yanaşı eyni hüquqa malik olacaq, öz dillərində danışıb, təhsil ala biləcəklər. • Maddə 11- Ermənistan Respublikasının hökuməti bu Müqaviləni imzaladıqdan sonra Bakı şəhərini tərk edəcək və orada yerləşən silahlı qüvvələrini bütünlüklə çıxaracaq. Erməni silahlı qüvvələri şəhərdən çıxdığı zaman Bakı daxilində heç bir çaxnaşmaya yol verməyəcəkləri barədə öhdəlik götürür.Və ən əsası: Azərbaycan üçün ən önəmli olan dördüncü maddədə göstərilirdi ki, Azərbaycan Respublikası hökuməti tərəfindən tələb edildiyi təqdirdə Osmanlı hökuməti ölkədə qayda-qanunu (intizam) və daxili asayişi təmin etmək və möhkəmləndirmək üçün Azərbaycana zəruri hərbi yardım göstərməyi öz öhdəsinə götürür.1918-ci il Batum danışıqları (11 may-4 iyun) və Batum müqavilələrinin (4 iyun 1918-ci il) şərtlərinə əsasən vermişdi: “Azərbaycan tərəfi bu taleyüklü addımı atarkən ermənilərlə dostluq və mehriban qonşuluq münasibətləri yaratmağa çalışırdı və danışıqlarda iştirak edən erməni tərəfinin səmimiyyətinə inanırdı. Lakin erməni tərəfi Batum danışıqları zamanı əldə olunmuş razılaşmalara və Batum müqavilələrinin şərtlərinə əsasən üzərinə götürdüyü bütün öhdəlikləri birtərəfli qaydada pozdu: işğalçılıq, deportasiyalar və soyqırımları siyasətini davam etdirdi. - Bu müqavilənin şərtləri sonradan pozulur. Hansı proseslər başladı?- Qısa müddət sonra Batumidə əldə edilən razılamanın şərtləri ermənilər tərəfindən pozuldu – azərbaycanlılara qarşı soyqırım siyasəti davam etdirildi. Azərbaycan” (rusca) qəzeti 29 iyun-1 iyul 1919-cu il tarixlərində dərc edilmiş “Ermənistanda müsəlmanların vəziyyəti” məqaləsində İrəvan şəhərinin azərbaycanlı əhalisinin faciəli vəziyyət haqqında yazırdı: “Ermənistan Respublikasında müsəlmanların vəziyyəti faciəvidir. İrəvanda gözəl evlərin və bağların böyük əksəriyyəti müsəlmanlara məxsus idi… Türk qoşunları İrəvana yaxınlaşdığı zaman şəhərin müsəlman əhalisi nədənsə qorxaraq şəhəri tərk etmişdi. Onların malına, mülkünə Türkiyədən olan erməni qaçqınlar sahib çıxmışdılar. Ermənistan hakimiyyətini qəbul edən müsəlmanlar şəhərə geri qayıdarkən yollarda erməni silahlıları tərəfindən tamamilə qarət edilmişdilər… Varlı bağlara, gözəl evlərə malik müsəlmanları erməni qaçqınları öz evlərinə buraxmadıqlarından qışdan bu yana məscidlərdə sığınacaq tapmışlar… Ermənistan hökuməti minlərlə qarət edilmiş, ac-yalavac, xəstə müsəlmanları açıq havada yaşamağa məcbur edir. Müsəlmanların çəkdiyi işgəncələri təsvir etmək çətindir. Çoxları buna dözmür və dəli olurlar… Müsəlmanların evlərini zəbt edən ermənilər, onlardan külli miqdarda vəsait aldıqdan sonra evlərini qaytarır və müsəlmanlar bundan sonra sığındıqları məscidlərdən evlərinə qayıda bilirlər. Ermənistan hökuməti qəsdən və düşünülmüş surətdə erməni qaçqınlarını müsəlman məhəllələrində və evlərində məskunlaşdırır”.Bir həqiqət var ki, Batum müqaviləsində İrəvanın güzəştə gedilməsi və ermənilərin hər hansı öhdəlik götürməsi ilə bağlı razılaşma əksini tapmayıb: “İrəvan erməni Milli Şurası ilə Azərbaycan Milli Şurası arasında centlmen razılaşması əsasında verilib. 1918-ci ildə erməni cümhuriyyəti yaratmaq üçün paytaxt olmadığına görə Azərbaycan Milli Şurası İrəvanı güzəştə gedib. Bunun müqabilində erməni Milli Şurası Yelizavetpol quberniyasının dağlıq hissəsinə, indiki Dağlıq Qarabağa olan iddialarından imtina haqda öhdəlik götürüb. Batum müqaviləsində həmin razılaşmanı özündə ehtiva edən hər hansı bir maddə yoxdur.- Dövrün ziyalılarından Üzeyir bəy də məsələyə qarışmışdı. Azərbaycan hökuməti erməniləri ölkədən qovub çıxarsa da, Ermənistan Azərbaycan torpaqları hesabına quruldu.- Bir faktı da unutmaq lazım deyil, Üzeyir Hacıbəyovun ingilis generalı Tomsonla danışığı. Bu tarixi əhəmiyyətə malik olan dialoq ADR-in o zamankı daxili siyasətinin milli dəyərlər üzərində qurulduğunu göstərir:Üzeyir bəy: Cənab general, biz Qarabağa 30 minlik qoşun göndərib torpaqlarımızı azad edəcəyik. Tomson: Bu mümkün olan iş deyil.Üzeyir bəy: Qarabağda ermənilər qanuni hökumətə qarşı qiyam qaldırıb. Əgər İngiltərədə bir dəstə dövlətə qarşı qiyam qaldırsa, nə edərsiniz?Tomson: Bu bəllidir, biz qiyamı yatırarıq. Üzeyir bəy: İcazə verin, biz də gedib qiyamı yatıraq, torpaqları azad edək. Bundan sonra Tomson deyib, gedin, azad edin. Demokratik Cümhuriyyət Andronikin, Dronun qoşununu dağıdıb onları Qarabağdan çıxartdı, torpaqların azadlığına nail oldu. Ancaq təəssüf ki, 1920-ci ilin aprelində bolşeviklər Azərbaycanı işğal etdilər və noyabrda Zəngəzuru Ermənistana verdilər.Lakin yuxarıda qeyd etdiyim maddələrə nəzər salsaq görərik ki, Ermənistanın müstəqilliyinin tanınması üçün maddələrdə ermənilərin üzərinə götürdükləri öhdəlikləri özləri də pozmuşlar. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, fond 276, siyahı 9, iş 1, vərəq 47-də yazılır “Ermənistan dövlətinin ərazisi Azərbaycan torpaqları hesabına 20 min kvadrat kilomet artarat 29, 7 min kavdrat kilometrə çatdı. Və Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər”.- Azərbaycan tərəfi Batum razılaşması və müqaviləsindən hansı əsasla imtina edə bilər?- Erməni tərəfi 1918-ci il Batum razılaşmalarının və Batum müqavilələrinin bütün şərtlərini birtərəfli qaydada pozduğu üçün və bununla da göstərilən müqavilələr öz hüquqi qüvvəsini itirdiyinə görə Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi olan Azərbaycan Respublikası adekvat addım atmalıdır: "Azərbaycan Milli Şurasının xalqın iradəsini nəzərə almadan İrəvanın və ətrafındakı torpaqların ermənilərə verilməsi haqqında 29 may 1918-ci il tarixli qərarına yenidən baxılmalı və həmin qərar qüvvədən salınmalıdır. Bununla, Azərbaycan xalqının öz tarixi torpaqlarına varislik hüququ bərpa olunmalıdır.Elə buna görə də Azərbaycan Batumi razılaşmasından imtina edə və Milli Şuranın 1918-ci ilin 29 may tarixində İrəvanın Ermənistana verilməsi ilə bağlı qərarını ləğv etməklə bağlı məsələ qaldıra bilər.Beləliklə, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi barədə həm Batum müqavilələrinin müvafiq maddələri, 4 iyun 1918-ci il tarixli Batum müqavilələri, həm də Azərbaycan Xalq Cumhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirib. Buna görə də Azərbaycan Xalq Cumhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınması ilə bağlı hüquqi baxışlar icra etmək mümkündür. Buna görə də və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı əslində öz hüquqi qüvvəsini itirmişdir.Düzdür, dünya Ermənistanın ərazisini tanıyıb. Mövcud dünya xəritəsi qəbul edilib. Amma dünya həqiqətləri də bilməlidir. Belə münasibət bizə qarşı da formalaşmalıdır. Biz kimdənsə torpaq istəmiriksə, bizdən alınmış torpaqlar da geri qaytarılmalıdır. Beynəlxalq hüquqda tarixi amillər öz rolunu oynayıb, presedent hüququ vardır. Ona görə bizim mövqeyimizi möhkəmləndirən kifayət qədər çox amillər var: tarixi, hüquqi və siyasi. Biz də bundan yararlana bilərk. Son olaraq bir faktı nəzərinizə çatdıraq ki, beynəlxalq müqavilələrin 99 illik bağlanır.
Hikmət Həsənov
Ölkə.Az
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024