Müsahibimiz tədqiqatçı-jurnalist Araz Yaquboğludur.
Qısa arayış: Hacıyev Araz Yaqub oğlu 1973-cü il avqustun 1-də Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir. 1990-cı ildə Yeni Daşkənd kənd orta məktəbini, 1995-ci ildə Bakı Ali Menecer Kollecini, 1996-cı ildə isə Azərbaycan İnşaat Mühəndisləri Universitetini əla qiymətlərlə başa vurub.
1992-ci ildən şeirləri və məqalələri mərkəzi qəzetlərdə, jurnallarda və almanaхlarda çap olunur. Bir çoх kitabların redaktoru, tərtibçisi, onlarla elmi məqalənin müəllifidir. Hazırda ədəbi yaradıcılığını və araşdırmalarını davam etdirir.
Araz Yaquboğlunun 2008-ci ildə AMEA-nın Folklor İnstitutu Elmi Şurasının qərarı ilə “Daşkənd aşıqları və şairləri” kitabı nəşr olunub.
2012-ci ildən “Laçın yurdu” jurnalında baş redaktorun müavini, 2013-cü ildən Azərbaycanca Vikipediyada, 2016-cı ildən isə Azərbaycanca Vikimənbədə idarəçidir.
– Araz bəy, Şair Məhəmmədhüseyn haqqında bir neçə kitab çap olunub. Hansı ehtiyacdan yarandı siz də şair haqqında kitab çap elədiniz?
– Doğru deyirsiz. Bu günə qədər Şair Məmmədhüseynin “Uçar könül quşu”, “Haqdan peyğəmbərə salam”, “Yatıb oyanmaz, oyanmaz...”, “Xəbər al, deyim” adlı kitabları çap olunub. Amma kitablar ayrı-ayrılıqda qüsurlarla çap olunmuşdu. Belə ki, ilk iki kitab şairin yaradıcılığını tam əhatə etmirdi. Sonrakı ikisində isə şeirlər korrektə edilməmişdi. Tərəfimizdən yeni çap olunan “Nur çeşməsi” kitabı daha mükəmməldi. Bu kitaba biz 50 mənbədən istifadə etməklə şairin tam yaradıcılığını toplaya bilmişik. Kitaba şairin həyat və yaradıcılığı haqqında yazılan 26 məqalə də salmışıq. Bir də şairin rəssam Vaqif Ucatay tərəfindən yaradılan portreti də bu kitabda nəşr olunub. Bax bu sadaladıqlarıma görə Şair Məmmədhüseynin yeni kitabının çap olunması vacib idi.
– Şair Məhəmmədhüseynin yeni kitabında daha nə kimi yenilik var ki, oxucular və tədqiqatçılar üçün maraq kəsb etsin?
– Ən önəmli bir yeniliyi mən axtarışlarım nəticəsində əldə edə bildim. Belə ki, ayrı-ayrı alimlər, eləcə də, şairin həyat və yaradıcılığının ən böyük tədqiqatçısı İbrahim Əsədov yazırdı ki, Şair Məmmədhüseynin adına ilk dəfə yazılı ədəbiyyatda 1956-cı ildə professor Feyzulla Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyatı tarixi” kitabında rast gəlinir. Amma mənim apardığım araşdırma nəticəsində məlum oldu ki, hələ o tarixdən 26 il öncə – 1930-cu ildə Hümmət Əlizadə “Azərbaycan aşıqları” kitabının II cildində Şair Məmmədhüseynin bir cığalı təncnisini və qısaca da olsa tərcümeyi-halını çap etmişdir.
– Göyçəlilər, folklorşünaslar, aşıq yaradıcığıyla məşğul olanlar Nazir Əhmədlinin Göyçə aşıqları və şairləri haqqında çıxartdığı kitabı qəbul etmədilər. Hətta bu kitabla bağlı skandallar oldu, kitabı yandırmaq da istədilər. Çox maraqlıdır ki, siz onun Şair Məhəmmədhüseyn haqqında yazdıqlarını bu kitaba salmısınız. Nəyə əsasən salmısınız?
– Mən şəxsən Nazir Əhmədlinin Şair Məmmədhüseynin həyat və yaradıcılığı haqqında yazdıqları ilə razıyam. Ona görə də kitaba da daxil etmişəm. Amma onun Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər haqqında yazdıqları ilə qəbul etdiyim və etmədiyim məqamlar var. Ona görə də onun son adını çəkdiyim aşıqlar haqqında yazdıqları barədə neytral mövqedəyəm. Onu da qeyd edim ki, mən mübahisə doğuran kitabı tam oxumuşam. Kimlərin qəbul edib-etmədiyi haqqında isə heç nə deyə bilmərəm. İnanın ki, sosial şəbəkədə kitab haqqında hay-küy salanların çoxu heç o kitabı oxumayıblar.
– Qorxmursunuzmu, göyçəlilər buna görə sizdən inciyər?
– Göyçəlilər məndən incisələr də deməliyəm ki, hər bir hadisəyə mənim öz yanaşmam var. Mən özümə göyçəliləri daha yaxın hesab edirəm, nəinki qeyri mahaldan olanları. Bütün görünən və görünməyən fəaliyyətim inanın ki, Göyçə ilə, Qərbi Azərbaycanla bağlıdır. Amma hər bir şəxs doğruya doğru, səhvə səhv deməlidi. Kimliyindən asılı olmayaraq.
– Siz tez-tez Feysbukda alimlərin səhvləri, kitablardakı yanlışlıqlar haqqında status yazırsınız. Bu nədən irəli gəlir?
– Doğru deyirsiz. Nə vaxtsa ciddi uyğunsuzluqla qarşılaşıramsa o haqda yazıram. Çünki hər edilən səhv daim təkrarlanır. Düşünürəm ki, səhvlərin qarşısını ancaq belə almaq olar. Elmlər Akademiyasının müxbir üzvü Azad Nəbiyev kitabında yazıb ki, Növrəs İman Xaçmazda ölüb. Belə də məntiqsizlik olmaz axı. Özü də, bunu yazan sıradan biri deyil, alimdir. Göyçə hara, Xaçmaz hara…
Mən bir neçə ay öncə Göyçənin Zərkənd kəndindən olan Həsən Ocaqquliyevin “Yadda qalan xatirələr” adlı kitabı haqqında Feysbukda status paylaşmışdım. Belə ki, Həsən Ocaqquliyev kitabında rəhmətlik Tərlan Göyçəlinin "Göyçə aşıq məktəbi" kitabındakı 11, mənim isə "Respublika" qəzetində çap olunan 1 məqaləmi nöqtə, vergülünə dəymədən öz adına kitabında çapa verib. Bu barədə statusumda kitabın redaktoru Ramiz Təmkinə və bədii redaktoru Pərviz Səmədova narazılığımı bildirsəm də, göyçəlilər məni qınadılar ki, öz eloğlumuzdu. Nahaq Həsən Ocaqquliyevi ittiham edirsiz. Yaxşı onda heç kimə heç nə deməyək, haqqımızı da tələb etməyək? Belə də olmaz axı.
Bu günlərdə 10-cu sinif “Azərbaycan tarixi” dərsliyində iki səhv edildiyinin şahidi oldum. Baxın, yazıblar ki, Aşıq Alı 1817-ci ildə anadan olub, 1907-ci ildə vəfat edib. İkinci böyük səhvə baxın. Aşıq Musanı yazıblar ki, Göyçənin Qaraqoyunlu kəndindəndir, 1795-ci ildə anadan olub və 1840-cı ildə vəfat edib. Əvvala Aşıq Musa Ağkilsə kəndindəndir. Özü də 1795-ci ildə yox 1830-cu ildə anadan olub və 1840-cı ildə yox, 1912-ci ildə vəfat edib. Görün nə qədər səhvlər var. Belə səhvlər inanın ki, daha çoxdu.
– Aşıq Ələsgərin “Qabaqda” şeiri Aşıq Alının da kitabında, Şair Məmmədhüseynin də kitabında var. Eyni zamanda Aşıq Ələsgərin “Mehracnamə” şeiri də var bu kitabda. Kitabın redaktoru olaraq etirazınızı şeirləri toplayıb tərtib edəndə bildirmədinizmi?
– Əslində mənim fikrim belədir ki, şeir əvvəl kimin adına çap olunubsa digərlərində çapa ehtiyac yoxdur. Lap yanlışlıq olsa belə. Çünki bunla məşhur şair və aşıqların yaradıcılığına heç də xələl gəlməz. “Qabaqda” şeiri Aşıq Alıda cüzi fərqli olsa da məzmunca eynidir. Ancaq Aşıq Ələsgərlə Şair Məmmədhüseyndə tam eynidir. Mən ona görə etiraz etmədim ki, 1936-cı ilə aid Xasay Zeynalovun əlyazma dəftərində həmin şeir Şair Məmmədhüseynin adına qeyd olunub. Özü də Xasay müəllim Ələsgər ocağı ilə, xüsusən İslam Ələsgərlə yaxın dost idilər. Bir də ki, Xasay müəllim nəinki Şair Məmmədhüseynin eləcə də, Aşıq Ələsgərin, Aşıq Alının və digər Göyçə ustadlarının yaradıcılığı ilə yaxından tanış idi. Bu baxımdan şeirin Şair Məmmədhüseynin olduğu məndə daha çox inam yaratdı. Eləcə də, dediklərim “Haqdan peyğəmbərə salam” şeirinə də aiddir. Hətta Xasay Zeynalov “Haqdan peyğəmbərə salam” şeirinin hansı şəraitdə və necə yarandığını da təfsilatı ilə “Şair Məmmədsöyün və Axund Əli” adlı dastanında yazmışdır. Bax bu dediklərimə görə etiraz etmədim.
– Bəzi mənbələrdə Şair Məhəmmədhüseynin təhsilsiz olduğu, göz yaddaşının güclü olduğu, bəzi mənbələrdə isə əslində mədrəsə təhsili aldığı qeyd olunur. Bu barədə fikirləriniz maraqlıdır.
– Şair Məmmədhüseynin təhsil alması haqqında dəqiq məlumatımız yoxdur. Amma çox ehtimal ki, dini dərslər alıb. Şair Məmmədhüseynin böyük qardaşı Əlinin İranda dini təhsil alması dəqiqdir. Elə bu özü də Məmmədhüseynin də az və ya çox dini dərslər almasını inandırıcı edir. Həm də savadsız adamın belə yaradıcılığının olması doğru görünməz.
Yaddaşının güclü olduğu, haqq aşiqi olması haqqında fikirlər düzdür. Hətta şeirlərinin bir çoxu dərin yaddaşlı Daşkənd camaatının bu gün də əzbərindədir. Hətta şairin şeirlərini tam əzbər bilən kimi Daşkəndli Hümbət Süleyman oğlunun adını hamı qeyd edir.
– Xatırlayıram ki, siz bir-iki il öncə Şair Məhəmmədhüseynin şeirini bir el şairinin adına çap edən professora geniş bir məqalə ilə mətbuatda cavab yazmışdız. Bu barədə nə deyə bilərsiz?
– Şair Məmmədhüseynin iki məşhur şeiri var ki, onları şairin pasportu adlandırmaq olar. Bunlar “Yatıb oyanmaz, oyanmaz” və “Xəbər al, deyim” şeirləridir. 2015-ci ildə internetdə qarşıma Dərdli Cavadın bir məqaləsi çıxdı. Gördüm ki, “Xəbər al, deyim” şeirini yazıb ki, Qobustanlı Şair Qaranın şeiridi. Özü də kitaba da salıblar. Altında da qeyd yazıblar ki, İslam Ələsgər səhvən bu şeiri “Sazlı-sözlü Göyçə” kitabında Şair Məmmədhüseynin adına çap edib. Qeydi də yazan Şirvan ədəbi mühitinin tədqiqatçısı professor Seyfəddin Qəniyev idi. Bu oxuduqlarım məni rahat buraxmadı. Götürüb “Dərdli Cavada cavab” başlıqlı bir məqalə yazdım. 1936-cı il və 1943-cü il əlyazmaları ilə onlara sübut etdim ki, “Xəbər al, deyim” şeiri Şair Məmmədhüseynindir. Məqalə mətbuatda “Professor hansı yanlışlığa yol verib” adı ilə də çap olundu, geniş müzakirələr aparıldı. Mən onların nəzərinə əlyazmalardan əlavə “Xəbər al, deyim” şeirinin ən azı 10 mənbədə çap olunduğunu da çatdırdım.
Söhbətləşdi:
Şəfaqət Cavanşirzadə
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024