Yazıçı Aygün Sadiqin “Cəhənnəm kimi altmış dəqiqə” hekayəsini təqdim edirik...
Orda türk olmağın rəngi qaradır,
Orda həyat hər gün cəhənnəm dadır...
(Kərkük genosidinə həsr olunur)
Gecə yarısı qapı döyüldü.Səsə ayılan Türkan şamı yandırmaqçün kibrit axtarmalı oldu; Elektriki qəsdən kəsmişdilər.
Saniyələr sonra yataq otağının kiçik pəncərəsi işıqlandı, qapıya çıxan Yavuz qonşusunu görəndə heyrətlənməyə macal tapmadı, çiyninə salınmış şala bərk-bərk bürünən qonşu Aybikə ağlayırdı, sözləri həyəcanla, kəsik-kəsik , tələm-tələsik deyirdi:
- Qonşu, Bəkturu apardılar... Getmək lazımdı burdan...
-Hara? Kim??
-Onlar... Bilmirəm, iki saat əvvəl əli silahlı adamlar... Ərəblər... Gəldi, çağırdı, apardı. Bəktur dedi qorxma, qayıdıram indi, amma gəlib çıxmır. Yavuz qardaş, gedin burdan, Türkan yazıqdı, uşaqlar yazıqdı... Vaxtında getməsəniz pis olacaq.
Türkan əlində şamla ərinin yanında səssiz dayanmışdı. Qonşusunu içəri dəvət etməyi unutmuşdu, bunu fərq edən kimi dedi:
- Aybikə bacı, gəlin, keçin içəri. Bir az toxtayın.
Yavuz fikirli halda həyətə düşdü. Uzaqdan baxanda onların həyətində iki işıq nöqtəsi sezilirdi: işıqlardan biri indi evin qonaq otağında həyəcanla söhbətləşən iki qonşu qadının narahat simasına şahidlik edən şam, digəri həyətdə gəzinən Yavuzun siqareti idi.
Yavuz Bəkturun niyə aparıldığını bilirdi. "Axı nə etmişik,niyə əl çəkmirlər,- deyə düşündü,- birdən bura da gəlsələr, Türkan, uşaqlar necə olsun, onları gərək vaxtında Azərbaycana- əmimgilə göndərəydim".
Könüllü dəstədəkilərin ailəsini tapıb cəzalandırırdılar...
Yavuz iki ay idi ki, türkmənlərin könüllü üsyançı dəstəsinə qoşulmuşdu. Gündüzlər müəyyən təlimlərdə, yerlərdə olur, gecə qayıdırdı, Türkan bu haqda çox az şey bilirdi, Yavuz onun suallarından qəsdən, hərbi sirr bəhanəsiylə yayınır, arvadını narahatlıqdan uzaq tuturdu. Əslində, Yavuzu çoxdan işdən çıxartmışdılar, milliyyətinə görə. Yavuz artıq hərbçi deyildi.
Aprel gecəsi qarışıq fikirlərlə dolu on beş dəqiqə belə keçdi. Üşüdüyünü hiss edib evə doğru addımlayırdı ki, Türkanın evdən çıxıb ona tərəf gəldiyini gördü.
-Telefonun çalır.
-Sən get içəri.
Nəsə ürəyinə damdı. Çünki zəng edən dəstə yoldaşı idi:
-Evdə şam, işıq yandırmayın, Yavuz. Təhlükəlidi. Eşidirsən? Uşaqların hamısına tək-tək tapşırmışıq.
-Hə.. Durum nədir?
-Pisdi, Yavuz. Səlimi vurdular. Bizdən altı nəfəri girov götürdülər. Mən qapadıram. Allaha əmanət.
-Səlimi?! İlahi...
Arxadan gələn maşının işıqları arxaya çevrilib baxan Yavuzun gözlərini qamaşdırdı. Maşından dörd nəfər düşdü. Evin işıqlı pəncərəsini sezdilər. Üç nəfər evə sarı yeridi. Adamlardan biri digərlərindən ayrılıb ona yaxınlaşdı, ərəbcə amiranə:
- Burda nə sülənirsən, it oğlu türk ?!
-Vəhşi ərəb, nə ixtiyarla mənim həyətimdə məni söyürsən,- deyib Yavuz adama yaxşı bir yumruq ilişdirdi. Əvvəlki üç nəfər yaxınlaşdı, tərəddüdsüz açılan güllə Yavuzu bir andaca həyatdan ayırdı...
Səsə içəridən çölə qaçan Türkanın fəryadı gecənin qaranlığında naməlum sərhədəcən yayıldı:
-Yavuz !!!
...İki qadını və iki uşağı aparmaq çətin olmadı.
Maşın dərəli yollarla şütüyür, sərnişinlər hara aparıldığını anlamırdılar. Sürücünün yanında, ön oturacaqda əyləşən adam telefonla naməlum ünvana zəng vurub "daha dörd qurban"la tezliklə "orda olacağını" dedi.
Uşaqlardan Duru hələ doqquz yaşındaydı və baş verənləri anlamırdı, körpə Ərbak isə anasının isti qucağında uyuyurdu. Arada maşın silkələndikcə səksənib gözünü açır, anasının nəvazişiylə tez də xumarlanıb uyuyurdu.
Türkan artıq bəlaya düşdüklərini anlamışdı, qadın ürəyində fəryad edir, körpəsini bərk sinəsinə sıxaraq üzdə qürurlu, sakit görünməyə çalışırdı, sanki az öncə əri öldürülən o deyildi.
Müəyyənləşdirilmiş ərazidə onlara əmr verildi ki düşsünlər.
Qəribə yer idi.Köhnə xarabalıq idi mi, ya qədim, sahibsiz, dağılmış malikanə mi, məlum deyildi. Duru sakitcə soruşdu:
- Ana, bura haradı? Niyə gəldik bura?
-Susdur o qızı. Səs salmayın.
Naməlum adamlardan biri fanar yandırdı. Tikiliyə yaxınlaşdıqca Türkanın qorxuları artdı. Silahlılardan biri irəli yeriyib işığı qapıya tutdu, qıfılı açdı, mühafizədə dayananlara da yavaşca nəsə pıçıldadı, Türkangilə içəri girmək əmri verildi. Gənc qadın doqquz yaşlı qızı Duru, körpə oğlu Ərbak və qorxudan titrəyən qonşu Aybikə ilə birlikdə içəri keçdilər. İçəridə- fənərlə müvəqqəti işıqlanmış qaranlıq otaqda xeyli qadın, uşaq göründü.Torpaq döşəmənin üstünə çöküb səssiz ağlayan kim, fikrə gedən kim, dua edən kim. Qadınların arasında hər yaşda olanı vardı. Hiss olunurdu ki, onları da xəbərsiz və məcburən gətiriblər bura.
Qapı arxadan bağlandı və kilidləndi....
Türkan içəridən durub bağlı qapını döydü, suallara cavab ala bilmədi, onlardan nə istədiklərini, niyə bura gətirildiklərini soruşdu, sükuta dözməyib hiddətləndi:
- Axı günahımız nədi? Neyləmişik sizə?!
Silahlılardan birinin səsi qapının çöl tərəfindən lap yaxından eşidildi:
- Türk köpək qızı ! Günahın elə adındır. Milliyyətindir !
Türkan qaranlıqda kürəyini qapıya söykəyib susdu. Hər şey aydın idi. Yavuzun evdən gündüzlər sirli çıxmaları, arada ehtiyatlı olmaqla bağlı verdiyi tapşırıqlar- hamısı məlum oldu. Ayaqları onu saxlamadı. Yerə çöməldi. Qucağındakı körpə oyanmışdı. Türkan
yalnız indi onun ac olduğunun fərqinə vardı. Körpəsinə süd vermək üçün sinəsini azca açdı. ...
...Qaranlıqda zarıltı eşidildi. Demə, əsir qadınlar arasında hamilə olanı varmış. Biçarənin doğum sancısı tutmuşdu, yalvarıcı səslə yanındakılardan kömək istəyirdi. Türkan qalxdı. Alatoranlıqda vaxtı, zamanı itirmişdi. Səhər açılmamışdı hələ, buna əmin idi. Qadınlar ağrıdan sızlayan gəlini sakitləşdirməyə çalışdılar. Nə etməli? Nəzarətçi xəbər tutsa, rəhm edər mi? Necə olar? Aybikə dedi ki, bəlkə, qadınlar birləşib onun doğuşuna yardım etsinlər. Bu vaxt qapının çöldəki qıfılı tərpəndi. Ağrılardan çırpınan gənc qadın qorxusundan canını dişinə tutub susdu. Hiddətli sual:
- Nə var, nə səs-küydür?!
Türkan cəsarətləndi:
-Qadın xəstələnib. Uşağı olacaq. Kömək lazımdı. Xahiş edirəm....
-Sus, ləçər. Xəstələnib? Çox pis. Burda xəstə saxlamaq olmaz,- dedi, çöldəki silahlılardan birini çağırıb taoşırdı:
- Apar, bunu göndər cəhənnəmə,- Sonra yaxınlaşıb ehmalca əlavə etdi,- gülləyə qənaət et ha. Bir dənə ilə yekunlaşdır.
Ağrıdan və qorxudan titrəyən gənc qadını iki nəfər tutub sürüyərək apararkən birinin dodaqaltı mızıldanmasını Türkan eşitdi:
- Hələ soyunu artırmaq istəyir, bitirərik, bitər!
Qadının hara aparıldığı naməlum qaldı. Dəqiqələr sonra açılan güllə səsi içəridəkilərin ürəyini titrətdi....
...Hava işıqlaşırdı. Uzaqlardan azad quşların səsi eşidilirdi. Qadınların ümidsizliyi anbaan artırdı.
Yenə qapı açıldı.
Cəlladlardan biri yaxınlaşıb qadınları diqqətlə süzdü, müştəri nəzərlər birindən adlayıb başqasında qərarlaşdı, nəzərlər yerini dəyişdikcə əvvəlkinin ürəyində "şükür" nidası səslənirdi.
Nəhayət, alıcı baxış birini seçdi və qadına ardınca gəlməyi əmr etdi. Qadın israr etdikdə silahli ərəb əlini cibinə aparıb tapancasını göstərdi və saçından tutub çəkə-çəkə apardı. Bu dəfə güllə səsi gəlmədi. Kaş gələydi, kaş öləydi o zavallı,-deyə nalə edən səs eşidildi.
Türkan qadınların nə vaxtdan burda olduqlarını soruşdu. Məlum oldu ki, ondan az əvvəl, dünən axşamdan gətiriliblər.
Türkan körpəsini ehmalca yerə qoyub arxadan bağlı qapıya yaxınlaşdı. Qadınlara işarə ilə səssiz olmağı tapşırıb çöldəki söhbətə qulaq verdi. İki nəfərin ərəbcə söhbətini duydu:
- Bizə bir saat vaxt verdi. Altmış dəqiqə. Vaxt gedir. Bu qədər adam. Hamısını birdən...
Söhbət pıçıltıya keçəndə Türkan qulağını qapıya yapışdırdı.
- Əşi, versin də. Bizi də lap hanbal edib. Əlimizin altında bu qədər qadın varkən.... Qoymur dünyadan həzz alaq, -qımışdı,- aralarında iki dənə gözəli var ha.
- Sənin köhnə xasiyyətlərin! A kişi, vaxt gedir, həzz nədi!
- Bu, elə də çox vaxt aparmır axı. Nə vaxtadək buyruq qulu olacağıq? Adam kimi yaşayaq da beş-on dəqiqəni,- güldü.
-Sən dəyişməmisən heç, əvvəlki arvadbazsan.
Türkan qapıdan aralanıb tez qadınlara doğru yüyürdü:
- Tez, saçınızı, üzünüzü dağıdın, ay qız, sən, tez ol, üzünə torpaq-zad sürt, dağıt saçlarını, tez ol, tələsin!
Qadınlar duyuq düşdülər. Deyiləni etməyə isə zaman yetmədi.Türkan arxasında silahlı ərəbi görüb hiddətləndi:
- Nə istəyirsiniz axı, əl çəkin! Bu qadınların, mənim, körpələrin suçu yoxdu! Gücünüz bizə çatır?
- Kişilərə də çatır. Çatmayanda köməkçimiz sağ olsun,-deyib tapancasını göstərdiyi an, gecə Yavuzun ona ilişdirdiyi yumruğunu da xatırladı.
-Biz sizdən qorxmuruq. Ona görə silahla susdurursunuz.
-Kəs səsini, ləçər. Sən lap ağ elədin,-deyib ona sillə çəkdi. Türkan sillədən diksindi, amma qürurunu endirmədi:
- Bir gün məğlub olacaqsınız. Türk həmişə qalibdir! Çünki ədalət savaşçısıdır! Bunu babam deyib və əzbərlədib!
-Bu, sənə qalmayıb.Heç mənə də qalmayıb. Sonranın işidir. Mənə altmış dəqiqə vaxt verilib, işimi bitirməliyəm.
- Amma o altmış dəqiqənin içində qadının ləyaqətini alçaltmaq yer almamalıydı! Öldürürsən, elə burdaca güllələ, öldür. Amma şərəfimizə toxunma.!
İkinci sillə onu səndələməyə məcbur etdi. Müvazinətini güclə saxladı.
Qızlar arasından növbəti qurban seçilib aparılanda qadınlar mane olmaqçün çalışdılar, gənc və qənirsiz gözəl olan qızı qorumaq üçün onu dartan kim, cəllada ağır sözlər yağdıran kim:
-Allah bəlanızı versin!
- Ay binamus, sənin bacın yox mu?!
"Qurban" dinmirdi. Qapıdan çölə çıxanda bütün qüvvəsini səfərbər edib, silahlının əlindən balıq kimi sürüşüb çıxdı, qaçmağa başladığı an açılan güllə ayağını yaraladı. Qız səndələyib yıxıldı, dəhşətli ağrıdan qıvrılsa da, nifrətini aşkar elan etdi, cəllada lənət yağdırır, özünün türkman olduğunu, ərəblərin və kürdlərin mütləq cəzalandırılacağını söyləyirdi. Qızın yaralı halda bu qədər zəhlətökən olacağını ağlına gətirməyən kürd növbəti gülləni sərf etməli oldu və növbəti həyat söndü. Qadınların qışqırığı, bir ananınsa naləsi ərşə dayandı.
Kişiləri daha dəhşətli işgəncə ilə qətlə yetirirdilər. Onları başqa yerlərdə gizli saxlayır, ağlasığmaz ssenarilərlə- kiminin əl-qolunu kəsir, kimini elektrik dirəyinə bağlayır, kimini şərəfini alçaldaraq mənən öldürürdülər. Hətta ailəsinin, uşağının gözü qarşısında dəmir qəfəsdə yandırılaraq öldürülənlər olmuşdu.....
...Qapı açıldıqca həyəcan artırdı. Hər qapı səsi bir ölüm demək idi. Burda türk olmaq günahın özü olmaq demək idi, burda hər dəqiqə cəhənnəm rəngində, zəhər dadında idi !
Gənc qızlarsa mümkün qədər eybəcər görünməkçün əlindən gələni edirdilər, üz-gözünə döşəmənin torpağını sürtür, saçını eybəcər görkəmə salırdı, mənzərə adamı heyrətə gətirirdi. Türk qızının, qadınının dəyanəti, mərdanəliyi düşməni heyrətləndirir, qıcıqlandırır və tədbirləri sərtləşdirməyə sövq edirdi.
Altmış dəqiqənin saniyələri su kimi axır, gedirdi...
Sonra yenə qapı açıldı və cəllad Türkana qısılmış Duru'nu sezdi. Duru yad adamın baxışlarını oxuya bilməsə də qorxudan anasına qısıldı. Türkanın sanki dünyasını başına dar etdilər, yalvarırcasına dedi:
- Balam uşaqdır. Etmə!
Cəlladın daş qəlbi ananın fəryadını hardan anlasın? Alıcı baxışlar doqquz yaşlı qızcığazın uşaq məsumluğu ilə parlayan, günahsız simasını nə tez sezdi?!
-Amma gözəldi.
Vəssalam. Çıxış yolu qalmamışdı. Bıçaq sümüyə dirənmiş, yolun sonu çatmışdı.! Duru nə baş verdiyini, ona duran yerdə niyə gözəl deyildiyini anlamadı.
- Bu qız səni xilas edə bilər,- baxışlar ətrafdakı qadınlara yönəldi- elə sizi də. Bax, sizi buraxa bilərəm. İndi hamınızın həyatı bu qızdan asılıdır, o isə qərar vermək üçün kiçikdir, qərarı anası verəcək.
Uca səslə, qarşısındakının məğlubiyyətinin verdiyi həzdən məmnun qalıb qalibanə güldü. Ərəb, əlbəttə, yalan deyirdi. Ona əsirləri buraxmaq yox, öldürmək tapşırılmışdı. Zamanı xatırlatdı:
- Otuz dəqiqə qalıb.
Yavuzdan sonra Türkan üçün dünyada cəmi iki yaşama səbəbi vardı- Duru və körpə oğlu Ərbak. "Ona verməkdənsə, öz əlimlə öldürüm"- oxucu üçün mümkünsüz görünən, dəhşət saçan bu fikir, bu anlarda Türkan üçün ən əvəzsiz çıxış yolu sayıldı.
- Yaxşı. Qızımı verirəm. Amma imkan ver, onunla sağollaşım, qucaqlayım. Sən çöldə gözlə.
- Qucaqlamasan da olar. Qayıdacaq.
-Ana, məni hara göndərirsən?
- Dedim ki, çöldə gözlə, razıyam.
-Ana?!
-Yaxşı, tez ol, vaxtım azdır.
Cəllad çıxan kimi Türkan balasını bağrına basdı, duz kimi yaladı, əsim-əsim əsən əllər saniyələr sonra xilaskar qatil əllərinə çevriləcəkdi, Duru bütün bunlardan- anasının beynindən ildırım kimi keçən fikirlərdən xəbərsiz idi. Vaxtın hər saniyəsi isə onların əleyhinə işləyirdi.
Anidən sifəti ciddiləşdi. indi analıq hisləri başqalaşırdı, qoruyucu qatilə çevrilmə baş verirdi.
Uşağı üzünə baxdı, gözlərindən öpdü, titrək, tərəddüdlü əllər qızcığazın simasında gəzindi və boğazında durdu. Sıxdı....
Qız çabaladı, anasının əlindən xilas olmaq istədi, bacarmadı. Qadınlar dəhşət içərisində bu kədərli mənzərəni izləyir, ananın balasını qorumaqçün öldürməsini görür, heç nə edə bilmirdilər. Ana əllərini övladının boğazında get-gedə daha kip sıxır, özü də nalə çəkir, sankı Durunun əzablarını onunla birgə yaşayırdı.
Durunun müqavimətsiz və itaətli bədəni artıq, cəsəd oldu, ağır yük kimi Türkanın əlindən düşüb qaldı.
Qeyrətli türk qadını balasının cəsədini qatil əlləri ilə dərdli sinəsinə sıxıb dəhşətli nalə çəkdi....
Hiyləni anlayan, şikarın əldən çıxdığlnı görən qatil yüyürüb gəldi, əsəbdən qadınların birini yerindəcə güllələdi, Türkana da bərk təpik vurdu. Çıxıb getdi. Qatil ana bu zərbəni sanki hiss etmədi. bir az aralıda ağlayan Ərbakı digər bir qadın sakitləşdirirdi. Qalxdı. Oğlunu axtardı. Tapmadı. Əvvəl elə bildi, öldürülən oğlu imiş, dağınıq düşüncələr gözünü tutmuş kimi idi, bu anda qadın uşağı Türkana gətirdi. Körpə acmışdı.
Türkan oğlunu qorumalıydı. Tələsik qatil əllərini donunun ətəyinə silib körpəyə süd verməyə tələsdi. Körpə anasının qucağında sakitləşdiyi vaxt yenə qapı səsi gəldi. Bu dəfə iki qatil.!
Türkanın daha kimisə qorumağa taqəti qalmamışdı.
Dörd qadını apardılar.
Beş dəqiqə sonra Aybikəni apardılar, qadın fəryad etdi, onu burda, indi öldürmələri üçün qatillərə yalvardı.
- Ölümü belə arzulayırsan? Tələsmə, çöldə öldürəcəyik.
Zavallı Aybikənin, otaqda qalan qadınların ruh halını təsvir etməkdə qələm acizdir.
Hər güllədən səksənib dik atılan balaca Ərbak tez də yuxulayırdı.
İndi otaqdakı hər kəs özünə ölüm arzulayırdı, heç kim ləyaqətini ərəbin və kürdün ayaqları altına sərməyi istəmirdi.
O qapı ölüm saçırdı. O qapıdan ölüm asta, məmnun addımlarla girir, əminliklə, qalibanə tərzdə və qurbanla oranı tərk edirdi. Hər getmənin də dönüşü mütləq olurdu və yeni ölümlər gətirirdi.
Çöldə telefon səsləndi. Qatillərdən hansısa biri müsahibinə vəd verir, üzrxahlıq edirdi, tezliklə işi başa çatdıracağını deyib israrla inandırırdı. Bu, o demək idi ki, qapı yenə açılacaqdı !
Cəllad son dəfə içəri girəndə çarəsi hər yerdən üzülən qadınlar onun simasında məmnun bir təbəssüm sezdilər. Sonra simadakı məmnuniyyəti ciddilik əvəz etdi.
-Uşaqları bir tərəfə ! Cəld!
İlahi ! Kim uşağını verər? Qadınlar susurdu. Hərə öz ciyərparasını qucağına sıxıb titrəyir, bir an sonra nə baş verəcəyini, uşağını verməzsə, nələr olacağını, nə kimi bədəl ödəyəcəyini düşünüb tapmağa çalışırdı. Heç kimdən səs çıxmadığını görən qatil prosesi təkbaşına həyata keçirməkdən ehtiyat edib çöldəki silahlıları köməyə səslədi. Beş nəfər gəldi, uşaqları analardan zorla ayırdılar. Türkan ideyasını gerçəkləşdirməkçün fürsət gözlədi. İndi hər saniyənin öz həyati hökmü vardı. Qarışıqlıqda fürsət tapıb balaca Ərbakı otağın küncünə qoydu, başının yaylığlnı açıb bələyin üstünə sərdi.
İndi Türkanın əlində süni bələk vardı, bələk həqiqiyə oxşayırdı, içi isə bükülmüş paltarlardan ibarət idi. Bələyi qəsdən nəvazişlə sinəsinə sıxır, süni mehribanlıq göstərib ağlayır, qucaqlayır, ehmalca yelləyirdi. Düşmən Türkanın qucağında həqiqi uşağın olmasına inanmalı idi. Növbə ona çatanda Türkan saxta nalə ilə bələyi könülsüzcə silahlıya uzatdı:
-Asta ol, oyanar.
Uşaqları da apardılar. Səkkiz ana nalə çəkdi...
Uşaqlardan bir-neçəsi ağladı. Analar həssas olur. Ağlamalarına ara verib həyəcanla çölə qulaq verən gənc qadınlar heç bir güllə səsi eşitmədikdə sevinir, uşaqlarının hara, nə məqsədlə aparıldığını bilməmələrinə rəğmən, analıq instinkti ilə daxilən rahatlaşırdılar.
Oxucuma da gizli deyil ki, kürdlər və İŞİDçilər əsir alınan türkman uşaqlarını analarından alıb təlimlərə, kamikadze hazırlığına, cihada göndərir. İnsan alveri və orqan ticarəti də bu göndərişin tərkibinə daxildir.
Altmış dəqiqənin tamam olmasına dörd dəqiqə qalırdı.
Türkan ürəyində Ərbakın hələ oyanmaması üçün dua edirdi.
Bu dəfə ölüm qapısı sonuncu dəfə açıldı.
Könüllülərdən ibarət türkman özünümüdafiə dəstəsinin hər bir üzvünü ailəsi bu bəlanı yaşamalı olurdu.
İndi ölüm növbəsi yerdə qalan qadınların idi.
Ərbak, yaxşı ki, oyanmırdı.
Türkan da, digər qadınlar da artıq burdan sağ çıxa bilməyəcəklərini anlayır, özlərinə mərdanə ölüm arzulayırdılar.
Qatil qapıdaca dayanıb otaqdakılara çölə çıxmaq əmri verdi. Qadınlar səssizcə ölümə doğru ağır addımlarla, fəqət qürurla yaxınlaşırdılar.
Hamı çıxarıldı. Türkan fürsət edib otağln Ərbak olan küncünə nəzər etdi. Uşaq tərpənmirdi.
Otaq sabahkı yeni əsirlərçün boşaldılmışdı. Divarlar yenə, yeni ölümlərə şahidlik edəcəkdi....
Amma Ərbakın sağ qalacağına ümid sönməmişdi.
Silahlılar ən sonda çlxan Türkandan sonra qapını örtmədilər. Onları həyətdə cərgəyə düzdülər. Kimsə fəryad etmirdi, axı onlar Türk idilər!
Onuncu güllə Türkanın qisməti oldu...
Hər saniyədə açılan on bir atəşdən sonra əvvəlki sükut bərqərar oldu.
Gözlənilmədən uzaqdan bir maşın göründü. Könüllülər idi.
Silahlı atışma başladı. Türkmanlar maşından cəld düşüb öldürdükləri ərəb və kürd qatillərinə yaxınlaşdılar, bir az öncə qanına qəltan olmuş mərd türkman qadınlarının cansız cəsədləri önündə diz çökdülər. Onlar gecikdiklərinə, yol boyu üzləşdikləri silahlı maneələrə görə təəssüf etdilər.
İyirmi metr aralıda qalmış evin içərisindən bir TÜRK uşağının ağlamaq səsi gəlirdi. Bu, Ərbak idi !
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024