Göyçə aşıq mühitinin yetirməsi Aşıq İslam Yarpızlı

18:00 / 30.12.2017
Baxılıb: 2932

Azərbaycan aşıq yaradıcılığı o qədər zəngindir ki, bu yaradıcılığı öz ədəbi irsi ilə zənginləşdirən el sənətkarları nə qədər öyrənilsə də, nə qədər araşdırılsa da yenə də ayrı-ayrı aşığın, el şairinin tədqiqata ciddi ehtiyacı olduğu bəlli olur. Azərbaycanda aşıq yaradıcılığı demək olar ki, ayrı-ayrı regional aşıq mühitləri kontekstində öyrənilib tədqiq olunmuşdur. Aşıq mühitləri içərisində Göyçə aşıq mühiti xüsusilə fərqlənir. Bu mühit daim tədqiq olunmuş və araşdırılmışdır. Mühitin ayrı-ayrı sənətkarları haqqında elmi məqalələr, monoqrafiyalar, kitablar yazılmış və yazılmaqdadır.Göyçə aşıq mühitinin araşdırıcılarından tədqiqatçı alim Ziyəddin Məhərrəmov bu haqda fikrini belə bildirmişdir: «Göyçə aşıq poeziyasının toplanması, nəşri və öyrənilməsi istiqamətində görkəmli folklorçu alimlərimizin gördüyü işlər xüsusilə təqdirəlayiqdir. Lakin bu problemin dərindən öyrənilməsi daha ciddi axtarışlara, tədqiqata zərurət yaradır» [1,s.9]Həyat və yaradıcılığı haqqında araşdırma apardığımız Aşıq İslam Göyçə aşıq mühitinin tanınmış nümayəndələrindəndir. O, Göyçə mahalında yaradıcı və ifaçı aşıq kimi tanınmışdır.Əmirzadayev İslam Məhəmmədəli oğlu (Aşıq İslam) 1910-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Yarpızlı kəndində anadan olub. Anası Qaratel mahalın Daşkənd kəndində yaşamış Dərzilər nəslindən Məsimin qızı olmuşdur. 1943-cü ildə Aşıq İslam Böyük Vətən Müharibəsinə səfərbər olunmuş, İrana göndərilən hərbi hissənin tərkibində İrana getmiş və bir daha geri qayıtmamışdır. Daşkəndli el şairi Muxayıl Göyçəli (1918-1944) Aşıq İslamın dayısı Budağın oğludur. Qeyd olunan qohumluq əlaqələrinə görə Aşıq İslam Daşkəndlə sıx təmasda olmuş, həftələrlə kənddə qalmış və toy məclisləri, el şənlikləri keçirmişdir. Elə bu səbəbdən də ustad aşıqlardan biri olan Aşıq İslam Yarpızlı Daşkənddən Aşıq Abbasəli Xəlilovun (1913-2007) və Aşıq Abbasəli Nəzərovun (1919-1992) ustadı olmuş, onların aşıq kimi yetişməsində əvəzsiz rol oynamışdır. Aşıq İslam Muxayıl Göyçəliyə də saz havalarını və ifaçılığı öyrətsə də, o aşıq kimi yox, el şairi kimi tanınmışdır.Yazılı mənbələrdə Aşıq İslam haqqında demək olar ki, heç bir məlumata rast gəlmədik. Sadəcə onun bir neçə yazılarda adı çəkilir.Tədqiqatçı alim İslam Ələsgərin topladığı Göyçə aşıqlarının el-oba arasında tanınmış məlum nümayəndələrinin siyahısında Yarpızlı kəndindən olan aşıqlardan Aşıq İslamın da adı çəkilir[2,s.14]. Göyçə mahalının Basarkeçər rayonunun kəndləri haqqında ümumiləşmiş məlumat kitabında da «Yarpızlı kəndinin aşıq və balabançıları» siyahısında Aşıq İslamın adına rast gəlinir [3,s.428]. Lakin hər iki mənbədə aşığın haqqında əlavə heç bir məlumat verilməmişdir. Tədqiqatçı alim Ziyəddin Məhərrəmov Göyçə mahalının ayrı-ayrı kəndlərində yazıb-yaradan aşıqlar və el şairləri barədə yazarkən Yarpızlı kəndindən olan məlumatda göstərir ki, «Aşıq İslam - BVM-də həlak olub» [1,s.133]. Buradan da göründüyü kimi, Aşıq İslam Yarpızlı haqqında məlumatlar çox az və bəsitdir.Sənətşünaslıq namizədi Azad Ozan Kərimli «Göyçə aşıq məktəbi» adlı məqalələr silsiləsində yazır: «Şair Məmmədhüseyn, Aşıq Nəcəf və Aşıq İslamdan sonra Göyçə mahalında Daşkənd kəndinin yetirdiyi ən sayımlı sənətkar 1931-ci ildə dünyaya göz açmış Aşıq Hacıdır. ...Aşıq Abbasəlinin (Nəzərov 1905-1910-cu illər arası dünyaya gəlib), söylədiyinə görə, şagirdlik etdiyi yarpızlı Aşıq İslam çox yaxşı söz deyərmiş, - sinədəftər imiş. İslamın isə ustadı Aşıq Əsədin şagirdi və yeznəsi, II Dünya savaşından qayıtmayan Aşıq Ziyad (o da Daşkəndlidi! - A.O.K.) imiş»[4]. Müəllif ifadələrində yanlışlığa yol vermişdir. Belə ki, əvvəla Aşıq İslam Daşkənddən yox, Yarpızlı kəndindənir, sadəcə İslamın anası Daşkənddəndir. İkincisi, Aşıq Abbasəli Nəzərov müəllifin yazdığı kimi 1905-1910-cu illər arasında yox, 1919-cu ildə anadan olub. Üçüncüsü isə Aşıq İslamın ustadının Aşıq Ziyad olması həqiqətə o qədər də uyğun deyil. Çünki Aşıq Ziyad 1917-ci ildə anadan olub[5,s.85]. Belə çıxır ki, ustad şəyirddən 7-8 yaş kiçikdir. Bu da o qədər də inandırıcı deyil. Adətən ustad şəyirddən böyük olur. Zənnimizcə bizim gəldiyimiz qənaət daha doğrudur. Yeri gəlmişkən onu da qeyd edək ki, tam dəqiqləşdirilməmiş şəxsi araşdırmalarımıza görə Aşıq İslamın ustadı öz həmkəndlisi Yarpızlı Aşıq İman olmuşdur.Aşıq İslamın yaradıcılığı haqqında araşdırmalarımız zamanı Şair Məmmədhüseynin «Yatıb oyanmaz, oyanmaz...» adlı kitabına yazılmış ön sözdə bir bənd şeirinə təsadüf etdik. «Göyçə mahalında ad-san qazanmış Yarpızlı Aşıq İslam rəhmətlik şair (Şair Məmmədhüseyn - A.Y.) haqqında fikirlərini belə ifadə etmişdir. (Nəticəsi İsrail Mikayıl oğlu Şairovun əlyazmalarından)Məmmədhüseyn idi yaxşı, yaman seçə,Fənanın qonağı üqbaya köçə.Axırıncı İslamdı sakini Göyçə,Haqq dərgahından ona elm dolufdu.»[6,s.12]İkinci məlumatı isə Aşıq İslamın xalası oğlu, sazın-sözün vurğunu Daşkəndli Murtuz Bayramquliyevin (1926-2007) əlyazmalarından əldə etdim. Əlyazmada aşığın «Bəyənməz» və «Qurqalanmasın» rədifli qoşmaları, «Yox» rədifli divanisi, «Könül ilə İslamın deyişməsi» və Növrəs İmanla Aşıq İslamın «İbtida» (tərs əlifbey divani) rədifli deyişməsi olmaqla cəmi 5 şeir yazılmışdır. Daşkəndli el şairi Muxayıl Göyçəli ilə Aşıq İslamın 20 yanvar 1941-ci il tarixdə yaranan «Əzizim» rədifli deyişməsi isə ilk dəfə 2008-ci ildə bu sətirlərin müəllifinin «Daşkənd aşıqları və şairləri» adlı kitabında çap olunmuşdur. [5,s.84]Aşıq İslam haqqında apardığımız araşdırmalar zamanı bizə yaxından köməklik edib, məlumatlandıran İslamın dayısı oğlu, Muxayılın kiçik qardaşı olan Oruc Məsimov (1926) oldu. Onun indiyə qədər qoruyub saxladığı qardaşı Muxayılın 1942-1943-cü illərə aid əlyazmaları köməyimizə çatdı. Demək olar ki, Aşıq İslamın xeyli şeirləri həmin əlyazmalarda toplanmışdır. Biz bu əlyazmaların surətini çıxarmış və 5 cilddə cildləmişik. Əlyazmalarda bir dastan da olmaqla Aşıq İslamın yaradıcılığına məxsus gəraylı, qoşma, təcnis, dodaqdəyməz, divani, müəxəmməs, qıfılbənd, nəzirə və deyişmələri öz əksini tapmışdır. Şeirlərin demək olar ki, hamısında Aşıq İslam təxəllüsünü Cavan İslam kimi möhürbənd etmişdir. Əlyazma cildlərdə təxminən şeirlər bu saydadır: 5-1-ci cilddə 1 dastan, 5-2-ci cilddə 55 bağlama və dodaqdəyməz, 5-3-cü cilddə 60 müxtəlif şeir, 5-5-ci cilddə 105 müxtəlif şeir, nəzirə və deyişmələr vardır (5-4-cü cilddə 57 şeir var, bu şeirlər Muxayılındır). Aşıq İslamın zəngin ədəbi irsi təəssüf ki, bu günə qədər toplanılıb çap olunmamışdır.Qeyd etdiyimiz kimi, ədəbi irsi vaxtında toplanılıb yazıya alınmadığından, şeirləri işıq üzünə çıxarılmadığından bu tanınmış el sənətkarı tədqiqatdan kənar qalmış, az qala unudulmuşdur. Əlbəttə, bu məqalə bizim Aşıq İslam Yarpızlı haqqında ilk yazımızdır. Biz bu el sənətkarının yaradıcılığı, həyat və fəaliyyəti, onun Göyçə aşıq mühitində yeri barəsində bir neçə silsilə məqalələr yazmaq fikrindəyik. Bundan ötrü əlimizdə kifayət qədər məlumat və əlyazmalar var.Qaynaqlar:1.Ziyəddin Məhərrəmov. «XX əsr Göyçə aşıq mühiti, 1920-1950-ci illər», Bakı, «Azərbaycan Ensiklopediyası» NPB, 1997.2.İslam Ələsgər. «Sazlı-sözlü Göyçə». Bakı, «Azərnəşr», 1999.3.Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov, «Başı dumanlı Göyçə», Bakı, «E.L.», 2007.4.Azad Ozan Kərimli, «Göyçə aşıq məktəbi» (məqalələr silsiləsi), http://musigi-dunya.az5.Araz Yaquboğlu. «Daşkənd aşıqları və şairləri», Bakı, «Nurlan», 2008.6.Daşkəndli Şair Məmmədhüseyn, «Yatıb oyanmaz, oyanmaz...», Bakı, «Nurlan», 2005.ARAZ YAQUBOĞLUtədqiqatçı

Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər