İstedadlılar sorağında 

15:00 / 15.11.2018
Baxılıb: 3034

Şəfa VƏLİ (Şəfa Elxan qızı Vəliyeva) 1988-ci ildə Göyçə mahalının Dərə kəndində dünyaya göz açıb. 2005-2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “İbtidai təhsilin metodikası və pedaqogikası” fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. İlk kitabı kiçik həcmli hekayələrdən ibarət olan “Ümiddən olan qurbanlar” 2010-cu ildə işıq üzü görüb. “BUTA”-2012 Qadın yazarlar seminarının iştirakçısıdır.

2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında hekayəsi dərc olunaraq ilk dəfə Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və həyata keçirilən “Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir” layihəsi çərçivəsində işıq üzü görən “Bitməz könlümüzün Vətən sevgisi” antologiyasında şeiri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.  2015-ci ildə “Zərrələr” layihəsi çərçivəsində işıq üzü görən “Zərrələr” antologiyasında şeirləri dərc olunub.

“Qafqaz Media” İctimai Birliyi tərəfindən “Cəsarətli qələm” və “Peşəkar jurnalist” media mükafatlarına layiq görülüb. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan 2-ci “Gənc Ədiblər Məktəbi”nin müdavimidir. Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü olub (2015-2016). AGİN tərəfindən “İlin gənci”  mükafatına layiq görülüb (2016).

2017-ci ildə“Poçtalyona məktub” adlı yeni şeirlər kitabı Bakıda “VEKTOR” Beynəlxalq Nəşrlər Evi tərəfindən 192 səhifə həcmində  işıq üzü görüb. 

 

bircə ovuc göz yaşısan...
haramdı gözəlliyin...
Bilirmi məni yaradan,
xoş günümün baş daşısan?

ayparam...
ciyərparam...
addımlarım izlərinin fədaisi...
Uçuq-sökük arzularım
eşqin ən ibtidaisi...

o vaxt bu cür sevərmişlər...
"Yarı zormuş, yarı xoş..."
Ayrılanda ölərmişlər...
İndi ayrılanlar sərxoş...

 

***

Sən gedən yollara elə söymüşəm...
Abrı olsa, bir də adam aparmaz...
Özümü həsrətlə elə döymüşəm...
Abrım olsa,
Bir də könlüm eşq doğmaz...

Sən vardın...
Göylərə bir əhdim vardı;
Hər səhər duamı gülə bələrdim...
Tanrı əmanəti bir ömür vardı
Getdin, o ömrü də külə döndərdim...

 

***

Ah... Gəncə...

Gəncə-gencə....

Sığmadı arzum sənə...

Ömür bir cəzamı?

Bütün ümidləri qoymusan küncə....

Qıymırsan ki, sevincə...

 

Ah...Gəncə...

Hər küçən könlüm üçün

Xatirə dolabıdı...

Hər kəsilən çinarın

Şeytanın savabıdı...

 

Ah...Gəncə...

Gəncəlilər...

Seyrəkdi Xan bağında

Bu yay qoşa kölgələr...

Eşq, doğrudan, həvəsdir?

Gəncəm...

Sənin qoynunda

Min cür “olmaz”lar böyüyüb...

Amma,

Ağlamaq hələ sərbəstdir...

 

***

keçən günün son kadrıdı
islanmış balıncım...
ovcumdakı göz yaşının
rəngi bir az narıncı...

igid adsız olmazdı...
duyğularım qorxan oldu...
eşq canımdan can almazdı...
aldı..
adı canan oldu...

gün üzündə ay haləsi
eşqdi, sevdam...
burax,
qoy ruhumdan
bir mələk öpsün...
bəlkə darıxmaq keçdi...
keçdi... 
sevdam...

 


Etiket:
Xəbərlər

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025
Bütün xəbərlər