Aşıq Ələsgər yaradıcılığı ədəbiyyatşünas və folklorşünaslar tərəfindən nə qədər toplanıb tədqiq olunsa da, xalq arasında yaddaşlarda mühafizə olunaraq çap olunmayan şeirləri kifayət qədərdi.
Ağsaqqal-ağbirçəklər tərəfindən nəsildən-nəsilə ötürələrək bu şeirlər günümüzə qədər yaddaşlarda öz aktuallığını qoruyub saxlamışdır.
Ələsgərsevərlər - mərhum el şairi Sərraf Şiruyənin, göyçəli Aşıq Orucun arxivindən; folklorşünas Böyükbəy Ələkbəroğlunun, Aşıq Cəfər Xakipurun yaddaşından əldə etdiyimiz 7 şeiri Aşıq Ələsgər ruhuna doğma sandığımızdan çap etməyi özümüzə borc bildik.
Şahi-Heydəri
Könül, nə zaman ki, düşdün zillətə,
Sidqi dillə çağır, Şahi-Heydəri.
Qeyzə gəlib bir əl ilə götürdü,
Səksən min batmanlıq babi-Xeybəri.
Həsənəl-müştəba aləm rəhbəri,
Hüseyni-şəhiddi mahi-məhvəri.
İmam Zeynalabdin dillər əzbəri,
Ona qurban dedim bu canı-səri.
Məhəmmədbağıra var iltimasım,
Cəfəri-Sadiqə bağla xilasın.
Borcluya zamındı Museyi-Kazım,
Qurtarıb müşküldən çox zəlilləri.
Qərib imam Rza Xorasan şahı,
Sidqinən çağıran heç çəkməz ahı.
Məhəmmədtağıdı aləm pənahı,
Qoyma darda məni zəlil, müstəri.
Əliəl-Nağıdı aləmdə əla,
Min dərdinə dərman verir mübtəla.
İstəsən ki, müşkül işin həll ola,
Sidqi dillə çağır Həsən Əsgəri.
Sahibi-şəninə gəlibdi surət
Möminlər hüsnünə verir salavat.
Yoməl ərəsətdə, etmə xəcalət,
Yandırma oduna qul Ələsgəri.
Var
divani
Aqil insan, qafil olma, bizi yaradan da var,
Yeri-göyü, ərşi-gürşü xəlq edən Sübhan da var.
Laşərikdi, laməkandı - bilmək olmaz yerini,
Xəlq eləyib şəms-qəmər, dəryayi ümman da var.
Heç vaxt şərə fitva vermə, kin-kidurəti unut,
Yaradana şəkk eləmə, buna nə lazım sübut?
Haqqı bir bil, əməl eylə, qoyduğu düz yolu tut,
Məhşər günü soracaqlar, haqda var, divan da var.
Ələsgər, sən qəm eyləmə, çağır Şahi Heydəri,
Möminlərin pənahıdı, aləmlərin sərvəri.
Qəlbimizə işıq salan, dilimizin əzbəri,
Məhəmmədə nazil olan, ayeyi Quran da var.
Qoyubdu
Görmüşük fələyin etibarını,
“Mənəm” deyənləri ağlar qoyubdu.
Dağıdıb ellərin külli varını,
Neçə qapıları bağlar qoyubdu.
Şəriətə ziddi, meydən qorxuruq,
Qurandan, həm əlif-beydən qorxuruq,
Adi bir nökərik, bəydən qorxuruq,
Sinəmə çal-çarpaz dağlar qoyubdu.
Ələsgər, mərdlərə sən eylə minnət,
Namərddən cavabın çox oldu töhmət.
Yoxsula zindandı, varlıya cənnət,
Sürməyə səfalı çağlar qoyubdu.
1905-ci il
Qaçaqaç
Bund davası düşdü, dağıldı Göyçə,
Yüklə qəflə qatır, burdan qaçaqaç.
Əcəl yeli əsdi qəhri ellərə,
Zimistanda boran-qardan qaçaqaç.
Nərədüzdən qoşun gəldi birbaşa,
İgidlər səf çəkib, girdi savaşa.
Cığalı kəkliklər doldular daşa,
Sağın tərlan, belə tordan qaçaqaç.
Ələsgərin qəddin əyib müşkül iş,
Çarxı fələk, nə sitəmdi bu gərdiş?
Zəmanənin qulağını bur, dəyiş,
Bizi qurtar ahu-zardan qaçaqaç.
1905-ci il
Haraya qərəz
cığalı təcnis
Ərşin sütununda, mehrac evində,
Adəmi yazdılar, haraya qərəz?
Aşıq deyər, haraya,
Səda gəldi haraya.
Buyurdu cəbrayıla,
O da gəldi haraya.
O kim idi, mənəm-mənəm dedilər?
Saldılar şahpərin haraya qərəz.
İbtida katiblər ayə yazanda,
Külli-kainata ayə yazanda.
Aşıq deyər, yazanda,
Yazıçılar yazanda.
Hökm olundu Osmana,
Ol Quranı yazanda.
Üç min kəlmə gəldi ol Mustafaya,
Sürdü səməndini haraya qərəz.
Qırxlar məclisindən dedim “bəlini”,
Sərdar gördüm şahimərdan Əlini.
Aşıq deyər, əlini,
İsmi Heydər Əlini.
Dar günündə harayla,
Şahimərdan Əlini.
Ələsgər, daməndən üzmə əlini,
Çəksələr nizaya haraya qərəz.
Getdi
Xudayi ləm-yəzəl, həyyü-lamizəl,
Çarx vurdu, dolandı zamana, getdi.
Vəhdu la şərikdi, əhli-beytməkan.
Qəhr edib işrəti cahana getdi.
Kəc oldu nizamdan çarxı biyqərim (rəhbərim)
Dağıldı başımdan dəmli gövhərim.
Dolandırdı camı bəhrilə bərim
Çəkdiyim zəhmətim əfsana getdi.
Ələsgərəm, çəkdim dərdi-qəm, vərəm
Xahiş eyləmişdim, namə göndərəm.
Dolmuşam, əmoğlu, fikrə rəhbərəm,
Yolladım bir üzür-bahana getdi.
Görünsün
Ay hazarat, sizdən bir at istərəm,
Zatı köhlən, özü leydə görünsün.
Dörddə-beşdə ola, artıq olmaya,
Minəndə gözümə şeyda görünsün.
Qulaqları qırğı, dırnağı xata,
Ona süvar olan murada çata.
Çətində qurtara, cavanda tuta,
Əsbilər (komanda) içində sayda görünsün.
Ələsgər at istər özünün babı,
Yatammır, gözünün qalmayıb xabı,
Olsa köhlən ola, olmuya yabı,
Əlimdən verdiyim fayda görünsün.
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024