Ardanışda bir ağsaqqal var idi...

20:00 / 26.11.2018
Baxılıb: 5098

Torpağımızın hər qarışı istedad yetişdirir. Bu Tanrının böyük lütfüdür. Hər bir dövrdə insanların yaşadığı el-obada öz müasirləri olan böyük ürəkli şəxsiyyətləri, ağsaqqal ziyalıları, yaradıcı isdedad sahibləri olur. Saz-söz xiridarları, sənət beşiyi kimi tanınan Göyçə mahalında belə şəxsiyyətləri saymaqla qurtarmaz. Ən yaxın kemişimizdə Göyçə övladları öz yurdlarından məcburi ayrılarkən o müqəddəs ocaqların közünü sinəsində daşıyan el ağsaqqalları, söz-sənət adamları, yurd cəfakeşləri bu insanların cərgəsindədir. Bu yazımızda o insanlardan biri – bütöv şəxsiyyət, tələbkar müəllim, qabaqcıl təsərrüfat rəhbəri, el ağsaqqalı, şair ruhlu bir insan – Abbasəli İsmayıl oğlu Kərimov barədə söhbət acacağıq.

Abbasəli Kərimov 1931-ci ildə Göyçə mahalının Ardanış kəndində dünyaya gəlib. Uşaqlığı ağır müharibə illərinin çətinliklərində keçmişdir. Halal zəhmət adamı olan atası İsmayıl kişi sadə kolxozçu – dülgər olmuşdur. Abbəsəli müəllim uşaqlıqdan atasının yanında zəhmətə qatlanmış, dülgərlik, əsasən də bənnalıq sənətini öyrənmişdir. Onun gənclik illərində yazdığı bu misralar tərcümey-halının poetik təcəssümüdür:

Atam dülgər oldu, özüm də bənna,

İşimiz olmadı yalan-böhtanla...

Abbasəli Kərimovun 60-cı illərin sonunda Ardanış kəndində atasının qəbri üstə öz əlləri ilə yonduğu daşlardan tikdirdiyi türbə onun sənət nümunəsidir. Orta məktəbi bitirdikdən sonra Abbasəli Kərimov Azərbaycan Pedaqoji İnistutunda ali təhsil almış, fizika-riyaziyyat müəllimi olmuşdur. Onun şagirdləri indi də onu ən tələbkar müəllim, müəllim ciddiliyi olan ziyalı, yenilikçi insan kimi xatırlayırlar. Təsadüfi deyil ki, Abbasəli müəllimin dərs dediyi siniflərin demək olar ki, hamısı fizika və riyaziyyat fənlərini sevmiş və bu fənlərdən imtahanlarda yüksək qiymət alaraq, ali məktəblərə qəbul olunmuşlar. Təkcə fizika-riyaziyyat deyil, şifahi xalq ədəbiyyatını, aşıq yaradıcılığını, klassik şairlərimizin şeirlərini əzbər söyləyən gənc müəllimi öz təbii ruhu da çeşmə kimi qaynayırdı. Şeiriyyət aləminin yolçusu olan ilham sahiblərinin çıxış yolu kağız-qələmdən keçir. Bəli, Abbasəli müəllim də özünəməxsus, el-obadan qidalanan, mənəvi aləmin təzhürü olan şeirlərlə, hekayələrlə, mətbuat üçün oçerklərlə yaradıcılıq ilə məşğul olurdu. Səbəbini isə ən gözəl özü demişdir:

Gənclikdə öyrəndim hesab-həndəsə,

Ömürümdə hərif olmayım deyə.

Ömür yarı düşdüm yeni həvəsə,

Dostlardan geridə qalmayım deyə.

Sonralar Abbasəli müəllim partiya məktəbini bitirmiş, Ardanış kəndində təsərrüfat rəhbəri kimi fəaliyyət göstərmişdir. Uzun zaman Ardanış sovxozuna başçılıq edən Abbasəli Kərimov təsərrüfatı rayon səviyyəsində birincilər sırasına çıxarmış, Göyçə mahalında həm nüfüzlu rəhbər işçi, həm də el-oba ağsaqqalı olmuşdur. Nümunəvi işinə görə Abbasəli Kərimov 70-ci illərdə dövlət tərəfindən mükafatlandırılmış: “Qırmızı əmək bayrağı” ordeninə layiq görülmüşdür. Ancaq Abbasəli Kərimovun ən böyük mükafatı öz sözü ilə desək: “camaatın xoş güzaranı” idi. Abbasəli müəllim ömrünün son illərini Xızı rayonunun Altıağac kəndində yaşadı. Öz əlləri ilə yeni ev tikdi, ocaq –buxarı qurdu, özünə Göyçə mühiti yaratdı, ancaq Göyçə niskilini qəlbindən silə bilmədi. Göyçə həsrəti ilə bu dünyadan köçdü.

Önümdə təqribən on il əvvəl çap olunmuş bir kitab var. Kitabın adı ürək açandır: ”Göyçədən salamlar” kitabının müəllifi Abbasəli Kərimovdur. Bu kitabda müəllifin yaradıcılığından nümunələr, şeirlər, hekayələr və böyük Azərbaycan şairi Məmmədhüseyn Şəhriyarın “Heydər babaya salam” poemasına nəzirə kimi yazılmış “Göyçədən salamlar” poeması nəşr olunmuşdur. Çox maraqlı bir fakt var. Şəhriyarın “Heydər babaya salam” poeması Bakıda nəşr olunduqdan sonra bir çox Şimali Azərbaycan şairləri bu poemaya nəzirələr yazmış, Bakıda müxtəlif qəzet və jurnallarda nəşr olunmuşdur. Məlumdur ki, 1966-cı ildə Məmmədhüseyn Şəhriyarın 60 illik yubileyi ərəfəsində Böyük şair Bakıya dəvət olunmuşdur. Azərbaycanın bütün ziyalıllarının, şairlərinin, ədəbiyyatsevərlərin ciddi cəhdlərinə baxmayaraq, sevimli qonaq Bakıya gələ bilməmişdir. Buna baxmayaraq, onun yubiley tədbirləri keçirilimiş, yüksək səviyyədə qeyd olunmuşdur. Məhz həmin dövrdə - 1968-ci ildə İranda “Fərzanə” nəşiryyatında A. Kərimovun “Göyçədən salamlar” poeması nəşr olunmuşdur. Müəllifin belə xəbəri olmadığı bu işin kökündə yəqin ki, bu poemanın bədii üslubu, dil yaxınlığı, sadə anlam tərzi durmuşdur. Şairliyi özünə peşə seçməyən gənc yazar üçün bu bir hədiyyə idi. Kitabı vərəqləyirəm: sevindirici haldır ki, Abbasəli Kərimovun eloğlusu, həmkarı Eldar İsmayıl dostunun həyat və ömür yoluna işıq salan bu kitaba “ön söz” yazmışdır. Bu torpağın yüzlərlə şairi var və onların hər biri öz bənzərsiziliyi ilə ədəbiyyatımıza bir rəngarənglik gətirir. Müəllifi yaxından tanıyan Eldar İsmayılın ürək genişliyi ilə yazdığı hər cümləsi, hər bir fikiri Abbasəli Kərimovun necə bir ruh sahibi olduğunu bizlərə anladır. "Yaşadığı və işlədiyi mühitdi bütün bu və ya digər şəkildə olan təzyiqlərə, ayrıseçkiliyə baxmayaraq, dizibərk kişi olan Abbasəli Kərimov öz haqlı mövqeyindən geri çəkilməmişdir. Öz millətinin təəssübnü çəkən A. Kərimov milli ayrıseçkilik salanlara, haqqı taptayanlara həmişə öz məntiqi ilə dəqiq faktlarla cavab vermiş, qarşı tərəfi susdurmağı bacarmışdır." Abbasəli Kərimovla birlikdə işləmiş, çiyin-çiyinə olmuş Eldar İsmayılın bu xatırlamalarına görə ona təşəkkürlər. Kitabla tanış olduqca bir el ağsaqqalının, ziyalının gənclərin mədəni-mənəvi yetginliyi üçün əlindən gələni əsirgəməmiş bir insanın həyat yolunu görürsən. Onun bədii yaradıcılığı, şeir və hekayələri barədə fikir və düşüncələrimi bildirmirəm. Çünki Abbasəli Kərimov çoxşaxəli ömür yolu keçmişdir. Bunu demək kifayətdir ki, onun şair ruhu bütün ömrü boyu şərəfli ömür yolunda mayaq olmuş, haqqla nahaqın sərhəddini göstərmişdir. Bir də ki, saz-söz beşiyi, gözəl təbiəti ilham mənbəyi olan bir diyarda şeir yazmaq fəxarət olmayıb.

A. Kərimov həmişə müəllimliyi ilə fəxr etmişdir. Ən gözəl və sevindirici hal odur ki, belə bir yaradıcı ziyalının yurdunda qədirbilən övladları qalmışdır. Nəslin daşıycıları olan övladları atalarının yaradıcılıq yolunu tutmasalar da, onun ideyalarını, məram və məqsədlərini öz şəxsi həyatlarında yaşadırlar.Bu gün A. Kərimov işıqlı və zəkalı bir ziyalımız kimi onu tanıyanların, həmyaşıdlarının və eləcə də saz-söz adamlarının yaddaşlarında ehtiramla xatırlanır. Hər bir bölgənin, el-obanın zamanının müxtəlif vaxtlarında öz rəhbəri, ağsaqqalı, ziyalısı yaşayır, yaradır və iz qoyub gedir. Bu yazıda Ulu Göyçəmizin belə insanlarından biri – yaddaşlardan silinməyən müəllim, el ağsaqqalı, söz adamı – Abbasəli Kərimovdan söz açdıq. Zaman gələcək, bir çox illər sonra yaddaşlardan çox tarixlər silinəcək. Onunçün gələcək nəsillərə yazdığımız bu sətirlərin sadə, zəhmətkeş, şərəfli ömür sürmək istəyən hər kəsi, nəvələr, nəticələr üçün örnək olmasını arzulayırıq.

A.Hacızadə


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər