Miskin Abdalın şeirləri (1430 - 1535 )

11:30 / 28.11.2018
Baxılıb: 5974

 

 

 

 

 

 

 

Bilmərəm

Ey dost, sənin bağın cənnət, narın üzə bilmərəm,
Ha silkinsəm, dəryan dərin, narın üzə bilmərəm.
Qırxlar piri özü süzüb ayağına atəşi,
Alışıram Səməndərtək, narın üzə bilmərəm. 
  
Dərviş gərək bu meydanda qurban olsun baş-başa,
Mürşüdündən üzü dönməz, dünya gəlsə baş-başa,
Ayıq olan uzaq olsun, yetsin gərək baş-başa,
Fələk nə vaxt sökər üzüm, narın üzə bilmərəm. 
  
Miskin Abdal, eşq əhlisən, ömrün vermə badə hey,
Özün haqsan, haqq əlindən götür nuş et badə hey,
Məhşər günü tab etməzsən, salxum-salxum badə hey,
Nə tutmusan özün dərviş, narın üzə bilmərəm.

Dağlar

Məğribdən məşriqə səf çəkib durub,
Qüdrətdən çatıbdı baş-başa dağlar.
İtaət boynuna salıb həmayıl,
Misli pəsənd, xotkar, xan, paşa dağlar.

Baxıb hökmü-yekdal, dürrey-dükafa,
Gah kükrərsən, gah gələrsən insafa.
Pey peykərə çəkib, bəyaz ləffafə,
Pərvərdin geydirib qumaşa dağlar.

Ağ çeşmən sərindən car elər seli,
Yaşıl tirmə qurşar, ədağa beli.
Dağıstan kölgəsi, zabitə yeli,
Sədrin səfalıdı həmişə dağlar.

Nəs illərdən satın aldın pis günü,
Çağırdın dumanı, tökdün çiskini.
Gözü yaşlı qoydun cüda Miskini,
Eylə gülə-gülə tamaşa, dağlar. 

Olmusan

Yazıq könül, nə sızlarsan, bülbülə tay olmusan,
Haçan yardan yarımısan, sevilib bay olmusan?
Sən dərvişsən haqq yolunda, haqqı istə, haqqı sev,
Nə olsun ki, bel bükülüb, kamana tay olmusan.

Yar olsam da incimə gəl, ulu tanrı bağışlar,
Dərgahında apaydındı bu cizgilər, naxışlar.
Qoy didəndən sel-sel axsın yenə leysan yağışlar,
Axır məhşər görəsən ki, köpüklü çay olmusan.

Çay olmağın paklığındı, durma yuyun, paka çıx,
Doğru-düzə yol açıqdı, nə qar-boran, nə palçıq.
Miskin Abdal, dolansan da ayaqyalın -baş açıq,
Zər qədrini zərgər bilər, zaylara say olmusan.

Dürüstə məni

(təcnis)

Əhədən, Səmədən həyya layəmud,
Tut dəstimdən, yetir dür üstə məni.
Görsən nadürüstəm, vermə dürüstə,
Dürüstəmsə yetir dürüstə məni. 

Səmimizə yetişməyir haqq səda,
Bir gün olar bükürərlər ağ səda,
Günbəz Əl Xizrədə, Məscid-Əksada,
Onlar da tanıyır dür usta məni.

Əbcət hesabıyla dərs aldım ağdan,
Baxmadım qaraya, dərs aldım ağdan,
Heyvatək soyuldum, dərs saldım ağdan,
Yetirdim dərsimi-dürüst "əmmə"ni.

Mən Miskinə haqdan gəldi “sin” ayə,
Xətm olundu, İrəsula sinayə,
Gör necə çulğaşıb sinə-sinayə,
Tifiltək görmədim dürüst aməni.

Düşərsən

Adamsansa, tələ qurma,
Tələyə, fəndə düşərsən.
Üzə durma, ara vurma,
Zülmündən anda düşərsən.

Hər yetənlə olma tanış,
Yazın olar boranlı qış.
Fikir eylə, sonra danış,
Qəfil kəməndə düşərsən.

Miskin Abdal, vəfadar ol,
İlqarında düz ilqar ol,
Çətin günə şükürdar ol,
Dönüb asanda düşərsən.

Ya Əli

(Divani)

Bey bismillah əzbərimdi, hey xudadan, ya Əli!
Ən ibtida gəldi səda ərş-əladan, ya Əli!
Babi sər-sər, lohu qələm oldu dünya olmamış, 
Bir Cəbrayıl qalxdı göyə tək dəryadan, ya Əli!

Səlli-aləm, mahi-aşkar, zülsətdən var pərdəsi, 
Sey-Sirrdən səda gəldi, Cəbrayıl çəkdi bəhsi. 
Həqiqəti düz bilmədi, tərsə döndü kəlməsi, 
Alışıb yandı şahpəri, oldun fərman, ya Əli!

Yandı şahpər, endi suya, nəhər gəldi yadıma, 
Xaki-kəlam verdi salam, yetişdi muradıma. 
Haqq-taala özü dedi:" irəhmət ustadıma,"
Hər tərəfdən səda gəldi: “Əhsən! Əhsən!”, ya Əli!

Hər kəlmədə tərif edir, Quranda ayət səni,
Cəmi aləm övliyadır, yazır əsli zat səni,
Həbib özü tərif edir külli vilayət səni,
Zahirdə təvəllüdsən, sirri-Sübhan, ya Əli!

Göyçəlidi Miskin Abdal, yoxdu heç bir günahım, 
Hər kəlmədə, hər ayədə sən ol mənim pənahım. 
Puli-sirat, haqq divandı, ol xudadan köməyim, 
Vəli sənsən, vəkil sənsən, Şiriyəzdan, ya Əli!

 

ƏLİF-LAM

Təmiz əkilmişəm, pak doğulmuşam,
Atadan-anadan lütfi-halalam.
Dərsimi haqq verib, ağdan almışam,
Dilimdə əzbərdi doxsan min kəlam.

"Qaf"dan qərar tapmış,"kaf"dan kainat,
İsmi feyli-hərfi olmuş əsli-zat.
"Vey"dən bəna tutub,"kaf"-"nun"nan nicat,
"Yey"dən bişərikdi, bişərikdi "lam."

"Əlif"dən əladı, alidən ali,
"Cim"dən dücahandı, böyük cəlalı.
"Mim"dən mehribandı məddi-məalı,
"Nun"–hər vaxt zəmini xəlq edib tamam.

"Şin"- şükrü sənalar, vav vahid ismə,
"Hey" -həlim, rey rəhmi acı yel əsmə,
"Zey"- zəlil bəndədən, sin nəzər kəsmə,
"Sat" -sahib ixtiyar, mən fəqir qulam.

Ocaqzadə bir təb əhli nökərəm,
Kuyində qələndər, sinə dəftərəm,
"Mim"nən Məhəmmədəm, "cim"nən Cəfərəm,
Ləqəbi çox olan Miskin Abdalam.


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər