İndi o torpaqlar məni özünə elə çəkir ki...

17:58 / 11.12.2018
Baxılıb: 3856

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyin sədri İradə Rizazadə ilə müsahibəni təqdim edirik.

 

  İradə xanım, gəlin söhbətimizə öncə  sizin bioqrafiyanızla tanışlıqdan başlayaq. Yəqin ki, sizi tanımayanlar üçün də maraqlı olar bioqrafik tanışlıq.

 Mən İrəvanda doğulmuşam. Atam Rizazadə Bağır 1908-ci ildə, anam isə 1916-cı ildə İrəvanda doğulub. Atam İrəvan gimnaziyasında təhsil almışdı, ixtisasca rus dili müəllimiydi. İrəvanda Kənd Təsərrüfatı Texnikomunda dərs deyirdi. Anam 1916-cı il də doğulmuşdu. İkisi də  orta məktəbi İrəvanda oxuyublar, əmək fəlaliyyətinə  İrəvanda başlamışdılar. Atam Kirov məktəbində oxuyub, sonralar o məktəb Axundov məktəbi oldu. Anamın əsl adı Ruqiyyə Mehdiyevadır. Amma heç kim onu Ruqiyyə çağırmırdı.  Anama Ququ müəllimə deyirdilər.  Uzun illər bağçada metodist işləyib, həm də əməkdar müəllimə idi.

Babam öz dövrünün çox  imkanlı adamı,  İrəvanın baş taciri olub. İrəvanda Firdovsi küçəsində babamın qırx otaqlı mülkü vardı. O mülk sənədlərdə 1988-ci ilə qədər atamla bibimin adına olub.

Maraqlıdır, İrəvanın mərkəzində  Firdovsi küçəsinin olması...

Bəli. Son vaxtlara qədər o küçə Firdovsi küçəsiydi. Sonradan ermənilər adını dəyişdirib Firdusa qoydular.  1915-ci ilə qədər ermənilər oralarda yaşamayıblar. Evimizin sənədlərini hələ də saxlayıram. Firdovsi küçəsində 52 saylı ev. 

 Siz özünüz İrəvanda oxumusunuz?

Mən də, bacı-qardaşım da İrəvanda rus məktəbində oxumuşuq. Anam həmişə danışırdı. Ana babam İrəvanda İranın konsulluğunda işləyibdir. O deyirdi ki, mən uşaq olsam da, 18-20-ci illərdə daşnakların hücumları nəticəsində insanların ağlaşması, qışqırıq səsləri hələ də mənim qulaqlarımdadır. Gecə hücum edirdilər, yolda kimi görsələr, ya əlnən, ya küt alətlərlə xəsarət yetirirdilər. Babam isə danışırdı ki, kim canını qurtarmaq üçün konsulluğa girirdisə, ona toxuna bilmirdilər. Ermənilər İrəvana ayaq qoyandan qanımıza susayıblar həmişə.

Anam 88-ci ildən sonra da İrəvanı erməninin şəhəri kimi qəbul edə bilmədi. Həmişə o sözü deyirdi ki, o torpaqlar bizimki olubdur.  Hətta dayım 30-cu illərdə  bir-neçə bacılarını Urmiya tərəfə göndərib. Oralarda evləri də varıydı. Ancaq anam getməmişdi, İrəvanda qalmışdı. 37-ci ildə əhalinin bir hissəsi İrəvandan Gəncəyə, İrana köçmüşdü. Sonradan ara sakitləşəndə bir qismi yenidən İrəvana qayıtmşdı. Amma 1963-64-cü illərdə atam gördü ki, bu mümkün deyil, vəziyyət pisləşə bilər. Ona görə Gəncədən ev aldı. Amma anam heç cür çıxmaq istəmirdi.  Mən o vaxt anamı başa düşmürdüm, gənc idim. Dəhşətə gəlirdim ki, 88-ci ildə hamı çıxır, anam çıxmaq istəmir. İnanın mənə, insan yaşlaşdıqca hər şeyi başa düşür. İndi o torpaqlar məni özünə elə çəkir ki... Anamın keçirdiyi hissləri indi çox gözəl başa düşürəm.

 1960-70-80-ci illərdə İrəvanda azərbaycanlı nə qədər idi?

 Belə deyək: O vaxtlar İrəvandan Bakıya oxumağa gələn çoxuydu. İnistitutu, Universiteti bitirdikdən sonra  iş tapmaq çətin olurdu. İrəvanın özündə də iş tapmaq olduqca çətiniydi. Türk olduğunu biləndə süni əngəllər törədilirdi cavanlara qarşı. Hətta sonra İnistitutda bir-neçə fakültəni də ləğv elədilər. Biz onda gənc idik. Çox şeyləri başa düşmürdük. Sonra mən Kənd Təsərrüfatı Texnikomunda  dərs deyəndə, gördüm ki, ermənilər artıq 88-ci ili yavaş-yavaş planlaşdırırlar. Kənd Təsərrüfatı Texnikomu əvvəl şəhərdə  dəmir yolu vağzalına yaxınıydı.   84-85 – ci ildə köçürdülər Zəngibasarın Dəmirçi kəndinə. Sonra da orada meyvə-tərəvəz fakültəsinin erməni şöbəsi açıldı. Şöbənin də müdiri erməni Atabekyan vardı, onu qoydular.  Artıq proses başlamışdı.

 Ümumiyyətlə, o illərdə ermənilərin azərbaycanlılara olan münasibəti necəydi? Düşmənçilik qabarıq hiss olunurdu?

 Ermənilər heç vaxt bizə azərbaycanlı demirdilər. Bizə turk deyirdilər. Bizim əsl adımızı həmişə onlar düz deyib. Bəyaq da dedim, mən rus məktəbində oxumuşam.  Rus məktəbində də əsas erməniləriydi. Amma hər il aprelin 24 mütləq məktəbdə birinci sinifdən tutmuş onuncu sinifə qədər hamı abidəni ziyarət etməyə gedərdilər.

  Abidə harda yerləşirdi?

 Deməli, İrəvanda Dərəbağları deyilən yer vardı. Həmin o Dərəbağının qurtaracağında ermənilər soyqırım abidəsini ucaltmışdılar.  Aprelin 24-dü məktəbə azərbaycanlılardan da heç kim getmirdi. Çünki nəsə xoşagəlməz hadisə ola bilərdi. Harada azərbaycanlı görsəydilər, ya döyərdilər, ya da öldürərdilər. Mənim anam patriot  qadınıydı. Həmin günü tuturdu mənim əlimdən, aparırdı məktəbə. Nə olsun? Məktəbdə bir adam yoxuydu.

Uşaq olsam da, bir hadisəni həmişə xatırlayıram. İndi də yadıma düşəndə qəribə hislər keçirirəm: Səhv eləmirəmsə 1963, ya da 64-cü il olardı, ermənilər meydana toplaşmaq üçün icazə almışdılar. Təsəvvür edin, sovetin vaxtında meydana yığışmaq nə deməkdir?

Mintiq keçirirdilər?

 Saxta soyqırımlarının əlli illiyi münasibətiylə meydana yığışmaq istəyirdilər. Yığışdılar da. Fikir vermisinizsə, televizyada İrəvanın  meydanını göstərəndə orada bir saat var. Düz o saatın arxasında bizim evimiziydi. O meydanda təkcə İrəvanda yaşayan ermənilər yox, İrandan da, Türkiyədən də gələn ermənilər varıydı. Orada  biri anamdan türkcə saatı soruşmuşdu.  Əsas mərkəzi küçə bizim küçəydi.  Ermənilər neylədilər? Gəldilər Lenin heykəlinin qabağına, başladılar heykəli daşlamağa. Kimin əlinə nə keçirdisə, heykələ atırdı. Heykəli aşırmaq istəyirdilər.

 Sovet vaxtı Lenin heykəlini daşlamaq?...

 Heç bunu ruslar da gözləmirdilər. Bunlar "soyqırım gününü" keçirməyə icazə almışdılar. Amma məqsədləri üsyan eləməkmiş. Ruslar ayılanda ki, burada vəziyyət sovetə qarşıdır, qabağını aldılar. İrəvanda, ətraf rayonlarda yaşayan ermənilər ruslara hücum edirdilər. Bir də gördü ki, çoxlu sayda içi dolu milis maşınları töküldü mitinqə.  Deməli, generalıydı kimiydi, bilmədim, erməniyə  - zemli xoçiş? Na tebe zemli – deyib təpiklə ermənini vurmuşdu. Gecəylə də çox adamı aparmışdılar. Ondan sonra ermənilərin gözü qorxdu, bir az  sakitləşmişdilər. Bu hadisə gözümün qabağında oldu.

Sonra 88-ci ilə isə  vəziyyət tamam başqa cür oldu. O günü heç vaxt unutmaram. Evdə olanda bayırda səs-küy eşitdik. Birinci elə bildik, qonşulardan kimsə dalaşır. Pəncərədən baxanda ermənilər əllərində bayraq qışqırırdılar. “ Qarabağ bizimdir, evlərinizdən çıxın! ”. O vaxta kimi bu sözləri, tələbi eşitmək heç kimin ağlına gəlməzdi. Səhərsi günü daha da qızışdılar, şüarları şəhərboyu daha çox yayıldı. Sumqayıt məsələsindən sonra vəziyyətin daha ciddi, kəskin olduğunu anladıq. Bakıdan Ali Sovetin nümayəndələri gəldi. Həbib Həsənov da gəlmişdi onlarla. Gəldilər ki, vəziyyət yaxşı deyil. Amma bağçada anama bərk-bərk tapşırırdılar ki, deməyin vəziyyət yaxşı deyil. Deyin hər şey yaxşı olacaq.

 Kimlər deyirdi?

Bizimkilər, Bakıdan gələnlər deyirdi. Tapşırırdılar ki, kim soruşsa, deyin vəziyyət yaxşıdır. Texnikomda Ələddin müəllim adlı bir  nəfər varıydı. Müəllim işləyirdi. Çox zirəng, vətənpərvər adamıydı. Allah rəhmət eləsin ona. O, bir qrupla adamla Bakıya Nazirlər Kabinetinə gəlmişdi ki, hücumlar var, bizə kömək edin.  Qətiyyən dinləməmişdilər onları.  Sonra Vedidə hadisələr oldu. Camaat oradan Türkiyə sərhəddinə qaçdı. Orda da bir seyid vardı. Ermənilər onu daşla vurmuşdular. Sonradan rəhmətə getdi. Camaat xeyli vaxtı sərhəddə qaldılar. Ermənilər sərhədə yaxın dura bilmirdilər.  Sonra Göyçənin camaatı Kəlbəcər-Gədəbəy tərəfə, Dərələz camaatı Naxçıvan tərəfə qaçmışdı, belə-belə hadisələr başladı. Şəhərdə də artıq vəziyyət gərginiydi. Sonra ev dəyişmə məsələsi oldu...

Erməni qonşumuz vardı, eyni yaşdaydıq.

 Adı nəyiydi?

 Adı Hamletiydi, Hamik deyirdik. Böyük qardaşı daşnak idi, elə üzündən də daşnaka oxşayırdı. Hamikgil  Türkiyədən gələn ermənilərdəniydi.  Kimya müəllimi Həsən müəllim vardı, o da o küçədə yaşayırdı. Düşmən də olsa gərək düzünü deyim. Hamik deyirdi ki, İradə,  gecə binanın qabağında maşın durmuşdu, kimlər idi, bilmirdim. Deyesən sizə görə dayanmışdılar. Amma narahat idim ki, nəsə xoşagəlməz hadisə olsa, sizə kömək edim.  Sonda noyabr ayında anamı birtəhər razı sala bildim. 28 noyabrda anamla birgə Bakıya gəldik. Birtəhər ermənilərin əlindən canımızı qurtara bildik. Çətin günləriydi...

 Bakıya gəldikdən sonra İrəvanda olan qohumlarınızla, qonşularınızla əlaqə yarada bildinizmi?

Hamı səpələnib bir yana. İndi Bakıda yaşayan irəvanlılarnan ancaq xeyirdə-şərdə görüşürük.Yaşlı nəsil dünyasını dəyişdikcə əlaqələr itir, yeni nəsil də bir-birini tanımır. Hamını  bir yerə yığan məkan, torpaq, ocaq olmalıdır. O da yoxdur, ermənidədi, əlaqələr hardan olsun, necə qırılmasın?  Beş-on irəvanlı qalıb, onlarda dünyasını dəyişəndən sonra hər şey tamam unudulacaq, bəlkə heç İrəvanın adını çəkən də olmayacaq.

 Bildiyimə görə siz Bakıya gələndə Qaçqınlar Cəmiyyətində işləmisiniz. Oranın fəaliyyəti, gördüyü işlər nə yerdədir?

89-90-cı illərdən sonra Azərbaycan Qaçqınlar Cəmiyyətində şöbə müdiri işləmişəm.  Mən tək deyildim.  Niftalı Qocayev cəmiyyətin sədri idi. Orada Rafiq müəllim, Nazim Mustafa, Eldar İsmayıl, Tariyel Babayev, Hacı da işləyirdi. Bunu dövlət yaratmışdı. Cəmiyyətin nəzdində komissiya yaradılmışdı, mən də oranın üzvü idim, biz sorğular aparır, insanların mülklərinə dəyən ziyanın sənədlərini hazırlayırdıq. Camaatın çoxu sənədlərini götürə bilməmişdilər. İnsanlara sənədləri hazırlayıb verirdik ki, gələcəkdə nəsə ola bilər. Amma sonradan o sənədlərin yarısı müəmmalı şəkildə yoxa çıxdı. Sonra dedilər Qaçqınkoma verilib.  Bu sənədlər ora verilməli deyildi. Sonra Xanhüseyn Kazımlı Qarabağda qalan mülklərlə bağlı qiymətləndirmə komissiyasının sədri olanda, dedim Qərbi Azərbaycan qaçqınlarının mülklərinin, tarixi abidlərinin də qiymətləndirməsini edək. Dedi sənəd var? Dedim biz o vaxtı Qaçqınlar Cəmiyyətində işləyib hazırlamışdıq. Sonra dedilər Qaçqınkoma verilib. Xanhüseyn müəllim dedi bizə çatmayıb. Sonra Əziz Ələkbərli dedi orda da yoxdu, deyəsən yandırılıb o sənədlər. Dedim ki, Xanhüseyn müəllim, biz cəmiyyətdə o qədər sənəd toplamışdıq. Necə yoxa çıxa bilər o sənədlər? Niyə hər şeyi cılız göstərməyə çalışırıq? Düzü, Xanhüseyn müəllim də ona bu barədə kömək etməyimi istəyirdi.  Amma mən sənədlərin bir qisminin cəmiyyətdə qaldığını bilirəm. Sonradan  bir hissəsindən kitab da çap olundu... Axı bir hissə deyildi o sənədlər. Bir otaq dolu sənədiydi. Bu sənədləşmə işlərinin hamsının  şahidi olmuşam. Amma bugün o sənədlər yoxdu.  Bu nə deməkdir? Düzü, mən bunu Baş Nazirin müavini Əli Həsənova da dedim. Sonradan İrəvanla bağlı olan şəkilləri yığdım. Məndəki şəkilləri görüb dəhşətə gəlmişdi Əli Həsənov. Mənə dedi ki, görürəm siz bu məsələlərdə çox fəalsınız. Siz oranın sənədləriylə yenidən məşğul olun. Dedim Əli müəllim, indi oranın sənədləriylə məşğul olmaq, qaranlıqda qara pişik axtarmağa bənzəyir. Amma 88-89-cu illərdə o sənədlər yığılıb komitəyə verilib. Hanı o sənədlər? Düzü, bugünə qədər çox narahatam.  Başa düşmürlər ki, sabah erməniylə qarşılaşanda, erməni ermənilər haqqında qarşımıza faktlar qoyanda, mən niyə qoymayım?

İnsanlardan şəkilləri yığmaq ideyası necə oldu yarandı?

 Bilirsiniz, bunu mən özümə borc bilirəm. Birinci valideyinlərimin ruhu qarşısında, ikincisi də öz istəyimlə etdim...  Sonradan bir sıra insanların evinə getdim, onların danışığını yazdım, arxivlərini araşdırdım, hələ də davam edirəm. Çünki gələcək nəsilə material qoymaq lazımdır.  Benəlxalq aləmdə adi insanların danışığını dinləyəndə daha çox maraq göstərirlər. Sonra İsrafil Məmmədovla görüşdük, mənə stimul verdi.  O, İrəvanda  Təhsil Nazirin müavini idi. İsrafil müəllim İrəvandan ən gec çıxan azərbaycanlıdı. 20 yanvar hadisəsindən sonra Bakıya gəldi. Bir də Fərrux Rzayev gec çıxmışdı. Yazıq yalınayaq qaçıb canını qurtarmışdı. Fərrux müəllim anamla bir məktəbdə oxuyublar. İrəvan da İnistitutda işləyirdi.  Mən o vaxt Qızıl Aypara Cəmiyyətində işləyirdim. Çox alicənab, aristokrat insanıydı. Sonradan bir çox insanlarla  söhbət aparanda öyrəndimki Zəngibasarın özündə də insanlar silahla yatıb-dururmuşlar. Adil müəllim vardı, Axundov adına orta məktəbinin direktoru işləyirdi.Yeri gəlmişkən deyim ki, İrəvanda iki azərbaycanlı məktəbi varıydı. Biri Əzizbəyov adına  səkkiz illik məktəb, biri də Axundov adına on illik məktəb. Axundov adına olan məktəb  Dəmirbulaq məscidinin düz yanındaydı. Hadisələr başlayanda məscidi yandırmaq cəhdi olmuşdu, məktəbə hücum olmuşdu. Adil müəllim rəhmətliyi çox pis döymüşdülər. Vəziyyəti çox pisiydi. Rza müəllimlə bir yerdə döymüşdülər. Rza müəllim rəhmətə getməyibsə, ondan bu hadisələr haqqında daha  dəqiq öyrənə bilərsiniz. Soyadını indi deyə bilməyəcəm. Amma sənədləri var məndə. Adil müəllim Əkbər İrəvanlının qardaşıydı.

Əkbər İrəvanlı da İrəvandda yaşayırdı?

 – Bəli, İnistitutda dərs deyirdi.

Əkbər İrəvanlı o vaxt bir çox adamların kitabını çıxarmağa cəhd edib. Bildiyim qədər bir neçəsinin çapına da nail olub. Onun arxivi kimdədir indi?

Onun uşqları var. Bir oğlu rəhmətə getdi. İstəsəniz  mən sizə onu aydınlaşdıraram.

 Sizin İrəvanla bağlı sərgiləriniz də olub.

 Bəli. İki dəfə sərgimiz oldu. İkinci sərgimiz daha geniş oldu. “ Qədim İrəvanın tarixi abidələri ” adlı sərgiydi.  Məndə ermənilərin bu gün adını dəyişdirdiyi küçələrin siyahısı var.  Mənə bir nəfər şəkilləri gətirirdi, özü də unikal şəkilləriydi. İndi də məndə qalır. Bir rəssam var. Nağdəli müəllim. Mənim filmimdə də o var. O deyirdi ki, mən Aşıq Ələsgərin gözəl portretini çəkmişəm. Çox gözəl işləmişdi rəsmi. Orda bizim sərgiyə qoymuşdum o şəkli.

 İrəvanda qadın klubu olubdu. Qadın  klubu fəaliyyətə başlayan da rəhbəri Bülbül xanım olub . Sonra gələn də Bülbül xanım  olub. Bakıda övladlarıyla görüşdüm . Bu da bir tarixdir. Yusif  Məmədəliyev kimi görkəmli alimləri, din xadimləri  olub. Mirzə Hüseynağa vardı. Göy məscid vardı. Mirzə Hüseynağa o qədər hörmətli adam olub ki, ermənilər də onu görəndə baş əyirmiş.  Göy məscidin bir tərəfi yoxuydu. Həmişə atam bizi aparıb tarixi abidələrnən tanış edərdi.Özünün ümümi məlumatı çoxuydu İrəvan haqqında. Sanki başımıza gələcəkləri o vaxtdan görürmüş. Ümumiyyətlə, atam istəyirdi tariximizi, mədəniyyətimizi dəqiq bilək, keçmişimizi unutmayaq. Sonuncu dəfə Göy məscidi öz gözümlə gördüm. Sonra Pir Hüseyn türbəsi olub. Ermənilər nə qədər Göy məscidi dəyişsələr də, Pir Hüseyn türbəsini bərpa eləsələr də, əlimizdə tarixi faktlar var.

Hazırda İrəvanla bağlı nə planlarınız, layihələriniz var?

Ən böyük arzum istəyim, İrəvanla bağlı topladığım fotolardan ibarət kitabımı nəşr etdirməkdi. Hazırda onun üzərində işləyirəm. Axtarışlarım davam edir. Allah mənə ömür versin, bu arzumu yerinə yetirim. Kitablar var, amma hər bir yazının şəkli olanda tarix daha aydın olur. Bir şəhərdə 8-9 məscid olubsa, necə demək olar ki, burda azərbaycanlı yaşamayıb. Mən şəkillərlə yazımı dörd dildə rus ingilis, erməni, azərbaycan dillərində hazırlayacam. Qoy ermənilər də əsl tarixi həqiqətləri bilsinlər. İndi sənədlərə, şəkillərə baxanda görürəm ki, İrəvanın  neçə faizində bizimkilər yaşayıb. Bunlar hamısı tarixdi, özü də silinməz tarix. Baxın, əgər bir neçə kəndin içində bir kəndin adı yazılırsa erməni kəndi, deməli ancaq orda ermənilər yaşayıb və yaxud küçəsində. Buna küçə də aiddir. Şopenin də, Şardenin də siyahısında bu var. Neçə alimi var, neçə mollası var və s.

 Siz Şopenin siyahısına inanırsız?

Niyə inanmayım? Orda hər şeyi dəqiq verib. Siz Zori Balayanın “Ocaq” kitabını oxumusunuz yəqin ki. Deməli bu adam şəhəri, kəndi gəzir. Bütün orada ermənilər haqqında yazır.  Axırda kənddə bir azərbaycanlı yaşayır. Əsərdən belə çıxır ki, İrəvanda, kəndlərdə əvvəldən ancaq ermənilər yaşayıb. Bizlər nə edirik? Özümüz öz keçmişimizi dəyişirik. Bizə kənardan düşmən lazım deyil.

Hazırda İrəvan Teatrının vəziyyəti necədir, əlaqəniz varmı? Ümumiyyətcə o teatra gələn varıydı İrəvanda?

Niyə yoxuydu? Həmişə tamaşalar maraqla qarşılanırdı. İrəvan teatrı neçə-neçə sənətkarın, aktyor-aktrisaların  birinci keçdiyi sənət məktəbiydi. İndi Binəqədiyə köçürülüb. Bu teatrı gələcək nəsil üçün də qorumaq lazımdır. Bizim unudulmaz, tarixi keçmişimizdir o teatr. Təəssüf ki, bu gün İrəvan Teatrı layiq olduğu dəyəri almır. Gəncliyini orada keçirən, çalışan  aktyorlar yaşlaşıb, demək olar  heç biri yoxdur. İrəvan teatrının çox dəyərli tarixi var. Bunu danmaq olmaz. Hər bir şeyə yaxınlaşmağın bir siyasəti var. Ümumiyyətlə, biz bu məsələlərdə fəal deyilik. Kökü İrəvana bağlanan gənc aktyor və aktrisaları  o teatra yığımaq lazımdır. Bütöv Azərbaycana, türkdilli xaqlara, müsəlman dünyasına tanıtmaq lazımdır İrəvanı. Qoy dünya bilsin ki, İrəvan bizimdi. Ora qayıtmaq bizim həm hüquqi, həm də mənəvi borcumuzdur.  İrəvanı biz İrəvan eləmişik. Bugün İrəvan, Qarabağ  tarixinə aid silsilə tədbirlər keçirmək lazımdır. Orta məktəb dərsliklərində xüsusi tədris etmək lazımdı. Ziyalılarımız, dövlət xadimlərimiz ayıq olmalıdı. Beynəlxalq tirbunalarda çəkinmədən haqqımızı, torpağımızı tələb etməliyik. Bu barədə insanları, cavanları, gəncləri marifləndirmək lazımdır. Tək kitab çıxarmaqla  iş, məsələ bitmir. Mən tariximi, mədəniyyətimi olduğu kimi bugün yaşatmalıyam ki, sabah erməninin qarşısına qoyacaq faktlarım olsun.

 Siz film də çəkmişdiz...

Bəli, mən “ İrəvan, danışır canlı şahidlərin ”  adlı film çəkdim. Bəzi işini bilməyən savadsız dırnaqarası ssenaristlərə görə də çoxlu problemlərim oldu. Heç birini də halal eləmirəm. İrəvanın mətbəxi də fərqlidir. Bilmədiyimiz qədim mətbəxlərimiz var. Bunları da araşdırmaq lazımdır.

Siz o vaxt İrəvanda Novruz Bayramını qeyd edəndə, ermənilər  bayram keçirmənizi necə qarşılayırdılar?

 Normal qarşılayırdılar. Onların da bayramı vardı. “ Zadik ”. Yumurta boyayırdılar.

 Bizdən götürüblər.

 Yeni ildə erməni olsun, azərbaycanlı olsun, fərqi yoxuydu, hamımızın on gün qapımız açıq olurdu, süfrəmiz bol olurdu.

İradə xanım, çox sağ olun ki, dəvətimizi qəbul elədiniz, gəldiniz, müsahibə verdiniz.

Xoşdur. Siz də sağ olun ki,dəvət elədiniz.  

Söhbətləşdi: Qılman İman


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər